ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə17/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

QƏBİRLƏRİN AÇILMASI


Sual 361. Tovzihul-məsail risaləsində buyurmusunuz: Meyyiti əvvəl sidr suyu ilə, ikinci kafur suyu ilə və üçüncü xalis su ilə qusl versinlər. Səhvən bir nəfər birinci kafur, sonra sidr suyu ilə qusl verib, dəfndən sonra səhvini başa düşüb. Qəbri açıb quslu tərtiblə təkrarlamaq lazımdırmı?

Cavab: Əgər meyyitin cəsədi aradan getməyibsə və qəbrin açılması meyyitin əziyyətinə və ya iy cəhətdən camaatın əziyyətinə səbəb olmayacaqsa vacibdir ki, qəbri açsınlar və quslları səhih halda təkrarlasınlar, əks halda lazım deyil.

Sual 362. Qusldan əvvəl kafur su nəcis olub, cənazəni həmin nəcisli kafur su ilə qusl verib və dəfndən sonra başa düşüblərsə, vəzifə nədir?

Cavab: Verilən suala əsasən, meyyitin bədəni iylənməyibsə qəbri açmaq və quslları təkrarlamaq çətinliyə səbəb olmazsa vacibdir ki, qəbri açsınlar, kafur və xalis su ilə quslu təkrarlasınlar, kəfəni paklasınlar, ya dəyişdirsinlər, təkrar hənut və namazdan sonra dəfn etsinlər. Amma əgər meyyitə hörmətsizlik olarsa, ya iylənmişdirsə heç bir vəzifəsi yoxdur.

Sual 363. Dəfndən sonra mə’lum olmuşdur ki, meyyiti hənutsuz dəfn ediblər, qəbri açıb hənut vurmaq lazımdırmı?

Cavab: Qəbri açmaqda çətinlik yaranmazsa, qəbri açsınlar və qəbrin içində meyyitə hənut vursunlar və cənazəni çölə çıxartmaq lazım deyil.

Sual 364. Bir şəxsi müsəlman qəbristanlığında dəfn ediblər, sonradan müsəlman olmadığı mə’lum olub (bəhai, ya kafir). Qəbri açıb onu müsəlman qəbristanlığından xaric etmək lazımdırmı?

Cavab: Onun qəbrini açmaq camaata əziyyət olmazsa və müsəlmanlara çətinlik yaratmazsa qəbri açıb onun cəsədini başqa yerdə dəfn etsinlər. Əgər onun müsəlman qəbristanlığında olması müsəlmanlara hörmətsizlik gətirərsə qəbri açıb, cəsədi başqa yerdə dəfn etmək vacibdir.

Sual 365. İcra başçısı qədim qəbristanlığı yol çəkmək səbəbi ilə xarab edir və torpağını da götürür. Onun bir hissəsində neçə il əvvəl meyyit dəfn edilib; qəbri açıb meyyitin sümüklərini başqa bir yerdə basdırmaq caizdirmi?

Cavab: Qəbri açmaq və xarab etmək caiz deyildir, amma hörmətsizliyə və xarabalığa mə’ruz qalsa maneəsi yoxdur.

Sual 366. Əgər müsəlman qeyri-müsəlman qəbristan-lığında dəfn olunsa qəbri açmaq və cənazənin yerini dəyişmək caizdirmi?

Cavab: Hörmətsizlik sayılsa qəbri açmaq və cənazəni münasib yerə dəyişmək vacibdir.

Sual 367. Qədim qəbristanlıqda köhnə qəbirdə sümüklərin çürüyüb torpağa qarışdığını güman edərək qəbri qazıblar. Təsadüfən əvvəlki sümüklərin çürümədiyinin şahidi olublar, vəzifə nədir? Açılan qəbirdə hazırkı cənazəni dəfn etmək caizdirmi? Əlbəttə qəbristan ümumi və qədimdir, qəbir sahibi də namə’lumdur.

Cavab: Birincisi cənazə və sümüklərin çürüyüb torpağa qarışmağına yəqinlik hasil olmayınca qəbri açmaq düzgün deyil. Amma bir halda ki, belə bir hadisə baş verib, verilən suala əsasən gərək əvvəlki meyyitin sümüklərini dəfn etsinlər və hazırkı cənazəni də həmin qəbirdə dəfn etməyin heç bir maneəsi yoxdur.

Sual 368. Əgər on nəfəri bir qəbirdə dəfn etsələr və dəfndən sonra onlardan birinin quslsuz dəfn olunduğu mə’lum olsa təklif nədir?

Cavab: Qeyd olunan halda qəbri açmaq hörmətsizlik gətirər, heç bir vəzifəniz yoxdur.

Sual 369. Böyük şəxsiyyətlərdən birinin qəbri qeyri-münasib yerdə qərar tutub, yol üstündədir. Onun qəbrinin ətrafını boşaldıb qəbri açmadan müasir avadanlıqlarla qəbri münasib yerə köçürmək caizdirmi?

Cavab: Verilən suala əsasən qəbir açılmırsa maneəsi yoxdur. O yerdə qəbrin qalması meyyitə hörmətsizlik gətirərsə, qeyd olunan iş üstün və bə’zi hallarda lazımdır.

Dəfn, qəbrin açılması və qəbrin tə’mirinə aid məsələlər


Sual 370. İllərcə bundan qabaq dəfn olunan bir şəxsin qəbrində meyyit dəfn etmək (ehtimal budur ki, birinci meyyit aradan getmiş, təkcə sümükləri qalmışdır) düzgündür, ya yox?

Cavab: Başqa şəxsin qəbrində meyyit dəfn etmək qəbrin açılmasına, cəsədin görsənməsinə və ehtiramsızlığa səbəb olan surətdə caiz deyil. Qəbir sahibinin sümüklərinin çürüyüb torpağa qarışmasına yəqinlik hasil olmasa onun qəbrini açmaq caiz deyildir. Əgər qanunsuz yolla açılıbsa, şəriət baxımından başqa bir meyyiti orada dəfn etməyin eybi yoxdur, lakin xoşagəlməz bir haldır.

Sual 371. Zərbə və təcavüz nəticəsində dünyadan gedən bir şəxs dəfn olunmuşdur. Cənazənin ölüm səbəbini müayinə etmək üçün qəbri açmaq caizdirmi?

Cavab: Bir halda ki, haqqı sübut etmək qəbrin açılmasına bağlıdır, eybi yoxdur.

Sual 372. İki təbəqəli qəbirlərin aşağı təbəqəsində qadın dəfn olunubsa, yuxarı təbəqədə qadına məhrəm olmayan başqa bir kişini dəfn edə bilərlərmi?

Cavab: Əgər aşağı təbəqədə olan meyyitin qəbrini açmaq lazım olmasa heç bir maneəsi yoxdur.

Sual 373. Tanınmış kəndlərin birində Pirğeyb adlı bir məqbərə vardır, yaşlıların dediyinə əsasən orada ziyarətgah tikilmişdir. Şəcərənaməsi olmadığı halda onun üstündə ziyarətgah tikdirməyin bir maneəsi varmı?

Cavab: Əgər yuxarıda qeyd olunan şəxslərin qəbir sahibinin saleh imamzadələrdən birinin olduğuna yəqinlikləri varsa, onun üzərində ziyarətgah tikdirməyin maneəsi yoxdur.

Sual 374. Qəbirləri ağ, ya qara mərmərlə zinətləndirməyin maneəsi varmı?

Cavab: Haram deyil.

Sual 375. Yol çəkmək, ya geniş meydan salınması nəticəsində qəbristanlıq aradan getmişdir. Su arxının kənarında bir qəbir tapılmışdır. Ona hörmətsizlik olmasın deyə qəbrin qalan hissəsini açıb onu ümumi qəbristanlığa aparmaq caizdirmi?

Cavab: Əgər suyun axarını dəyişmək mümkün olmasa qeyd olunan halda yer dəyişmək düzgündür.

Sual 376. Bir şəxs vəsiyyət edib ki, öləndən sonra onu dəfn olunduğu yerdən müqəddəs torpağa (yə’ni imamların dəfn olunduğu yerlərə) aparsınlar. Bu caizdirmi?

Cavab: Müqəddəs yerlərə aparmaq üçün qəbri açmaq, əgər vəsiyyət etsə də belə, ehtiyatın ziddinədir? Əgər vəsiyyəti dəfndən əvvələ aid olsa vəsiyyətinə düzgün əməl olunmayıbsa, qəbri açmaq caiz, bəlkə də vacibdir. Qəbri açmaq meyyitə hörmətsizlik gətirməzsə, ya meyyit çürüyüb aradan getməyibsə, qəbri açıb cənazəni vəsiyyət etdiyi yerə aparsınlar.

Sual 377. Qəbrin açılmasının haramlığı hansı səbəblər əsasındadır?

Cavab: Qəbrin açılmasının haram olması səbəbi cəsədin görünməsinin və ona qarşı hörmətsizliyin haram olmasıdır. Əgər qəbrin torpağından bir miqdar götürsələr cəsəd üzə çıxmasa və camaat arasında hörmətsizlik hesab olunmasa qəbir açılmayıb və (bu iş) haram deyil. Xülasə qəbrin açılmasının haram olma səbəbi cəsədin görünməsi və ona qarşı hörmətsizlikdir. Ola bilsin ki, bu iki səbəbin hər ikisi bir yerdə və tək-tək olsun. Cəsədin görünməsi səbəb olsun, ya da tək hörmətsizlik səbəb olsun.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin