sui-istifadəsinə məruz qalır, onların dəxaləti nəticəsində azğınlığa çəkilir və ilahi
kitablar təhrif edilirdi.
Həzrət İsa (ə) da belə bir şəraitdə peyğəmbərliyə seçilmişdir. Belə ki,
əvvəlki
ilahi şəriət yə'ni, həzrət Musanın şəriəti iki cəhətdən təhrif və tənəzzülə mə'ruz
qalmışdı. Birincisi, yəhudi alimlərindən ibarət olan
Əhbarlar tərəfindən təhrif
edilirdi. Yəhudiliklə əlaqədar olan bəhslərdə qeyd etdiyimiz kimi, özünü Əhbar və
Rəbbani adlandıran yəhudi alimləri həzrət Musanın be'sətindən onlarla il keçdikdən
sonra yəhudilərin müqəddəs kitabını yazmağa başlamış və Allahın kitabına bir çox
şeylər artırmışlar;
bundan əlavə, Allahın kitabında (Tövrat) ürəkləri istədiyi kimi
dəyişikliklər etmişlər. Qur'an bu həqiqəti dəfələrlə xatırladaraq buyurur:
«Yəhudilərdən bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif endir və
dillərini əyərək dinə (islama) tə'nə vurmaq məqsədilə (sənə qarşı): «Eşitdik və
qəbul etmədik...».
Başqa bir ayədə buyurulur:
Dostları ilə paylaş: