SeyiD ƏHMƏd mahmudi /j


“Hazırkı dövrün qürubunda, bu diyarın hökmdarlarının hamılıqla oğru olduğu



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə82/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   78   79   80   81   82   83   84   85   ...   200
Dinlərlə tanışlıq

“Hazırkı dövrün qürubunda, bu diyarın hökmdarlarının hamılıqla oğru olduğu 
zaman kainatın əmiri brahmandan vücuda gələcək və onun adını “Kalki” adı 
qoyacaqlar.” 
3. Şiva: Şiva hindusların üçüncü mə'budu, ölüm və yoxluq allahıdır. O viran 
qoyan, yox edən mə'bud olmaqla hindusların nəzərində əhəmiyyət və imtiyazına 
görə digər iki mə'buddan daha üstündür. Ona “Mahadeva”- yə'ni “ən böyük rəbb” 
ləqəbi də vermişlər. Şivaya müxtəlif simvollar və mürəkkəb sifətlər də sanmış, onu 
varlıqları öldürən və puç edən rudra kimi vəsf etmişlər. Riqveda onu “ən qüvvətli və 
qorxunc heyvan kimi qəzəbli” kimi qeyd edir. O, səmavi qəzəbi dövründə ona 
pərəstiş edənləri öldürür, onların uşaqlarını, atalarını və heyvanlarını da məhv edir. 
Ona pərəstiş edənlər ondan əmin-amanlıq, lütf və mərhəmət diləyirlər. Onun silahı 
ildırımdır, öldürücü ox və kamanı ilə bir arabaya minmişdir və qəzəbləndiyi zaman 
bütün varlıqları məhv edir. Bu sifətlərlə yanaşı ona bağışlayan və xəstəlikləri 
müalicə edən həkim kimi sifətlər də şamil olunur. Çünki o, mə'budların 
qəzəblənməsinin qarşısını alır, asimani ne'mətləri və feyzi insanlara bəxş edir. O, 
mö'cüzəli dərmanların sahibi, həkimlərin həkimi, hər bir xəstəliyi sağaldandır. Bu 
mə'budun Veda dövrünün şairlərinin düşüncələrində yaratdığı qorxu və vəhşət
mübarək və uğur sifətlərinin, yə'ni Şivanın da rudraya aid edilməsinə səbəb 
olmuşdur. Hinduizmin sonrakı dövrlərində ona dağıdıcılıq sifəti də aid edilmiş və o, 
hindus müqəddəsliyinin üç əsasından biri hesab olunmuşdur.


Hindusların inancına görə Şiva, aləmi məhv etməklə iki iş görür: birincisi
dünyadakı surətləri bir-birindən ayırır və bununla da cəhalət və nadanlıq pərdələri 
aradan qaldırılır. Digər iş isə həyatı yeniləşdirməkdir. Aləmin məhv olunması yeni 
yaradılışı tələb edir. Şiva həm ölüm, yoxluq sultanıdır; həm həyatın mənşəyi və onun 
hərəkətverici qüvvəsidir. Şiva aləmi məhv etməklə yeni doğumlar prosesinin əsir 
olanları, nadanlıq və cəhalət buxovlarındakı varlıqları azad edir. Yeni yaradılış 
mövsümündə Şiva divanə rəqqas kimi dağ və çölləri təpikləyərək əl çalır, təbil və 
şeypurundan qiyamət səsi çıxır, bütün varlıqlara forma və qiyafə verir, yeni bir 
aləmin binasını qoyur. Bunun nəticəsində varlıqlar yenidən həyata və fəaliyyətə 
başlayırlar. 
Şivanı rəsmlərdə əksər hallarda dörd qolunu iki tərəfə açaraq havada əlini 
yelləməklə hiylə və yalan şeytanının cəsədi üzərində rəqs edə-edə onu təpikləyən 
halda təsvir edirlər. Onun bir əlində kiçik bir təbil, digər əlində isə şö'lələnən alov 
vardır. Təzə doğmuş aypara şəkli onun başının ətrafını örtür və Qanqa çayının suyu 
saçlarından axıb tökülür. Onun başında və ayağında da həyat qüvvəsi və varlıq 
qüdrəti cilvələnir. Hinduslar inanırlar ki, onun “rəqs edib təpik döydüyü” şəkli 
dünyada ölüm və həyat dövri çarxının sür'ət rəmzidir. 
Eyni zamanda, hindusların inanclarına görə, dağlarda məskunlaşmış Şiva dağların 
zirvəsindən fələkə baş vuraraq səhralara və çöllərə hücum çəkir, bəla və müsibətləri 
camaatın başından tökür. Dağların ətəyində dərman bitkiləri bitdiyindən, hinduslar 
bunu da Şivanın lütf və mərhəmətinin bəhrəsi kimi qələmə verirlər. Sanki, o bununla 
xəstəliklərə də hücum etmək istəmişdir. Buna əsasən, Şiva heç də həmişə insanlar 
üçün ölüm və yoxluq amili deyil, əksinə xəstəlik törədən amilləri məhv etməklə 
camaatın asayiş, rifah və səadətinə də şərait yaradır. Buna görə də, hinduslar Şivanı 
təkcə şər və əziyyət verən bir mə'bud kimi tanımır, ona yaradıcı və həyatverici 
çalarlar da verirlər. Əlbəttə, Şivanın vasitəsilə bu kimi yaranışlar ilkin mərhələyə 
deyil, sonrakı mərhələlərə aiddir. Çünki qeyd olunuduğu kimi, ilk yaranış brahmanın 
vəzifəsidir və sonrakı xilqətlər Şivanın, onun qorunub saxlanması isə Vişnunun 
öhdəsinə düşür. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin