Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


II.Bölmə: M.Arazın 80 illiyi münasibətilə kitabxanada görüləcək işlər



Yüklə 0,84 Mb.
səhifə5/9
tarix20.01.2017
ölçüsü0,84 Mb.
#653
1   2   3   4   5   6   7   8   9

II.Bölmə: M.Arazın 80 illiyi münasibətilə kitabxanada görüləcək işlər.

Azərbaycanın Xalq Şairi Məmməd Arazın 80 illiyi münasibətilə kitabxanalarda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmşdur. Bu münasibətlə ilk növbədə sərgi, kitab icmalı və sair daxil etmək olar. Sərgiyə müxtəlif başlıqlar vermək olar. Məs: “M.Araz-80”, “M. Araz poetikası” və sair.

İndi isə “M.Araz-80” başlıqlı sərginin sxemini nümunə üçün veririk:

1.Başlıq: “M.Araz-80”

2.Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı.

3.Şeirlərindən parçalar.

4.Əsərləri.

5.Bu münasibətlə nəşr olunmuş dövrü mətbuatda nəşr olunmuş materiallar

Kitabxanalarda M.Arazın 80 illiyi münasibətilə söhbət aparıla bilər.Kitabxanaçı uşaqlara öyrətməlidir ki, M.Arazın poeziyasında vətənpərvərlik onun vətənə sevgisindən doğur. M.Arazın poeziyasının geniş təbliği ön plana çəkilməlidir.

Kitabxanalarda keçirilən tədbirlərin ən maraqlısı poeziya axşamıdır. “Məmməd Araz dühası” adlı poeziya axşamının ssenarisini sizə təqdim edirik.Tədbir M.Arazın sözlərinə yazılmış “Dünya mənim, dünya sənin” mahnısı ilə başlayır.

Səhnəyə aparıcılar daxil olur:

I aparıcı: Əziz və hörmətli qonaqlar! Hamınızı xoş gördük. M.Araz XX

əsr Azərbaycan ədəbiyyatının ən görkəmli ədəbi

simalarından biridir.Hər bir vətəndaşı vətənin bir daşı sayan

şairin qələmə aldığı əksər misralarda Böyük bir vətəndaş

ürəyi, sönməz fədakarlıq və ürfani düşüncələr çırpınır.

Yüksək petik ilhamla yazdığı həmin şeirlərdə ölməz şair

Azərbaycan təbiətinin əsrarəngiz gözəlliklərini məharətlə

Canlandıra bilmişdir.

II aparıcı: Azərbaycan-qayalarda bitən bir çiçək,

Azərbaycan-çiçəklərin içində qaya!

Mənim könlüm bu dünyanı vəsf eliyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan! Qayəsi nur, mayəsi nur ki,

Hər daşından alov dili ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

I aparıcı: Cəmiyyətin ağrılarını duymaq, vətəndaşlıq qayəsi, şimallı-

cənublu Azərbaycan torpaqlarının dərdini daşımaq,

Bütöv Azərbaycan hayqırtısı-M. Araz poeziyasının əsas

gücü və qüdrəti bundadır! Bu fikirlərin sübutu oxucu

“Məndən ötdü” rədifli şeirində daha aydın görünür:

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Məndən, səndən ötən zərbə,

Vətən, vətən sənə dəydi...

II aparıcı: Şəhid-ölümü ilə, şair ağrısı və poetik fikirləri ilə yaddaşlara qaynayıb-qarışır.Yaddaşın ömrü isə vicdana və haqqa xidmətin qədərindən, bir də qədir qiymətə, qeyrətə çevrilən anların cəmindən yaranır. M.Araz “Duman ömrü” şeirində yazır:

Ölüm istəyirəm. Qəfil bir ölüm,

Bir kibrit ölümü, barıt ölümü.

Bir anda bir ovuc dumana dönüm,

İstədiyim səmtə tutum üzümü.
Görüm, hər qonanda dağlar qaşına,

O dağdan, o çəndən necə yazmışa?!

Görüm,hər enəndə bulaq başına,

Çiçəkdən, çəməndən neçə yazmışam?!


Görüm dumanlara qoşula bilmək,

Ayrılıb didərgin olmaq, necədir?!

İstəksiz dərədən daşına bilmək,

İstəksiz dərəyə dolmaq necədir?!


Görüm bir necədir yerlərə hopub,

Vətən torpağının şehinə dönmək.

Kiçik bir qayanın döşündən qopub,

Böyük bir dünyanın mehinə dönmək.


Görüm, tər tutanda kəndi şəhəri

Fatehlər bu dəmdə nə görüb axı?

Nənəmin Allahı min ildən bəri,

Nənəmin yurduna nə verib axı?

I aparıcı: M. Arazın poetikası Azərbaycan poeziyasının təkamülündə yeni mənəvi iqlimin və tarixi mərhələnin, hava və qan dəyişiminin bir növ əbədi simfonyasına döndü. Həmin poetikada şair bir ənənənin yox, min illik əxlaq, fəlsəfə, hünər və poeziya irsinin varisi kimi çıxış edirdi: insan, təbiət, tarix, tale bir qovşaqda cərəyan edib kəsişirdi:

Bir taleyin əllərində cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığında milyonlar şərik,

Dünya sənin, dünya mənim, dünya heç kəsin!

Çevrəsindən çıxsa əgər suda fırfıran,

Bir ümidin ətəyindən tutub da fırlan,

Eşidirsən, pıçıldayır yıxılan, duran,

Dünya sənin, dünya mənim, dünya heç kəsin!
Bu get-gəllər bazarına dəvədi dünya!

Bu ömür-gün naxışına həvədi dünya!

Əbədiyə qəhqəh çəkir əbədi dünya!

Dünya sənin, dünya mənim, dünya heç kəsin!

Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya! Bu kəlamı və ovqatı Qorquddan sonra bu qədər tutarlı şəkildə ifadə edən uğurlu bədii misralara yalnız M. Araz poezyasında rast gəlmək, mümkün olur.Neyləmək olar ki, bu gəlimli-gedimli dünyadan bir gün şairlərin ən sevimli şairi olan Ulu Məmməd Araz da köçdü. Fəqət o, bu həyatla vidalaşmazdan əvvəl ulu dağlarla vidalaşdı:

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman salamat qal, dağ salamat qal!

Dalınca su səpir yoxsa buludlar.

Leysan salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə ,

Nərgizlər saraldı şehli çəməndə,

Ey qaragöz pəri, dalınca sən də,

Boylan, salamat qal, bax salamat qal!


Gəldim, qarşıladı güllər-çiçəklər,

Gedirəm, əl edir göy biçənəklər.

Vidamı çaylara dedi küləklər,

Bulan, salamat qal, ax, salamat qal!


Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeiri də sənsən,

Barı, bərəkəti, xeyri də sənsən,

Çoban, salamat qal, sağ-salamat qal!

II aparıcı: Ustad Məmməd Arazın ulu dağları özünün yazdığı kimi, sağ-salamat qalsa da, fəqət düşmən tapdağında bu gün xiffət çəkir. O, ulu dağlar Cavanşir hünərli, Koroğlu biləkli igidlərin həsrətindədir.M. Arazın ruhu o zaman şad olacaq ki, zirvəsi dumanlı ulu dağları öz şairlərimiz dolaşıb onları vəsfə gətirəcək, dağlardan cuna kimi süzülən şəlalələrin şırıltısı ruha qanad verəcək və qəm-kədər o dağlardan həmişəlik yox olacaq! Ulu Məmməd Araz bax, o zaman rahat uyuyacaq!

Sonu

İstifadə olunan ədəbiyyat siyahısı:

1.M. Araz. Seçilmiş əsərləri.-Bakı: Lider, 2004.-c.1.-224s.

2.M. Araz. Seçilmiş əsərləri.-Bakı: Lider, 2004.-c.2.-232s.

3.M. Araz. Publisistika: I kitab.-Bakı: Adiloğlu,2001.-438s.

4.Eminalıyev E. Məmməd Araz.-Bakı: Səda, 2006.-130s.

5.Fətəli qızı G.Məmməd Arazlı günlərim.-Bakı: Zəkioğlu, 2008.-216 s.

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Respublika günü münasibətilə

Xalqın xilas günü”

(metodiki vəsait)



Şəki-2013

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Məhyəddinova Gülər-MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin informasiya texnologiyaları üzrə mütəxəsisi .

I.Bölmə.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmışdı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur!

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etmişdi. Müstəqil Azərbaycan dövlətinin təşkili idarəsi Xalq Cümhuriyyəti idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı ilə Fətəli xan Xoyski seçilmişdi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülmüş, yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçmüşdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük naliyyətlər və qalibiyyətlər əldə etmişdir. 95 il Bundan əvvəl ilk dəfə qadınlara seçim hüququ tanıyan və qadın –kişi bərabərliyini təmin edən müstəqil Azərbaycan Cümhuriyyəti, o cümlədən milli ordu, milli pul, demokratlaşma milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfində Azərbaycanın istiqlalının tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatları həyata keçirmişdir.

Azərbaycan Demokratik Respublikasının rəsmi surətdə .1918-ci il iyun ayının 4-də tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur.

1918-ci il 9 noyabr tarixində M.Ə. Rəsulzadənin təklifi əsasında Azərbaycan Demikratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitində cəmi 23 ay fəaliyyət göstərə bilmişdi. Təssüflər olsun ki, Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalmış, müvəqqəti olaraq devrilmişdi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etmişdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilənmiş və M.Ə. Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ” şüarı öz əksini tapmış və nəhayət, 1991-ci ildə Sovet İmperyasının doğulması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir.

1910-cı ildən Respublika Günü-dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.



II. Bölmə. Respublika Günü münasibətilə keçiriləcək tədbirlər.

28 may-Respublika günü münasibəti ilə bir sıra tədbirlərin keçirilməsi vacibdir. Kitabxanada kitab sərgilərinin, oxucu konfranslarının, ədəbi-bədii gecələrin, mühazirə, söhbətlərin keçirilməsi vacibdir. Belə ki, kitabxanalarda hər il 28 may Respublika günü münasibətilə sərgi təşkil olunmalıdır. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Sərgini aşağıdakı sxem üzrə hazırlamaq olar.

1.Başlıq “Xalqın xilas günü”.

2.Sitat.


3.Kitablar.

4.Şeir parçası.

5.Mövzuya aid məlumat nəşrləri

____1____

________ ___2___ ________

________ 3________

______4_____

_______ ____5____ _______

Sitatlar.Ömrünün çoxunu Azərbaycanın istiqlal ideyasının təbliğinə, Azərbaycan ədəbiyyatının böyük naliyyətlərinin yayılmasına həsr etmiş M.Ə. Rəsulzadənin yaradıcılığı mədəniyyət tariximizdə dəyərli xəzinədir.

Pənah Xəlilov

Professor

“Rəsulzadə, bütün ömrü boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan bir idi. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir”.

Seyid Həsən Tağızadə

Dövlət xadimi

Şeir parçası:

Pozulsun sərhədlər, silinsin xətlər,

Qarışsın bir-birinə şəhərlər, kəndlər.

Çəpərli sərhədlər dağılıb itsin,

İnsanlar qəlbində gül-çiçək bitsin.

Şeir parçası:

Dövlət himnini oxumayanlar,

Dövlət bayrağını abidə edir.

Nə yaxşı anlaya bilmir ki, onlar

Bayrağın özü də Rəsulzadə.

Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri M.Ə.Rəsulzadə haqqında yazılmış “Dönməzlik” adlı kitabın müzakirəsini keçirmək olar.Bu görkəmli şair, publisist Teyyub Qurbaninin M.Ə.Rəsulzadə haqqında yazdığı əsəridir. “Dönməzlik” əsəri bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş M.Ə. Rəsulzadədən danışır.

Kitabı yazarkən görünür müəllif uzun müddət arxivlərdə çalışmış, o dövrün mətbuatı, yazışmaları, həmçinin dövrün canlı şahidlərinin söhbətinə qulaq asmışdır. Gərgin zəhmətin nəticəsi olan bu kitab əsasında qələmə alınıb. Bu da əsasən kitabın oxunaqlı olmasını şərtləndirən amillərdən biridir.

Povestdəki hadisələr müxtəlif məkanlarda –Bakıda, Finlandiyada, Novxanı və lahıc kəndlərində, Almaniyada, İtaliyada , Qazaxıstanda və başqa yerlərdə baş verir.Harada olur-olsun, M.Ə.Rəsulzadə müxtəlif mənbələr vasitəsilə doğma vətəndən xəbər tutur, uzaqda yaşasa da, Azərbaycanı bolşevik boyunduruğundan xilas etmək üçün gecə-gündüz çalışır. Kitabda Məmməd Əmin Rəsulzadənin İstanbulda Atatürklə qısa, lakin mənalı görüşü də öz əksini tapmışdır. Bu görüş çox təsirli və yadda qalandır.

Oxucu povestdəki hadisələri izlədikcə xaricdə gecə-gündüz işləyib, mübarizə aparan M.Ə.Rəsulzadənin fikir və düşüncələri ilə tanış olur, digər tərəfdən də Qazaxıstanın Çimkənd şəhərində yaşayan Azərin taleyi ilə maraqlanır, onun çətin həyat yolunun çətinliyindən mütəəssir olur. Əsərin sonunda onun ağır xəstələnməsi, ölümü və qadını Leyla xanımın özünə qəsd etməsi göstərilsə də, povest nikbin ruhla başa çatır. Təxminən yarım əsr əvvəl vətəndən dərbədər düşən, sürgün edilən Azərbaycan el-obasına dönür. Onu qarşılayan izdihamı görən Azər kövrəlir, atasının necə əvəzedilməz bir insan olduğunu sanki indi başa düşür. Ümüd edirik ki, bu əsər oxucuların ən çox sevdiyi və oxuduğu əsərlərindən biri olacaqdır.

Respublika günü münasibətilə məlumatları xalqa daha geniş çatdırmaq üçün kitabxana işçilərinin qarşısında böyük vəzifələr durur. “Qalxıb bir də enməz elin bayrağı”, “Vətən qayğısı-millət duyğusu”, “Milli iftixar günümüz-28 may”, “Tariximizin parlaq səhifəsi” və sair başlıqlarda mühazirə, söhbətlər təşkil etmək olar. Kitabxanaçılara tövsiyə edirik ki, Respublika günü ilə əlaqədar dərc olunan materialları mövzu kartotekası şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.

İstifadə olunmuş ədəbiyyatın siyahısı:

1.Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.-B.: Azərnəşr, 1992—470s.

2.Elçin M.Ə.Rəsulzadə.-B.: Şərq-Qərb, 1994.-22s.

3.Qurban T. Dönməzlik.-B.: Şirvannəşr, 1997.-114 s.

4.Qurbanov A. Ucalan bayraq enməyəcək: Azərbaycan Xalq Cümhuriyyəti-90 //Füyuzat.-2008.-N.3(41).-s.26-30.

5.Çağdaş Azərbaycan tarixi.-B.: Gənclik, 1991.-112s.

6.Yaqublu N. M.Ə.Rəsulzadə .-B.:Gənclik, 1991.-308s.



Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Milli Silahlı Qüvvələr günü münasibətilə

Ordu dövlətimizin qürur mənbəyidir”

(metodik vəsait)



Şəki-2013

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

Biblioqrafiya şöbəsinin müdiri.

I.Bölmə. Milli Silahlı Qüvvələr günü.

26 iyun tariximizin əlamətdar səhifərindən biri-Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyi yaradılması barədə qərar qəbul etmişdir.

Milli Qurtuluşun yaranması Azərbaycan xalqının milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Məhz güclü, nizami ordu 1918-ci il may ayının 28-də elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı savaşa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daşnaklar buna nail ola bilmədilər.

İyun ayının 26-da ilk hərbi körpusunun yaradılması barədə qərar qəbul edilmiş, Azərbaycan Milli ordusunun təməli qoyulmuşdu.

1919-cu il Milli Ordu quruculuğunda həlledici mərhələ olmuşdu. Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.

1920-ci ilin aprel ayında XI Qızıl Ordu Azərbaycan sərhədlərinə yaxınlaşmış və A. Mikoyan başda olmaqla Bakı bolşevikləri rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun sərhəddəki azsaylı hissələri ruslara müqavimət göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına yan alan XI Ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamış, Bakıda milli hökumət süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donamanın yenidən təşkil edilməsi barədə dekret vermişdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşevik tərəfindən güllələnmiş, komandirlərin böyük hissəsi repressiyaya məruz qalmışdı.

İlk dəfə Azərbaycan Respublikasının 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix-9 oktyabr, Azərbaycan Silahlı Qüvvələri günü elan edilmişdir.

Məhz H.Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğuna başlanmışdı.

Azərbaycan Respublikasının Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmişdir.Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
II.Bölmə.Silahlı qüvvələr günü münasibətilə tədbirlərin keçirilməsi.

Milli Silahlı Qüvvələr günü ilə əlaqədar filiallarda bir sıra tədbirlərin keçirilməsi vacibdir. Tədbirlər planına sərgilər, konfrans və mühazirələr daxildir. İlk növbədə kitabxanada “Ordu vətən deməkdir” başlıqlı sərgi təşkil olunmalıdır. Aşağıda sərginin nümunəsini veririk:

1.Başlıq. “Ordu vətən deməkdir”

2.Münasib şəkil.

3.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1991-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin yaradılması haqqında qanun

4.Silahlı Qüvvələr gününə həsr olunmuş məqalə və kitablar.

5.Sitat: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunun daha qüvvətli edir.

6.Şeir parçası: Əsgərdir vətənin dayaq –dirəyi

Əsgərdir vətənin, qəlbi, ürəyi.

Oğlu keşiyində durubsa sayaq

Olar o torpağın xoş gələcəyi.

____1____

________ 2 ________

________ ___3___ ________

_______ ______4_____ _______

_______ ____5____ _______

____6____

Kitabxanada “Ordu vətən deməkdir” adlı mövzu kartatekası təşkil olunmalıdır.

Gənc oxucular arasında ordu gününə aid sual-cavab gecələrinin keçirilməsi məqsədə uyğundur. Sual-cavab gecəsinin rolu əvəzsizdir. Suallar aşağıdakı kimi təşkil oluna bilər.

1.Azərbaycan Milli Ordusu nə vaxt yaranıb?

2.İlk hərbi nazir kim olub?

General Səmədağa Mehmandarov.

3.İlk hərbi nazirin müavini kim olub?

General Əliağa Şıxlıniski.

4. Baş qəraragah rəisi kim olub?

General Süleyman Sulkeviç.

5.Milli Ordu neçənci ildə yaradılmışdır?

1920.Yanvar.

6.Ordunun tərkibi necə olub?

30 min piyada, 10 mini süvari qoşun.

7.Azərbaycanda Ordu və donamanın yenidən təşkil edilməsi barədə dekret neçənci ildə imzalanıb?

1920.May 7-si.

Bundan başqa kitabxanaçı mühazirə, söhbət, oxucu konfransları da təşkil edə bilər.

Məs: “Sənə güvənirəm, Ordum mənim”, “Ordu dövlətin təməli, dayağı, qüdrəti, qürur mənbəyidir”, “Vətən torpağını qorumaq ordumuzun şərəfi və borcudur”, “Güclü ordu güclü dövlət deməkdir” və sairə.

Kitabxanalar Silahlı Qüvvələr Günü münasibətilə çap ounmuş kitabların, həmçinin dövrü mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün forma və üsullarından-kitab sərgilərindən, kitabxana plakatlarından, stendlərdən, və sairdən istifadə etməlidirlər.

İstifadə edilmiş ədəbiyyat:

1.Süleymanov M.Azərbaycan Ordusu.-B.: Hərbi nəşriyyat, 1998.-487s.

2.Azərbaycan Ordusu tarixindən // Azərbaycan Ordusu .-2007.-24 noyabr s.3.




Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Metodik vəsaitlər



Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Şair İ.Səfərlinin 90 illiyi münasibətilə



Zərif duyğular şairi.

(metodik vəsait)



Şəki-2013

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

Biblioqrafiya şöbəsinin müdiri.

İ. Səfərlinin 90 illik yubleyinin keçirilməsi haqqında

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı

2013-cü idə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və dramaturq İ. Səfərlinin 90 illiyi tamam olur.

Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan şair və dramaturq İ. Səfərlinin 90 illik yubleyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbayca Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, İ. Səfərlinin 90 illik yubleyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 avqust 2013-cü il.

Bölmə I.Həyat və yaradıcılığı

İslam Əhməd oğlu Səfərli 1923-cü il fevral ayının 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirmişdir. Yaradıcılığa da bu dövrdə başlamışdır. Onun “Nizami yurdunda” adlı ilk şeri “Ədəbiyyat qəzeti”nin 1940-cı il saylarında dərc olunmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Pedoqoji institunun Naxçıvan filialına daxil olmuşdur. Bir il sonra könüllü olaraq Böyük Vətən müharibəsində 456-cı il Qızıl Bayraqlı atıcı diviziyasında kəşfiyyatçı olmuşdur. “Qızıl əsgər” və “Qırmızı bayraq” cəbhə qəzetlərində oçerk, məqalə və şeirlərini çap etdirmişdir.

Döyüşlərdə ağır yaralandıqdan sonra ordudan təxis olunmuş, sonra “Şərq qapısı” qəzetində ədəbi işçi, Naxçıvan radio komitəsində əməkdaş, eyni zamanda “Azərbaycan gəncləri” qəzetinin xüsusi müxbiri işləmişdir.

1946-1951-ci illərdə Azərbaycan Dövlət Unversiteti filologiya fakultəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Şeir və poemaları dövrü mətbuatda çap olunmuşdur. 1951-1952-ci illərdə “Ədəbiyyat qəzeti”ndə poeziya şöbəsinin müdiri olmuşdur.

İslam Səfərli oçerk, novella, libretto və kinossenari, dramaturq, məqalələr müəllifi kimi də tanınmışdır. İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur.O, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Rəhim, M.Tursunzadə, R.Koladze, Y. Dolmatovski və başqa tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.

Yüzlərlə şeirinə musiqi bəstələmiş, mahnıları dillər əzbəri olmuş, indinin özündə də sevilə-sevilə dinlənilir.

İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilmişdir. Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır. Bakıda yaşadığı binaya (H.Seyidbəyli-30) onun barelyefi –xatirə lövhəsi vurulmuş, Naxçıvanda oxuduğu 1saylı məktəbə onun adı verilmişdir.

İ.Səfərlinin 18 kitabı işıq üzü görmüşdür. Xidmətlərinə görə üçüncü dərəcəli “Şərəf nişanı ordeni” və dörd medalla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 1973-cü il 21 mart tarixli Fərmanı ilə “Əməkdar incəsənət xadimi” adına layiq görülmüşdür.

Cəmi 51 il ömür sürən İ. Səfərli 1974-cü il noyabrın 6-da vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.



II.Bölmə.Yubley tədbirlərinin keçirilməsi.

Bu il istedadlı şair, dramaturq və dəyərli insan İ. Səfərlinin 90 illik yubleyidir. İ.Səfərlinin yubleyini qryd etmək üçün kitabxanalarda bir sıra yubley tədbirlərinin keçirlməsi məqsədə uyğundur. Tədbiri keçirmək üçün icmal, sərgi, sual-cavab gecəsi, disskusiya, ədəbi-bədii gecə və sair kimi əyani və kütləvi tədbir vasitələrindən istifadə etmək olar.

İlk növbədə şair dramaturqun irsinin təbliği ilə bağlı əsərlərdən sərgi tərtib edə bilərik. Sərgini müxtəlif başlıqlarda tərtib etmək olar. “İ.Səfərli-90”, “Zərif lirika şairi” və sair. Sərgidə yazıçının portreti, kitabları, ayrı-ayrı əsərləri, elm və mədəniyyət xadimlərinin şair haqqında dedikləri sitatlar, tövsiyə ədəbiyyat siyahısı əks etdirilə bilər.

Sərgidə istifadə ediləcək ədəbiyyatın siyahısını təqdim edirik:

1)Başlıq. “İ. Səfərli-90”

2)İ. Səfərlinin portreti.

3)Kitabları, Azərbaycan Respublikası Prezidentinin sərəncamı.

4)Seçilmiş əsərləri.

5)Bakı, sabahın xeyir!

6)Göz həkimi.

7)Tövsiyə ədəbiyyat siyahısı.

____1____

________ ____2____ ________

________ 3 ________

____4____

İ. Səfərli yaradıcılığını oxuculara daha yaxından tanıtmaq üçün kitabxanada sual-cavab gecəsi də təşkil etmək olar. Sual-cavab gecəsini “İ. Səfərli haqqında nə bilirsən?” başlığı altında keçirmək olar. Sual-cavab gecəsinin nümunəsini veririk:

1.İ. Səfərli nə vaxt anadan olub?

2.Onun hansı şeirlərini tanıyırsınız?

3.Onun hansı pyesini tanıyırsınız?

4.Göz həkimi pyesinin qəhrəmanı kimdir?

5.Onun neçə kitabı var?

6.Onun uşaqlar üçün yazdığı hansı şeiri xoşunuza gəlir?

7.Onun ən çox hansı şeirini bəyənirsiniz? Nə üçün?

8.İ. Səfərli nə vaxt vəfat edib?

Həmçinin kitabxanaçı İ. Səfərlinin “Göz həkimi” pyesi əsasında diskussiya keçirə bilər. Burada kitabxanaçı və oxucular əsər haqqında subyektiv fikirlərini müzakirə edə bilərlər.

Kitabxanada keçirilən maraqlı tədbirlərdən biri də icmallar, poeziya axşamlarıdır.

Söhbətlər və mühazirələr vasitəsilə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verməlidirlər.

Kitabxanalarda tövsiyə edirik İ. Səfərlinin 100 illik yubleyi haqqında olan materialları mövzu kartotekası şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.

Ədəbiyyat siyahısı:

1)Seçilmiş əsərləri [Mətn] İ.Səfərli; tərt. ed.H. Səfərli; ön sözün müəl. V.Yusifli.-Bakı:Lider nəşriyyat, 2005.-224s.

2)Bakı, sabahın xeyir! .-Bakı:Ziya—Nurlan, 2004.-347 s.

3)Göz həkimi [Mətn]: pyeslər/ İ.Səfərli .-Bakı: Yazıçı, 1980.-175s.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin