198
OTUZ DOQQUZUNCU DƏRS
YƏHUDİ TƏFƏKKÜRÜ
Keçən dərsdən məlum oldu ki, Həzrət Musanın (ə) əsas ilahi vəzifəsi insanları
tövhidə, yeganəpərəstliyə də'vət etmək olmuşdur. İndi isə Bəni-İsrail əqidəsinin
nədən ibarət olmasını araşdırırıq. Aydınlaşdırmalıyıq ki,
görəsən onlar öz
peyğəmbərlərinin tövhid əqidəsində qaldılar, yoxsa şirkə düçar oldular. Həmçinin
bunu da araşdırmalıyıq ki, bu qövmün alimləri öz dinlərini necə təqdim edirlər?
TÖVHİD VƏ ŞİRK
Yəhudi qövmü həmişə özlərinin yeganəpərəst olmasına tə'kid edərək, tövhidi
həzrət Musanın on fərmanından biri kimi qəbul etmələrinə baxmayaraq, daimi olaraq
bütpərəstliyə və şirkə meyl göstərmiş və bütpərəstlər kimi gözləri ilə görə bilmələri
mümkün olan Allah qarşısında ibadət etmək istəmişlər. Qur'ani-Kərim onların
Musadan etdikləri istəyi belə bəyan edir:
«Və yadınıza salın ki, siz: «Ya Musa Allahı aşkarsurətdə görməyincə, heç vaxt
sənə inanmayacağıq» - dediyiniz zaman gözünüz görə-görə sizi ildırım
vurmuşdu.»
Başqa bir yerdə buyurulur:
«...Dedilər: [Ya Musa] Allahı bizə aşkar şəkildə göstər...!»
Bəni-İsrailin bütpərəstliyə meylli olmaqlarının ən aşkar dəlili onların danaya
sitayiş etmələridir. Musa (ə) qısa müddətli qeybə çəkildiyi
dövrdə Allahla otuz
günlük görüş üçün öz qövmündən uzaqlaşdı və Tur dağına getdi. Orada həmin otuz
günə on gündə əlavə edildi. Bu müddət ərzində Harun qövmə rəhbərliyi öz öhdəsinə
almışdı.
Amma Bəni-İsrail qövmü Musanın gecikdiyini gördükdə, Samirinin hiyləsi ilə
danaya pərəstiş etməyə başladılar. Qur'an
Harunun dilindən nəql edir ki, o (yə'ni,
Harun) camaatın şirkə düşməyinə mane olmaq istədikdə, onu öldürmək qərarına
gəlmişdilər.
Yəhudilərin müqəddəs kitabı olan Tövrat bu hadisəni belə nəql edir: «Qövm,
Musanın dağdan gec enməsini gördükdə Harunun yanına toplaşıb dedilər: “Qalx
ayağa və bizim üçün gözlərimiz önündə olan bir Allah düzəlt. Çünki bu kişinin
(Musa), bizi Misir ölkəsindən çıxaran bu kişinin başına nə iş gəldiyini bilmirik.”
Harun onlara dedi: “Qadınlarınızın, oğlanlarınızın və qızlarınızın qulaqlarında olan
qızıl sırğaları çıxarın və mənim yanıma gətirin.” Bütün qövm ailə-uşaqlarının boyun-
qulaqlarındakı qızılları çıxarıb Harunun yanına gətirdilər. Harun qızılları alıb
qələmlə naxışladı, ondan bir dana qəlibi hazırladı və onlara dedi: “Ey İsrail, bu
allahınızdır ki, sizi Misir ölkəsindən çıxarmışdır.
Harun bunu gördükdə onun
qarşısında bir qurbangah düzəltdi və dedi: Sabah Yəhuvə bayramıdır. Sübh tezdən
199
qalxıb yandırma qurbanlığını keçirib, salamat qalan hədiyyələri gətirdilər. Qövm
yeyib-içmək üçün oturdu və oynamaq üçün ayağa qalxdılar. Allah Musaya dedi:
“Yola düş, dağdan aşağı en. Çünki sənin Misirdən çıxardığın bu qövm yolunu
azmışdır. Onlara əmr etdiyim yoldan azıb özləri üçün
dana düzəltmişlər və onun
yanında səcdə edir, qurbanlıq kəsirlər. Deyirlər ki, ey İsrail! Bu həmin allahdır ki,
səni Misir ölkəsindən çıxarmışdır.” Allah Musaya dedi: “Bu qövmü gördüm. İndi bu
çox inadkar bir qövmüdür.”
Diqqət yetirilməli məsələ budur ki, Qur'ani-Kərimin nəql etdiyinə əsasən, Bəni-
İsrail qövmünün danaya sitayiş etməsinin banisi Samiri adlı bir şəxs olmuşdur.
Halbuki təhrif olunmuş Tövratda bu çirkin və şirk əməl Haruna aid edilir. Həqiqətdə
isə bu şəxs Harun olmamışdır; o, müqəddəs insan olduğundan heç vaxt şirkə əl
atmazdı. Amma necə olursa-olsun, bu tarixi məlumatdan aydın olur ki, Bəni-İsrail
qövmü ən kiçik bəhanə ilə bütpərəstliyə meyl göstərirdilər. Qeyd olunan axırıncı
ayədən belə aydın olur ki, bu qövmün Allaha şərik qoşmaqda təcrübəsi var idi; Allah
da onları inadkar adlandırmışdır.
Həzrət Musa (ə) qayıdan zaman dana bütünü sındırıb ona sitayiş mərasimini ləğv
etdi və öz qövmünü yenidən tövhidə qaytardı. Amma onlar Musadan sonra da
bütpərəstliyə, danapərəstliyə üz tutdular.
O cümlədən, Bəni-İsrail Fələstinə daxil
olub bu diyarda yerləşdikdən sonra Kənanın şimal nahiyələrində yaşayan on iki
tayfadan onu kənanilərlə qarışmaq nəticəsində Yəhuvəyə e'tiqad və pərəstişlə eyni
zamanda Kənanın Bə'l bütü, eləcə də onun həyat yoldaşı
olan Əştaruta pərəstiş
etməyə başladılar. Amma köçəri həyat tərzi keçirən iki tayfa isə öz Yəhuvə
əqidəsində qalmışdılar.
Qur'ani-Kərim bu hadisəyə işarə edərək buyurur:
Dostları ilə paylaş: