Boğaq səsimizi....Susaq.
Qulaq asaq səssizliyə...
Gəl gedək daşların ölkəsinə!
Bilirəm, düşmərik
Daşlar tanrısının gözündən...!
Sonra daş olmaq arzısıyla öpüşərik,
Dua edək....!
Bilirəm, yumuşaqdır
Daşlar tanrısının ürəyi!
Əsirgəməz, daş olmağı bizdən!
Yerinə yetirər dualarımızı...! (30.s.26)
Solmaz Məhəmmədrzayi “Daşların ölkəsində” çölü almalıq və üzümlüklər, içi isə çılpaq və şaşqın olan şəhərini sevməyi əlləri, qulaqları barıt qoxuyan, balasının səsli başmağının səsini belə unudan sevgilini sevmək boyda bir cəhənnəm sanır “Cəhənnəm” şeirində... “Tələs” şeirində isə şairin əlləri kobudlaşaraq getdikcə paslanmış lirik qəhrəmanı sevdiklərini tənha, yalnız buraxır və baş götürüb cəhənnəmin yoluna düşür və qaçmağa başlayır: Çünki “İtirmişdi gecələr gizlicə dinlədiyi səsləri şeytanın qapısına daxil olarkən və sən qutsal ağacların doğduğu qurşun və hər səhər ona yerikləyirdi bezikmiş bahar, tankların ayaq yerində tumurcuqlar dustaq düşmüşdü, hə… Elə bu yaxınlarda göyüzü Tanrı qədər qocalmışdı.” Bezikmiş hamilə baharda qutsal ağacların qurşun doğması, tumurcuqların yarpağa-çiçəyə dönüşmək əvəzinə, ağır, zirehli texnikanın-tankların tırtıllarının açdığı dərin izlərdə-ayaq yerlərində dustaq düşməsi və ölüb-öldürməkdən usanmayan varlıqların bəd əməllərinin şahidi olan, bütün bu vəsvəsə və qəddarlıqdan təngə gəlib Tanrı qədər göy üzünün qocalması bu gün Güneydəki mövcud durumun bütün ayrıntılarıyla sətiraltı mənalarda poetik təsviridir...
Lakin şeirlərində daha çox kədər, siyasi basqı və sıxıntılardan şikayət, üsyan notları yansısa da, Güney Azərbaycan şairləri dünyaya, insanlara sevginin gözü ilə baxmağı bacarır, “sevilməyi düşünmə, sevməyi öyrən (Ərgin)” prinsipi ilə yaşayır, yaşıllığı qoruyan quruca bir nəfəsi, sönməkdə olan közləri alışdıra bilməyi belə böyük iş sayır, yüksək dəyər-ləndirirlər. Onların qənaətincə, insanları sevmək və inanmaq, onlara tapınmaq, güvənmək gərəkdir. Həyatda insanları sevməkdən böyük bədiilik-gözəllik yoxdur. Əslində, lirik şeirin yaranışı, doğulması insanın daxili dünyası ilə, onun sevgi duyğuları, eşqanə hissləri ilə əlaqəli baş verir. Bu da modern düşüncəli çağdaş yazarın-Ruqiyyə Səfərinin sevgi etirafı:
Artıq gecdir, nə qayıdan var, nə gözləyən.
gecə vaxtı gəmisiz sahilə bənzəyir gözlərim,
Dostları ilə paylaş: |