SeyiD ƏHMƏd mahmudi /j


haqq şəriət olan dharmaya iman gətirmişəm, haqq şəriətə sığınıram və singəlin



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə57/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   53   54   55   56   57   58   59   60   ...   200
Dinlərlə tanışlıq

haqq şəriət olan dharmaya iman gətirmişəm, haqq şəriətə sığınıram və singəlin 
pənahında dinclik axtarıram.” 
Bu qaydalardan əlavə aşağıdakı on prinsipə də riayət olunmalı idi: 
1. Canlıları öldürməkdən çəkinmək; 
2. İnsanın ona əta olunmayan malı ələ keçirməkdən çəkinməsi
3. Həyasızlıq və pozğunluqdan uzaq olmaq; 
4. Vərh də yakaylay epau okvau$ 
5. Sərxoşluqdan və şərab içməkdən uzaq olmaq; 
6. Çox yeməkdən və qarınqululuqdan imtina etmək
7. Rəqs, musiqi və kef məclislərinə tamaşa etməkdən çəkinmək; 
8. Zinət əşyaları və ətirdən istifadədən, bəzənməkdən uzaq olmaq; 
9. Yumşaq yataqlarda yatmamaq; 
10. Pul (qızıl və gümüş) qəbul etməmək. 
Bu on prinsip buddizmin fundamental əsasları hesab olunur. Budda dininə inanan 
hər bir şəxs onlara dərindən inanmağa və riayət etməyə borcludur. Əgər qanunları 
pozarsa və bu prinsiplərin ziddinə iş görərsə, günahlarının yuyulması üçün öz 
dindaşları, monastır rahiblərinin iştirakı ilə ayda iki dəfə keçirilən yığıncaqda 
günahlarını e'tiraf etməlidir. Bu metodun xristianlıqla nə qədər oxşar olduğunu 
görürük. Bu ayin zaman baxımından xristianlıqdan əvvəl yarandığına görə 
buddizmin onun tə'sirinə düşdüyünü iddia etmək olmaz. Bəlkə də demək olar ki, 
xristianlığı bürümüş təhriflərdən biri də buddizm dinində mövcud olan və sonradan 
xristianlığa keçən “günahların e'tirafı”dır. 
Bu dərsin əvvəlində qeyd olunduğu kimi, Budda ilə caynizm dinləri arasında 
müəyyən oxşarlıqlar vardır. Belə ki, nicat və qurtuluş, tənasüxdən və ardıcıl 
doğumlardan xilas olmaq hər iki dinin məramlarındandır. Brahmanizmdə zülmkar 
kasta sinifli cəmiyyətindən xilas olmaq da bu iki dinin oxşar xüsusiyyətlərindən 
sayılır. Bundan əlavə, hər iki din bir sıra göstəriş, ideoloji prinsiplər və əxlaqi 
normalarda müəyyən oxşarlıqlara malikdir. Ancaq, bu iki dinin arasındakı əsaslı fərq 
rəftar üslubu və bu rəftarların me'yar və sərhədlərdədir. Nümunə kimi qeyd etmək 
olar ki, caynizm tam və ağrılı asketizm üzərində qurulmuşdur. Bə'zən bu asketizm 
ölüncəyə qədər davam etməli; onlar bütün cinsi və instinktual


85 
ehtiyaclardan çəkinməlidirlər. Bu ayində nəfsani şəhvət və instinktlər insani 
dəyərlərə zidd hal kimi qiymətləndirildiyi halda buddizmdə ən mühüm məsələ 
dünyəvi ləzzətlərdə və maddi işlərdə ifratçılıqdan çəkinməkdir. Bu ayində çox çətin 
asketizm də tövsiyə olunmamışdır və bunun müqabilində hər bir işdə mö'tədillik 
məsləhət görülür. Yə'ni, caynizm ayininin əksinə olaraq, burada cinsi ehtiraslar 
mütləq şəkildə qadağan olunmur, yalnız fahişəlik, zinakarlıq yasaqlanaraq ondan 
çəkindirilir. Buddizmdəki bu liberallıq və mö'tədillik onun sür'ətlə genişlənib 
inkişafına səbəb oldu. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar bu dini qəbul 
edərək “singələrin” - Budda monastırlarının inkişafı və genişlənməsi üçün külli 
miqdarda vəsaitlərini böyük həvəslə hədiyyə və nəzir kimi təqdim edirdilər. 
Caynizm buddizmdən bir əsr öncə meydana gəlməsinə baxmayaraq, özünə çoxsaylı 
tərəfdar toplaya bilməmişdi. Belə ki, bu gün həmin dinin ardıcıllarının sayı 12-13 
milyon nəfərdən artıq deyil. 
Nəhayət Budda 35 il moizədən və öz ayinini təbliğ etdikdən sonra 80 yaşında 
öldü. Buddizm mənbələrində qeyd olunur ki, o, ölümündən qabaq öz ardıcıllarına 
etdiyi axırıncı tövsiyəsində demişdir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin