SeyiD ƏHMƏd mahmudi /j


gözəllik və qüdrətinə, məndən ayrıldıqlarına görə matəmə bürünərək ağlayan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə55/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   51   52   53   54   55   56   57   58   ...   200
Dinlərlə tanışlıq

gözəllik və qüdrətinə, məndən ayrıldıqlarına görə matəmə bürünərək ağlayan 
valideyn və qohumlarımın istəklərinə, xahişlərinə baxmayaraq saçlarımı qırxaraq 
əynimə sarı köynək geyinib pərişan və sərgərdan öz yurd yuvamdan çıxdım.” 
Siddharhta öz seyr-süluk və həqiqətlərin kəşf olunması dövrünü insani əzab-
əziyyətlərə cavab axtarmaqla başladı. Bu məqsədlə brahmanların qurtuluş üçün ən 
məqbul metodunu tətbiq etdi. Başqa sözlə, insanların varlıq aləmi ilə əlaqəsi barədə 
dərin düşüncələrə qərq oldu. Bu məqsədlə dağdakı bir mağarada yaşayan 2 brahman 
filosof və yoqa qoşuldu. Ancaq, onların tə'limlərinin əsasları da onun ruhundakı 
yanğını söndürüb onun suallarına münasib bir cavab tapa bilmədi. Buna görə də 
asketizmlə məşğul olmağa başladı. Bu elə caynizm ardıcıllarının nicat və qurtuluş 
üçün tövsiyə etdikləri yol idi. O, altı il ciddi şəkildə zahidlik və asketizmlə məşğul 
oldu və bu müddət ərzində hər gününü bir neçə küncüd, düyü və ya bir meyvə ilə 
keçinirdi. Bu vaxt ərzində o qədər zəifləyib arıqlamışdı ki, bir dəri və bir sümükdən 
başqa ondan bir şey qalmamışdı. Siddharhta bu dövrdəki fiziki vəziyyətini belə təsvir 
edir: 
“ - Günümü bir meyvə ilə keçirdiyim dövrdə bədənim son dərəcə zəifləmişdi. 
Əllərim və ayaqlarım nazik çubuğa, fəqərə sütunlarım bir-birinə dolaşmış iplərə 
oxşayırdı; arıq qabırğalarım dərimin altında titrəyirdi. Gözlərim dərin bir 
quyunun dibindən işıldayan iki ulduza bənzəyirdi. Bədənimin və başımın dərisi 
istidən qurumuş balqabaq qabığı kimi qırışmıdı...” 
O, bu qədər məşəqqət və asketizmə dözməsinə baxmayaraq, istədiyi nəticəni ala 
bilmədi. Siddharhtanın özü bu barədə deyir: 
“ - İnsan üçün dözülməz olan bu qədər məşəqqətlərə baxmayaraq, yenə də 
həqiqətin dərkindən ibarət olan son məqsədimə və ali məqamıma çata bilmirəm. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin