Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
31 Mart Azərbaycanlıların soyqrımı ilə əlaqədar
Erməni təcavüzünün qanlı səhifələri
(metodiki vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: İbrahimxəlilova Rahilə - MKS-nin Metodika və
Biblioqrafiya şöbəsinin boyük metodisti.
Azərbaycan xalqına dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqrımı da tarixin açılmamış səhifələrindən biridir.
1813 və 1828-ci il illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdu. Qısa bir müddətdə bu ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqrım Azərbaycan (xalqının) torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbikarları1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirmişdilər.
Azərbaycanlıların soyqrımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkaranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.
1920-ci ildə Zəngəzuru və azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrlə əl atmışdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında”xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.
Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSr-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiya həyata keçrildi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdir.
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqrımdan 95 il ötür.1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın,o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdi.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirmiş, müsəlman ziyarətgahlarını yandırmış, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binası yandırılmışdır.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqrım siyasəti təkcə bakı şəhəri ilə məhdudlaşdırılmamışdır. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olmuşdur.Erməni daşnakları Lənkaran, Muğan və Dağlıq Qarabağda minlərlə kəndi yandırmış, on minlərlə insanı vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-də Azərbaycan Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamenti 31 mart tarixinin azərbaycanlıların soyqrımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı şoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olunmuşdur.1918-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqrımı haqqında” fərman imzalamışdır. Həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqrımı Günü kimi qeyd olunur.
II. Bölmə: 31 mart - Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar keçirilən tədbirlər.
Hər il olduğu kimi bu il də Azərbaycanlıların soyqrımı günü ilə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılır.Belə ki, tədbirlərə kitab sərgisi, anım günləri, mühazirələr daxildir. Sərgi müxtəlif başlıqlarda ola bilər. “Əsrin qnlı faciəsi”, “31 mart Azərbaycanlıların soyqrımı günüdür”, “Erməni vəhşiliyinin canlı izləri” və sairə.
“31 mart-Azərbaycanlıların soyqrımı günüdür” başlıqlı sərginin sxemini veririk.
1.Başlıq. “31 mart-azərbaycanlıların soyqrımı günüdür”.
2.Mövzuya aid şəkillər.
3.Dövrü mətbuatda çap olunan məqalələr.
4.Soyqrım münasibətilə çap olunan kitablar.
____1____
________ ____2____ ________
________ 3 ________
____4____
31mart-Azərbaycanlıların soyqrımı günü xalqa daha geniş çatdırmaq üçün kitabxana işçilərinin qarşısında daha çox vəzifələr durur. Kitabxanalara tövsiyə edirik ki, Soyqrım günü ilə əlaqədar dərc olunan materiallardan mövzu kartotekası (şəklində) hazırlayıb oxucuların istifadəsinə versinlər.
Oxuculara tövsiyə olunan ədəbiyyat siyahısını veririk.
1.Əliyev N. 1917-1920-ci il illərdə Azərbaycanda türk-müsəlman soyqrımları ilk mənbələrdə [Mətn] /N.Əliyev: elmi red. İ. Musa: red.A. Əliyev .-Bakı: Nurlan, 2009.- 203s.
2.Ələkbərli Ə.Qərbi azərbaycanlıların 1988-ci il soyqrımı [Mətn]: Sənədlərin dili ilə /Ə. Ələkbərli; məsləhətçilər: Ə. Həsənov, A.Səfərov; red.: B.Budaqov, H.Mirzəyev; rəyçilər: Q. Sadıqov, İ.Məmmədov.-Bakı: [Nurlan], 2008.-560s.
3.İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqrımı probleminin tarixşünaslığı: 1918-1920 [Mətn] /A. İsgəndərov; elmi red.:Y. Mahmudov, F.İbrahimli, xüsusi red.S.Yaqubov.-Bakı: Adiloğlu, 2006.-396s.
İstifadə edilmiş ədəbiyyat:
1.R.Tahirov. Əlamətdar və tarixi günlər təqvimi-2013; M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası.-Bakı,2012.- 440s.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Milli Mətbuat günü münasibəti ilə
Azərbaycan-azad sözün məkanı
(metodiki vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: İbrahimxəlilova Rahilə - MKS-nin Metodika və
Biblioqrafiya şöbəsinin boyük metodisti.
I Bölmə. Milli Mətbuat günü.
22 iyul-Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.Dövrünüb görkəmli ziyalısı Həsən bəy Zərdabinin 1875-ci il 22 iyul tarixində həsr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli azadlıq hərakatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar.Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyası və ideoloji fəallağının artırılmasında mühüm rol oynamışlar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Tazə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın külli özünüdərk hissinin formalaşmasına çalışmışlar.
Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsədə milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında rol oynamışdır. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci sayının çapdan çıxdığı gün-22 iyul Azərbaycan mətbuatı və jurnalistikası günü elan edilmişdir.
Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli dərəcədə irəliləyiş baş vermişdir. Hazırda ölkədə 4500-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata alınmışdır. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də kefiyyət baxımından region ölkələrini qabaqlamışdır.
Bir çox demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da Mətbuat Şurası yaradılmış və “Mətbuat haqqında” qanun qəbul edilmişdir. Azərbaycan Respublikasının 1995-ci ilin noyababrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilmişdir.
Ulu öndər H.Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir.
II. Bölmə: Milli Mətbuat günü ilə əlaqədar keçiriləcək
tədbirlər.
Milli Mətbuat günü ilə əlaqədar klub və kitaxanalarda tədbirlərin keçirilməsi planlaşdırılır. Belə tədbirlərə kitab sərgiləri, mühazirə, söhbətlər və sair daxildir.
Sərgi müxtəlif başlıqlarda ola bilər:
“Azərbaycanda söz və mətbuat azadlığı” başlıqlı sərgininin nümunəsini veririk:
1.Başlıq: “Azərbaycanda söz və mətbuat azadlığı”.
2.Mövzuya aid şəkil.
3. Milli mətbuat günü münasibəilə dərc edilən materiallar.
4.Maarifci H. Zərdabinin məqalələri.
____1____
________ ____2____ ________
________ 3 ________
____4____
Milli Mətbuat gününü xalqa daha geniş çatdırmaq üçün kitabxana işçilərinin qarşısında daha çox vəzifələr durur.
“H.Əliyev-Mətbuat azadlığının təminatçısı” mövzusunda elmi-nəzəri konfrans, “Əkinçi-Azərbaycan dilində ilk qəzet”, “Azad sözün məkanı”, “Azərbaycanda söz azadlığı”, “Mətbuatımız müstəqillik illərində”, “Mətbuatımızın ilk qaranquşu- Əkinçi” və sair mövzularda mühazirə, söhbətlər təşkil edilməlidir. Kitabxanalara tövsiyə edirik ki, Milli Mətbuat günü ilə əlaqədar dərc edilmiş materialları mövzu kartotekası şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.
İstifadə edilmiş ədəbiyyat:
1.K.Tahirov.Əlamətdar və tarixi günlər təqvimi.-2013; M.F. Axundov adına Azərbaycan Milli kitabxanası.-Bakı, 2012.-440s.
2.Milli Mətbuat və jurnalistika günü [Mətn] //Qocayev Ə.Bayramlar və Tarixi günlər.-Bakı: Altun kitab, 340 s.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Milli Qurtuluş gününün 20 illiyi ilə əlaqədar
Tariximizin Qurtuluş səhifəsi
(metodiki vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
biblioqrafiya şöbəsinin müdiri.
I Bölmə. Milli Qurtuluş günü.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistannın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdi. 1993-cü il iyulun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissəsinin hakimiyyətə itaətsizliyi ölkənin tamamilə xaosa sürüklənmişdi.Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü.Qiyamçı hərbi hissələrin rəhbərliyi, əvvəlcə o vaxtki Baş nazir və Milli Məclis sədrinin , sonra isə Prezidentinin istefasını tələb etmişdi: vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəhcə divarlarında çıxaraq, üzü Bakıya döğru geniş miqyas almışdı.Belə böhranlı və ağır vəziyyətdə ölkə vətandaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərini hakimiyyət sükanı arxasına keçməsində görmüşdü.Bu taleyüklü sınaq anında xalqın çağrışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strated H. Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranını aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və hər bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparılması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdu.Bundan bir neçə gün sonra iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən, təkdilli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamanın Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq vermişdi. Bu tarixi hadisə respublikanın həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdi. Beləliklə də 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş kimi daxil edilmişdir.
Ulu öndərin 1993-cü ilin 15 iyun tarixində Ali Sovetin sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdi. H.Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlanmış, yüksək idarəçilik kefiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdı. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərmiş, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmişdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilmişdi.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdi.O vaxtdan H.Əliyevin yenidən hakimiyyətə qaydışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki,xalq bu günü H.Əliyevin məzarını ziyarət etməklə anır.
II.Bölmə.Milli Qurtuluş günü münasibəti ilə tədbirlərin keçirilməsi.
Milli Qurtuluş gününün 20-ci ildönümü münasibəti ilə bütün mədəni-maarif müəssisələrində o cümlədən kitabxanalarda da ailəvi tədbirlər hazırlanmalıdır.Bunu üçün ilk növbədə kitab sərgisi təşkil olunmalıdır. Qurtuluşun 20-ci ildönümünə həsr olunmuş sərginin nümunəsini veririk.
1.Başlıq. “15 iyun tarixin dönüş anı”
2.Qurtuluş gününə həsr edilmiş materiallar.
3.Mövzuya aid şəkillər.
4.Qurtuluş gününə həsr olunmuş kitab və məqalələrin siyahısı.
____1____
________ ____2____ ________
________ 3 ________
____4____
Kitabxanada kitabxanaçı oxuculara Qurtuluş günü haqqında daha geniş məlumat vermək üçün dəyirmi masa təşkil edə bilər.Kitabxanada, “15 iyun-Qurtuluş günüdür” başlıqlı mövzu kartotekası təşkil edilə bilər.
Bundan başqa kitabxanalarda “Tarixin dönüş anı”, “Dövlətçiliyimizin Qurtuluş tarixi”, “Azadlığın əzablı yolu”, “Əbədi Qurtuluş yolu” və sair mövzularda mühazirələr, söhbətlər təşkil edilməlidir.
İstifadə edilmiş ədəbiyyat:
1.Qasımov A.Qaydışdan başlanan Qurtuluş [Mətn] /A. Qasımov// Azərbaycan.-2012.-9 iyun.-s.2.
2.Niyazov X. Tarixi taleyimizin qaydış səhifəsi [Mətn] /X.Niyazov //Azərbaycan .-2012.-12iyun.- s.2.
3.İbrahimov E. 15 iyun olmasaydı, nə Azərbaycan, nə də suveren dövlət olacaqdı [Mətn] E.İbrahimov //Kaspi.-2012.-12-14 iyun.- 5s.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Əlimərdan bəy Topçubaşovun 150 illik yubleyi ilə əlaqədar
Əlimərdan bəy Topçubaşov-150
(metodiki vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
biblioqrafiya şöbəsinin müdiri.
I. Bölmə.Həyatı və yaradıcılığı.
Ə.Topçubaşov 1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlib.İlk təhsilin I Tiflis Gimnaziyasında alan və təhsil ocağını müvəffəqiyyətlə bitirən Topçubaşov 1884-cü ildə Peterburq universitetinin tarix-filologiya fakultəsinə daxil olur. Lakin qısa zamandan sonra o, hüquq fakultəsinə keçir və 1888-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Peterburq universitetinin hüquq fakultəsinin Elmi Şurası Ə. Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi alması üçün hazırlanması haqqında qərar qəbul edir. Lakin 1889-ci il qəbul edilmiş universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermir.Ə. Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə vəkil vəzifəsində çalışır.Tiflis Geodeziya məktəbində hüquqdan dərs deyir. 1896-cı ildə Bakıya gələn Ə. Topçubaşov vəkilliklə məşğul olaraq mürəkkəb məhkəmə proseslərini udur. Bu naliyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırır.
Ə.Topçubaşov müxtəlif sahələrin mütəxəssisi olaraq tanınmış və uğurlar onu müşayət etmişdir.Belə ki, o, 1897-ci ilin axırlarına kimi “Kaspi” qəzetinin yaradıcılarından və redaktorlarından biri olub.Bu illərdə onun yüzlərlə məqaləsi dərc edilib. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış edib.
Ə. Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş və onun başçılarından birinə çevrimişdir. O, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, onun sədrliyi ilə keçmiş, “İttifaqi müslümün” qurultayları tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdur.
Tarixi mənbələrdə göstərir ki, Bakının ictimai-siyasi həyatının ən qaynar və zididiyyətli dövründə-1905-ci ilin sentyabrında çarizm Bakı proletariatı inqilabi mübarizədən çəkindirmək məqsədi ilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müzakirəsini keçirməyə icazə verir. Müşavirə Sankt-Peterburqda keçirilmiş və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrini acınacaqlı vəziyyəti haqqında məlumat verərək, onların mənafeyini müdafiə etmişdir. 1906-cı ildə Dövlət Dumasına seçkilər keçirilir. Dövlət Dumasına Ə.Topçubaşov da seçilir.Topçubaşov Dumada bir sıra məsələləri müzakirə edir, Rusiyadakı azsaylı xalqlara əsasən, müsəlmanlara muxtariyyat verilməsi tələbinin tərəfdarı olur.Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu.
Ə. Topçubaşov demokratik əsaslarda yaranmağa başlamış ictimai və siyasi təşkilatları inqilabi naliyyətləri dəstəkləyir və möhkəmlənməsinə təkan verirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə. Topçubaşov AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanan Ə. Topçubaşov Azərbaycanın ilk Parlamentinin sədri seçilmişdir.Çətin və gərgin əməyin nəticəsində əldə edilən qələbə münasibətilə Ə.Topcubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: “Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur...Biz heç vaxt ümüdimizi itirmirdik... Ona görə də müstəqillik əldə edəcəyimizə inanırdıq.. Belə dəyərli xöşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
Ə.Topçubaçov Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra 1920-ci ildən Parisdə yaşamışdır. Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır.
Ömrünün son gününə qədər Parisdə yaşayan və mübarizəli ömürün müəllifinə çevrilən Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur.
Həyatının təkcə öz xalqının deyil, həm də bütün Rusiyanın türk-müsəlmanlarının istiqlalı uğrunda mübarizəyə həsr etmiş Topçubaşov Azərbaycanın müstəqilliyinin bərpa olunması yolunda fəaliyyətini ömrünün sonuna qədər davam etdirmişdir.
II. Bölmə.Ə. Topçubaşovun 100 illiyi münasibətilə kitabxanalarda keçiriləcək yubley tədbirləri.
Ə. Topçubaşovu kitabxanalarda təbliğ etmək üçün bütün mədəni- maarif müəssələri, o cümlədən kitabxanalar qarşısında mühüm vəzifələr durur. Kitabxanalarda çoxsaylı oxucu kütləsinin sorğularını ödəmək məqsədilə kitabxanaçılar Ə.Topçubaşovun həyat və yaradıcılığına dair ədəbiyyatdan geniş istifadə etməlidirlər.
Ə.Topçubaşovun kitabxanalarda təbliği üçün keçirilən tədbirlər planı geniş olmalıdır.Kitabxanalar əyani və şifahi təbliğatın-kitab sərgiləri, mühazirə, söhbət , biblioqrafik icmal, oxucu konfransları və sairə kimi forma və üsullarından geniş şəkildə istifadə etməlidirlər.
Ə. Topçubaşovun həyat və fəaliyyətini təbliğ etmək məqsədilə kitabxanalar ilk növbədə kitab sərgisi təşkil etməlidirlər.Bir sərginin təxmini sxemini veririk.
1.Başlıq “ Ə.Topçubaşov-150”
2.Ə.Topçubaşovun şəkli.
3.Ə.Topçubaşovun 150 illik yubleyi ilə haqqında Azərbaycan respublikası Prezidentinin sərəncamı.
4.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.
Ə.Topçubaşovun həyat və yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq üçün sual-cavab gecəsi üçün bir aydan artıq vaxt ayırmaq lazımdır. Suallar belə ola bilər:
1.Ə. Topçubaşov nə vaxt anadan olmuşdur?
2.İlk təhsilini harda almışdır?
3.Hansı illərdə Kaspi qəzetinin redaktoru olub?
4.Ə. Topçubaşov neçənci illərdə azadlıq mübarizəsinə qoşulmuşdur?
5.Neçənci ildə o Dövlət Dumasına seçilmişdir?
6.I Dövlət Dumasının ömrü nə qədər oldu?
7.Hansı illərdə Ə.Topçubaşov Parisdə yaşamışdır?
8.Ə. Topçubaşov neçənci ildə vəfat etmişdir?
Kitabxana işçiləri söhbətlər, mühazirələr vasitəsilə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilməlidirlər.
İstifadə olunmuş ədəbiyyat.
1.Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvü şəkildə birləşdirən ziyalı /müəllif Zümrüd//Mədəniyyət.-2013.-27fevral.
2.Y. Məmmədov.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II c.-Lider.-2005.-470s.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Xocalı faciəsi ilə əlaqədar
XX əsrin soyqrımı – Xocalı
(metodiki vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
biblioqrafiya şöbəsinin müdiri.
I Bölmə.
Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə görünməmiş qətliam baş verdi.Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən sildilər.İnsanlar amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, şəhər isə oda qalandı. Bu Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnaklar silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhşətli soyqrım törədildi. Xocalı erməni-qəsbikarları tərəfindən tam mühasirəyə alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin ümüdinə buraxılmlşdı. Halbuki xocalılar erməni-daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar.Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirildi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu. Yer-göy qan ağlayırdı.Xocalı soyqrımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan ümumilli lider H.Əliyev Xocalı sakinləri ilə görüşdə demişdir: “ .... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalması gününü görən Azərbaycanın ərazi bütövlüyünü təmin edən, müstəqil Azərbaycanın hüquqlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”.
Xocalı soyqrımının 20 ili tamam olur. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqrım törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətə görə yollarda, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub.
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqrımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqrımının dünya istiqamətində tanınmasında böyük işlər görüb.Xocalı soyqrımının, ümumilikdə bütün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Leyla xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətlər haqqında obyektiv məlumatlara cəlb etmək, sözügedən fəciələrə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək, eyni zamanda, Azərbaycanın Qarabağ münaqişəsində milli maraqlarının müdafiə olunması məqsədilə “Xocalıya ədalət-Qarabağa azadlıq” devizi altında beynəlxalq kompaniyanın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.Bizim hər birimiz bu kompaniyalara dəstək verməliyik. Harada yaşamağından aslı olmayaraq-Azərbaycanda da, Azərbaycandan kənarda da. Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil olmuş, yaralanmış qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya ortaya qoymalıdır.
Tarix heç nəyi unutmur!
Allah bütün şəhidlərə rəhmət eləsin!
II Bölmə. Faciənin 21-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlər.
26 Yanvar 1992-ci il.Bu qanlı faciədən 21 il ötür. Hər il olduğu kimi bu ildə Xosalı faciəsi ilə bağlı kitabxanamızda da tədbirlər planı hazırlanmışdır. Bu tədbirlərin sayı çox genişdir. Belə ki, tədbirlər planına kitab sərgisini, foto sərgisini, ədəbi-bədii kompozisiya, anım günləri və və sairə tədbirlər daxil etmək olar.İlk öncə kitabxanada kitab sərgisi və şəhidlərimizin foto stendləri hazırlanmışdır. Sərgi müxtəlif başlıqlarda keçirilə bilər: “Xocalı harayı”, “XX əsrin faciəsi” və sair.
“XXəsrin soyqrımı” adlı sərginin sxemini veririk.
1.Başlıq. “XXəsrin soyqrımı”
2.Mövzuya aid şəkillər.
3.Dövrü mətbuatda çap olunan məqalələr.
4.Xocalı faciəsinə aid nəşr olunan kitablar
5.Şeir parçası.
____1____
_____ ____ 2 ____ ____
_____ ___3___ _____
______ 4 _____
_____
Şeir parçası:
Ayrıldı anadan bala o gecə,
Söyləyin unudaq o günü necə?..
Al qana boyandı o gözəl küçə,
Xocalı dərd oldu ürəyimizdə.
Kitabxanada Xocalı faciəsi ilə əlaqədar keçirilən tədbirlərin siyahısına xatirə gününü də daxil etmək olar. “Xocalıya ədalət” başlıqlı xatirə gününün ssenarisini veririk:
26 fevral 1990-cı il ...
Elan olunmamış mühazirə sözləri yazılmış plakat asılıb. Aparıcılar səhnəyə çıxır.
I aparıcı: Xocalı soyqrımı tarixin qanlı günü
O əlli il əvvəlki xalqın faciəsiydi.
Millətin soyqrımı, millətin qətl günü
Minilliyin, həm əsrin ən böyük genosidi.
Xocalı soyqrımı xalqın faciəsiydi.
II aparıcı: Daş üstə daş qalmadı bir şəhərdən
o gecə,
Düşmən öz amalına yetişmişdi beləcə.
Yandırıldı torpaq, səma alov göyə büləndi.
Yandırıldı od içində Xocalım dərdli-dərdli.
I aparıcı: Adamların qanıyla
Yuyuldu ana torpaq.
İşgəncələr verildi
O gün xalqıma Allah!
Güllələndi millətim,
Tapdalandı qeyrətim
Xocalıda o gecə.
II aparıcı: Dünya niyə susubdur
Məgər görməyir bunu?
Müdafiə edirlər
Erməni quldurunu.
Susduracam od çıxan
Cingiltili səsini.
Qulağını aç eşit
Koroğlu nərəsini.
I və II oxucu: Cinayətkar cəzasını
Çəkməlidir onu bil
Xocalı mənimkidir,
Düşmənim geri çəkil!
Sonda Xocalı faciəsinə aid lentlər göstərilə bilər.
Eyni zamanda kitab icmalı da keçirə bilərik. Məsələn S. Müslümqızının “Qar üstə qan yağırdı”, H. Məmmədlinin “Zəngulə” və sair.
“XX əsrin soyqrımı-Xocalı” kitabının müzakirəsini də keçirmək olar.
Bu insanlığa qarşı törədilmiş cinayəti xalqa daha geniş çatdırmaq üçün kitabxana işçilərinin qarşısında böyük vəzifələr durur.”Tariximizin qara yazısı”, “Xocalı soyrqrımı bəşəri cinayətdir”, “Xocalım yurdum mənim”, “Tarixin qan yaddaşı”, “Əsrə bərabərgecə” və sairə başlıqlarda mühazirə, söhbətlər təşkil etmək.Kitabxanalara tövsiyə edirik ki, Xocalı faciəsi ilə əlaqədar dərc olunan materialları mövzu kartatekası şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.
Oxuculara tövsiyə olunan ədəbiyyatın siyahısı:
Aşırlı A. Türkün Xocalı soyqrımı [Mətn].-Bakı:Nurlan,2005.-152s.
Xəlilqızı Ə. Güllələnmiş uşaqlıq [Mətn].-Bakı: Çaşıoğlu,2007.-295s.
Xocalı XX əsrin soyqrımı [Mətn].-Bakı:Azər Tac, 2012.-130s.
Soyqrım cinayəti [Mətn].-Bakı:CBS Poliqrafiya,2010.-87 s.
Məmmədov S. Xocalı soyqrımı [Mətn].-Bakı:Kitab aləmi, 2010.-16s.
İstifadə olunan ədəbiyyat:
1.XX əsrin xocalı soyqrımı.-B.:Azər tac,2012.-130s.
2.Əliyev İ.Əsrin faciəsi:Xocalı faciəsi haqqında,Xalq qəzeti.-2011,s.3
3.Abdinli S. Öldürdülər bir şəhəri,Planet.-2012, fevral s.3
4.Xocalı qisasa səsləyir bizi, Mədəni həyat .- 2011,s.8-9.
Dostları ilə paylaş: |