3. SƏLƏFİLƏRİN PEYĞƏMBƏR(S) SÜNNƏSİNƏ QARŞI ÇIXMALARI SƏLƏFİLƏRİN İNADKARLIĞI İşarə
Burada belə bir sual verilir ki, fiqh və əsər sahibi olan sələfilər və ondan sonrakı nəsillər, görəsən Məhəmməd Peyğəmbərin(s) bütün sünnələrinə (Peyğəmbərin(s) buyuruqları və rəftarları) itaət edirdilərmi? Yoxsa, Həzrət Əli(ə) və ya şiələrə olan düşmənçilikləri ucbatından (necə ki, özləri də bu məsələyə işarə etmişlər) və bə`zən də digərlərinə olan ifrat məhəbbətin nəticəsində Qur`an və sünnə ilə inad edərək müxalifət etmişlər? Şahidləri dinləyək: (Sünni mənbələrində)
1. Bə`zi müstəhəb əməlləri tərk etmək
1. Bə`zi müstəhəb əməlləri tərk etmək
İbni Teymiyyə yazır: «Müftilərdən bir qismi şiələrin xüsusi diqqət yetirdikləri bə`zi müstəhəb əməlləri tərk etməyi lazım bilirlər. Doğrudur, bu tərk, vacib həddində deyil, lakin belə müstəhəb əməlləri yerinə yetirmək bir növ özünü şiələrə oxşatmaq deməkdir. Belə olan halda sünni şiədən seçilməyəcək. Şiələrdən seçilmək, onlardan uzaqlaşmaq və müxalif olmaq üçün bu cür müstəhəb əməlləri yerinə yetirməmək daha məsləhətə uyğundur».(1)
2. Əmmamə dolamaq
İraqi, əmmamə bükməyin forması haqda yazır: «Təbəranidən
səh:33
1- [1] . Zərqani, «Şərhul-məvahib»,с. 5. səh.13
nəql olunmuş zəif bir hədisdən başqa, heç bir rəvayətdə görmədim ki, əmmaməni sağ tərəfdən bükmək lazımdır. Hətta bu hədisi səhih hədis kimi qəbul etsək və «Peyğəmbər (s) əmmaməni sağ tərəfdən büküb sonra onu sol tərəfə dolayırdı», desək belə, (necə ki, bə`zi alimlər belə edirlər) lakin bu cür bükmək şiələrə məxsus olduğu üçün, daha yaxşı olar ki, onlara oxşamayaq deyə, belə bükülməsin.» (Şərhül-məvahib, c.5, səh.13)
3. Qəbrin (sinə daşının) müsəttəh olması
3. Qəbrin (sinə daşının) müsəttəh(1) olması
Qəzzalinin fiqh kitabı olan «Vəciz» də və habelə, bu kitabın şərhində (Fəthul-vəziz fil-fiqhiş-Şafei) yazılmışdır: «Qasim ibni Məhəmməd ibni Əbu Bəkr deyir:» Peyğəmbərin (s), Əbu Bəkrin və Ömərin qəbrinin üstünün müsəttəh (müstəvi şəkildə) olmasını gözümlə gördüm.»
İbni Əbi Hüreyrə(2) isə deyir: «Daha yaxşı olar ki, sinə daşını müsəttəh yox, yumru edək. Çünki, şiələr qəbirlərinin üstünü müsəttəh edirlər. Bizim onlarla müxalifət etməyimiz daha məsləhətə uyğundur.»(3)
4. Peyğəmbərdən (s) başqasına salavat göndərmək .
Zəməxşəri (536 h. q. təvəllüd) yazır: «Əgər soruşsanız ki,» Peyğəmbərdən (s) başqasına salavat göndərmək haqqında nə deyə bilərsiniz?» Deyərəm: Allah Taalanın buyurduğuna əsasən, hər bir mö`minə salavat göndərmək olar. Necə ki, Qur`ani-Kərimdə buyurur: «Allah sizə salavat göndərir.» (Əhzab, 43) Başqa bir ayədə buyurur: «(Ey Peyğəmbər) Günahkarlara salavat göndər, çünki, sənin salavatın onların sakitliyinə səbəb olur». (Tövbə, 103)
Həmçinin, Peyğəmbər (s) buyurur: «İlahi, mənim atamın sülaləsinə həmişə salavat göndər». Lakin alimlərin nəzəri budur ki, salavatı yalnız Peyğəmbərə göndərmək olar. Peyğəmbərin Əhli-beytinə isə, Peyğəmbərin (s) kənarında salavat çəkmək olar: «İlahi, salavat göndər Peyğəmbərə və onun ailəsinə.»
Peyğəmbərin ailəsinə (Əhli-beytə) salavat göndərmək isə (məs: (Əli əleyhissəlam) demək) məkruhdur. Çünki, salavat
səh:34
1- [1] .Sinə daşının dördbucaq şəklində düzəlməsi, yerdən dörd barma ucalması və üstünün düz(müstəvi) olması..
2- [2] . Zəhəbi yazır: İbni Əbu Hüreyrə Şafeilərin şeyxi və rəhbəridir...
3- [3] . «Nəvəvi Əl-məcmu», с. 5. səh.229 ; «İrşadus-sari»,c. 2. səh.468
Peyğəmbərə aid olunur. Bundan əlavə, Əhli-beytə salavat göndərən, şiə adı ilə müttəhim olunur.»(1)
5. Peyğəmbərlərdən(s) başqasına salam söyləmək
İbni Həcər yazır: «Şəriətə əsasən insanlar diri olduqları halda bir-birlərinə salam verə bilərlər. Bu məsələni bütün alimlər qəbul edirlər, lakin onlar Peyğəmbərdən (s) başqasına (dünyadan köçdükdən sonra) salam göndərməklə əlaqədar müxtəlif fikirlər söyləmişlər. Bə`ziləri hər bir diri, yaxud dünyasını dəyişmiş insana salam (rəhmət) göndərməyi caiz bilir. Bir sıra alimlər də peyğəmbərin (s) ardınca dünyadan köçənlərə salam söyləməyi caiz bilirlər. Lakin mərhum bir fərdə salam (rəhmət) göndərmək caiz deyil. Çünki, bu işi şiələr görür. Bu məsələni Nəvəvi, Şeyx Əbu Məhəmməd Cuveynidən nəql etmişdir.»(2)
6. Əmmamə bükməyin forması
«Əmmaməni gərək Peyğəmbərin (s) bükdüyü kimi başımıza dolayaq və bu əsl, sünnəyə əməl etməkdir. Amma bu gün Peyğəmbər (s) kimi əmmamə dolamaq şiənin böyük alimlərinə aid olduğu üçün, onlara oxşamamaq naminə, biz bu işi görməməliyik.»(3)
7. Səhabə sözünün Peyğəmbər(s) sünnəsinə üstünlüyü
7. SəHABə SöZüNüN PEYğəMBəR(S) SüNNəSINə üSTüNLüYü
Bəğəvi yazır: «Müstəhəb namaz camaatla qılınmalıdır, yoxsa fərdi şəkildə? İki cür cavab verilir: 1. Camaatla qılınsa daha fəzilətlidir. Çünki Ömər camatı Ubəy ibni Kə`bin arxasında müstəhəb namaz qılmaq üçün də`vət etdi. 2. Fərdi qılmaq daha fəzilətlidir. Çünki Peyğəmbər (s) qəməri aylardan birində gecə namazlarını məsciddə qılırdı. Sonra ayın qalanını məscidə getmədi və buyurdu:«Öz evinizdə namaz qılın! Müstəhəb namazları evdə qılmaq daha fəzilətlidir...» Birinci nəzər düzgündür...»(4)
(Yə`ni, səhabənin sözü Peyğəmbərin (s) sünnəsindən qabağa keçir!!!)
səh:35
1- [1] . «Təfsirul-Kəşşaf»,с. 3. Səh.541. Darul-kutubil-elmiyyə
2- [2] . «Fəthul-Bari»,с.11. səh.142
3- [3] . «Şərhul-Məvahibil-lədunniyyə»,с.5. səh.13
4- [4] . «Ət-təhzib fi fiqhiş-Şafei»,с.3. səh.232
8. Peyğəmbər(s) sünnəsinin qarşısında Müaviyənin mövqeyi
a) Sol ələ üzük taxmaq:
«İlk dəfə Peyğəmbərin(s) sünnəsinin əksinə olaraq sol ələ üzük taxmaq Müaviyə tərəfindən baş verdi».(1)
b) Təlbiyəni (həcdə ləbbeyk deməyi) tərk etmək:
Səid ibni Cubeyr belə nəql edir: İbni Abbasın kənarında həcc əməlini yerinə yetirirdik. O məndən soruşdu: «Ey Səid, təlbiyə səsi eşitmirəm?!» Dedim: «Camaat Müaviyədən qorxur.» Bu zaman o, öz çadırından çıxıb təlbiyə deməyə başladı: «Ləbbeyk, Əllahummə ləkə ləbbeyk, hətta Müaviyə istəməsə də ləbbeyk, İlahi, Əliyə (ə) olan kinləri ucbatından Peyğəmbərin (s) sünnəsini tərk edən şəxslərə lənət et!»
Sindi yazır: «Əli (ə) həmişə Peyğəmbərin (s) bütün sünnəsinə əməl edirdi. Müaviyə kimilər də ona olan kin-küdurət üzündən Peyğəmbərin (s) sünnəsini tərk edirdilər».(2)
c) Peyğəmbərin(s) hədislərinə etinasız yanaşmaq:
İbni Əsakir, Rəca ibni Heyvətdən nəql edir: «Müaviyənin həmişə hədis deməkdən acığı gəlirdi və bizə tapşırırdı ki, Peyğəmbərdən hədis deməyin. Mən təkcə bir dəfə eşitdim ki, Müaviyə Peyğəmbərdən hədis deyir.»(3)
d) Peyğəmbərin(s) hökmü və Müaviyənin hökmü:
İbni Əbdu Rəbbih deyir: «Nəsr ibni Həccac ilə Əbdurrəhman ibni Xalid ibni Vəlid, Müaviyənin hüzurunda Xalid ibni Vəlidin nökəri Abdullah ibni Həccacın kimliyi barəsində mübahisə edirdilər. Mübahisə uzun çəkdiyindən Müaviyə öz katibinə göstəriş verdi ki, bu iki şəxsin işinin həll etmək üçün başqa bir vaxtda məhkəmə iclası təşkil etsin.
Həmin vaxt Məhkəmə başlandı. Müaviyə hakim xələtini əyninə geyinib öz kürsüsündə əyləşdi və bu iki şəxsə danışmaq üçün izn verdi.
Nəsr ibni Həccac dedi: (Abdullah) mənim qardaşım və atamın oğludur... Atam mənə onun öz oğlu olduğunu bildirmişdir.
Əbdurrəhman dedi: (Abdullah) mənim qulum, atamın qulluqcusunun oğludur. O, zinadan əmələ gəlmişdir!
Müaviyə dedi: Ey Mə`mur, al bu daşı Nəsr ibni Həccaca ver!
səh:36
1- [1] . «Rəbiul-əbrar»,с.4. səh.24
2- [2] . «Sünənun-Nəsai»,с. 5. səh.253 ; «Sünənul-Kubra»,с.7. səh.244
3- [3] . «Tarixu Mədinəti Dəməşq»,с.59.səh.167, İbni İdris deyir: «Eşitdiyimə görə Müaviyə Peyğəmbərdən (s) çox az hədis nəql etmişdir.»
Nəsr, bu hökm Peyğəmbərin hökmüdür: «Zinadan olmuş övladı kişiyə (zinakar qadının ərinə) verin. Zinakar qadına isə daş verin.»
Nəsr dedi: «Ey Əmirəl-mö`minin, axı sən özün bu hökmü Ziyadın haqqında icra etmədin?!»
Müaviyə dedi:» O Müaviyənin (hökmü idi, bu isə Peyğəmbərin hökmü.»(1)
(Yəni, o zaman şəxsi mənafeyim tələb edirdi ki, Peyğəmbərin hökmünün əksinə olaraq öz hökmümü icra edim. Lakin bu məsələdə heç bir mənfəətim olmadığı üçün Peyğəmbərin hökmünü icra etdim.)
e) Şərab içmək:
Əhməd ibni Hənbəl yazır: «..Abdullah ibni Bureydə nəql edir ki, mən atamla birlikdə Müaviyənin yanına gedib xalçasının üstündə əyləşdik. Bizim üçün yemək gətirdilər. Biz o yeməyi yedikdən sonra süfrəyə şərab gəldi. Müaviyə şərabdan içdi. Ondan sonra atam şərab içərək dedi: Peyğəmbər şərabı haram etdiyi gündən bəri şərab içməmişdim...»(2)
9. Peyğəmbərdən(s) hədis nəql etməmək
Şə`bi deyir: « İbni Ömərlə düz bir il oturub-durdum. Amma bir dəfə də olsun, onun Peyğəmbərdən hədis nəql etdiyini eşitmədim.»(3)
(Müəllif:) Allaha and olsun ki, sələf və səhabənin bə`zisinin Peyğəmbərin (s) hədislərinə e`tinasız yanaşaraq onları camaata nəql etməməkdən, şərabı haram bilərək içməkdən, Məhəmməd Peyğəmbərin (s) sünnəsinin qarşısında yeni hökm və sünnə gətirərək durmaqdan məqsədləri, yalnız şiələrin və ya Həzrət Əlinin (ə) o məsələlərə artıq əhəmiyyət verməsinə xatir olmuşdur. (Necə ki, «təlbiyə» məsələsində oxudunuz.) İndi özünüz mühakimə yürüdün: bunlar (səhabələrin hamısı) Peyğəmbərin (s) sünnəsinə əməl edənlər idilərmi? Bizə vacibdirmi ki, səhabələrə iqtida edək? Bu bizim üçün iftixarmı sayılır?!!
10. Peyğəmbəri (s) öldürmək üçün məkrli tədbir
Sihah və Sünənlərdə yazılmış rəvayətlərə əsasən səhabələrdən
səh:37
1- [1] . «Əl-əqdul-Fərid»,c.6. səh.133
2- [2] . «Müsnədu Əhməd»,с.5. səh.347
3- [3] . «Əl-mühəddisul-Fazil», səh.551; «Mə`əl-Doktor Qəffari», səh.335
bir dəstəsi Məhəmməd Peyğəmbəri (s) öldürmək üçün tədbir tökdülər. Hadisə Təbuk döyüşündən qayıqarkən baş vermişdi. Peyğəmbər (s) uca bir təpənin başına çıxdığı vaxt üzlərinə niqab bağlamış səhabələrdən bir neçəsi Peyğəmbərin (s) miniyini çəkən Əmmarın üstünə hücum etdilər. Onlar bu işlə istəyirdilər ki, Peyğəmbərin (s) dəvəsini hürküdərək onu təpənin başından uçuruma yıxıtsınlar və bu işlə öz mənfur niyyətlərinə nail olsunlar. Onların bir məqsədi var idi, Allahın isə başqa bir məqsədi. Sözsüz ki, yalnız Allah Öz məqsədinə yetişir. İndi isə bə`zi rəvayətləri nəzərinizə çatdırırıq:
1. Əhməd «Müsnə»dində yazır: «Mənə Abdullah rəvayət etdi; bu rəvayəti ona atası Yezid, ona da, Vəlid ibni Abdullah ibni Cumeyd və ona da, Əbu Tufeyl nəql etmişdi:
Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra carçıya əmr etdi ki, e`lan edib belə de: Peyğəmbər (s) təpənin başına çıxır, heç kim ona tərəf yaxınlaşmasın!
Əmmar Peyğəmbərin dəvəsini sürür, Hüzeyfə isə onlara yol göstəridı. Bu zaman üzlərinə niqab bağlamış bir dəstə adam öz atlarını Əmmarın üstünə sürdülər. Əmmar miniklərə vurmağa başladı. Peyğəmbər (s) Hüzeyfəyə buyurdu: «Yolunu göstərməyə davam et.» Sonra Peyğəmbər (s) aşağı gəldi. Əmmara yaxınlaşıb buyurdu: – Ey Əmmar, onları tanıdın?
– Atlarının kimlərə məxsus olduqlarını bilirəm. Lakin süvarilər üzlərinə niqab bağlamışdılar.
Peyğəmbər (s) buyurdu: – Heç bilmirsənmi, onlar bu işlə nəyə nail olmaq istəyirdilər?!
– Allah və Onun Rəsulu daha yaxşı bilər!
Peyğəmbər (s) buyurdu: – Onlar istəyirdilər ki, sənin miniyini hürküdərək Allahın Rəsulunu təpədən uçuruma salsınlar.
Bu zaman Əmmar Peyğəmbərin səhabələrindən olan bir kişi ilə höcətləşməyə başladı, ona dedi: Səni and verirəm Allaha, de görüm, təpənin başına səhabələrdən neçə nəfər hücum etdi?
– On dörd nəfər.
Əmmar dedi: – Əgər səni də onlardan hesablasaq, on beş nəfər olurlar.
Peyğəmbər (s) on beş nəfərdən üçünü günahsız saydı. Həmin üç səhabə deyirdilər: «Allaha and olsun, biz nə Peyğəmbərin carçısının səsini eşitdik və nə o biri səhabələrin məqsədini bilirdik.»
səh:38
Əmmar dedi:– Mən şəhadət verirəm ki, qalan on iki səhabə Allah və Onun Rəsulunun (s) dünyada və qiyamətdə düşmənləridir.(1)
2. Süyuti yazır: «Urvədən nəql olunmuş rəvayətdə deyilir ki, Peyğəmbər (s) Təbuk döyüşündən Mədinəyə qayıdarkən yolunu başqa bir səmtə saldı. Orada səhabələrdən bir neçəsi məkr işlədib Peyğəmbəri (s) yolun başında olan təpədən uçuruma salmaq istədilər.
Peyğəmbər (s) Hüzeyfəyə buyurdu: – Ey Hüzeyfə, o qrupdan heç olmazsa bir nəfəri tanıdınmı?
– Filankəsin və filankəsin miniklərini tanıdım.
Peyğəmbər (s) buyurdu: – Gecə yarısı, üzləri bağlı halda hücum etdilər. Heç bilirsənmi onlar kim idi və məqsədləri nə idi?
– Yox, Allaha and olsun ki, bilmirəm, ey Peyğəmbər.
– Onlar bizimlə gəlməklə istəyirdilər ki, məni təpədən uçuruma atsınlar.
Bu zaman Peyğəmbərin yaxınlığında olan səhabələr dedilər: - Ya Rəsuləllah, niyə əmr etmirsən ki, onların boynunu vuraq?
Peyğəmbər (s) buyurdu: – Xoşum gəlmir ki, camaat «Məhəmməd öz səhabələrini öldürdü.» desinlər.
Sonra Peyğəmbər (s) onların adlarını Əmmar və Hüzeyfəyə söylədi və onlara bərk-bərk tapşırdı ki, söylədiklərimi sirr saxlayın.»(2)
3. İbni Kəsir yazır: Əmmar və Hüzeyfə soruşdular: - Ya Rəsuləllah, niyə əmr etmirsən ki, onları öldürək?
Peyğəmbər (s) buyurdu: İstəmirəm ki, camaat «Məhəmməd öz səhabələrini öldürür.»(3)desinlər.
Əgər söylədiklərimizə diqqət yetirsəniz, görərsiniz ki, Peyğəmbəri (s) öldürmək istəyən və belə bir böyük günaha,ağır cinayətə cəhd edən terroristlər, elə Peyğəmbəri-Ə`zəmin öz səhabələri olmuşdur. Hətta Peyğəmbərin (s) özü də onları «səhabə» kimi tanıtdırmışdı. Həmçinin, İbni Kəsirdən nəql olunmuş rəvayətdə deyilir: «İstəmirəm ki, camaat «Məhəmməd öz səhabələrini öldürür.» desin.
Müslim öz «Səhih»ində Hüzeyfənin rəvayətinə işarə edir və
səh:39
1- [1] . «Müsnədi Əhməd»,c.5. səh.453
2- [2] . «Əd-dürrül – Mənsur»,с.3. səh.259
3- [3] . «Təfsiru İbni Kəsir»,с. 2. səh.322
deyir ki, Peyğəmbərin (s) səhabələrinin arasında münafiqlər var idi. Sonra o, həmin hadisəni xatırladır.
4. «Səhihu Müslim»də yazılmışdır: Hüzeyfədən nəql olunur ki, Peyğəmbər (s) buyurdu: «Mənim səhabələrimin arasında on iki nəfər münafiq var ki, onlardan səkkiz nəfəri dəvə iynənin deşiyindən keçmədiyi kimi, heç vaxt behiştə daxil olmayacaqlar.»(1)
Dostları ilə paylaş: |