130
da bu fikirləri təsdiq edir. Bu təfəkkür və e'tiqad tərzi tez bir zamanda həmin firqə
ardıcıllarının Hindistandakı digər din və firqələrin davamçıları, xüsusilə də xristian
və müsəlmanlar arasında kəskin və qanlı-qadalı qarşıdurmalara səbəb oldu.
Arya-samac firqəsinin ardıcıllarının inancına görə Hindistan hindus məzhəbli bir
ölkədir. Çünki onun əhalisinin əksəriyyətini hinduslar təşkil edir. Buna görə də
müsəlman, xristian və ya qeyri-hindus məzhəb ardıcılları hindus qanunları əsasında
yaşamaq istəməsələr bu ölkəni tərk edə bilərlər. Bu ayinin ardıcılları məhz həmin
səbəbdən dünyəvi (qeyri-dini) əsasda qurulan Hindistanın hazırkı Konstitusiyasının
əleyhinə çıxış edərək ölkədə hindus qanunlarının (hindu-rac) həyata keçirilməsini
tələb edirlər. Onlar indiyə qədər dəfələrlə müsəlmanların, yaxud xristianların inək
kəsmələrindən hindusların başqa dinlərin ardıcıllarına qarşı təhrik olunması üçün
istifadə edə bilmiş, mülayim təbiətli, kobud rəftardan qaçan və güzəşt əhli olan
əcdadlarının əksinə olaraq, çox kobud və militarist ruhiyyə ilə qorxu, zorakılıq və
münaqişə mühiti yaradırlar.
Dostları ilə paylaş: