ШәР’и суаллара ҹаваб


QADINLAR HAQQINDA OLAN HÖKMLƏR



Yüklə 1,08 Mb.
səhifə11/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

QADINLAR HAQQINDA OLAN HÖKMLƏR


Sual 233. Bir qadın adəti üzrə beş gündən sonra pak olaraq qusl edib. Səkkizinci gün bir damla qan görür, bunun hökmü nədir?

Cavab: Gördüyü qan heyz qanıdır, gərək yenidən qusl etsin.

Sual 234. Adəti altı və ya yeddi gün olan qadın adətindən sonra pak olur, lakin ondan sonra yenə də sarı rəngli qan görür və şəkk edir ki, heyz qanıdır, ya yox. Bu qan on gün ərzində kəsilsə, yaxud kəsilməsə vəzifəsi nədir?

Cavab: Əgər on gün müddətində qan görsə heyz qanıdır.

Sual 235. Cənabətli bir qadın quslundan əvvəl heyz qanı görsə, heyzdən paklanmamış cənabət quslu edə bilərmi? Başqa qusllar necə?

Cavab: Bəli edə bilər. Cənabət quslu önəmlidir. Cümə quslu kimi başqa qusllar da düzgündür.

Sual 236. Bir qadın altı gündən sonra heyzdən paklanır və başqa qan görmür. Doqquzuncu gün çox az miqdarda qan görür və sonra tamami ilə paklanır. Bu qanın hökmü nədir?

Cavab: Verilən sualda doqquzuncu gün görülən qan heyz qanıdır. Ara günlərdə pak olmasının hökmü heyzdir. Əgər adətən belə vəziyyətlə üzləşirsə, qan gəlməsinə yəqini varsa, vacibi ehtiyata əsasən heyz görən qadına haram olan işləri tərk etsin. Yaxşı olar ki, istihazə qanı görən qadınlara aid olan işləri icra etsin.

Sual 237. Bir qadın heyz qanı görür, heyzin ikinci günü uşaqlığını cərrahiyyə yolu ilə çıxarırlar. Heyz üç gün olmadığı üçün heyz quslu vacibdirmi?

Cavab: Xeyr, heyz quslu vacib deyil, çünki heyz qanı üç gündən az ola bilməz. Bu halda istihazə quslu etsin.

Sual 238. Bir qadının uşaqlığını cərrahiyyə əməliyyatı vasitəsi ilə götürürlər, sonradan gördüyü qanların hökmü nədir?

Cavab: Əgər yaisə deyilsə, qanda heyz əlamətləri varsa ehtiyata görə onun üçün heyz hökmlərini icra etsin.

Sual 239. Heyz görmüş qadın ramazan ayında təşkil olunan Qur’an məclislərində iştirak edib Qur’ana qulaq asa bilərmi və o halda səcdə ayəsi olan surələri oxuya bilərmi?

Cavab: Eybi yoxdur. Lakin səcdəsi olan surələri oxumağa icazəsi yoxdur. Amma onlara qulaq asa bilər, əgər səcdə ayəsini eşitsə başqaları kimi səcdə etməlidir.

Sual 240. Bə’zən qadınlar məsciddə keçirilən hüzür məclislərində aylıq adətləri vaxtı iştirak edirlər. Onun hökmünü isə bilmirlər, nə etmək lazımdır?

Cavab: Onları başa salmaq lazımdır ki, bu halda məscidə daxil olmasınlar. Bilmədikləri halda günah etməyiblər.

Sual 241. Qadınlar adət halında İmamzadələrin hərəminə gedə bilərlərmi?

Cavab: Maneəsi yoxdur.

Sual 242. Uşağı ana bətnindən cərrahiyyə əməliyatı vasitəsi ilə çıxardıblar. Amma qan öz təbii yolu ilə axır. Bu qan nifas hökmündədirmi?

Cavab: Verilən suala əsasən belə halda qan nifas hökmündədir.

Sual 243. Heyz və cənabət halında olanın İmam Rza (ə) hərəminə bitişik olan yerlərə daxil olmasına icazə varmı?

Cavab: Əgər məscid deyilsə eybi yoxdur.

Sual 244. Bir qadın vacib olduğu halda heyz quslu etməyi unudub və bir müddət bu halda namaz qılıb. Təbii ki, öz namazları üçün dəstəmaz alıb. Əgər bu müddətdə müstəhəbbi qusl edibsə namazlarını qəza etməlidir?

Cavab: Vacibi quslun yerinə müstəhəbbi qusl kifayət etmədiyi üçün heyz quslu etməli və namazlarını qəza qılmalıdır.

Sual 245. Rüşeyimin naqis şəkildə düşməsindən sonra müşahidə olunan qanın hökmü nədir?

Cavab: Tovzihul-məsail kitabının 510-cu məsələsində olduğu kimi bu qan nifas qanıdır.

Sual 246. Bir qadın cənabətli olduğunu unudub, bir müddət bu halda namaz qıldıqdan sonra yadına düşür ki, boynunda cənabət quslu var. Amma bu arada heyz quslu edibmiş. Keçmiş namazlara görə hökmü nədir?

Cavab: Heyz quslundan sonra nə qədər namaz qılıbsa, təkrarı və qəzası yoxdur.

Sual 247. Şəkk edilir ki, görəsən görülən qan nifas qanıdır, ya yara qanı:

1) Bu halda qadının vəzifəsi nədir?

2) Xəstənin paltarı qana bulaşıbsa, nifas qanı hökmündədir, ya yara qanı?

Cavab: 1) Bu sualda qan nifas hökmündədir.

2) Bu libasla namaz qılınarsa, onda olan qan yara qanı hökmündədir. Əgər dirhəmdən böyük deyilsə eybi yoxdur.



Sual 248. Bir qadın hamiləliyin qarşısını almaq üçün IUD cihazından istifadə edir. Əgər bu halda qanaxma baş verərsə vəzifəsi nədir?

Cavab: Əgər yəqin bilsə ki, bu qan yaraya aiddir, namaz üçün paklanmalıdır. Xüsusi bir hökmü yoxdur. Bundan sonrakı hallarda əgər heyz olma imkanı olsa, belə ki, adət vaxtında üzə çıxıbsa, ya heyz xüsusiyyətləri onda olmuş olsa, ən azı qabaqkı heyzlə bu qan arasında paklıq fasiləsi mövcuddursa, heyz qanı hökmündədir və bundan başqa hallarda istihazə hökmündədir.

Sual 249. Bir qadının bətnində olan uşağı (rüşeymi) saldırmaq üçün cərrahiyyə əməliyyatı aparırlar. Qadından təbii yolla çıxan qanın hökmü nədir?

Cavab: Əgər qan doğuş və uşaqsalma (abort) ilə əlaqədardırsa nifas hökmündədir.


QADINLARIN CƏNABƏTLİ OLMA HÖKMLƏRİ


Sual 250. İstimna edən qadının hökmü nədir? Boynuna qusl gəlirmi?

Cavab: Bu iş haramdır və əgər spermanın xaric olmasına yəqinliyi varsa gərək qusl etsin.

Sual 251. Qadınlar da yuxuda möhtəlim ola bilərlərmi?

Cavab: Bəli mümkündür.1

Sual 252. Mümkündür ki, qadınlar yaxınlıq olmadan cənabətli olsunlar?

Cavab: Bəli mümkündür və əgər mə’lum kanandan spermanın çıxmasına yəqinlik tapsa ona qusl vacib olur. Amma yəqinlik tapmasa qusl vacib olmur.

Sual 253. Qadın həyat yoldaşı ilə əylənən vaxtı ehtirasları təhrik olur, özündən maye xaric olduğunu hiss edir, cənabət olduğunu zənn edir. Bu halla ona qusl vacib olurmu?

Cavab: Əgər spermanın çıxmasına yəqinlik hasil olsa qusl vacibdir. Əks halda başqa bir vəzifəsi yoxdur.

Sual 254. Qadın yuxuda olan vaxt həyat yoldaşı onunla yaxınlıq etmişdir. Bunu qusl və namaz üçün ona deməlidirmi?

Cavab: Namaz üçün gərək ona desin.

Sual 255. Əri ilə yaxınlıqdan sonra qusl edən bir qadından bir az sonra bir miqdar sperma xaric olur, özündən ya ərindən olduğunu bilmirsə onun vəzifəsi nədir?

Cavab: Verilən cuala əsasən sperma olmasına yəqinliyi olduğu üçün nəcisdir. Amma özündən ya ərindən olmasına şəkki olduğu üçün qusl etməsi lazım deyil.

Sual 256. Bə’zən qadınlar və nişanlı qızlar bir az ləzzət üçün öz həyat yoldaşları ilə yaxınlıq edirlər, bu zaman rütubət xaric olursa bu sperma hökmündədirmi?

Cavab: Qeyd olunan rütubət sperma hökmündə deyil, şəhvətlə xaric olsa bu surətdə sperma hökmü vardır.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin