Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 328.69 Kb.
səhifə4/4
tarix14.01.2017
ölçüsü328.69 Kb.
1   2   3   4

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2014-cü il.

I bölmə. Həyat və yaradıcılığı .
M.Ş.Vazeh 1794-cü ildə Gəncə şəhərində memar ailəsində doğulmuşdur.

Şəfi hələ mədrəsədə oxuyarkən sufiliklə Şərqin panteist fəlsəfi fikri ilə maraqlanırdı. Çünki bunlara bələd olmadan Hafiz, Füzuli, Xəyyam, Sədi, kimi şairləri dərk etmək mümkün deyildi. Gəncə ruhaniləri ilə söhbətlərdə Səfinin mühazirələri diqqətdən yayınmır və gələcək şairi mədrəsədən xaric edirlər. M.Şəfi yaradıcılığının tədqiqatçıları qeyd edirlər ki, o, ömrünün sonuna qədər sufizm mövqeyindən bircə addım da geri çəkilməmişdir.

Görkəmli maarifçi, dramaturq M.F.Axundzadənin müəllimi olmuş, onun maarifçi kimi yetişməsində böyük rol oynamışdır.

M.Ş.Vazeh 1840-cı ildə Tiflisə köçmüş, qəza məktəbində Azərbaycan və fars dillərində dərs vermişdir.

Qabaqcıl rus, gürcü və xarici ölkə ziyalıları ilə dostlaşmışdır.

Şair Gəncədə təsis etdiyi “Divani-hikmət” ədəbi-fəlsəfi məclisinin fəaliyyətini davam etdirmişdir. Məclisdə poeziya, fəlsəfə və etikaya, dövrün mühüm ictimai məsələlərinə dair fikir mübadiləsi aparmışdır.A.A.Bakıxanov, M.F.Axundzadə, F. Bodenştedt və başqaları məclisdə iştirak edirdilər.

M.Ş.Vazeh 1848-ci ildə Gəncəyə qayıtmış, qəza məktəbində müəllim işləmişdir.

1850-ci ildə yenidən Tiflisə getmiş, gimnaziyada Azərbaycan və fars dillərində dərc olunmuşdur. Əsərlərini Azərbaycan və fars dillərində yazan M.Ş.Vazeh əsasən lirik şeirlər qələmə almışdır. Şeirlərində gözəllik, dünya nemətləri tərənnüm olunur, məhəbbət dini etiqada qarşı qoyulur, Vazehin dini ehkam, zahidlik, həmçinin istibad əleyhinə şeirləri var.

M.Ş.Vazeh maarif sahəsində də mühüm xidmətləri olmuşdur. Belə ki, 1852-ci ildə Tiflis gimnaziyasının şərq dilləri müəllimi İ.Qriqoryevlə birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdir. “Kitabi-türki” adlanan həmin vəsaitdən gimnaziyaya və qəza məktəblərində Azərbaycan dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdur.

M.Ş.Vazehin fəlsəfi dünyagörüşünün əsasında sufiliyin çarvadna hind fəlsəfi məktəbinin materialist təliminin ünsürlərini birləşdirən panteizm dururdu.

M.Ş.Vazeh 1852-ci il noyabr ayının 28-də Tiflis şəhərində vəfat etmişdir.

Sağlığında unudulmuş və haqqı əlindən alınmış şair öləndən sonra da qarət olunur. Tiflisdəki Botanika bağının arxasında yerləşən Azərbaycan qəbiristanlığı müharibədən sonra köçürülərkən onun həmvətənlərindən heç kim bu böyük şairin ruhunun incidilməsinə etirazını bildirmir.


II bölüm. M. Şəfi yaradıcılığının kitabxanada təbliği.
Yubiley münasibətilə bütün mədəni-maarif müəssələri ilə yanaşı, elm ocaqları və kitabxanalar da fəal iştirak etməli, şairin həyat və fəaliyyətinə həsr olunmuş ədəbiyyatı oxucu kütləsi arasında geniş təbliğ olunmasına çalışmalıdır. MKS-də və onun filiallarda yubiley münasibətilə tədbirlər planı işlənib hazırlanmalı və şairin yubileyi yüksək səviyyədə keçirilməlidir.

Yubiley münasibətilə kitabxanalar şairin əsərlərini və oxucu haqqında çap olunmuş kitabların, həmçinin dövrü mətbuat materiallarını geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından, kitab sərgilərindən, oxucu konfranslarından mühazirə və söhbətlərdən geniş şəkildə istifadə etməlidirlər.

Kitabxanaçı oxucu konfransı keçirə bilər. Oxucu konfransının maraqlı keçirilməsi üçün məruzə və çıxışlara qabaqcıl ziyalıları cəlb etməlidir ki, tədbir istənilən nəticəni verə bilsin. Konfransda M.Ş. Vazehin həyat və yaradıcılığı ilə bağlı çıxış adətən,ədəbiyyat müəlliminə həvalə olunur. Konfrans proqramı əsasında aparılır. Protokol tərtib edilir və məruzəçilərin çıxışlarının mətni kitabxanada saxlanılır.

M.Şəfi irsinin təbliğ etmək üçün məruzələr, mühazirələr təsirli təbliğat forması hesab edilir. Məruzə və mühazirələr vasitəsilə kitabxanaya çoxlu oxucu cəlb etmək mümkündür. Bütün bu cəhətlərinə görə məruzə və mühazirələr kitabxanaların kütləvi tədbirləri sırasında təsirli və əhəmiyyətli təbliğat forması sayılır.

Vazehin həyat və yaradıcılığı haqqında oxucuların daha geniş məlumat almalarına imkan yaratmaq üçün sual-cavab gecələrinin, söhbətlərin keçirilməsi də məqsədyönlüdür. Sual-cavab gecələri kitabxanalarda keçirilən kütləvi tədbirlərin ən canlı və maraqlı formalarından biridir. “M.Ş. Vazeh haqqında nə bilirik?” başlıqlı sual-cavab gecəsinin nümunəsini veririk:


  1. M.Ş.Vazeh neçənci ildə anadan olub?

1794-cü ildə.

  1. M.Şəfinin milliyəti nədir?

İrqən türkdür.

  1. Harada anadan olub?

Gəncədə.

  1. Atası kim olub?

Gəncə xanının memarı Kərbəlayi Sadıq.

  1. Təxəllüsü nədir?

Vazehdir.

  1. Harada yaşamışdır?

Bir müddət Tiflisdə.

  1. Hansı dilləri bilirdi?

Türk, fars, rus.

  1. Ölümündən sonra onun ideyalarını kim davam və inkişaf etdirdi?

M.F.Axundov, H.B.Zərdabi, S.Ə. Şirvani

9) Nə vaxt vəfat etmişdir?

1852-ci ildə.

M.Ş. Vazehin ədəbi irsini təbliğ etmək üçün kitab sərgilərindən də istifadə edilməlidir. Hər hansı bir tədbir keçirdikdə sərginin təşkili vacibdir. “M.Ş. Vazehin-120”, “M.Ş.Vazehin yaradıcılığı” və sairə başlıqlar altında tərtib etmək olar.

Sərgilər yalnız kitab və kitabçalardan deyil, dövrü mətbuat materiallarından da tərtib oluna bilər.

Sərgi nümunəsi:

_____1_____

____2____ ____3____

_____4_____

____5____ ____6____


_________ 7 _________

_____8______

Başlıq: “M.Ş.Vazeh-220”

1.M.Ş.Vazehin şəkli.

2.Prezidentin sərəncamı.

3.Tövsiyə ədəbiyyat siyahısı.

4.Nəğmələr kitabı.

5.Azərbaycan ədəbiyyatının qaynaqları.

6.Bayramov A., F.Bodenştedtin M.Şəfi haqqında xatirələri.

7.Dövrü mətbuat nəşrləri.

8.Vazeh və dünya ədəbiyyatı.


İstifadə edilmiş ədəbiyyat.
1.Mirzə Şəfi Vazeh.Nəğmələr.-Bakı: “Şərq-Qərb”, 2004, 96s.

2.Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları.-Bakı,”Avrasiya press”, 2006, 440s.

3.Bayramov A., Fridrix Bodenştedtin M.Ş.Vazeh haqqında xatirələri, Bakı: Nurlan.-2008.-108s.

4.Abbaslı T. Məktəblər :kütləviləri və fərdiləri [Mətn] : ilk milli mirzəmiz M.Ş. Vazeh incilərdən idi //Mədəniyyət.-2012.-28 noyabr.-s.13.



Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin 150 illiyi münasibətilə

Ə.Hüseynzadə-150”

(metodik vəsait)



Şəki-2014

Əli bəy Hüseynzadənin 150 illik yubleyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2014-cü ilin fevral ayında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Ə.Hüseynzadənin anadan olmasının 150 ili tamam olur.

Türk xalqlarının mədəni inteqrasiyasını məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin mənəvi dəyərlər zəminində bərqarar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Resrublikası Konstitusiyasının 109-cu məddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Ə.Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti və sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2014-cü il.



I Bölmə. Ə.b. Hüseynzadənin həyatı və yaradıcılığı

Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə 1864-cü il fevral ayının 24-də Salyan şəhərində anadan olmuşdur. İlk təhsilini Tiflisdə Qafqaz Şeyxülislamının ruhani məclisi yanında altısinifli dini mədrəsədə almışdır. 1875-1985-ci illərdə Tiflis şəhər gimnaziyasında rus, alman, latın dillərinə yaxından bələd olması ona Avropa mədəniyyətini öyrənməyə imkan yaratmışdır.

1885-1890-cı illərdə Sankt-Peterburq unversitetinin fizika və riyaziyyat fakultəsində təhsilini davam etdirmişdir. Tələbəlik illərində qafqazlı gənlərlə inqilabi hərakata qoşulmuşdur. Təqib oluduğu üçün universiteti yarımçıq buraxmış Türkiyəyə getmiş, İstanbul Darülfünün “Hərbi-Tibbiyə” fakultəsində təhsilini davam etdirmişdir. Türkiyə həyatı ilk günlərindən onun ictimai-ədəbi fəaliyyətini müəyyən bir istiqamətdə yönəltmişdir. 1895-ci ildə İstanbul Darülfünün dermatoloq ixtisası və təbib yüzbaşı rütbəsi ilə bitirmişdir.

Əmək fəaliyyətinə başladığı ilk illərdə həkimliklə yanaşı, elmi, ədəbi-bədii yaradıcılıqla da ciddi məşğul olmuşdur.

1897-ci ildə Türkiyə-Yunanıstan müharibəsi dövründə “Hilali-əhmər” (Qırmızı aypara) heyəti tərkibində İtaliyaya göndərmişlər. 1900-cü ildə müsabiqə yolu ilə İstanbul Darülfünün “Hərbi-Tibbiyə” fakultəsinin “Dəri zöhrəbi” xəstəlikləri kafedrasına professor köməkçisi seçilmişdir. Həkim M.Rəfi ilə yazdığı vəba və mikrobu (1900) tibbi səhiyyə kitabını, prof. Dr. Kamal Berksayla tərtib etdiyi Ensiklopedik tibbi lüğəti(1902), Siflis (1903) əsərini nəşr etdirmişdir. Ictimai-siyasi məzmunda publisistik məqalələri “Əli Turan”, “Əli Hüseyn Turan”, “Əli bəy Hüseynzadə”, “Əli Hüseynzadə”, “Səlyani”, “Ə.H.” imzaları ilə dərc olunmuşdur. Təqib olunduğuna görə doğma vətəni Azərbaycana qayıtmışdır. 1905-ci ildə Ə.Ağayevlə birlikdə “Həyat” qəzetinə, 1906-cı ildə isə “Fyuzat” jurnalına redaktorluiq etmişdir.

O, “Molla Nəsrəddin” jurnalını böyük maarifpərvər rolunu yüksək qiymətləndirmiş və burada öz rəsmləri ilə çıxış etmişdir. Onun çəkdiyi “Bibi Heybət məscidi”, “Şeyxülislamın portreti” əsərləri Bakıda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyinin daimi eksponatıdır.

1910-cu ildə Türkiyəyə köçmüş, ömrünün sonunadək mühacirətdə yaşamışdır. Orada pedaqoji, elmi və ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. 1926-cı ildə Bakıda I Ümumittifaq türkoloji qrultayda istifadə etmişdir. Məhz bu zaman “Qərbin iki dastanında türk” adlı əsəri kitab şəklində buraxılmışdır.

1940-cı il mart ayının 17-də, 78 yaşında İstanbulda vəfat etmişdir, Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur.

1994-cü ildə Salyanda heykəli ucalmışdır.
II.bölmə. “Ə.Hüseynzadə-150” kitabxanada keçirilən yubiley tədbirləri.

Bu il görkəmli publisist, nasir Ə.Hüseynzadənin 150 illiyi münasibətilə mədəni-maarif ocaqlarında, kitabxanalarda tədbirlər keçirmək olar. İlk növbədə “Ə. Hüseynzadə-150” və sairə başlıqlarda kitab sərgiləri təşkil edilməlidir. Sərgiyə onun kitabxanada olan əsərləri, dövrü mətbutda dərc olunmuş qəzet və jurnal məqalələrindən istifadə etmək olar.

Oxucu konfransı geniş kütləvi tədbir formalarından biridir.Oxucu konfransı, görüş, ədəbi-bədii gecə, sual-cavab gecələri və sairə kimi tədbirlərin təşkilində əvvəlcədən ayrıca proqram tərtib edilir. Oxucu konfransalrını müxtəlif adlar altında keçirmək olar. “Ə. Hüseynzadənin həyat və yaradıcılığı”, “İstedadlı nasir-publisist-Ə.Hüseynzadə” və sairə.

Ə.Hüseynzadənin həyat və yaradıcılığı haqqında oxucuların daha geniş məlumat almalarına imkan yaratmaq üçün sual-cavab gecələrin, söhbətlərin keçirilməsi də məqsədəuyğundur. Sual-cavab gecələri kitabxanalarda keçirilən kütləvi tədbirlərin ən canlı və maraqlısıdır. Sual-cavab gecələri söhbət və müsahibə şəklində keçirilir. Dinləyiciləri maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir, oxuculara Əlibəy Hüseynzadə yaradıcılığı haqqında təssəvür yaratmaq imkanı var.

Sual-cavab gecəsinə yekun vurduqda münsiflər heyəti suallara əla cavab verən oxucuları fərqləndirərək onlara öz təşəkkürünü bildirməli və gecənin əhəmiyyəti haqqında öz yekun sözlərini deməlidirlər.

Məruzə və mühazirələr təsirli təbliğat forması hesab edirlir. Respublikamızın ən ucqar kəndlərində belə kifayət qədər ziyalı qüvvəsi, kitabxanalar, kitabxana fəalları vardır.Məruzə və mühazirələr vasitəsilə kitabxanaya çoxlu oxucu cəlb etmək mümkündür. “Azərbaycan diasporunun görkəmli nümayəndəsi-Ə.b. Hüseynzadə”, “Tanınmış maarifçi, şair-Ə.B.Hüseynzadə”, sairə başlıqlarda keçirmək olar.

Yubileylə əlaqədar olaraq kitabxanalarda biblioqrfik ədəbiyyat siyahılarının və “Əli bəy Hüseynzadə-150” adlı şəxsi kartotekanın tərtibi olduqca zəruridir.

Tədbirlərin keçirilməsinə kömək məqsədilə metodik tövsiyələrə ədəbiyyat siyahısı da əlavə edirik.


Ədəbiyyat siyahısı:

1.Seçilmiş əsərləri / Ə.Hüseynzadə .-B.:Çaşıoğlu , 2007.-640 s.

2.Əhmədov S. Hüseynzadə Ə. Azərbaycan tarixindən yüz şəxsiyyət.-B;2006.-s.157-160.

3.Turan A. Əli bəy Hüseynzadə.-Moskva: “SALAM press”, 2008.-280s.

4.Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadə:qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər://Səs.-2013.-23 fevral.-s12.

5.Azərbaycan diasporunun görkəmli nümayəndələri: türkçülüyü ideoloqu-Əli bəy Hüseynzadə //olaylar.-2012.-14 avqust.-s.7.



Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Ədəbiyyatşünas Aydın Məmmədovun 70 illiyi münasibətilə

Respublikamızın iftixarı”

(metodik vəsait)



Şəki-2014
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: İb.xəlilova Rahilə - MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin böyük metodisti.



I bölmə. Həyat və yaradıcılığı

Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü il yanvar ayının 16-da Şəkidə anadan olmuşdur. Orta təhsilinin qızıl medalla başa vurub.1960-cı ildə ADU-nun filologiya fakultəsinə daxil olmuşdur. Oranı fərqlənmə diplomu ilə bitirərək 1965-ci ildə Moskvada aspiranturada təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlamışdır.

Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim istər “Sovetskaya türkologiya” jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanınması, onların doğmalaşması üçün ölçüyə gəlməz işlər görmüşdür.

Ömrünün təxminən son onilliyini bütövlükdə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanmışdır. Onu həmişə tətil edən fəhlələrin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın Məmmədovun hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.

Güclü məntiqə malik, alovlu natiq on minlərlə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış Aydın Məmmədov millət vəkili seçilmişdir. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görmüşdür.

Respublika Ali Sovetinin Millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.

O,Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuş, Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.

Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir.

1991-ci il aprel ayının 19-da avtomabil qəzasında faciəli şəkildə həlak olmuşdur. Öz doğma Kiş kəndində dəfn edilmişdir.

Onun ömür yolu Azərbaycan xalqının ömür yoluna qovuşdu. Bu yol isə əbədiyyət yolçularının yoludur. Nə qədər ki, Azərbaycan var, Aydın Məmmədov da yaşıyacaqdır.


II.Bölmə. A.Məmmədovun 70 illiyi münasibətilə kitabxanalarda keçiriləcək yubiley tədbirləri .
Bu il görkəmli ədəbiyyatşünas Aydın Məmmədovun 70 illiyi münasibətilə mədəni-maarif ocaqlarında, kitabxanalarda tədbirlər keçiriləcəkdir. İlk növbədə “A.Məmmədov-70”, “Respublikamızın iftixarı” və sairə başlıqlarda kitab sərgiləri təşkil edilməlidir. Sərgidə A.Məmmədovun əsərləri, fikirləri, onun haqqında görkəmli şəxsiyyətlərin söylədikləri fikirləri, dövrü mətbutda dərc olunmuş qəzet və jurnal məqalələrin foto-surətindən də istifadə etmək olar. Kitabxanada oxucu konfransı, oxucularla görüş, “Son giley” kitabının müzakirəsi və sairə keçirmək olar.

Sərgidə veriləcək sitatlar

1.”Qəhər məni böğdu hönkürdüm...müəllim öz sevimli şagirdinin məzarı başında bundan artıq nə eləyə bilərdi? Bu, mənim üçün ən böyük cəza idi.

B.Vahabzadə

2. Aydın cəmiyyətin, ictimai əxlaqın hətta elə bil ki, təbiətin də əvvəldən müəyyən etdiyi qəliblərə sığmayan canlı, dinamik, çox zaman da inpulsiv bir varlığı idi.

Elçin


3.Torpaq və dil faktına Aydın vahid milli etnik qövm, ümumtürk tarixi və taleyi miqyasında müştərək amil və dəyər kimi qiymət və təhlil verirdi.

Yaşar Qarayev

4.Türk xalqlarının önündə gedən Azərbaycan olacaq. Azərbaycan xalqının önündə gedənlərindən biri də Aydın

O.Süleymanov

5.Aydın danışdığı kimi yazır və yazdığı kimi danışır.

Arif Məmmədov

6.Aydın uça bilir. Onun qanadları var.

Kamil Vəliyev

7.Aydının gücü zəifliyindədir. Zəifliyi isə tərbiyəsindən, savadından, istedadından-bir sözlə, ürəyinin işığından süzülüb gəlirdi.

Ə.Əylisli


Aydın Məmmədovun fikirləri
Poeziya nə elmdir, nə peşə. O,sadəcə olaraq poeziyadır.

Bütün xalqlara, o cümlədən, dünyanın ən qədim və zəngin mədəniyyətlərindən birini yaratmış türkdilli xalqlara layiq olduğu qiyməti vermək lazımdır. Onlar yalnız özünəməxsus mədəniyyətin yaradıcısı deyil, eləcə də bir çox başqa xalqların mədəni ənənələrinin yayıcısı və ötürücüsüdürlər.

Mən milli siyasət deyəndə ailədə uşağın tərbiyəsindən tutmuş...milli dövlət qurluşunun xüsusiyyətlərinin müəyyənləşdirilməsinə qədər, beynəlxalq münasibətlərdə ...tutduğumuz mövqeyə qədər...bütün komponentlərin toplusunu başa düşürəm.

Əgər xalq yolunda kütləvi ölmək lazımdırsa, onda deməli, ölmək lazımdır...Vahid bir fikrə gəlməyə mən tərəfdar olmuşam.

xxx

Ay ellər, obalar günahınm nədir?



Təndir tək alova qalanmışam mən.

Bəxtim ümüdimə lap biganədir.

İçimdən, çölümdən talanmışam mən.

xxx


Bir ömür sürmüşəm enişli, düzlü,

Günlər keçirmişəm üzü min üzlü.

Ürək yandırmışam nəğməli, sözlü

Yox, bir ömür kimi yanmamışam mən.

İndi isə “Azərbaycanın böyük oğlu” başlıqlı sərginin sxemini veririk:

1.Başlıq.

2.A.Məmmədovun şəkli.

3.Əsərləri

4.Sitatlar

5.A.Məmmədovun fikirləri

6.Dövrü mətbuatda nəşr olunan materiallar.
_____ 1 _____

____2____

_______ 3 ______

______ ______4______ ______

______ ___5___ ______

______ ___6___ _____

Yubiley ilə əlaqədar (il ərzində) kitabxanada “Son giley” əsərinin müzakirəsini təşkil edə bilərlər. Tədbirin məruzəçisi ədəbiyyat müəlliməsi, kitabxanaçı və ya oxucu ola bilər. Onlar A.Məmmədovun həyatı haqqında çox geniş məlumata malik olmalıdırlar. Tədbirdən sonra məruzələr toplanıb kitabxanada saxlanılmalıdır.

Kitabxanada kitabxanaçı sual-cavab gecəsi də keçirmək olar. Məs: Aydın Məmmədov haqqında nə bilirik?

1.Aydın Məmmədov kimdir?

İctimai-siyasi xadim, görkəmli türkoloq, tənqidçi alim.

2.Nə vaxt anadan olub?

1944-cü il yanvarın 16-da Şəki rayonunun Kiş kəndində.

3.Hansı kitablarını tanıyırsınız?

“Sözünüz eşidilənədək”. “Son giley”, “Türk dillərində samit sözlər: sözönü və söz birləşmələri”, “Türk samitləri: anlaut və kombinatorina”

4.İlk kitabı neçənci ildə nəşr olunub?

1983-cü ildə

5.İkinci kitabı neçənci ildə nəşr olunub?

1985-ci ildə

6.Üçüncü kitabı neçənci ildə nəşr olunub?

1988-ci ildə

7. “Son giley” kitabı 1992-ci ildə ölümündən sonra nəşr edilib.

8.Neçənci ildə vəfat edib?

1991-ci il aprel ayının 19-da avtomobil qəzasında həlak olmuşdur.

Bütün keçirilən tədbirlərlə yanaşı kitabxanalarda “Tənqidçi-ədəbiyyatşünas-Aydın Məmmədov”, “İctimai-siyasi xadim”, “Dilçi-Türkoloq”, Ədəbi-elmi fenomen A.Məmmədov” və sair başlıqlarda mühazirə, söhbətlər təşkil etmək olar. Kitabxanaçı oxucularla onun həyat və fəaliyyəti haqqında oxuculara biblioqrafik məlumat verməlidir. “A.Məmmədov-70” başlıqlı mövzu kartotekası oxucuların ixtiyarına verilməlidir.


İstifadə edilmiş ədəbiyyat:

1.Məmmədov A. Sözünüz eşidiləndən.-B.:Yazıçı, 1985.-244s.

2.Məmmədov A. Son giley.-Azərnəşr, 1992.-95 s.


Dövrü mətbuatdan

1.Abdulla R. Aydın üçün söz [Mətn] //Ədalət qəzeti.-15 noyabr.-2008.s4.



2.Kərim K. “Nida ilə tamamlanan ömür cümləsi [Mətn] //Ədalət qəzeti.-2009.-18 aprel.-s.11.

Dostları ilə paylaş:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə