Щюрмятли гонаглар, щюрмятли р-щ биз Сизя е-няшриййат технолоэийаларынын бир нцмуняси олан вя дцнйада эениш истифадя олан Адобе



Yüklə 10,5 Mb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü10,5 Mb.
#102793
  1   2   3



Azərbaycan Milli Elmlər Akademiyası

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi
İNFORMASİYA TEXNOLOGİYALARI
İNSTİTUTUNUN

2008-ci il üçün

H E S A B A T I

HESABATIN MƏZMUNU


I

Elmi-tədqiqat fəaliyyəti

3

II


Elmi-praktiki fəaliyyət, tətbiqi işlər və konsaltinq xidmətləri

14

III

www.science.az portalının fəaliyyəti

22

IV

www.ikt.az saytının fəaliyyəti

27

V

Elmi-pedaqoji fəaliyyət

32

VI

Elmi əsərlər

40

VII

Elmi-texniki informasiya təminatı

47

VIII


Elmi-praktiki nəticələrin təbliği və reklam-marketinq işləri

51

IX

Elmi-təşkilati işlər və tədbirlər

52

X

Mühüm elmi nəticələr

58

  1. Elmi-tədqiqat fəaliyyəti

İnformasiya texnologiyaları” və “informasiya cəmiyyəti” istiqamətləri üzrə aşağıdakı elmi-tədqiqat işləri aparılmışdır:




  • Mətn tipli sənədlərin klasterləşdirilməsi üçün proqram təminatı yaradılmış və eksperimentlər aparılmışdır

  • Elmi məqalələrin qiymətləndirilməsi üçün alqoritm təklif edilmişdir

  • Korporativ şəbəkə mühitində istifadəçilər qrupunun müəyyən edilməsi (Web Usage Mining) üçün model təklif olunmuşdur

  • Mətnlərin analizi və avtomatik referatlaşdırılması üçün metodlar təklif edilmişdir

  • Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan məlumatlar əsasında sosial şəbəkələrin müəyyən olunması üçün metod təklif edilmişdir

  • Mobil rabitə sistemlərində sosial şəbəkələrin analizi istiqamətində araşdırmalar aparılmışdır

  • Müasir informasiya texnologiyalarının tətbiqi ilə əhalinin siyahıya alınmasında iqtisadi-riyazi metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatlar aparılır

  • “ Əhali və miqrasiya” informasiya sisteminin təhlükəsizliyinin arxitektur əsasları və onun imtinalara dayanıqlığının təmin edilməsi üçün metod təklif edilmişdir

  • Milli informasiya məkanında fərdi məlumatlar seqmentinin və e-xidmətlərin intellektual menecment sisteminin işlənilməsi istiqamətində araşdırmalar aparılmışdır

  • Böyük informasiya resurslarının və onların şəbəkə-kontent infrastrukturunun sintezi üçün metod və alqoritmlər işlənmişdir

  • Biometrik sistemlərə olan təhdidlər identifikasiya olunmuş, hücumların əsas sinifləri öyrənilmiş və zəif yerlərin aradan qaldırılması üçün təkliflər i şlənmişdir



  • Biometrik sistemlərin təhlükəsizlik boşluqlarının müəyyən edilməsi üçün yanaşma təklif edilmişdir

  • Saxta barmaq izlərinin (spufinq) aşkarlanması üçün Radon çevrilməsi əsasında alqoritm təklif olunmuşdur






  • İnformasiya təhlükəsizliyinin idarə edilməsi üçün model və alqoritmlərin işlənilməsi istiqamətində araşdırmalar aparılmışdır

  • Korporativ şəbəkələrə DoS hücumların aşkarlanması üçün alqoritm təklif olunmuşdur

  • Korporativ şəbəkələrə müdaxilələrin aşkarlanması üçün assosiativ qaydaların sintaktik strukturu əsasında aqreqasiya metodu təklif olunmuşdur

  • Kompyuter şəbəkələrinin intellektual monitorinqi və qərarların qəbul edilməsi texnologiyasının işlənilməsi istiqamətində tədqiqatlar aparılır

  • Web-sistemlərin təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlər işlənilmişdir

  • Multiagent texnologiyası əsasında kompyuter şəbəkələrinin qlobal vəziyyətinin qiymətləndirilməsi üçün yanaşma təklif edilmişdir

  • İnternet xidməti göstərən provayderlərin seçilməsi üçün model təklif edilmişdir

  • Korporativ şəbəkənin effektivliyinin artırılması üçün CDN texnologiyasına əsaslanan metod təklif edilmişdir

  • Spamların identifikasiyası, iterativ filtrasiyası və spam mənbələrinin vaxtında aşkarlanması üçün arxitektur yanaşma və metodlar təklif edilmişdir




  • Sensor şəbəkələrin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində araşdırmalar aparılmışdır

  • Sensor şəbəkələrində informasiyanın optimal yolla ötürülməsi üçün alqoritm təklif edilmişdir

  • Naqilsiz sensor şəbəkələrində məkanın təyin olunması üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində araşdırmalar aparılmışdır

  • Hərəkətdə olan sensor şəbəkələrində məkanın müəyyən olunması üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində araşdırmalar aparılmışdır

  • Su anbarında suyun səviyyəsinin tənzimlənməsi sisteminin kompyuter modeli işlənmişdir.




  • Elektromaqnit dalğaların Yer səthində yayımının kompyuter modeli işlənmişdir





  • İnsan sifətinin tanınması üçün sifət təsvirlərində fərqləndirici nöqtələr çoxluğu müəyyən olunmuş və bu çoxluq əsasında tanınma alqoritmində iştirak edəcək əlamətlərin hesablan-ması qaydaları müəyyənləşdirilmişdir

  • E-hökumət çərçivəsində G2G, G2B və G2C modelləri üçün audioinformasiya fəzalarının formalaşdırılması problemləri araşdırılmışdır

  • Uçuş informasiyasının emalı üçün yeni alqoritmlər işlənmişdir




  • Bir sıra Avropa helikopterlərinin (Super Puma, Delphin) “qara qutu”larındakı uçuş informasiyasının strukturu müəyyən edilmişdir




Super Puma



Delphin



  • Azərbaycan dilində olan elektron mətnlərin səsləndirilməsi üçün fonemlər sistemi tərtib olunmuşdur. Fonemlərin SAMPA (Speech Assessment Methods Phonetic Alphabet – Nitqin Qiymətləndirilməsi Metodlarının Fonetik Əlifbası) sisteminə əsaslanan cədvəli hazırlanmışdır. Buna uyğun olaraq hər bir sözün avtomatik transkripsiyasını verən (mətnin fonemlər ardıcıllığına çevrilməsi) proqram təminatı işlənilmişdir. Cümlələrin prosodik (vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüzü) təhlilini həyata keçirən modulun alqoritm və proqram təminatı üzərində müəyyən işlər həyata keçirilmişdir

  • Süni intellekt metodlarının tətbiqi ilə ikidilli (İngilis-Azərbaycan) situasiyada öyrədici tərcümə sisteminin işlənilməsi üçün Azərbaycan dilli mətnlər əsasında morfo-sintaktik analizatorun biliklər bazası yaradılmışdır

  • Milli Superkompyuter Mərkəzində həlli nəzərdə tutulan məsələlərin təbiəti araşdırılmış və təsnif olunmuş, hesablama və yaddaş resurs­larına tələbat müəyyənləşdi-rilmiş və MSM-nin arxitektur-texnoloji prinsipləri təklif olunmuşdur

  • Azərbaycanda əmək bazarının İT mütəxəssisləri seqmentinin monitorinqi sisteminin yaradılması üçün müvafiq baza yaradılmış, verilənlərin emalı və alınan nəticələrin interpretasiyası aparılmış, İT mütəxəssislərinə tələb və təklifin tənzimlənməsi üçün tövsiyələr işlənilmişdir

  • Təşkilatda personalın idarə olunmasının sistemli analizi aparılmış, onların qeyri-səlis çoxluqlar nəzəriyyəsi əsasında modelləşdirilməsi istiqamətində tədqiqatlar aparılmışdır

  • Xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən intellektual informasiya sisteminin yaradılması istiqamətində işlər həyata keçirilir

  • Şəhər nəqliyyatı infrastrukturuna düşən izafi yüklərin minimallaşdırılması üçün yanaşma təklif edilmişdir

  • CRM texnologiyası əsasında intellektual informasiya xidməti sisteminin layihələndirilməsinin arxitektur prinsipləri işlənmişdir





  • İnternet şəbəkəsində milli informasiya resurslarının formalaşdırılması problemləri tədqiq edilmiş, dünya informasiya fəzasının Azərbaycan seqmentinin formalaşdırılması və inkişafı, ölkəmiz üçün ciddi əhəmiyyət kəsb edən informasiya müharibəsinə qarşı kompleks təkliflər verilmiş və vəzifələr müəyyənləşdirilmişdir




  • Vikipediyada Azərbaycanın milli dəyərlərinin qorunması və inkişafı məsələləri təhlil edilmiş, təklif və tövsiyələr verilmişdir




  • Milli veb-resursların monitorinqi, qiymətlən­dirilməsi və təhlili sisteminin işlənməsi istiqamətində tədqiqatlar aparılmışdır

  • Virtual məkanda Azərbaycan dilinin təsbit olunması problemləri və onların həlli yolları araşdırılır

  • “E-elm” problemləri ilə məşğul olan Beynəlxalq təşkilatların (UNESCO, CODATA, ICSTI, WIPO, ICSU, WTO və s.) və dünyanın qabaqcıl ölkələrinin fəaliyyəti və təcrübəsi araşdırılmış, “E-elm”in konseptual, hüquqi, iqtisadi, texnoloji əsasları müəyyənləşdirilmiş və “E-elm” proqramının ilkin layihəsi hazırlanmışdır

  • Azərbaycan ali təhsil sistemində (bakalavr və magistr pillələri üzrə) İKT tədris proqramlarının monitorinqi keçirilmişdir.

Respublikada İKT təhsili proqramlarının inkişaf etmiş ölkələrin İT standartları ilə müqayisəli təhlili və onlara uyğunlaşdırılması istiqamətində tədqiqatlar aparılır



  • Ümumtəhsil məktəblərində şagirdlərin informasiya mədəniy-yətinin formalaşdırılması problemləri araşdırılır

  • Dərsliklərin analizi və statistik göstəricilər əsasında onların oxunaqlığının qiymətləndirilməsi prosedurunun avtomatlaşdı-rılması istiqamətində tədqiqatlar aparılır

  • Təhsilin informasiyalaşdırılmasının monitorinqi və qiymətlən-dirilməsi məsələləri araşdırılmış, respublikada bu sahə üzrə göstəricilər sisteminin hazırlanmasına dair təkliflər hazırlanmışdır

  • Azərbaycan Respublikasında formalaşan informasiya cəmiy-yəti şəraitində elektron demokratik təsisatların reallaşdırılması texnologiyaları işlənilir

  • İnternetin hüquqi tənzimlənməsi problemləri və onların həlli yolları araşdırılmış, müvafiq tövsiyələr işlənilmişdir

  • İnformasiya cəmiyyətinin qurulması proseslərinin idarə olunması mexanizmlərinin işlənməsi istiqamətində tədqiqatlar aparılır

  • İnformasiya Cəmiyyətinin on-line monitorinqi sisteminin işlənməsi istiqamətində tədqiqatlar aparılır

  • İnformasiya mədəniyyəti problemləri araşdırılır.


Yüklə 10,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin