81
ON ÜÇÜNCÜ DƏRS
BUDDİZM (1)
BUDDA
On birinci dərsin
girişində qeyd olunduğu kimi, hind-brahman cəmiyyətində
brahmanların iki ideoloji-konseptual prinsipi tənqid və e'tirazla qarşılanırdı. İki
prinsipdən biri karma və samsara,
yaxud tənasüxdən ibarətdir ki, əhalinin ağrılı
reaksiyasına səbəb olmuşdu. Bu əqidəyə görə, insanlar davamlı doğumlar və
ölümlərdə
əzab-əziyyətlərə, müsibətlərə dözməli idilər. Digəri isə kasta sinfi
quruluşu və brahmanların daimi hökmranlığı idi. Caynizm və buddizm bu iki
prinsipə reaksiya və mübarizə qismində formalaşmışdır.
Bu iki ayin bir çox
cəhətlərdən bir-birinə oxşar və yaxındır. Geniş yayıla və inkişaf edə bilməyən
caynizmdən fərqli olaraq, buddizm daha artıq ardıcıl
toplamaq yolunda uğur
qazanmışdır. Bu din çox sür'ətlə Hindistan sərhədlərini aşmış və bu gün
Hindistandan tutmuş Monqolustan, Çin, Yaponiya və Myanmar (Birma), Tailand,
Kamboca və s. ölkələrdə yüz milyonlarla ardıcıla malikdir.
Bu dərs buddizm ayininin banisi olan Buddanın həyatı, zühuru və meydana gəlməsi
barədədir. Gələn dərslərdə isə buddizmin ideoloji
və əxlaqi prinsipləri
araşdırılacaqdır.
Buddanın əsl adı Siddharhta, sülaləsinin adı isə Qautamadır. O, təqribən miladdan
560 il öncə Hindistanın Benares şəhəri yaxınlığında anadan olmuşdur. Onun atası
kşatrya təbəqəsindən idi və sakya qəbiləsinin əmiri sayılırdı. Deyilənlərə görə
Siddharhta onun yeganə oğlu idi və buna görə də əmirlik vəzifəsini özündən sonra
ona tapşırmaq istəyirdi. Bu məqsədlə onu dünyaya
gəldiyi ilk çağlardan tam
firavanlıq, asayiş və rifahda böyüyüb boya-başa çatması üçün dövrünün ən təcrübəli
tərbiyəçilərinin nəzarəti altında saxlamışdır. Onun çoxsaylı dayələri olmuşdur. 16
yaşında olanda atası onun üçün 3 cah-cəlallı qəsr tikdirdi; O, hər fəsli onların birində
keçirirdi. 19 yaşında ikən qonşu əyalətlərin şahzadələrindən biri ilə ailə qurdu və bir
övladı dünyaya gəldi. Deyilənə görə, Siddharhta gənclik çağlarında bir gün
əylənmək üçün qəsrdən kənara çıxan zaman dörd gözlənilməz mənzərə ona böyük
tə'sir etmişdir: əsasına söykənən əldən düşmüş bir qoca, ağrının şiddətindən qovrulan
əlacsız xəstə kişi - ətrafındakılar nə ona kömək edə bilir, nə də ağrılarını azaltmaq
üçün bir iş görə bilirdilər, üfunətli iyinin hamıya əziyyət verdiyi cənazə və bir küncdə
tam arxayınlıqla oturan, üzündə heç bir iztirab və təşviş hissi görünməyən zahid.
Siddharhta həmin zahidlə söhbət üçün əyləşmiş, sakitlik, əminliyin yalnız insanın
xəstəlik, qocalıq və ölümdən xilas ola biləcəyi halda mümkün olduğunu öyrənmişdir.
82
Həmin dövrə qədər firavan, sakit və sağlam həyat sürən, heç bir əzab-əziyyət və
məşəqqət
görməyən, əzabın dadını dadmayan şahzadə bu səhnələri gördükdə
həyatda yeni-yeni reallıqları, varlıq aləminin yeni-yeni təsvirləri gözü önündə
canlanmışdır. O, artıq
başa düşmüşdür ki, həyat əzab-əziyyətlərlə qarışmışdır;
cavanlığın, şadlığın sonu qocalıq və ölümdür; yalnız zahidlik və təfəkkürlə bu qədər
əzab-əziyyətlərdən xilas olmaq mümkündür. Bu zaman onda dərin psixoloji
dəyişikliklər baş vermişdir. O, ailəsi və övladından, taxt-tacından və imarətdən əl
çəkib zahidlik və rahiblik yolunu seçmək qərarına gəlmişdir. Buna görə də başını
qırxmış, rahiblərə məxsus olan paltar geyinmişdir. Qədim hind kitablarından birində
Buddadan belə nəql olunur:
“ - Qara saçlarıma dən düşmədiyi gənclik dövrümün
Dostları ilə paylaş: