SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə84/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   80   81   82   83   84   85   86   87   ...   200
Dinlərlə tanışlıq

1. SAYSIZ-HESABSIZ TANRILAR 
Keçən dərsdə qeyd olundu ki, brahmanizm ayinində baş verən və hinduizmin 
formalaşmasına gətirib çıxaran dəyişikliklərdən biri də çoxallahlığın üçlük təşkil 
edən trimurti mə'budlarına sitayişlə əvəz edilməsi olmuşdur. Ancaq, bu dəyişiklik və 
məhdudiyyət təkcə ideoloji strukturda və hinduizmin müqəddəs kitablarının nəzəri 
əsasları səviyyəsində təqdim olunur, onların ümumi inanclarında isə hələlik saysız-
hesabsız tanrılara inam qalmaqdadır. Bunun səbəbi hinduizmdə - keçən dərsdə qeyd 
olunduğu kimi üçlük mə'budlar üçün müxtəlif zühurlar, təcəlli və simvollar nəzərdə 
tutulmasındadır. Bundan əlavə, onlara coxsaylı həyat yoldaşları da ayrılmışdır. Belə 
ki, həm mə'bud və həm də onun simvolu sayılan Krişnanın 16000 arvadı vardır ki, 
bu həyat yoldaşlarından hər biri ilahə (Şakti) qismində pərəstiş olunur. Nəticədə bu 
dinin sıravi ardıcılları öz istəklərinə uyğun olaraq təbii fenomenlərin və varlıq 
aləmindəki dəyişikliklərin, eləcə də həyatdakı hər bir iş üçün xüsusi bir mə'bud 
nəzərdə tutmuşlar. Onlara belə öyrədilmişdir ki, mə'budlar, onların təzahür və 
təcəllisi üçün heykəl və bütlər düzəldilməklə onlar müqəddəs sanılsın. Belə bir əqidə 
əsasında onlar bütün mə'budların simvolları üçün heykəl düzəltməyə başladılar. Bu 
heykəllər tədricən ayrıca büt və mə'buda çevrilmiş, onların simvol olmaları 
unudulmuşdur. Bu mə'budların sayı təxminən 330 milyona çatır. Belə ki, hər bir 
hindus özünün hər bir istək və ehtiyacını tə'min etmək üçün bu mə'budlardan birinə 
sığınır. Misal üçün, onun işində müəyyən bir çətinlik, yaxud onun irəliləyişində bir 
durğunluq, və ya maneə yaranarsa “Qaneşa”ya təvəssül etməlidir. Zəifliyə, 
gücsüzlüyə mübtəla olarsa “Hanuman” mə'buduna pənah aparmalıdır. Bu ardıcıllıqla 
çətinlik, sonsuzluq, özünün, ailəsinin, yaxud heyvanların xəstəliyi, təhlükəli səfərlər 
və bütün bu kimi çətin məsələlərdə mə'budlardan birinə pənah aparmalıdırlar. Bu 
tanrılar təkcə mə'bədlərdə və mənzillərdə deyil, hər bir yerdə, o cümlədən çayların 
sahilindən tutmuş ağacların altına, dağların ətəyindən başlayaraq ucsuz-bucaqsız 
çöllərə qədər büt, heykəl, yaxud müəyyən əlamət şəklində qoyularaq sitayiş və 
ibadət olunurlar. 


123 
Keçən dərslərdə qeyd olundu ki, ümumiyyətlə hinduizm məktəbi kompromis və 
güzəşt ayinidir. Çünki bu ayin camaatla qarşıdurmaya icazə vermir və bu zəmində 
hamı ilə mülayim davranmağı öz devizinə çevirmişdir. Buna əsasən də, məzhəbin 
ardıcıllarının hər biri öz hiss, zövq və istəklərinə uyğun mə'budlarla əlaqə yarada 
bilmişlər. İnsanların təfəkkür tərzi, hissləri adətən bir-birindən fərqləndiyinə görə 
həyatdakı hər bir iş, xilqət aləmindəki təbii dəyişikliklər və fenomenlərin hər biri 
üçün tədricən müəyyən bir mə'bud nəzərdə tutmuşlar. Sadə hindusların 
e'tiqadlarında saysız-hesabsız mə'budların yaranmasınin səbəbi, rəmz və sirri də 
bundadır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin