228
sərgüzəştlərini əks etdirən dastanlar məcmuəsinə çevrildi. Bu iş elə bir səviyyədə
aparıldı ki, yəhudi böyükləri müqəddəs kitabın
mühüm əqidəvi bəhslərini, o
cümlədən məad və sair əqidələr barədə olan mətləbləri oradan çıxartdılar. Bütün bu
təhriflər azmış kimi, yəhud qövmünün firqələrə parçalanması ilə müqəddəs kitabın
nüsxələrində də ixtilaflar yarandı; firqələrdən hər biri kitabın bir hissəsini azaldıb-
artırır, digər hissələrini isə rədd və ya qəbul edirdilər.
Bu kimi işlər nəticəsində şəriətin qorunması və ilahi hökmlər üçün müəyyən bir
me'yar təyin edilməsi mümkün olmadı; düzgün və haqq əqidənin tə'yin edilməsi
üçün heç bir imkan qalmadı ki, əgər Allahın bəndələri həqiqət və qurtuluş yolu ilə
getmək istəsələr, heyrət və sərgərdançılığa düçar olmasınlar. Belə bir vəziyyət şəriət
sahibinə malik olan digər bir peyğəmbərin zühurunu tələb edirdi.
İkinci cəhət romalıların istilası idi. Miladdan 63 il
qabaq Fələstin ölkəsi Roma
imperatorluğu tərəfindən işğal edildi. Romalılardan əvvəl yunanlar da Fələstini işğal
etmişdilər. Yunanıstan elm, mədəniyyət və svilizasiya mərkəzi olduğundan, ora
elmi-mədəni şəxsiyyətlər tərəfindən idarə olunduğundan
Fələstin əhalisi nisbətən
dinc şəraitdə və müəyyən qədər ədalətli şəraitdə yaşaya bilirdi. Amma romalılar
Fələstini istila etdiyi vaxt yerli əhaliyə divan tutdu və camaatın çoxu başqa ölkələrə
köçməyə məcbur oldu.
Həzrət İsa (ə)-ın təvəllüdü ilə eyni zamanda romalılar tərəfindən Fələstinə padşah
tə'yin edilən Herodosi Kəbir vəfat etdi. Onun üç oğlu var idi. Herodosun ölümündən
sonra Fələstin ölkəsi üç oğulun arasında bölüşdürüldü. Yəhudiyyə,
Samirə və
İumiyyə hissələri böyük oğul Yerusəlimə çatdı, Cəlil gölü və Hərya ikinci oğul
Herodos
Antipasa düşdü; Cəlil gölünün şimalı isə kiçik oğul Flippə aid edildi.
Ölkənin bölüşdürülməsi və bunun ardınca üç qardaşın yerli camaatla kəskin və
amansız rəftarları nəticəsində Fələstində hərc-mərclik yarandı;
nəticədə ictimai-
siyasi böhranlar hər tərəfi bürüdü.
Belə bir şəraitdə təbiidir ki, yəhudi qövmü məğlub edilmişdi və yadların təzyiqləri
altında olan qövm kimi çox ağır və dözülməz şəraitdə yaşayırdı; onlar mütəmadi
olaraq həzrət Məsihin zühurunu gözləyirdilər. Yəhudilərin müqəddəs kitabının bir
neçə yerində həzrət Məsihin zühuru müjdəsi verilmişdi. O cümlədən, Davudun
Məzamirində, ikinci məzmurda 2-7-ci ayələr; Əş'iya Nəbi peyğəmbərin kitabının 9-
cu fəslinin 6-cı ayəsində; Həzqil peyğəmbərin kitabının 32-ci fəslinin 23-cü ayəsində
və 37-ci fəslin 32-ci ayəsində qeyd olunub.
Buna görə də həzrət Məsihin zühur etməsi yəhudilər üçün əvvəlcədən mə'lum və
məqbul bir məsələ idi. Onlar inanırdılar ki, Məsih Bəni-İsrail qövmündəndir və bu
qövmün xilası üçün zühur edəcəkdir. Buna görə də ən ağır və böhranlı şəraitlərdə
onun intizarını çəkirdilər. Belə bir şəraitdə həzrət Məsih (ə) Fələstin diyarında Bəni-
İsrail qövmü arasında dünyaya gəlib peyğəmbərliyə seçildi.