37
həyati tə'sirlərinə inanırdılar. İbtidai insanlar bütün işlərində bu fövqəl-təbii
qüvvədən kömək diləyirdilər.
3. SEHR VƏ CADU
İbtidai cəmiyyətlərdə yaşayan insanlar baş verən hadisələrin düzgün və real
qavrama, məntiqi təhlil imkanına malik olmadıqlarından, ətraflarında cərəyan edən
prosesləri anlamaqda aciz qaldıqlarından
özlərini xatircəm etmək, işlərin axarını
xəyali olaraq öz xeyirlərinə yönəltmək üçün bir sıra xurafatçı işlərə, o cümlədən
cadugərlik və sehrkarlığa əl atırdılar.
Əlbəttə unutmaq olmaz ki, sehr və caduya müraciət əslində onların fövqəl- təbii
qüvvələrə e'tiqad bəsləməsinin, öz ətraflarında baş verən hadisələrdə onların
müəyyən tə'sirlərinə inandıqlarının in'ikası idi.
Başqa sözlə desək, sehr və cadu
müqəddəs ruhlar və mana ilə əlaqə yaratmaqla əzazil ruhların
şərrinin dəf
edilməsində, o ruhların onlara hakim kəsilməsinin qarşısını almaqda, bu müqəddəs
ruhlardan düşmənlərə qalib gəlib onları məğlub etməkdə, eləcə də əleyhdarlarının
sehr və cadularının xoşagəlməz tə'sirlərini neytrallaşdırmaqda istifadə üçün bir vasitə
idi. Sehr və caduya qarşı dərin inam hissi cadugərlik və sehrbazlığın geniş
yayılmasına və bu təbəqənin cəmiyyətdə mühüm mövqeyə çıxmalarına səbəb olurdu.
Cəmiyyətdə sehrkar və cadugərlər iki dəstəyə bölünürdü: onlardan bir qrupunun
fəaliyyəti camaatın xeyrinə və sosial vəziyyətlərini yaxşılaşdırmağa xidmət edirdi.
Sehrkar həkimlər də belələrindəndir. Onlar xüsusi ictimai mövqeyə malik idilər və
öz sehr, caduları ilə xəstələrə şəfa verməyə çalışırdılar. Bu cadugərlər xəstəliyi xəbis
və şər ruhların bə'zi bəd əməllərinin mənfi tə'sirləri kimi qələmə verirdilər. Falçılar,
gələcəkdən xəbər verənlər, tilsim işləri ilə məşğul olanlar və s. həmin dəstədən hesab
olunurdular. Digər bir dəstə isə sehr, cadu ilə camaata zərər yetirən cadugərlər idi və
onların
işi ölüm, xəstəlik, çətinlik, quraqlıq və s. problemlər yaratmaqdan ibarət idi.
Dostları ilə paylaş: