88
Bu məsələləri qaldırmaqla Budda əslində öz e'tiqad və təfəkkürünün əsas
prinsiplərini təqdim etmişdir. O, öz əqidəsinə görə dinin əsaslarına
aid etmədiyi
mövzu və bəhslərdən yan keçərək onlara heç bir münasibət bildirməmişdir. Buna
görə də əzab-əziyyətdən xilas olaraq kamal və qurtuluşa çatmaq üçün Buddanın
təklif etdiyi yol və metod da - yuxarıda göstərilən mövzu və məsələləri öyrəndikdən
sonra - nəfsin təmizlənməsi, bütün maddi-şəhvani-nəfsi istəklərdən çəkinməyə
əsaslanır.
Əlbəttə, Budda bütün bu məsələlərdə ədalətə riayət olunmasını əsas şərt hesab edir
(bu bəhs sonrakı dərsdə araşdırılacaq). Onun fikrincə, fəlsəfi bəhslərlə məşğul olmaq
əbəs və bihudə bir işdir, onlardan mümkün qədər çəkinmək lazımdır. Onun ayini də
bu kimi məsələlərdə bitərəf mövqe tutur. Buddanın
hindlilərin diqqət və maraq
göstərdikləri bə'zi e'tiqadlara, o cümlədən mə'budlara e'tiqad, mə'budlar üçün
qurbanlıq kəsmək, razi-niyaz edib onların qarşısında ibadət etmək kimi məsələlərə
diqqət yetirməyib susması təəssübkeş hindusların Buddanı dinsizlikdə ittiham
etməsinə səbəb oldu. Bununla belə, onun doğrudan da allaha və mə'budlara
inanmaması, yaxud imanlı bir şəxs olması namə'lumdur.
İzah edilməli olan məqam budur ki, bə'zi dinşünaslar, o cümlədən Radha Krişnan
ümumiyyətlə Buddanın kamil bir dinin əsasını qoymaq fikrində olmadığını; onun
qəlbini narahat edən məsələnin yalnız insanların qarşılaşdıqları çətinliklər, əzab-
əziyyət və bunlardan çıxış yolu olması qənaətindədirlər. Buna görə də zahidlik,
dünyəvi bağlılıqlardan çəkinmə, nəfslə mübarizə və düşüncəyə əsaslanan bir ayin
yaratmışdır. Sonralar ardıcıllarının çoxalması və
inkişaf edib genişlənməsi
nəticəsində müasir buddistlərin mə'bədi sayılan “təfəkkür və müraqibə” monastırları
tikilmiş, bu ayinə bə'zi əxlaq normaları və prinsiplər əlavə edilmiş və tədricən
müəyyən bir din formasını almışdır. Bu baxımdan, böyük dinlərdə araşdırılan
dinlərin mövqelərinin açıqlandığı bir çox məsələlərdən Budda ayinində bəhs
olunmur. Buddizmdə allaha, ölümdən sonrakı dünyaya inanıb-inanmamaq,
istəklərin vahid allahdan, yaxud çoxsaylı mə'budlardan dilənməsi, razi-niyaz etmək
və s. məsələlərdən sükutla keçmişdir. Hətta, Buddanın söylədiyi söz və yozumu onun
qeyd olunan məqamlara riayət etməməsini xatırladır. Misal olaraq onun öz
çıxışlarının birində Allahı görmədiyi halda onun barəsində danışan
şəxsi məsxərəyə
qoyduğunu göstərmək olar. Budda elə insanları öz mə'şuqunun eşqində qərq olan,
amma onun kim olduğunu bilməyən bir aşiqə bənzədir. Məhz bu kimi ifadələrə görə
müasirləri olan brahmanlar onu dinsizlik və mürtədlikdə ittiham etmişlər. Əlbəttə,
Buddanın qeyd etdiyi tə'birləri irfani baxımdan əsaslandırmaq olar. Çünki,
müsəlman ariflər də öz kəlamlarında bu kimi ifadələrdən istifadə etmişlər. Ancaq,
bilmək lazımdır ki, İslam irfanı ilə buddizmin fərqi yuxarıdakı məsələ barədə İslam
irfanının “haqqın görünməsi”ndən söz olaraq Allahı çağıran, ancaq, Onu şühud
etməyən şəxsi etdiyi halda buddizm bu məsələnin üstündən sükutla keçmiş və Tanrı
barədə danışmağı öz səlahiyyəti çərçivəsində bilməmişdir.
89
Digər tərəfdən, buddizmin allah məsələsinə diqqət yetirməməsi əvvəla, Buddanın
ardıcıllarının ondan sonra bu məsələ barədə dərindən düşünmələrinə və allaha
qovuşmaq üçün yol axtarmaqlarına səbəb oldu. Bu arada onlardan bir qrupu
Buddanın ümumiyyətlə insan deyil, fövqəlinsan olması nəzəriyyəsinə meyl etdi.
Buna görə də ona ilahi sifətlər aid edib sitayiş predmetinə çevirdilər. Bu e'tiqada
əsasən Budda qədim varlıq, mütləq bilik, mütləq elm, mə'budların və bəşəriyyətin
xilaskarı kimi təqdim olunurdu. Müasir buddist mə'bədlərində Buddanın çoxsaylı
heykəlləri
sair şərq dinlərində, o cümlədən hinduizmdə mövcud olan mə'budları,
bütləri əvəz etmiş və onun ardıcılları öz dini rituallarını həmin heykəllərin qarşısında
yerinə yetirirlər.
Dostları ilə paylaş: