SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad


SÜNNİ ALİMLƏRİNİN İMAM HÜSEYNİN(Ə) FƏZİLƏTİ HAQQINDA YAZDIĞI HƏDİSLƏR



Yüklə 5,56 Mb.
səhifə7/24
tarix11.06.2018
ölçüsü5,56 Mb.
#53332
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   24

SÜNNİ ALİMLƏRİNİN İMAM HÜSEYNİN(Ə) FƏZİLƏTİ HAQQINDA YAZDIĞI HƏDİSLƏR

1. Hakim Həskani Əbu Hüreyrədən belə bir rəvayət nəql edir.

رَئَيْتُ رَسُولُ اللهِ وَهُوَ حامِلُ الْحُسَيْنَ ابْنَ عَلِىّ

قالَ رَسُولُ اللهِ اَللّهُمَّ اَحَبُّه اَحَبَّهُ

Əbu Hüreyrə deyir: Bir gün Həzrət Peyğəmbəri(s) gördüm ki, Əlinin oğlu Hüseyni(ə) qucağına alıb Allaha belə dua etdi: İlahi, mən bu uşağı çox istəyirəm, Sən də onu sev.

2. Əbil Abbas deyir: Bir gün Həzrət Peyğəmbərin(s) hüzurunda idim. Peyğəmbər(s) sğ dizinin üstündə oğlu İbrahimi, sol dizinin üstundə isə Hüseyni(ə) oturtmuşdu. O Həzrət hərdən İbrahimin üzündən, hərdən də Hüseynin(ə) üzündən öpürdü. O halda Həzrət Cəbrail nazil olub Peyğəmbərlə söhbət etdi. Biz bilmədik ki, Həzrət Cəbraillə Peyğəmbər nə söhbət etdi. Sonradan Peyğəmbər(s) Cəbrailin(ə) nə xəbər gətirdiyini bizə danışdı:

Həzrət Peyğəmbər(s) buyurdu: Cəbrail(ə) mənə salam verəndən sonra buyurdu: Allah-təala iradə edib ki, bu uşaqların birini səndən alacaq. Sən bu uşaqların hansını Allaha qurban verərsən?

Həzrət Peyğəmbər(s) Oğlu İbrahimin üzünə baxıb ağladı. Sonra Hüseynə baxıb yenə ağladı və buyurdu: Ya Cəbrail, İbrahimi məndən al. Oğlum İbrahimi Hüseynə qurban etdim.

Əbül Abbas deyir ki, bu hadisədən üç gün keçəndən sonra İbrahim dünyasını dəyişdi.

3. Əbül-Abbas deyir: Həzrət Peyğəmbər(s) hər vaxt Hüseyni(ə) görsəydi onu qucağına alıb dodaqlarından öpdükdən sonra buyurarda: Qurban olum bu uşağa ki, oğlum İbrahimi də buna qurban etmişəm.

4. Peyğəmbərin Həyat yoldaşı Aişə deyir: Bir gün evdə Peyğəmbərə(s) vəhy nazil olurdu.1 Bu vaxt qapı açıldı, Hüseyn(ə) kiçik bir uşaq idi, içəri daxil olub özünü Peyğəmbərin(s) üstünə atdı.

Cəbrail(ə) soruşdu: Ya Rəsuləllah bu uşağı çoxmu istəyirsən?

Peyğəmbər(s) buyurdu: Necə istəməyim ki, oğlum İbrahimi buna qurban vermişəm.

Cəbrail(ə) dedi: Ya Peyğəmbər, bu uşağı sənin ümmətin doğrayıb şəhid edəcəklər və onun cəsədini isti qumlar üstə qoyacaqlar. Cəbrail bu sözləri deyəndən sonra əlini uzadıb ovucunda olan ağ torpağı Peyğəmbərə verib dedi: Bu Təffin1 torpağıdır və bu uşağı da orada şəhid edəcəklər.

Aişə deyir: Cəbrail(ə) gedəndən sonra Peyğəmbər mənə buyurdu:

يَا عَائِشَةُ إِنَّ جَبْرَائِلَ أَخْبَرَنِى إِنَّ اِبْنِى الْحُسَيْن مَقْتُولٌ بِأَرْضٍ تَفٍّ وَ إِنَّ أُمَّتِى سَتُفْتاً بَعْدِى

Ey Ayişə, Cəbrail(ə) mənə xəbər verdi ki, oğlum Hüseyni(ə) Təff çölündə öldürəcəklər. Allah təala məndən sonra ümmətimi imtahan edəcək.

Aişə deyir: Sonra Peyğəmbər otaqdan çxıb ağlaya-ağlaya səhabələr əyləşən otağa daxil oldular. O otağda Əli(ə), Əbu Bəkr, Hüzeyfə, Əmmar və Əbuzər də var idi.

Səhabələr Peyğəmbəri ağlayan halda görüb soruşdular: Ya Rəsuləllah nə üçün ağlayırsan?

Həzrət Peyğəmbər(s) buyurdu:

إِنَّ جَبْرَائِلَ أَخْبَرَنِى إِنَّ اِبْنِىْ حُسَيْن يُقْتَلُ بَعْدِى بِأَرْضٍ تَفّ وَ جَائَنِى هذِهِ التُرْبَة

Cəbrail mənə xəbər verdi ki, məndən sonra oğlum Hüseyni(ə) Təff çölündə öldürülücək. Sonra Peyğəmbər əlinin içində olan torpağı onlara göstərib buyurdu: Bu torpağı da mənim üçün gətirdi.

5. Şeyx Məhəmməd Əbdüh Yəmani tanınmış sünni alimidir. O “Öz övladlarınızı Peyğəmbərin əhli-beyti ilə tərbiyə edin” adlı bir kitab yazmışdır. Şeyx Məhəmməd Əbduh yazdığı bu kitabda belə bir rəvayət nəql edir.

Bir gün İmam Hüseyn(ə) dəfn mərasimində iştirak edirdi. Qəbristana daxil oldular. İmamın çarıqları palçığa bulaşmışdı. Əbu Hüreyrə cibindən öz dəstmalını çıxarıb İmamın çarıqlarını təmizləmək istəyirdi ki İmam Hüseyn(ə) ona buyurdu: Sən bu işi görürsən?1

Əbu Hüreyrə dedi: Məni öz halımda qoy. And olsun Allaha ki, sənin fəzilət və şərafətin barədə mənim bildiyimi camaat bilsəydi, səni öz boynunda aparardılar.

İMAM HÜSEYN(Ə) ÜÇÜN AĞLAMAĞIN FƏZİLƏTLƏRİ.

Həzrət Peyğəmbər(s) və İmamlardan nəql olunan hədis və rəvayətlərə əsasən, Məhərrəm ayında İmam Hüseyn(ə) üçün əzadarlıq etməyi və onun üçün ağlamağı müsəlmanlara tövsiyə edilmişdir.

Hədislərdə vardır ki, mübarək Ramazan ayında möminlərin nəfəsləri ibadət və zikr hesab olunur. Həmçinin hədislərdə gəlmişdir ki, məhərrəm ayında İmam Hüseynin(ə) əzadarlığında iştirak edənlərin nəfəs çəkməsi zikr hesab olunar və bu yolda çəkilən zəhmətlərə (məsələn, qara paltar geymək, şərbət düzəldib paylamaq, mərsiyə və növhə deyib ağlamaq, məscidləri əzadarlıq üçün təmizləmək, əzadarlıq etmək üçün pul xərcləmək və bu kimi əməlllərə) də Allah ibadət savabı yazar.

Məhərrmlik, aşura, Kərbələ hadisəsi və İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağlamaq barədə bir sıra suallar olunur. Təxminən üç sualdan ibarətdir ki, bu sualların üçünün də kökü bir mövzuya qayıdır.

Birinci sual belədir ki, nə üçün biz hər il İmam Hüseynin(ə) ildönümü mərasimində qara geyib əzadarlıq edirik? Min üç yüz ildən artıq bundan öncə baş vermiş bir hadisəyə görə hər il əzadarlıq edib mərasimlər qurmağın mənası nədir? Nə üçün biz bu işi hər il qeyd etməliyik? İkinci sual budur ki, bu mərasimlə əlaqədar nə üçün biz qara geyib, ağlayaraq əzadarlıq edirik? Olmazmı ki, bu ildönüm mərasimini şanlıq etməklə qeyd edək? Üçüncü sual isə bundan ibarətdir ki, ağlamağın özünün mənası nədir? biz İmam Hüseynə(ə) hansı mənaya görə ağlayırıq?

Burada yaxşı olar ki, qeyd olunan sualların hərəsini tək-tək cavablandıraq.



1-ci sual.

Nə üçün biz hər il məhərrəm ayının onuncu günü hicrətin 61-ci ilində İmam Hüseynin(ə) öldürülüb qətlə yetirilməsi ilə əlaqədar mərasimlər təşkil edirik?



Cavab

Bu sualın cavabı belədir ki, hicrətin 61-ci ili məhərrəm ayının onuncu günündə elə bir hadisə olmuşdur ki, biz onun yaddaşlardan silinməsini istəmirik. Bu hadiənin həmişə diri qalması üçün bu mərasimlər təşkil olunur. Əslində İmam Hüseynin(ə) bu hərəkatına hadisə demək düzgün deyil. Gələn bəhslərdə bu məsələyə işarə olunduqda məlum olacaq ki Kərbəla məsələsi hadisə deyil. Odur ki, Kərbəlada elə bir hərəkat və iş olmuşdur ki, biz heç vaxt onun yaddan çıxmasını istəmirik. Buna görə də İmam Hüseynin(ə) o hadisəsinin yaddan çıxmaması və diri qalması üçün o Həzrətin adına hər il məhərrəm ayında mərasimlər təşkil olunur və qiyamətə qədər də təşkil olacaq.

Qarşıya belə bir sual sıxır ki, bu hadisənin həmişə diri qalması və o Həzrətə hər il mərasimlər təşkil olunması kimin fikiridir? Yaxud bu mrəasim kimlərinsə könlünün istəyi ilə keçirilir?

Cavab belədir ki, o hadisənin hər il yad edib xatırlamağı şəxsən hadisə sahibinin özü və imamlar bizim üçün təyin etmişlər. Hər il İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimləri təşkil etməyi onlar bizim üçün müəyyənləşdirmişlər. Bu elə bir hadisədir ki, onun üçün mərasim keçirilib keçirilməmisinin ixtiyarı Peyğəmbər(s) və imamlardan başqa heç kəsə verilməyib. Buna görə də hər yerindən duran şəxsin bu barədə öz fikrini irəli sürməyə ixtiyarı yoxdur. İmam Hüseynin(ə) Kərbəladakı qiyamı elə bir işdir ki, onun yaddaşlardan silinməməsiə görə hər il mərasimlər qurub o Həzrəti yad etməyi bizim üçün İslam, Peyğəmbər və imamlar təyin etmişlər. Bu mərasimi təşkil etməyin ixtiyarı heç bir insana, heç bir ölkəyə və heç bir bayrağa adiyyatı yoxdur. Bu hadisənini özünün qara rəngli məxsus bayrağı və özünün məxsus fikri vardır ki, Peyğəmbər və imamlar buyurmuşlar. Bu barədə bir çox hədis və rəvayətlər vardır. Nümunə olaraq onlardan bir neçəsini nəzərnizə çatdırıram.

1. Füzeyl ravilərdən biri idi. O deyir: Bir gün mən İmam Sadiqin(ə) hüzurunda idim. O Həzrət mənə buyurdu: Ey Füzeyl, heç olurmu ki, bir yerdə əyləşib bizim söhbətlərimizdən danışasınız? Dedim: Bəli ağa. İmam buyurdu: Mən elə məclis və yığıncaqları sox sevirəm. Siz çalışın elə məclisləri diri saxlayasınız. Heç vxt qoymayın ki, o məclislər yaddan çıxsın. Allah rəhmət eləsin o insanlara ki, bizim adımızı və sözlərimizi diri saxlayırlır.

قال الرضا(ع): من جلس مجلسا يحيى فيه امرنا لم يموت

قلبه يوم تموت القلوب

2. İmam Rza(ə) buyurur: Hər kim bizim adımızın və sözlərimizin diri qalması üçün təşkil olunan məclisdə əyləşib iştirak etsə, qəlblərin öldüyü bir gündə (Qiyamət günü) həmin şəxsin qəlbi ölməz.

Odur ki, İmam Hüseynin(ə) adı ilə bağlı hər il qurulan məclis və əzadarlıqlardan məqsəd o hadisənin yaddan çıxmamasıdır. Əvvəldə qeyd etdim ki, İmam Hüseynin(ə) Kərbəlada etdiyi qiyam və hərəkatı hadisə deyil. O Həzrətin bu hadisəsinin nə üçün yaddan çıxmamasını açıqlayanda, oradan məlum olar ki, bu hərəkat hadisə deyil.

2-ci sual

İkinci sual budur ki, İmam Hüseyn(ə) şəhid olması ilə öz məqsədinə çatdı. Hər il onun üçün mərasimlər qurulur. Lakin nə üçün biz bu məclis və mərasimləri qara geyib ağlamaqla qeyd etməliyik? İmam Hüseyn(ə) öz məqsədinə çatdığına görə olmazmı ki, biz onun bu mərasimlərini qırmızı və alabəzək paltarlar geyək, şanlıqla keçirək və bir-birimizi təbrik edək?



Cavab

Bu sualın cavabı belədir ki, o mərasimin qurulmasının və məclislərin necə keçirilməsinin ixtiyarı nə bizə verilib nə də hər yerindən duran insana verilib ki, ürəkləri istədiyi kimi bu məclis və mərasimləri qeyd etsinlər. O hadisəni yaradan, hədəfinə çatan, Allah yolunda öz canını qurban verən, öz qanı içində Allaha səcdə edən, oxlanan altı aylıq balasını əllərinin içində tutub Allahla münacat edən həmin şəxsin özü buyurmuşdur ki, mənim adımı tutarkən ağlamaqla tutun. Buna görə də bu mərasimin necə keçirilməsinin ixtiyarı heç kəsə verilməyib. Bu hadisənin və məclislərin öz sahibləri vardır ki, onlar necə əmr ediblərsə eləcə də keçirilməlidir.

Bu məsələyə sübut İmam Hüseynin Kərbəlasından neçə illər öncə Həzrət Peyğəmbərin(s) buyurduğu sözləri və hədisidir.

Bir gün Həzrət Peyğəmbər(s) Mədinə məscidində mənbərdə əyləşib camaata moizə edən zaman gördülər ki, Həzrət Fatimənin məscidə olan evinin qapısı açıldı və İmam Hüseyn(ə) məscidə daxil oldu. O vaxtlar İmam Hüseynin(ə) yaşı çox az idi. O, Peyğəmbəri mənbərdə görüb “baba ya Rəsuləllah!” deyə çağırdı və babasına sarı yüyürdü. Qaçarkən ayağı məscidin həsirinə ilişib yerə yıxıldı. Hüseynin dodaqları yerə dəyib parçalandı. Həzrət Peyğəmbər(s) söhbəti saxladı, mənbərdən yerə düşdü, İmam Hüseyni(ə) qucaqına alıb özü ilə mənbərə çıxartdı. Sonra onun dodaqlarından öpüb ağladı. Həzrət Peybəmbər dəfələrlə İmam Hüseynin(ə) dodaqlarından öpərkən ağlayardı. Soruşdular: Ya Rəsuləllah, niyə ağlayırsan? Həzrət buyurdu: Ona görə ağlayıram ki, bu gün Hüseynin dodaqları yerə dəyib parçalandı, amma bir zaman xeyzəran1 onun dodaqlarını parçalayacaq.

Bir gün Həzrət Peyğəmbər(s) qızı Fatiməyə(s.ə) buyurdu:

يا فاطمة كل عين باكية يوم القيامة الا عين بكت على مصاب الحسين. فإنها ضاحكة مستبشيرة بنعبيم الجنة

Qızım Fatimə, Qiyamət günü bütün gözlər ağlayacaq. Hüseynin müsibətinə ağlayan gözlərdən başqa. Qiyamətin günündə bu gözlər cənnətin nemətlərini görəcək və onlarla şadlanıb güləcək.

Bu sözlər İslamı gətirən Həzrət Peyğəmbərin(s) buyurduğu sözlərdir. Bunları inkar edənlər İslamı da inkar etmiş olurlar. Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm.” Həzrət Peyğəmbərin bu hədisini İslamın bütün firqələri öz kitablarında yazmışlar. Heç kəs deyə bilməz ki, Peyğəmbər(s) bu sözü deməyib.

Buna görə də Həzrət Peyğəmbərin bu sözlərindən açıq aydın məlum olur ki, İmam Hüseynin(ə) müsibəti ağlamaqla yad edilməlidir.

قال الحسين(ع): انا قتيل الأبر لا يذكرنى مؤمن الا بكى

İmam Hüseynin(ə) özü bu barədə belə buyurur: “Mən gözlərdən axan yaşlar üçün öldürülmüşəm. Hər mömin məni ağlamaqla yad etməlidir.”

Bu hədisdə İmam Hüseyn(ə) şəxsən özü buyurur ki, məni xatırladıqda ağlamaqla yad edin. Buna görə də heç kəsin ixtiyarı yoxdur ki, o Həzrətin məclislərinin və necə keçirilməsi barədə öz fikrini irəli sürsün. Əgər bir şəxsin atası və ya yaxın qohumlarından biri dünyasını dəyişirsə, onun məclisini ürəyi istədiyi kimi keçirə bilər. İstər kimisə təbrik edər, istər əlvan paltarlar geyinər, istərsə də şanlıq edər. Bu onun öz işidir. Lakin İmam Hüseynin(ə) məclisinin necə keçirilməsinin ixtiyarı heç kəsə verilmiyib. Onun ixtiyarı İslamın, Peyğəmbərin və imamların əlindədir ki, onlar necə əmr ediblərsə bu məclislər o cür də keçirilməlidir.

Peyğəmbər və İmamların buyurduqlarına əsasən hər il İmam Hüseynin(ə) məclisləri qurulmalı, əzadarlıqlar olmalıdır. Bu məclislərdə camaat yığışıb O Həzrətin qiyamının mahiyyəti barədə bir-birinə sual verib maraqlansınlar. İmam Hüseynin(ə) Kərbəlaya nə üçün getməsindən, Kərbəlanın necə bir yer olmasından, onun nə üçün məhz Kərbəlaya getməsindən soruşub maraqlansınlar. Ondan sonra onun müsibətinə şerlər, mərsiyələr, novhələr deyib ağlasınlar. Çünki İmam Hüseynin(ə) məclisləri bu tərzdə keçirilməli və diri saxlanılmalıdır.

قَالَ الصَّادِقُ(ع): مَا مِنْ اَحَدٍ قَالَ فِى الْحُسَيْنِ شِعْراً فَبَكى وَ اَبْكَى اِلاّ اَوْجَبَ اللهُ لَهُ الْجَنَّة وَ غَفَرَ لَهُ

İmam Sadiq(ə) buyurur: Hər kim İmam Hüseyn(ə) üçün bir beyt şer deyib ağlasa və kimisə ağlatsa Allah-təala həmin şəxsə Cənnəti vacib edər.

Burada bir incəliyi əziz möminlərin nəzərinə çatdırıram ki, bəzi insanlar elə başa düşməsinlər ki, namaz qılmasalar da belə təkcə İmam Hüseynə(ə) ağlamaqla cənnətə gedəcəklər.bu səhv bir fikirdir. Çünki namazsız insana cənnəti verməzlər. Əgər bir şəxs namaz başda olmaq şərtilə İmam Hüseyn(ə) üçün ağlayıb əzadarlıq edərsə Allah-təala həmin şəxsə cənnəti bəxş edib günahlarını bağışlayar.

İmam Rza(ə) Dilbər adlı bir şairə buyurdu:

يا دلبر احب انتن شدنى شعر فإن هذه الأيام ايام حذن كانت علينا الأهل البيت

Ey Dilbər, çox istəyirəm ki, İmam Hüseynin(ə) barəsində yazdığın şerlərdən mənə oxuyasan. Çünki bu günlər biz əhli-beytin qəm günləridir.

Sonra Həzrət buyurdu:

من كان يوم العاشورا يوم مصيبته و جذنه و بكائه جعل الله عز و جل يوم القيامة يوم فرحه و سروره

Hər kim Aşura gününü özünə müsibət, qəm və ağlamaq günü qərar verərsə, Allah-təala qiyamət gününü həmin şəxsə sevinc və fərəh günü qərar verər.

Odur ki, Hər il İmam Hüseyn(ə) üçün məclislər qurulmalı, əzadarlıqlar edilməli və o Həzrət ağlamaqla yad edilməlidir.

3-cü sual

Üçüncü sual budur ki, İmam Hüseyn(ə) üçün ağlamağın mənası nədir? Yəni biz o Həzrət üçün hansı mənaya ağlayırıq?

Bu suala cavab verməzdən öncə yaxşı olar ki, ağlamaqın məna və növləri ilə tanış olaq. Ondan sonra nəticədə qeyd edərik ki, bizim İmam Hüseynə(ə) ağlamağımız hansı mənaya uyğun gəlir?

AĞLAMAĞIN MƏNALARI

Məlumdur ki, hər bir işarənin mənası olduğu kimi ağlamağın da müxtəlif mənaları vardır. Yaxşı olar ki, bunu bir misalla izah edək. Məsələn 3, 6 aylıq və ya bir illik anadan olmuş uşağa diqqət yetirək. O, öz dərdini başa salmaq üçün danışmağa dili yoxdur. Buna görə də o, hər sözünü və istəyinin ağlamaqla bildirir. Ac olanda ağlayır, susuz olanda ağlayır. Altını natəmiz olduğunu da ağlamaqla başa salır. Qarnı, qulağı ağrayanda da ağlaamaqla öz dərdini bildirir. Çünki onun bütün bu dərdlərini bildirməyi üçün danışmağa dili olmadığından hər bir sözü ağlamaqdan ibarət olur. Lakin hər dəfə ağlayarkən başqa başqa məqsədlər üçün ağlayır. Bəzən ağlamağının səbəbi aclıqdan olur. Süd içib yemək yeyəndən sonra sakitləşir. Bəzən altının natəmiz olduğu üçün ağlayır. Aparıb onu yuyub altını təmizlədikdən sonra sakit olur. Bəən də başqa bir şey üçün ağlayır. Süd verirlər sakit olmur. Altını təmizləyirlər yenə də sakitləşmir. Bundan başa düşürlər ki, uşağın ya qulağı ya qarnı, ya da ki hansısa bir yeri ağrayır. Dəva-dərman edib onu sakitləşdirirlər.

Adi körpə bir uşağın ağlamağının müxtəlif mənaları olduğu kimi eləcə də böyük insanların da ağlamaqlarının müxtəlif mənaları vardır. İnsan dil açandan sonra çox sözünü dili ilə deyir. Lakin belə deyil ki, dil açandan sonra bütün işarələri kənara qoysun. Bəzən görünür ki, insan bir sıra sözlərini işarə ilə deməli olur. Böyük adamlarda da ağlmağın beş-altı mənası vardır. İndi biz o mənaları bir-bir izah edək və sonra nəticədə bizim İmam Hüseyn(ə) üçün ağlamaqımızın hansı mənaya uyğun olduğunu biləcəyik.

1. Ağlamağın bir mənası insanın öz bədbəxliyinə və pis günlərə qaldığına görə ağlamasıdır. Məsələn, gəlib görür ki, öğru evinə girib nəyi varsa hamısını yığıb aparıb. İllərlə zəhmət çəkə-çəkə yığdığı pullarının hamısını oğurlayıb. Bunu görüb ağlamağa başlayır. Hamı da bilir ki, həmin şəxs nə üçün ağlayır. Onun ağlamağının məqsədi hamıya aydındır.

2. Ağlamağın ikinci mənası insanın öz bədbəxtliyinə yox, başqalarının bədbəxtliyinə ağlamasıdır. Məsələn görürsən ki, qışın soyuq çağlarında yetim bir uşaq nazik paltarla ayaqyalın harasa gedir. Bir nəfər də ona baxıb ağlayır. Ondan “sənə nə olub? Niyə ağlayırsan?” soruşduqda belə cavab verir. Mənə heç bir şey olmayıb. Bu uşaqın belə bir vəziyyətdə olması məni ağladır. Onun halına ürəyim yanır. Onu belə görəndə dözə bilmədim. Ona görədə ağlayıram.

Bu da bir növ ağlamaqdır ki onun bu növünə atifədən ağlamaq deyilir.

3. Ağlamağın üçüncü mənası şövq, sevincdən ibarətdir. Məsələn ana öz uşağını neçə illərdir ki, görmür. Neçə illər öz balasının həsrəti ilə yaşayır. Birdən gözlənilmədən qapı döyülür. Qapını açanda öz balasını qapının ağzında görür. Tez qollarını açab öz övladının boynuna sarıyıb ağlayır. O qədər ağlayır ki, axırda övladını da ağlamaq tutur. Bu da ağlamağın bir növüdür. Bəzən insan kədərdən, bəzən də sevinc və fərəhdən ağlayır.

4. Ağlamağın dördüncü mənası Allah xofundan olan ağlamaqdır. Bu növ ağlamaq yuxarıda qeyd etdiyimiz ağlamaqlardan tamamilə fərqlidir. İnsanlardan eləsi vardır ki, namaz qılarkən gözlərindən yaş tökülür. Rüku edərkən hər “sübhanəllah” kəlməsini dedikdə gözündən bir damla yaş axır. Hədislərdə vardır ki, Həzrət Fatimeyi Zəhra(s.ə) gecə yarı Allaha ibadət edib namaz qılarkən rükuda yüz dəfə “Sübhanə Rəbbiyəl-əzimi və bihəmdih” deyərdi. O, bu zikri hər dəfə dedikdə gözlərindən bir damla yaş tökülürdü. Çünki o xanım bilirdi ki, kimin qarşısında dayanıb. Onun Allaha yüksək mərifəti var idi. Həzrət Əlinin(ə) həyatına nəzər saldıqda, o Həzrətin Allaha dərin mərifətlə ibadət etdiyini görürük. Həzrət Əli(ə) gecələr xurmalıqda Allaha ibadət edib Onun qorxusundan o qədər ağlayırdı ki, axırda qəşş edib özündən gedərdi. Bir gün gəlib Həzrət Zəhraya(s.ə) dedilər: Ya Fatimə(s.ə) Əli(ə) xurmalıqda dünyasını dəyişib. Xanım onlara buyurdu: Əli dünyasını dəyişməyib. O, Allahala münacat edərkən, o qədər ağlayıb ki, ürəyi gedib. Gedin onu ayıldıb evə gətirin.

Həzrət Əlinin(ə) barəsində yazırlar ki, o Həzrət komeyl duasını oxuyarkən o qədər ağlayadı ki, yaş gözlərindən axıb saqqalının hər bir tükündən sinəsinə tökülərdi. Çünki o bilirdi ki, kimin hüzurunda dayanıb və kiminlə münacat edir.

Bu da ağlamağın bir növüdür ki, insan Allahın qorxusundan Ona ibadət edib ağlayır. Allahın xofundan ağlamaq hər insanda olmur. Allahın qarşısında dayanıb göz yaşı tökən insanlar səviyyəsi yuxarı olan insanlardır ki, özlərini həmişə Allaha ibadət etməyə hazır ediblər.

Həzrət Əli(ə) Allaha ibadət edib ağlayar və Onunla belə münacat edərdi. İlahi, mən sənə Cəhənnəmin qorxusundan və Cənnətin nemətlərinə görə ibadət etmirəm. Ona görə ibadət edirəm ki, Səni ibadətə qabiliyyətli görürəm.

Bəzən insan Quran oxuyarkən gözlərindən yaş axır. Belə insanların da səviyyələri çox yuxarı olduğunda ağlayır və bilir ki, kimin kəlamını oxuyur və kiminlə söhbət edir.

İmam Səccad(ə) Quran oxuyarkən gözlərindən yaş axardı. Həqiqətən Allahın mömin bəndələri Quran oxuyarkən gözlərindən yaş tökülər və Allah qorxusundan ağlayarlar. Allah-təala Quranda bu məsələyə işarə etmişdir. Məryəm surəsinin 58-ci ayəsində belə buyurur:

إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا

“Onlar Allahın ayələri özlərinə oxuduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.”

Həzrət Peyğəmbər(s) İmam Əliyə(ə) vəsyyət edərkən belə buyurdu: “Ya Əli sənə bir neçə vəsiyyət edirəm. ...Onlardan biri də budur ki, Həmişə Allah qarşısında dayanıb ağlayasan. Çünki, gözündən axan hər bir damla yaşa görə Allah təala Cənnətdə bir saray inşa edər.

Həzrət Peyğəmbər(s) belə buyurur:

طوبى لصورة نظرالله عليها تبكى على ذنب

“Xoş o kəsin halına ki, xəlvətlikdə öz günahlarını yadına salıb Allah qarşısında ağlasın.”

5. Ağlamağın beşinci mənası təbliğdir. İnsan bu növ ağlamaqla nəyisə camaata çatdırır və başa salır. Tarixdə buna çoxlu nümunələrə rast gəlmək olar. Həzrət Fatimeyi Zəhra(s.ə) Peyğəmbərin vəfatından sonra Mədinə şəhərinin girəcəyində özünə bir otaq tiktirmişdi. Çox təəssüflər olsun ki, indi o əsərləri yavaş-yavaş aradan aparırlar. Xanım hər gün gedib orada ağlayardı. Onun məhz orada ağlamaqdan məqsədi bu idi ki, şəhərə gələn karvan və şəhərdən ötənlər gəlib ondan Peyğəmbərin vəfatından on gün keçməmiş niyə ağladığını soruşsunlar. Hər kim gəlib o xanımdan nə üçün ağladığını soruşduqda o Həzrət onları başa salırdı ki, Peyğəmbərin vəfatından on gün keçməmiş görün onun əhli-beyti ilə necə rəftar olundu.

Həzrət Fatimeyi Zəhranın orada ağlamaqdan məqsədi təbliğ idi.

İmam Səccad(ə) Aşura hadisəsindən sonra qırx il ömür sürdü. Lakin bu qırx il ömrünün hamısını ağlamaqla başa vurdu. Çünki ona heç bir yerdə çıxış və söhbət etməyə icazə vermirdilər. Ona heç cür imkan vermirdilər ki, Kərbəla barədə olan söhbətləri camaata çatdırsın. Yezidin adamları hər an o Həzrəti addım addım izləyirdi. Buna görə də o Həzrət hər sözünü camaata ağlamaqla çatdırırdı. Bəzən İmam Səccad gəlib qəssab dükanının yanında dayanıb ağlayardı. Qəssab ondan nə üçün ağladığını soruşduqda Həzrət belə buyurardı: Sən bu heyvanı kəsməzdən öncə ona su verdinmi? Qəssab deyərdi: Ağa bizlərdə adət belədir ki, heyvanı kəsməzdən öncə ona su verib sonra başını kəsərlər. İmam Səccad(ə) ağlayaraq buyurardı: Amma Kərbəlada atam Hüseynin(ə) başını kəsdilər su da vermədilər. Həzrətin bu sözləri qəssabda təsir qoyardı.

O Həzrət öz sözünü və təbliğini camaata ağlamaqla bildirərdi. Çünki o Həzrətə çıxış etməyə və söz danışmağa heç cür imkan vermirdilər. Hər dəfə İmam Hüseynin ziyarətinə gedərkən ağlaya ağlaya o Həzrətin ziyarətnaməsini oxuyurdı. Yezidin adamları da onu təqib edirdilər. İmam Səccad(ə) ziyarətnaməni oxuyarkən onlar içəri girəndə Həzrət sözü yavaş-yavaş dəyişərdi. Çünki onun hər dəqiqəsi belə bir vəziyyətdə idi. Ona görədə o Həzrət çox sözünü ağlamaqla camaata təbliğ edirdi.

Bu da ağlamağın bir mənasıdır ki, insan öz sözünü ağlamaqla çatdırıb təbliğ edir.

6. Ağlamağın altıncı mənası isə tamamilə fərqlidir. Bu növ ağlamaqla insan bildirmək istəyir ki, mən filankəsi dəstəkləyirəm və həmişə onunlayam. Ağlamağın bu mənasının daha aydın olması üçün bir misalı nəzərnizə çatdırıram. Məsələn, bir ailədə kişi hirslənib öz həyat yoldaşının üstünə qışqırıb əsəbləşir. Qadın ağlamağa başlayır. Evdə kiçik yaşlı qız və ya oğlan uşağı olmasından asılı olmayaraq bu hadisəni gördükdə ağlaya ağlaya gəlib anasının ətəyindən yapışır. Bir halda ki, o uşağa heç kəs bir kəlmədə olsun bir söz deməyib. Bəs nə oldu ki, o ağlayıb anasının ətəyindən tutdu? Düzdür ki, həmin uşağa heç kəs bir söz deməyib. Amma o uşaq bu əməl və hərəkəti ilə bildirir ki, mən anamın tərəfdarıyam və atamın bu hərəkəti ilə razı deyiləm. Uşaq bu hərəkəti ilə bildirir ki, mənimlə anamın hədəfimiz eynidir.

Buna əsasən də bizim İmam Hüseyn(ə) üçün ağlamağımız bu mənaya görədir.

İmam Hüseynin əzası yaddan çıxmamalıdır. Çox böyük adamlar bunu yaddan çıxarmaq istədilər. Amma buna nail ola bilmədilər. Hətta bu axırlarda Lenindən bu tərəfə belə çox diktatorlar və bu kimi adamlar istədilər ki, İmam Hüseynin(ə) Kərbəlasını yaddaşlardan silsinlər. Lakin heç biri bu işi bacarmadı. İmam Hüseynin(ə) əzası qiyamətə qədər davam edəcək. O Həzrət üçün ağlayanların da məqsədləri budur ki, biz Hüseyndənik və Yezidlə müxalifik. Hər zaman Hüseyni(ə) dəstəkləycək və hər zaman da Yezidlə müxalifətçilik edəcəyik. Çünki İmam Hüseynin(ə) özü bu sözü buyurmuşdur: “Mənim kimi insanlar Yezid kimilərə beyət etməz.”

Buna görə də əsas söhbətimiz budur ki, əgər biz İmam Hüseyn(ə) üçün ağlayırıqsa elə bu mənaya görə ağlayırıq. İnsan bu mənadan başqa o Həzrət üçün nə qədər ağlasa da belə heç kəs ondan nigaran qalmaz. Amma əgər yalnız bu mənaya ağlasa çox adam onunla maraqlanar ki, görəsən bu niyə belə edir? İmam Hüseynin(ə) əzasının mənası budur və bu mənaya görə ağlamaq, qara geymək, mərsiyə və növhə demək, sinə vurmaq və bu kimi əzadarlıqların hamısı insanların öz mərifət və məhəbbətindən irəli gəlir. Yəni hər insan bacardığı qədər öz məhəbbətini bildirərək əzadarlıq edib o məclisi diri saxlayırlar.

Ümumiyyətlə qara geymək, mərsiyə və novhə oxumaq, şer demək, sinə vurmaq, şəbih çıxartmaq və bu kimi əzadarlıqların hamısı İmam Hüseynin(ə) əzasını diri qalması üçün bir vəsilə, amil və əsasdır. O Həzrəti sevən şəxslər bacarıqları qədər onun əzadarlıqını diri saxlamaladır.

Odur ki, İmam Hüseynin(ə) məclislərində ağlamağımızın mənası budur ki, əgər biz Hüseyni(ə) tanıyırıqsa və o Həzrətə məhəbbətimiz varsa onda heç vaxt Yezidə baş əyməyəcəyik. Buna görə də əgər bu ağlamaq diri qalarsa insanlar həmişə izzətlə yaşayar. Necə ki, İmam Hüseyn(ə) özü izzətlə yaşadı və izzətlə də şəhid oldu. O Həzrət özü belə buyurmuşdur:“ Mən ölümü səadətdən başqa heç bir şey görmürəm.”

Kərbəla hadisəsi sona çatdıqdan sonra Yezid xanım Zeynəbə dedi: Zeynəb, Kərbəlanı necə gördün? Xanım Zeynəb(s.ə) buyurdu:

وما رعيت الا جميلا

Mən orada gözəllikdən başqa heç bir şey görmədim. Hər nə gördümsə hamısı gözəl idi. Bütün işlərimizin hamısında Allahın razılığı var idi.”

Xanım Zeynəbin(s.ə) bu sözü gərək qızıl su ilə yazılıb həmişə yaddaşlarda qalsın. Çünki bu söz müsəlmanların varlığı, şərəfi, izzəti, Quranın danışa nitqidir! Bu söz heç vaxt yaddan çıxmamalıdır! Bu müsəlmanlar üçün böyük şərəf və izzətdir. Gərək bu müsəlmanların əlidə qalsın! Əgər bu izzət və şərəf həmişə müsəlmanlarda qalsa, heç vaxt ölənə qədər heç kəsin qarşısında zəlil və aciz qalmaz.

Buna görə də biz İmam Hüseynə(ə) ağlayırıq və ağlamağı da özümüzə şərəf bilirik.

Əgər insan bu mənaya başa düşüb ağlayarsa həm dünyada əziz olar, həm də hədislərdə qeyd olunan əcri Allah-təala həmin şəxsə inayət edər. İmam Hüseynin(ə) şəhadətinə təkcə İslam ümməti yox, İslamdan öncə bütün Peyğəmbərlər ağlamışlar.

Hədislərdə nəql olunur ki, Adəm(ə) yaranmamışdan öncə kainatı yaradarkən Allah-təala insanların taleyini lövhi məhfuzda yazarkən Özü İmam Hüseynin(ə) növhəsini demişdir.

Mərhum Diriliş yazır ki, Allah-təala insanların taleyini yazarkən İmam Hüseynin(ə) aşurasına gəldikdə həm lövhi məhfuz, həm də qələm ağlayırdı. Bütün mələklər İmam Hüseyn(ə) üçün ağlayırdı. Mərhum diriliş bu barədə bir şer yazmışdı. Sonradan ustad Şəhriyar o şeyi artırıb çoxaltdı.



Hüseynə yerlər ağlar, göylər ağlar.

Bətuli Mürtəza Peyğəmbər ağlar.

Yazanda Ali-Taha növhəsin mən,

Qələm gördüm sızıldar, dəftər ağlar.

Bu hadisə Adəm(ə) Peyğəmbər yaranmamışda milyon illər öncə olmuşdur. Kainatın yaranması barədə alimlər çox tədqiqat aparmışlar. Lakin dünyanın neçə milyon illər bundan öncə yarandığını tam yəqinliklə heç kəs deyə bilmir. Onlar min illərlə torpaq altında qalmış sümükləri tapdıqda və ulduzların hərəkətindən bu nəticəyə gəlib çatmışlar ki, dünya milyon illər bəlkədə çox qabaq yaranmışdır. Amma heç kəs kainatın neçə il bundan öncə yarandığını bilmir. Adəm(ə) Peyğəmbərin dünyaya gəldiyi gündən bu günə qədər təxminən yeddi min il keçir.

Odur ki, Allah təala kainatın yaradarkən İmam Hüseynin(ə) növhəsini lövhi-məhfuzda yamışdır.

Bundan əlavə Allah təala bütün peyğəmbərlərə İmam Hüseynin(ə) Kərbəla hadisəsində şəhadətinə ağlamağı əmr etmişdir və onların hamısı İmam Hüseynə(ə) əzadarlıq edib ağlamışlar.

Hübut hadisəsindən sonra Adəm(ə) böyük səhv iş gördüyünü başa düşüb peşman oldu. O, tutduğu bu işə görə tövbə etmək istədi. Lakin tövbə etməyin yolunu bilmirdi. Bilmirdi necə tövbə etsin ki, Allah onun bu günahını bağışlasın. O, Ərəfat çölündə olanda Allahın mələyi həzrət Cəbrail(ə) onun yanına gəlib dedi: “Ey Adəm! İstəyirsənmi Allah sənin tövbəni qəbul etsin?” Adəm dedi: “Bəli.” Həzrət Cəbrail(ə) dedi: “Elə isə göyə bax!” Adəm(ə) göyə baxdıqda səmada beş nəfərin adının yazıldığını gördü. O beş nəfər bunlar idi: Məhəmməd(s), Əli(ə), Fatimə(s.ə), Həsən(ə) və Hüseyn(ə). Cəbrail(ə)-dan soruşdu: “Bunlar kimlərdir?” Cəbrail(ə) dedi: “Bunlar Allahın ən yaxın dostlarıdır. Onlar hələ yaranmayıblar. Lakin Allah-təala onların nurlarını yaratmışdır. Onu da bil ki, Allah-təala səni də, bütün aləmləri də bu beş nəfərin xatirinə yaratmışdır. Əgər tövbə etmək istəyirsənsə, Allaha bir-bir bu adları and versən, Allah mütləq sənin tövbəni qəbul edər”. Mən sənə deyirəm sən də təkrar et:

Həzrət Cəbrail bir-bir o adları deməyə başladı və adəm də onları təkrar etdi.

Ya Həmidu bihəqqi Mühəmməd,

Ya Ali bihəqqi Əli,

Ya Fatiru bihəqqi Fatimə,

Ya Muhsinu bihəqqil-Həsən,

Ya Qədiməl-ehsan bihəqqil Hüseyn.

Adəm bu adları təkrar edərkən beşincinin adını eşitdikdə halı dəyişidi, gözləri yaşla dolub üzünə axdı. Həzrət Cəbraildən soruşdu: O axırıncı kimdir ki, mən onun adını eşidəndə halım dəyişdi? Cəbrail(ə) dedi: O, sənin nəslindəndir. Onu Kərbəlada tək, susus şəhid edəcəklər. Həzrət Cəbrail(ə) orada İmam Hüseynin(ə) zikrini dedi və Adəm(ə) da İmam Hüseynə əzadarlıq edib ağladı.

Allah-təala Adəm Peyğəmbərə yer üzünü gəzməyə icazə vermişdi. Adəm (ə) da yer üzünü bir dəfə gəzib-dolanmışdı. Kərbəla məkanınından keçərkən onun ayağı sürüşdü və yerə yıxıldı. Ayağından qan açıldı. Dedi: İlahi, mən nə səhv etmişəm ki, sən məni cəzalandırırsan. Allah-təala ona buyurdu: Sən səhv iş görməmisən. Lakin bura elə bir yerdir ki, buradan elə-belə keçmək olmaz. Bura Kərbəladır və Hüseynin qanı burada töküləcək. Gərək sən burada ona növhə deyib, əzadarlıq edəsən. Adəm (ə) orada İmam Hüseyn (ə) üçün əzadarlıq etdi.

İbrahim(ə) Peyğəmbər bir gün atla Kərbəla məkanından keçərkən atın ayaqları bir-birinə dolaşdı və İbrahim(ə) atdan yerə yıxıldı. Ayağa durub dedi: İlahi, mən nə etmişəm ki, Sən məni cəzalandırırsan?

Allah-tala buyurdu: Ya İbrahim, sən heç bir iş görməmisə. Lakin hal-hazırda dayandığın məkan bilirsənmi haradır? İbarahim(ə) dedi: Xeyr. Allah-tala buyurdu: Bu məkanın adı Kərbəladır. Sizin hamınızdan öncə nurunu yaratdığım Hüseynin qanı burada töküləcək və şəhid olacaq. Ona görə də buradan elə-belə keçmək olmaz. Sən gərək burada əyləşib onun üçün əzadarlıq edib ağlayasan.

Həzrət İbrahim(ə) orada əyləşib İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağladıqdan sonra öz yolunu davam etdi.

Ümumiyyətlə İmam Hüsyenin(ə) məhəbbəti bütün möminlərin qəlbində vardır və o Həzrətin məzlumcəsinə şəhadəti, Kərbəla hadisəsi barədə söhbət olunarkən onların qəlbləri kövrələr.

قالَ رَسُولُ اللهِ(ص): إِنَّ لِقَتْلِ الْحُسَيْن حَرارَتً

فِى الْقُلُوبِ الْمُؤْمِنِين لا تَبْرَدُ أَبَدًا

Həzrət Peyğəmbər(s) bu barədə buyurur: “Həqiqətən, möminlərin qəlbindən Hüseynin(ə) öldürülməsi ilə elə bir atəş şölələnmişdir ki, heç vaxt bu atəş onların qəlbindən soyumayacaq.”

Başqa hədislərdə də vardır ki, möminlərin yanında İmam Hüseynin(ə) adı çəkilərkən onların qəlbləri kədərlənər.

قالَ السَّجّادُ(ع): اَيُّما مُؤْمِنٍ دَمَعَتْ عِيْنَاهُ لِقَتْلِ الْحُسَيْن(ع) حَتّى تُسِيلَ عَلى خَطّهِ بَوَّعَهُ الله تَعالى بِها فِى الْجَنَّةِ غُرَفا

Bu barədə İmam Səccad(ə) buyurur: Hər hansı mömin İmam Hüseynin(ə) şəhadəti üçün göz yaşı axıdarsa, onun bu göz yaşı saqqalına axarsa, Allah-təala onu cənnətin ən yüksək məqamlarında yerləşdirər.

İmam Sadiqdən(ə) rəvayət edirlər ki, o Həzrət şairlərə pul verib buyurardı: Əgər mənə hörmət etmək istəyirsinizsə, onda gedin cəddim Hüseyn(ə) üçün iki beyt şer yazın.

Böyük alimlərdən biri deyir: Mən ustad Şəhriyar barədə düşünürdüm ki, o öldükdən sonra Allah təala o dünyada ona hansı məqamı verib. Elə bu fikirlərlə gözüm yuxuya getdi. Yuxuda gördüm ki, yaşıl bir cənnət-məkandayam. O yaşıllıqların içində gözəl bir imarət var. Özözümə fikirləşdim ki, görəsən bu imarət kimindir? Kənardan mənə dedilər ki, buranı Allah Şəhriyara verib. Yenə öz-özümə dedim: Şəhriyar nə müctehid, nə dəki, böyük alimlərdən olmayıb. O sadəcə tanınmış bir şairdir. Allah-təala onun hansı xüsusiyyətlərinə görə bu gözəl yeri ona nəsib edib. Elə bu fikirdə idim ki, gördüm Şəhriyar imarətin pəncərəsini açıb öz yazdığı bir şerin bu misrasını mənim üçün oxudu:

برو اى كداى مسكين درخانه على زن

Get ey dilənçi, Əlinin qapısını döy !

Şəhriyarın bu sözündən sonra yuxudan ayıldım və başa düşdüm ki, Şəhriyar əhli-beyt aşiqi olduğu üçün Allah-təala ona belə bir məqam nəsib etmişdir. Mənim fikrimdə olan suala Allah-təala Şəhriyarın öz vasitəsi ilə cavab verdi.

قالَ الصّادِقُ(ع): مَنْ أَنْشَجَ شِعْراً فِى الْحُسَيْن(ع) فَأَبْكى وَاحِدًا فَلَهُ الْجَنَّة

Burada qarşıya belə bir sual çıxa bilər ki, nəyə görə İmam Hüseyni(ə) sevib, o Həzrət üçün ağlayan şəxsi Allah Cənnətə aparar?

Bu sualın cavabı belədir ki, Allah-tala İmam Hüseyni(ə) sevir və insanların da onu sevməsini istəyir və insanlara onu sevməyi vacib etmişdir. Ümumiyyətlə Aallah-təala insanları əhli-beytə məhəbbət bəsləməklə imtahan edir. Bu sözün daha aydın olması üçün İbrahim(ə) Peyğəmbərin bir əhvalatını əziz möminlərin nəzərinə çatdırıram.

Həzrət İbrahim(ə) çox işgüzar və zəngin mal-dövlət sahibi idi. Allah-təala ona həddən artıq sərvət əta etmişdi.

Mələklər Allaha dedilər: “İlahi, sən İbrahim(ə)-a çoxlu mal-dövlət verdiyinə görə o sənə ibadət və zikr edir.” Allah-təala mələklərə sübut etmək istədi ki, əgər bir insanın Allaha həqiqi məhəbbəti varsa, o məhəbbət heç vaxt onun qəlbindən çıxmaz.

Həzrət İbrahim(ə) Allahı verdiyi mal-dövlətə görə yox, bəlkə Ona olan məhəbbətinə görə zikr edir və sevirdi. Bu məhəbbətin əlaməti isə budur ki, əgər insan mal-dövlətini Allah yolunda sərf etməyi bacararsa, deməli, onun qəlbində Allaha həqiqi məhəbbət vardır. Allah-təala bir gün mələklərə həzrət İbrahim(ə)-ı imtahana çəkməyi əmr etdi.

Bir dəfə həzrət İbrahim(ə) çöldə qoyun otararkən həzrət Cəbrail(ə) insan cildinə girib onun yolu üstə əyləşdi və Allaha zikr etməyə başladı. Həzrət İbrahim(ə) ora yaxınlaşdıqda Cəbrail(ə) dedi: “Sübbuhun Quddus.” (Allah pak və münəzzəhdir.) Həzrət İbrahim(ə) ondan soruşdu: “Sən kimsən?” Cəbrail(ə) dedi: “Allah bəndəsi.” Həzrət İbrahim(ə): “Sənə o sözləri kim öyrədib?” Cəbrail(ə): “Öyrənmişəm.” Həzrət İbrahim(ə): “O sözlər mənim məşuqumun adlarıdır. Olarmı onları bir də təkrar edəsən?” Cəbrail(ə): “Qoyunlarının üçdə bir hissəsini mənə ver deyim.” Həzrət İbrahim(ə): “Qoyunların üçdə biri sənin. Amma o sözləri təkrar et.” Cəbrail(ə) qoyunların üçdə birini alıb bir dəfə də “Sübbuhun Quddus” dedi.

Həzrət İbrahim(ə): “O sözləri bir də təkrar edə bilərsənmi?” Cəbrail(ə): “Qoyunlarının yarısını mənə ver, deyim.” Həzrət İbrahim(ə) qoyunların yarsını da verdi. Cəbrail(ə) o sözləri bir də təkrar etdi. Həzrət İbrahim(ə): “Olarmı bir də təkrar edəsən?” Cəbrail(ə): “Qoyunların hamısını mənə versən, deyərəm.” Həzrət İbrahim(ə): “Qoyunların hamısı sənin. Amma o sözləri bir də təkrar et.” Cəbrail dedi: “İbrahim, həqiqətən, sən Allahın dostu olmağa layiqsən. Ona görə də Allah səni özünə dost seçdi. Çünki mən insanlar arasında çox gəzmişəm və Allah onların hamısını bizə tanıtdırıb. Lakin insanlar içində sənin kimi Allahın zikrinə bütün mal-dövlətini qurban verən ikinci bir şəxs yoxdur.”

Allah təala İmam Hüseyni(ə) çox istədiyi üçün insanların da onu sevməsini istəyir. Allah təala bununla insanları imtahan etmək istəyir ki, görüm kim Mənim sevdiyim şəxsi sevəcək.

Buna görə də hər kəs İmam Hüseyni(ə) sevib o Həzrətin şəhid olması üçün ağlayarsa Allah-təala qiyamət günü onu darda qoymaz.

قالَ الْحسين(ع): لَوْ يَعْلَم زائِرًا وَالْباكِي عَلَيَّ ما لَهُ مِن الأَجْرِ لَكانَ فَرَحُهُ أَكْثَرمِنْ جَزَئِهِ

İmam Hüseyn(ə) özü bu haqda buyurur: Hər kim məni (uzaqdan və yaxından) ziyarət etsə və mənim üçün ağlasa, Qiyamət günü onun sevinci narahatlığından çox olacaq.(yaxşı tərc.et)

Başqa bir hədisdə buyurulur:

وَما يَقُومُ مِنْ مَجْلِسِهِ وَعَلَيْهِ ذَنْبٌ إِلّا وَصارَ كَيَومٍ وَلَدَتْهُ أُمُّه

İmam Hüseynin(ə) məclisində iştirak edib, onun üçün ağlayan şəxs yerindən ayağa qalxmamış Allah-təala onun günahlarını bağışlayar. Elə bağışlayar ki, elə bil anadan təzəcə doğulmuşdur.

Burada bir incəliyi qeyd etmək lazımdır ki, məhərrəm ayında İmam Hüsneynə(ə) ağlayıb günahları təmizlədikdən sonra insan gərək günah etməsin. Bəziləri elə fikirləşməsinlər ki, İmam Hüseynə(ə) ağlamaqla bütün ilahi vəzifələri yerinə yetirmiş olur. İnsanın bundan əlavə gərək namaz, oruc və bukimi başqa əməlləri də yerinə yetirsin. Çünki namaz qılmayan şəxsin heç bir əməli Allah yanında qəbul olmaz. Namaz cənnətin açarıdır. Namazsız insana Cənnəti verməzlər. Əgər bir şəxs namaz başda olmaq şərtilə İmam Hüseyn(ə) üçün ağlayıb əzadarlıq edərsə Allah-təala həmin şəxsə cənnəti bəxş edib günahlarını bağışlayar.

قالَ رَسُولُ الله(ص): إِنَّ الصَّلاةَ قُبِلَتْ قُبِلَ ما سِواها وَ إِنْ رُدَّتْ رُدَّ ما سِواها

Həzrət Peyğəmbər(s) bu bardə buyurur: “Həqiqətən namaz qəbul olarsa başqa əməllər də qəbul olar. Yox əgər qəbul olmazsa başqa əməllər də qəbul olmayacaq.”

Əlbəttə bu məsələnin qarşılıqlı olaraq bir-birinə bağlılığı vardır. Əhli-beytə məhəbbət bəsləyib namaz qılmayan insanın duaları qəbul olmaz və Allah o şəxsi bağışlamaz. Həmçinin, namaz qılıb əhli-beytə məhəbbəti olmazsa Allah-təala onu bağışlamaz. Çünki bunlar qarşılıqlı olaraq bir-birinə bağlıdır.

قَالَ رَسُولُ اللهِ(ص): إِنِّى تَارِكُ فِيْكُمْ خَليِفَتَيْنِ كِتَابَ اللهِ..... وَعِتْرَتِى أَهْلَ بَيْتِى فَإِنَّهمَا لَنْ يَفْتَرِقا حَتَّى يَرِدَا عَلَيَّ الْحَوضِ

Həzrət Peyğəmbər(s) bu barədə dəfələrlə təkid edərək buyurmuşdur: “Mən sizin aranızda iki ağır əmanəti qoyub gedirəm. Onlardan biri Allahın kitabı Quran və ikincisi Mənim Əhli-beytimdir. Bu iki şey Qiyamət gününə qədər bir-birindən ayrılmayacaq. ”2

Buna görə də Allah təala İmam Hüseyn(ə) üçün əzadarlıq edən və o həzrəti sevən şəxsi bağışlayıb Cənnətə aparacaq.

Bu hədislərdən də məlum olur ki, Allah-təala İmam Hüseynı(ə) sevir və o Həzrəti sevənləri də cənnətlə müjdələyir. İmam Hüseyn(ə) da Allahı çox sevirdi. O Həzrət Allaha olan məhəbbətinə görə malını, canını, övladını bir sözlə hər şeyini qurban verdi.

Allah təala insanları xəlq edərkən mələklər dedilər: İlahi, insanı yaratma, çünki onlar gəlib yer üzündə qan tökəcək. Hədislərdə vardır ki, Aşura günü Allah-təala göylərin hicabını kənara çəkib mələklərə buyurdu: Baxın Mənim bəndəmə! Mən bütün insanları Hüseynə görə yaratmışam. Bu gülüstanı da yalnız bu gülə görə yaratdım.

Çadırların alovunun tüstüsü asimana qalxmışdı. Xırdayaşlı qızlar çöllərə səpələnmişdi. Bir deyirdi qaçaq Nəcəf şəhərinə babamız Əliyə(ə) şikayət edək. Digəri xanım Zeynəbin yanına, başqa biri isə Həzrət Əbülfəzlin yanına qaçmağı təklif edirdi.

Bir-birini qızlar qucaqdardı, deyərdi neyləyək,

Gəl gedək Əlqəm kənarında Əbülfəzlə deyək.

Künəş Kərbəla səhrasını qızmar oda çevirmişdi. Qatil əlində qılınc İmamın başını kəsmək istədikdə xanım Zeynəb qatilin qılıncının iti yerindən tutub o Həzrətin başını kəsməyə qoymurdu. Bu qədər faciəli hadisələr içində İmam Hüseyn(ə) yaralı halda mübarək üzünü torpağın üzərinə qoyub Allahla münacat edərək belə deyirdi:

إِلهى رِضًا بِقَضائِك

İlahi, Sənin razılığın üçün.



Güldən də gözəl güllərimin rəngi saralsın,

Olsun güli İslam şükufan əvəzində.

Əkbər başı münşəqq olur olsun nə sözüm var,

Dilsiz balam əmsin oxu püstan əvəzində.

Ey kaş yüz on dörd ola oğlum mənim Allah,

Qurban verəm hər sureyi Quran əvəzində.

İmam Hüseyn(ə) Allahı çox istəyirdi buna görə də hər bir şeyi Allah yolunda qurban verdi. Allah da İmam Hüseyni(ə) çox istəyir və bütün müsəlmanlara ona məhəbbət bəsləməyi vacib etmişdir.

Burada bir incəliyi qeyd etmək lazımdır ki, İmam Hüseynin(ə) məhəbbəti möminlərin qəlbinə ana südü ilə daxil olmuşdur. Gərək insan bu məhəbbəti qəlbində qoruuyub saxlasın. O məhəbbəti insan qəlbində saxlamaq üçün bir əməldən mütləq çəkinməlidir. O əməl də haram yeməkdən ibarətdir. Əgər insan qarnını haram yeməklərdən qoruyarsa onda bu məhəbbət insanın qəlbində qalacaq, yox əgər özünü haram yeməklərdən saxlamazsa onda yavaş-yavaş İmam Hüseynin(ə) məhəbbəti insanın qəlbindən çıxacaq.

İmam Hüseyn(ə) aşura günü düşmən qoşununnun qarşısında dayanıb onlar üçün son dəfə də moizə etdi. Lakin onlar dedilər bura meydandır moizə yeri deyil.

İmam Hüseyn(ə) onlara buyurdu: Sizin qarınlarınız haramla dolu olduğu üçün ona görə də sizə moizə təsir etmir.


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin