ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə5/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   2   3   4   5   6   7   8   9   ...   39

TƏFƏKKÜR İBADƏTDİR


Tərbiyəvi yönə malik olan və islami təlimlərdə çox gözə dəyən məsələlərdən biri də təfəkkürdür. Çoxlu hədislərdə təfəkkür ibadət sayılaraq buyurulur: Bir saat təfəkkür etmək bir illik (təfəkkürsüz) ibadətdən xeyirlidir”; “Bir saat təfəkkür etmək yetmiş illik (təfəkkürsüz) ibadətdən xeyirlidir”; Bir saat təfəkkür etmək altmış illik (təfəkkürsüz) ibadətdən xeyirlidir.”

Hədislərdə mövcud olan fərqlər təfəkkür səviyyəsinin fərqli olduğuna görədir.

Deməli, təfəkkürün özü ibadətdir. Buna əsasən üç növ ibadət vardır: Bədənlə əlaqədar olan ibadət – namaz, oruc kimi; malla əlaqədar olan ibadət – zəkat, xumus vermək və bir sözlə infaq kimi; üçüncüsü, fikirlə əlaqədar (sırf ruhi yönə malik) olan ibadət və bu, təfəkkür adlanır.

Təfəkkür ibadət növlərinin ən fəzilətlisidir. Yuxarıda qeyd olunan hədislərdən məlum olur ki, təfəkkürün dəyəri sair ibadətlərdən çox-çox üstündür. Mümkündür ki, bunun bir saatı təfəkkürsüz olan altmış illik bədən ibadətinə bərabər olsun. Burada məqsədin o ibadəti bu ibadətin yerinə qoymaq və bu ibadəti tamamilə buraxaraq ondan yapışmaq kimi anlaşılmamazlıq yaranmamalıdır. Hər biri öz yerində zəruri və lazımdır. Hədislərdə məqsəd bu işin zərurətini çatdırıb bəyan etməkdir.


İBADƏTLƏ VİLAYƏTİN BAĞLILIĞI


Həqiqətdə şiə məzhəbini sair islami məzhəblərdən seçən, eləcə də öz ardıcıllarına xüsusi islami görüş verən məsələ bu məzhəbin insan barəsində olan nəzəridir. Bir tərəfdən insanın istedadlarını qeyd etdiyimiz kimi, həddindən artıq heyrətamiz hesab edir və insaniyyət dünyasını, bütün insani istedadların feliyyətə çatdığı kamil insanın varlığından xali bilmir. Digər tərəfdən bu məzhəbin görüşünə əsasən bəndəçilik insanın yüksək insani məqamlara layiq olmasının yeganə vasitəsidir, bəndəçilik yolunun tam və kamil surətdə qət edilməsi Allahın vəli və höccəti olan kamil insan kimi rəhbərin mənəvi inayətləri olmadan müyəssər ola biməz. Buna görə də bu məzhəb başçıları belə bəyan etmişlər:

---


İslam beş şey üzərində qurulmuşdur: Namaz, zəkat, oruc, həcc vilayət. Heç bir şey hidayət qədər nida olunmamışdır.”1

İBADƏTİN FƏLSƏFƏSİ


Quran nəzərindən əqlin höccət sayılması dəlillərindən biri də budur ki, o, özünün hökm və göstərişləri üçün müəyyən bir fəlsəfə bəyan edir. Bunun mənası o deməkdir ki, verilən göstərişlər bu məsləhətin nəticəsinə tabedir. Üsul alimləri deyirlər ki, mənafe (məsləhət) və fəsadlar hökmlərin səbəbləri silsiləsində qərar tutur. Məsələn, Qurani-kərim bir yerdə “namaz qılın”-deyə hökm edir, digər yerdə isə onun fəlsəfəsini belə bəyan edir:

------


Həqiqətən namaz (bəndələri) pisliklərdən, yaramazlıqlardan çəkindirir.”2

Bu zaman namazın ruhi təsirlərini xatırladır, onun insana nə qədər ruhi və mənəvi yüksəliş bəxş etməsini bəyan edir. Bu yüksək mənəviyyat nəticəsində insanda çirkinliklərdən, yaramaz əməllərdən və aludəliklərdən uzaq olmaq hissi yaranır. Yaxud orucun hökmünü xatırladır və onun ardınca da buyurur:

----

Sizdən əvvəlki ümmətlərə (oruc) yazıldığı kimi, sizə (oruc tutmaq) yazıldı ki, bəlkə təqvalı olasınız.”3



Sair hökmlər, o cümlədən zəkat, cihad və s. barəsində də məsələ eynilə belədir. Onların hamısı barəsində həm fərdi, həm də ictimai baxımdan izahat verilir. Beləliklə Quran asimani hökmlərə onların fövqəl-bəşər hökmlər olması ilə yanaşı, bu dünyaya məxsus bir yön də bağışlayır və insandan onların barəsində təfəkkür etməsini istəyir ki, mətləbin məğzi və canı onun üçün aydın olsun, heç vaxt ibadətin tam şəkildə bəşər fikrinin və ideologiyasının fövqündə duran bir sıra rəmzlərdən ibarət olmasını təsəvvür etməsin.1

İBADƏTDƏ TÖVHİD


Tövhidin müəyyən qismləri və mərhələləri vardır: Zati tövhid, sifati tövhid, feli tövhid və ibadi tövhid.

Zati tövhid dedikdə məqsəd budur ki, Pərvərdigari-aləmin müqəddəs zatı yeganədir, heç bir oxşarı yoxdur, Ondan başqa bütün varlıqlar Onun xəlq etdiyi olub bunların hamısı dərəcə və mərtəbədə kamal baxımından Ondan aşağı səviyyəli, ümumiyyətlə Onunla müqayisə olunası deyildir. Heç Onun misli, oxşarı deyildir”, yaxud Onun üçün heç bir tay-bərabər olmadı və s. kimi ayələr Allahın zatında yeganə olmasını (zati-tövhidi) bəyan edir.

Sifətlərdə tövhid dedikdə nəzərdə tutulur ki, Allahın elm, qüdrət, həyat, iradə, idrak, eşitmək, görmək və s. kimi həqiqətlərdən ibarət olan ilahi sifətləri Onun müqəddəs zatı ilə ayrılıq təşkil etmir, əksinə Onun zatı ilə eyniyyət təşkil edir. Yəni Allah-taalanın zatı elə bir tərzdədir ki, qeyd olunan sifətlər Ona aid edilir. Yaxud bu sifətlərin əsərləri Ondan zahir olur.

Feldə tövhid dedikdə nəzərdə tutulur ki, təkcə bütün zatlar deyil, hətta bütün işlər də (hətta insanın işləri belə) Allahın iradə və istəyi ilə olub, müəyyən yollarla Onun müqəddəs zatının istəyindən irəli gəlir.

İbadətdə tövhid dedikdə məqsəd budur ki, Allahın müqəddəs zatından başqa heç bir varlıq ibadət və sitayişə layiq deyil və Allahdan başqasına sitayiş şirklə, islami tövhid hüdudlarından çıxmaqla bərabərdir.

İbadətdə tövhid, tövhidin sair qismləri ilə bir qədər fərqlənir, çünki əvvəldə qeyd olunan üç qism Allahın Özünə məxsusdur, axırıncı qeyd olunan qism isə bəndələrlə əlaqədardır. Başqa sözlə desək, Allah-taalanın hər hansı misl, oxşar olmaqdan pak və münəzzəh olması, sifətlərdə yeganəliyi, eləcə də iş görməkdə (feldə) yeganə olması Onun sifəti və Ona aid olan işlərdəndir. Amma ibadətdə tövhid dedikdə, məqsəd yeganəpərəstlikdir. Deməli ibadətdə tovhid Allaha yox, bəndələrin işlərinə aiddir.

Lakin əsl həqiqət bundan ibarətdir ki, ibadətdə tövhid də Allahla əlaqədardır, çünki ibadətdə tövhid dedikdə məqsəd budur ki, Allah-taala məbud (ibadət olunan) olmağa layiq olmaqda da yeganədir. Deməli, O, haqq olan yeganə məbuddur. La ilahə illəllah (Allahdan başqa heç bir məbud yoxdur) kəlməsi də tövhidin bütün mərhələlərinə şamildir. Əlbəttə onun ilkin məfhumu ibadətdə tövhiddir.

Zatda və ibadətdə tövhid islami etiqadın ilkin prinsiplərindəndir. Yəni əgər bir kəs öz etiqadında bu iki prinsipdən hər hansı birinə xələl yetirərsə müsəlman hesab olunmaz. Müsəlmanlardan heç kəs bu iki prinsip ilə müxalifət etməmişdir.

Son zamanlar Məhəmməd ibni Vəhhaba (o, İbni Teymiyyə Hənbəliyə tabedir) mənsub edilən və vəhhabiyyət firqəsi ardıcılları iddia etmişlər ki, müsəlmanların etiqadlarından bir qismi, o cümlədən şəfaətə etiqad bəsləmək, eləcə də müsəlmanların əməllərindən bəziləri, məsələn təvəssül, peyğəmbərlərdən və ilahi övliyalardan kömək istəmək və s. ibadətdə tövhidə ziddir. Lakin sair müsəlmanlar bu kimi işləri ibadətdə tövhid ilə zidd hesab etmirlər. Deməli, vəhhabilərin sair müsəlmanlarla olan ixtilafı pərəstişə layiq və yeganə olan məbudun Allahmı, yoxsa Allahdan başqası olmasında; məsələn, peyğəmbərlərin, övliyaların da pərəstişə layiq oub-olmamasında deyil. Heç bir şübhə yoxdur ki, Allahdan başqası pərəstişə layiq deyildir. İxtilaflı məsələ bir kəsdən şəfa diləmək, bir kəsi şəfaətçi qərar vermək, təvəssül etmək və s.-nin ibadət olub-olmamasındadır. Deməli, burada bu məsələ ilə əlaqədar yaranan münaqişəli məsələ (məntiqdə deyildiyi kimi) ikinci müqəddimədə deyil, birinci müqəddimədədir. İslam alimləri özlərinin geniş və dəlil-sübut əsasında olan bəyanları ilə vəhhabilərin nəzəriyyələrini rədd edirlər.1

Yuxarıda qeyd olunan üç mərtəbə nəzəri tövhid və mərifət növündəndir. Amma ibadətdə tövhid əməli tövhiddir və “olmaq” qəbilindəndir. Tövhidin o mərtəbələri düzgün təfəkkür və əndişədir, bu mərhələsi isə həqiqi “olmaqdan” ibarətdir. Nəzəri tövhid kamal görüşüdür, əməli tövhid isə kamala çatmaq yolunda bir hərəkatdır. Nəzəri tövhid Allahın yeganə olmasını dərk etməkdir, əməli tövhid isə insanın “yeganə olması”dır. Nəzəri tövhid görməkdir, əməli tövhid isə getməkdir.

Əməli tövhid, yaxud ibadətdə tövhid dedikdə yeganə pərəstlik, başqa sözlə desək, Haqqa pərəstiş istiqamətində yeganə olmaq nəzərdə tutulur. Sonradan qeyd edəcəyik ki, islam nəzərində ibadətin müəyyən mərtəbə və dərəcələri vardır. İbadətin ən aşkar mərtəbəsi təqdis və tənzih mərasimlərini yerinə yetirməkdir. Belə ki, Allahdan başqası üçün vaqe olarsa ümumiyyətlə tövhid əhlinin cərgəsindən çıxmağa, islamdan xaric olmağa səbəb olur. Amma islam nəzərindən pərəstiş bu mərhələ ilə bitmir. Bir şeyi hər növ olsa belə, özü üçün ideal və mənəvi qiblə qərar vermək pərəstişdir. Bir kəs öz nəfsani istəklərini əsas götürərək onu özünün mənəvi qibləsi qərar versə ona pərəstiş etmiş olur.

----


O kəsi görmədinmi ki, öz həvayi-nəfsini özünə məbud qərar vermişdir?!”1

Allahın itaət olunmasını əmr etmədiyi bir şəxsin əmr və fərmanlarına tabe olan və onun qarşısında sözsüz, qeydsiz-şərtsiz təslim olan şəxs həqiqətdə ona itaət etmiş olur:

----

Həqiqətən onlar öz dini alimlərini öz zahidlərini Allah əvəzinə özlərinə məbud seçmişdilər.”2



-----

Həqiqətən biz insanlardan bəzisi başqa bəzilərini özünə məbud, itaət olunan hakim qərar verməyək.”3

Buna əsasən əməli tövhid, yaxud ibadətdə tövhid dedikdə məqsəd budur ki, yalnız Allaha itaət edək, ruhumuzun qibləsini və ideallarımızın hərəkət istiqamətini Ona doğru yönəldək, sair ideal, mənəvi qiblə və cəhətləri və itaət olunmağı tərk edək, yəni əyilməyimiz də, qalxmağımız da Allah üçün olsun, Allah üçün qiyam edək, Allah üçün xidmət edək, Allah üçün yaşayaq, Allah üçün ölək. Necə ki, İbrahim (ə) belə deyib:

---


Qəlbimin çöhrəsini ürəyimin üzünü haqqa yönələn halda elə bir həqiqətə doğru çevirmişəm ki, bütün aləmləriaşağı yüksək aləmləri yaradandır. Heç vaxt müşriklərdən olmadım.”1

Həqiqətən mənim namazım, ibadətim, yaşamağım ölməyim aləmlərin rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə bu əmr olunmuşdur, mən haqqa təslim olanların ilkiniyəm.”2

İbrahim (ə)-ın bu tövhidi onun əməli tövhididir. “La ilahə illəllah” pak kəlməsi hər şeydən əvvəl əməli tövhidə nəzər yetirir. Yəni Allahdan başqa pərəstişə layiq olacaq heç bir varlıq yoxdur.3


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin