86
ON DÖRDÜNCÜ DƏRS
BUDDİZM (2)
ƏQİDƏLƏRİ
Keçən
dərsdə qeyd olundu ki, buddizm əqidə və tə'limlərinin əsasları həyati
çətinliklərə, ondan xilas olma yollarına aiddir. Bu dərsdə bir daha həmin məsələni
araşdırırıq.
Buddanın
özü tənasüxdən, ardıcıl doğulmalardan xilas olmaq,
dünyəvi əzab-
əziyyətlərdən qurtarmaq üçün uzun-uzadı və üzücü asketizmə üz tutmuş, qurtuluş
mərhələsinə nail olduqdan sonra öz ayinini təbliğ edib yaymağa başlamışdır. O,
bütün zəhmət və sə'ylərini insanın əzab-əziyyətlərinin səbəbini və bundan qurtuluş
yollarını öz ardıcıllarına açıqlayıb izah etməyə çalışırdı. Buna görə də buddizm
tə'limlərinə
hakim olan ruh, kəlami və fəlsəfi olmaqdan daha çox psixoloji və
əxlaqidir.
Buddanın tə'lim verdiyi ilk qrup əvvəl ondan ayrılan, lakin nirvanaya qovuşduqdan
sonra Buddaya qoşularaq onun şagird və müridlərindən olan 5 rahib olmuşdur.
Budda onlara xitab edərək deyərdi:
“ - Qulaqlarınızı açıb eşidin ey rahiblər!
Ölümdən xilas yolu tapılmışdır. Bunu mən sizə öyrədəcəyəm.” Sonra dörd ali
həqiqəti onlar üçün şərh etmişdir. Bu dörd ali həqiqət əslində onun dəfələrlə
ardıcıllarına izah etmiş olduğu buddizmin əsas ideoloji prinsiplərini təşkil edirdi. O,
rahiblərə müraciətində bu dörd prinsipi belə bəyan edir:
1. “Ey rahiblər! Ümumbəşəri əzab-əziyyətin ali həqiqəti budur: doğulmaq
Dostları ilə paylaş: