ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə13/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

TƏYƏMMÜMÜN HÖKMLƏRİ


Sual 276. Cənabətli bir şəxs gecə qusl etmək üçün su tapmamışdır, gecə namazı üçün təyəmmüm edə bilərmi?

Cavab: Bəli, sübh azanına kimi qusl edə bilməyəcəyini bilən surətdə təyəmmümlə gecə namazlarını qıla bilər.

Sual 277. Naibin təyəmmüm verməsinin necəliyini bəyan edin.

Cavab: Naib təyəmmüm edə bilməyən kəsin əllərini imkan olan surətdə yerə, ya təyəmmümün səhih olduğu şeylərə vursun. Sonra onun əllərini təyəmmüm edən şəxsin alnına, ələrinin arxasına çəksin. Onun əllərini hərəkət etdirmək olmasa, naib öz əllərini yerə vursun və onun alnına, əllərinin arxasına çəksin.

Sual 278. Mozaika və ya mərmər daşlara təyəmmüm etmək səhihdirmi?

Cavab: Torpağa, daşa və quma təyəmmüm etmək səhihdir. Bunlar olmayan halda mozaikaya təymmüm etməyin maneəsi yoxdur.

Sual 279. Xəstəlik ucbatından təyəmmüm edən bir kəs namaza başlamazdan əvvəl qusl və dəstəmaz ala bilsə vəzifəsi nədir?

Cavab: Əgər namaza başlamazdan əvvəl insanın üzrü aradan getsə təyəmmüm batildir. Gərək dəstəmaz alsın.

Sual 280. Xəstəlik üzündən bir şəxs dəstəmaz və quslu yerinə yetirmək üçün soyuq sudan istifadə edə bilmir. İsti su əldə olmadığından təyəmmüm etmişdir. İsti su tapıb istifadə edəndən sonra aşağıdakı iki halda vəzifəsi nədir?

1) Sübh namazından əvvəl.

2) Namazdan sonra.

Cavab: 1) Təyəmmüm batildir.

2) Namaz səhihdir.



Sual 281. Əgər xəstə zərərdən qorxaraq cəbirə təyəmmümü yerinə yetirsə və namazdan sonra onun qorxusunun əsassız olduğu mə’lum olsa vəzifəsi nədir?

Cavab: Qıldığı namazları təkrarlamaq lazım deyil, amma təkrarlasa daha yaxşıdır.

Sual 282. Həkimin, tibb bacısının məsləhəti xəstəyə orucun, bədən üzvlərinin tərpədilməsinin, dəstəmaz üçün suyun istifadəsinin zərərli olduğunu bildirsə şər’i cəhətdən əsaslıdır, ya yox?

Cavab: Əgər mütəxəssis və e’tibarlı şəxs olsa, onun dediyini qəbul etmək lazımdır.

Sual 283. Cənabət quslunun yerinə təyəmmüm edən bir şəxs məscidə daxil ola bilərmi və ya camaat namazında iştirak edə bilərmi?

Cavab: Üzürlü səbəb olduqda məscidə girib camaat namazında iştirak etməyin maneəsi yoxdur. Amma vaxtın azlığına görə təyəmmüm edibsə, vacibi namazı qılmaq müddətində məsciddə qala bilər.

Sual 284. Vəzifəsi həm dəstəmaz, həm də təyəmmüm olan bir kəs əvvəl təyəmmüm etsin, ya heç bir fərqi yoxdur?

Cavab: Heç bir fərqi yoxdur.

Sual 285. Vəzifəsi təyəmmüm etmək olan bir kəs namaz vaxtının daxil olmasından əvvəl təyəmmüm edə bilərmi?

Cavab: Vacib ehtiyata əsasən namazdan əvvəl namaz üçün təyəmmüm etməsin. Bəli, əgər vacibi və ya qəza namazı kimi müstəhəbbi işlər üçün təyəmmüm etsə, namaz vaxtına qədər üzrü aradan getməsə həmin təyəmmümlə namaz qıla bilər.

Sual 286. Qusl yerinə təyəmmüm edən bir şəxsə dəstəmaz alması da lazımdırmı?

Cavab: Cənabət quslu yerinə olunan təyəmmümə dəstəmaz lazım deyil. Başqa quslların yerinə olunan təyəmmümə gərək dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə başqa bir təyəmmüm də dəstəmazın yerinə alsın.

Sual 287. Cənabət quslu almağa üzrü olan bir şəxs təyəmmüm edərsə və üzrü neçə gün qalarsa, sonrakı namazlar üçün dəstəmaz kifayətdir, ya hər namaz vaxtında quslun yerinə təyəmmümü təkrar etsin?

Cavab: Əgər dəstəmazı batil edən bir iş görübsə, gərək dəstəmaz alsın, amma təyəmmümü təkrarlamaq lazım deyil.

Sual 288. Şəhərdən uzaqda işləyən şəxslər adətən su tapmırlar; nəcis olan bədən və sidik yerlərini təmizləmək üçün şəhərə, ya su olan digər yerlərə getsələr namaz qəza olacaqdır, onların vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən təyəmmüm etsin və həmin nəcis bədənlə namaz qılsın, onların namazı səhihdir və qəzası da yoxdur.

Sual 289. Əgər sağlam bir bədən üzvü nəcis olsa və onu paklamaq mümkün olmasa, ya çətin olsa nə etmək lazımdır?

Cavab: Əgər nəcisin özü olmasa vəzifəsi təyəmmüm etməkdir. Bəli, əgər nəcasətin özü bədənin üstündə olsa və onu təmizləmək mümkün olmasa, həmçinin onu təmiz ləmək qeyri-mümkün olsa cəbirə dəstəmazı alsın və yaxşı olar ki, təyəmmüm də etsin.

Sual 290. Sübh qusla ehtiyacı olan bir şəxs xəcalət üzündən təyəmmüm edir, bu səhihdirmi?

Cavab: Şəriət məsələlərində xəcalət çəkmək təyəmmüm üçün əsas vermir. Amma vaxt az olsa təyəmmüm etmək vacibdir, namaz qılsa namazı səhihdir və qəzası da yoxdur.

Sual 291. Bir şəxsin əli biləkdən kəsilmişdir, lakin qolu yerindədir. Xahiş edirik bu qəbildən olan şəxslərin necə təyəmmüm etməsini bəyan edəsiniz.

Cavab: Verilən suala əsasən sağlam əlini yerə vursun və bütöv alnını məsh etsin. Ehtiyat müstəhəbb budur ki, əlavə olaraq sağ əl və sol əlin kəsilmiş hissəsi ilə birgə yerə vurub hər iki əli ilə alnını məsh etsin və sonra sağ əl sağlamdırsa sağlam olan əlin arxasını yerə çəksin, sol qolun bilək hissəsini də yerə vursun və sonra həmin əllə sağ əlin arxasına və sonra sağ əllə sol qolunun bilək hissəsinə çəksin. Əgər sol əl sağlamdırsa, yenə də bu qaydaya riayət etməklə təyəmmümü yerinə yetirsin.

Sual 292. Xahiş edirik iki əli biləkdən kəsilən, amma biləkdən yuxarı hissəsi qalan adamın necə təyəmmüm etməsini buyurasınız.

Cavab: Əvvəl öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin, sonra qolunun kəsilmiş hissəsini yerə vurub hər əlin kəsilmiş yerləri ilə öz alnına çəksin. Sonra əlinin biləkdən kəsilən yerini digərinin üzərinə çəksin. Sağ və sol əlin tərtibinə riayət olunsun.

Sual 293. Xahiş edirik hər iki əli dirsəkdən yuxarı kəsilən bir kəsin təyəmmüm etməkdə vəzifəsini bəyan edəsiniz?

Cavab: Öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin və bir naib tutsun ki, naib əllərini yerə vurub onun alnına çəksin.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin