126
tə'sirinə görədir. Nümunə üçün, hinduslar fili Şivanın oğlu hesab edirlər və onun
heykəli bədbəxtliyin aradan qaldırılması üçün bir vasitədir. İlan və meymun onlara
görə qorxunc olduğundan,onların ilahi bir məqama malik olduğuna inanırlar.
Sancması dərhal ölümlə nəticələnən, kobra növündən olan naqa ilanına xüsusi
ehtiram göstərilir. Hər il hinduslar bu ilana ehtiram naminə xüsusi dini bayram
keçirir; onların yuvalarının yanına gedir, hədiyyə, peşkəş kimi süd və banan verirlər.
Hinduslar heyvanların hörmətini saxlamaq, xüsusilə ilanlara hörmət göstərmək üçün
çoxlu mə'bədlər tikmişlər və oralarda da çoxlu heyvanlar yaşayır. Kərtənkələ, bəbir,
tovuz quşu, tutuquşu, hətta siçana da pərəstiş edir; öz diləklərini diləmək və
istəklərinə çatmaq üçün meymuna da nəzir edirlər.
Hinduslar inəyə daha böyük hörmətlə yanaşır, müqəddəs və xüsusi məqam sahibi
sanırlar. Hər bir yerdə, mə'bəd və evlərdən başlamış şəhər meydanlarına qədər inək
heykəli görmək olar. Bu heyvanı öldürmək və ya istifadə etmək tamamilə qadağan
edilib və haram sayılır. Onlar küçə və xiyabanlarda sərbəst hərəkət azadlığına
malikdirlər. İnəklərə əzab-əziyyət verməyə, azadlıqlarını məhdudlaşdırmağa icazə
verilmir. İnək ifrazatı məlhəm və təbərrük kimi, onun sidiyindən isə daxili və xarici
murdarlıqları paklaşdırmaq üçün istifadə olunur. Hinduslar öz ölülərini odda
yandırsalar da, ölü inəklərin cəsədini çox böyük ehtiramla, xüsusi bir dini mərasimlə
torpağa tapşırırlar.
Hindusların arasında geniş yayılmış adətlərdən biri də inəkləri Şivaya vəqf etmək,
yaxud onları azad etməkdir. Onlar bu əməlin böyük savabı olduğuna inanırlar. Digər
tərəfdən, bu heyvanı öldürmək bağışlanmaz günah hesab olunur və bu işi törədən
şəxs kasta təbəqəsindən çıxarılaraq daha aşağı təbəqəyə endirilir. Hindistanda inəyə
o qədər hörmət qoyulub ki, tarix boyu müsəlmanlarla hinduslar arasında baş verən
toqquşmaların əsas amili müsəlmanlar tərəfindən qurban bayramında bu heyvanın
qurban kəsilməsi olmuşdur və bu indi də belədir.
Hindusların üçün inəyin bu qədər hörmət və müqəddəsliyinin səbəbi dəqiq mə'lum
deyil. Vill Dorant keçmiş dövrlərdə uzaqgörən bir hakimin bu yük heyvanının nəslini
qoruyub saxlamaq, kənd təsərrüfatı işlərində istifadə etmək və mənfəət götürmək
üçün onun öldürülməsini qadağan etdiyini və bu işin tədricən dini-məzhəbi xarakter
alaraq müqəddəsləşdiyini ehtimal edir. Hər halda Hindistanda inəyə bu qədər hörmət
və müqəddəslik indiyə qədər davam etməkdədir. Hətta Hindistanın müstəqillik
mübarizələrinin rəhbəri Qandi bu barədə münasibət bildirərək demişdir:
Dostları ilə paylaş: