SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə25/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   21   22   23   24   25   26   27   28   ...   200
Dinlərlə tanışlıq

7. TƏBİƏTƏ SİTAYİŞ 
Yuxarıda qeyd etdik ki, ibtidai icmalar hər bir şeyin ruh və canının olmasına 
inanırdılar. Bilmək lazımdır ki, gedən proseslər arasında daha çox tə'sirli, bərəkətli, 
həyat və varlığın rövnəqvericisi olanlar, ibtidai insanların həyatlarının asılı olduqları 
fenomenlər diqqəti özünə daha artıq cəlb edirdi. Belə ki, bu fenomenlərə qarşı 
münasibətdə sırf ehtiram və müqəddəslikdən daha irəli gedərək onlara sitayiş etməyə 
başlayırdılar. İbtidai insanların məişət şəraiti və yaşadıqları mühitin coğrafi mövqeyi 
barədə aparılan araşdırmalarda sübuta yetirilmişdir ki, hər bir bölgədə varlıq 
simvolları və təbii fenomenlər camaatın məişət vəziyyətinə, onların ətrafındakı təbii 
şəraitə mütənasib olaraq müqəddəslik və ehtirama layiq


39 
görülmüşdür. Belə ki, onlar üçün daha artıq həyati dəyərə malik olan hər bir təzahürə 
daha çox pərəstiş və hörmət olunurdu. Misal üçün, Avropanın şimalındakı meşə 
zolaqlarında ağaclar müqəddəs sanılır və onlara sitayiş edilirdi. Çünki, yerli camaatın 
ehtiyac və güzaranı ağacları kəsib satmaqla tə'min olunurdu. Onlar böyük gövdəli və 
uzun ömürlü ağacları qırarkən dodaqlarının altında sanki bağışlanmalarına zəmanət 
verəcək xüsusi duaları züm-zümə edirdilər. Buna əks olan hallar da var idi. Torpağın 
və əkinin məhsuldarlığı yalnız yağışdan asılı olan quraqlıq səhra sakinləri daha çox 
səmaya və buluda ehtiram qoyurdular. 
Bunun ən yaxşı sübutu müxtəlif məntəqələrdə yaşayan insanların səmavi ruhların 
razılığını əldə etmək və yağış istəmək məqsədi ilə keçirdikləri ibadət mərasimləridir. 
Müasir dövrdə də svilizasiyalı xalqlar və səmavi dinlərin ardıcılları arasında belə 
əqidə və ideyalar üçün zəminələr müəyyən qədər nəzərə çarpır. Necə ki, neçə əsr 
bundan əvvəl insanların əsas qida rasionunu təşkil edən çörək və buğda indinin 
özündə də təkallahlı din ardıcılları arasında ilahinin digər ne'mətlərlə müqayisədə 
daha çox ehtirama malikdir. Onu murdarlamaq, ayaq altına salmaq, zibillə birlikdə 
atmaq və s. işlər günah sayılır. Əgər yolun kənarında bir tikə çörək görərlərsə, dərhal 
onu yerdən götürərək öpür və əldəyməz bir yerə qoyurlar. 
Cahiliyyət dövründə ərəblər bütləri bə'zən xurmadan düzəldirdilər. Çünki, bu 
məhsul bolluğuna görə ərəblərin ən əsas qida maddəsi hesab olunurdu. Ərəblər 
xurmanı bütə çevirməklə, ona sitayiş və müqəddəsləşməsinə zəmin yaradırdılar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin