Daha gəlmə!
Ceyran, naqışlı gedən yollar
Cızıx-cızıxdır.
o taydan bu taya
Ayağımın izini tutub gəlsəydin,
Tutuşardıq.
Tox zəmanənin qoynunda
qucaqlaşardıq...(8)
Həmidə Rəiszadə Səhər da bu düşüncələrin, bu ortamın şairə çevirdiyi xanımlardan biri, Güney ədəbiyyatında modern şeirin öncüllərindəndir. Güneyin çağdaş qadın yazarı sevilən modern şairlərindəndir. Nigar Xiyavinin “Gözlüyünü itirmişdi dünya” (“gözlüyünü itirmişdi, öz işində deyildi dünya, biz su deyil, araq deyil, yorğanı çəkir başımıza, gözü-müzü gizləyirdik bir-birmizdən”) şeirində demək istədiyi mətləblər və dünyanın məhz gözlüyünü itirməsi səbəbindən baş verən rəzalət və çirkinlikləri görə bilməməsi, bu pisliklər hətta o dərəcəyə çatmış ki, insanlar utancdan bir-birinin gözünə baxmamaq üçün sanki yorğanını başına çəkərək gözlərini gizlətmək istəməsi gerçəyi onun da şirinlərini acıya çevirmiş, arzularını, diləklərini sürgün etmişdir:
Dostları ilə paylaş: |