II. Elmi-praktiki fəaliyyət, tətbiqi işlər və konsaltinq xidmətləri
“Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nda (Elektron Azərbaycan) icrası instituta tapşırılan elmi-praktiki işlər yerinə yetirilmişdir
“2008-2012- ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” üzrə instituta tapşırılan elmi-praktiki işlər yerinə yetirilmişdir
“Azərbaycan Respublikasında Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nda icrası instituta tapşırılan tədbirlərin yerinə yetirilməsi üzrə işlər aparılmışdır
“Məşğulluq strategiyasının icrası üzrə 2007-2010-cu illər üçün Dövlət Proqramı”nda “Əmək bazarının İnformasiya texnologiyaları mütəxəssislər seqmentində tələb və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması” istiqamətində müvafiq layihə həyata keçirilmişdir
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına (2008-2010) müvafiq olaraq “İnnovasiya siyasətinin müəyyənləşdirilməsi və informasiya cəmiyyətinin qurulması” problemləri üzrə elmi-tədqiqat işləri aparılmışdır
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş elmi-praktiki işlər yerinə yetirilmişdir
AMEF, AMEA və ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF) tərəfindən maliyyələşdirilən «Biometrik texnologiyaların təhlükəsizliyinin qiymətləndirilməsi və test edilməsi» qrant layihəsi üzrə işlər yerinə yetirilmişdir
İnstitut “Giriş-çıxış və qeydiyyat” İAMAS Əlaqələndirmə Şurasında təmsil olunur
Bir qrup mərkəzi icra hakimiyyəti orqanı üçün informasiya təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərilmiş və elmi-metodiki dəstək verilmişdir
“Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”na təkliflər işlənmişdir
İnternet Beynəlxalq kompyuter şəbəkəsinin Azərbayсan qovşaqlarının inkişaf etdirilməsi üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:
AMEA-nın korporativ şəbəkəsinə qoşulmuş institutlarda ümumilikdə 68 kompyuter üçün kabelləşdirilmə işləri aparılmış və onlar İnternet şəbəkəsinə qoşulmuşlar
AMEA İnternetin I Azərbayсan qovşağına 8 yeni abonent telefon xətti vasitəsi ilə Dial-Up rejimində İnternet şəbə-kəsinə qoşulmuşdur
AMEA Fiziologiya İnstitutunda 5 mərtəbəli binanı əhatə edən 14 kompyuterdən ibarət lokal kompyuter şəbəkəsi yaradılmış, sazlanmış və BRX vasitəsilə AMEA-nın İnternet şəbəkəsi qovşağına birləşdirilmişdir
AMEA Botanika və Mikrobiologiya İnstitutlarında yaradılmış lokal kompyuter şəbəkələrinin BRX vasitəsilə AMEA-nın İnternet şəbəkəsi qovşağına birləşdirilməsi üçün əlaqə xətləri ayrılmış, modemlər qoşularaq sazlanmışdır
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 4 mərtəbəli binanı əhatə edən 12 kompyuterdən ibarət lokal kompyuter şəbəkəsi sazlanmış və BRX vasitəsilə AMEA-nın İnternet şəbəkəsi qovşağına birləşdirilmişdir
AMEA-nın əsas binasının təmiri ilə əlaqədar 11 mərtəbənin bütün otaqları nəzərə alınmaqla lokal şəbəkənin yenidən qurulması layihəsi işlənilmişdir
AMEA İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının artırılması və monitorinqin təkmilləşdirilməsi üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:
İstifadəçilərin kompyuterlərindən şəbəkəyə hücumların qarşısını almaq üçün şəbəkə üzrə bütün kompyuterlərə sabit İP ünvan verməklə onların statistikası - Stiker cədvəli tərtib edilmişdir
Server və istifadəçi kompyuterləri üçün Trend Micro antivirus proqram təminatı quraşdırılmışdır. Bunun üçün ayrıca server kompyuterində Windows-2003 server proqram təminatı quraşdırılmış və onun üzərində Trend Micro antivirus proqram təminatı sazlanmışdır
“Virtual İpək Yolu” layihəsi üzrə işlər davam etdirilmişdir
AMEA İntranet abonentləri üçün texniki, proqram xidmətləri və başqa servislərin təşkili işlərinin yerinə yetirilməsi zamanı
AMEA abonentləri tərəfindən nasazlığın aradan qaldırılması, şəbəkənin sazlanması və qurulması üçün il ərzində 1360-a yaxın müraciətlər daxil olmuş və onlar icra olunmuş, 24 saatlıq iş rejimi üçün növbətçilik təşkil edilmişdir
AMEA-nın institut və təşkilatlarına məxsus olan 100 ədəd fərdi kompyuterdə təmir-sazlama və onların texniki imkanlarının artırılması və yeni proqramların instalizasiyası, 200 ədəd fərdi kompyuterdə əməliyyat sistemi (Windows 98, 2000, XP, 2003), tətbiqi proqramlar (MS Office – 2000, 2003, 2007) və antivirus proqramlarının (NOD32, Kasperski, Trend Micro və s.) instalizasiya işləri yerinə yetirilmışdir
Ali Attestasiya Komissiyasında kompyuterlərə (16 ədəd) əməliyyat sistemi və tətbiqi proqramlar instalizasiya edilmişdir
İ CS-telecom6.++ proqram təminatı əsasında TELERADİO İB-də əlavə işçi yerlərinim yaradılması layihəsi yerinə yetirilmişdir
“Aztelekom” İB ilə təklif olunan yeni işlərin texniki şərtləri işlənmişdir
İCS-telecom6.++ proqram təminatının tətbiq sahələrini genişləndirmək üçün yeni rəqəm xəritəsinin işlənməsi layihəsi yerinə yetirilmişdir
“ATLAS-3000” tipli mobil radiomonitorinq stansiyanın tələblərinə uyğun olaraq Respublika ərazisinin elektron xəritələr bazasının hazırlanması və onun stansiyaya inteqrasiya olunması üzrə layihə yerinə yetirilmişdir
Mərkəzləşdirilmiş Ödəniş Sisteminin AZƏRİQAZ seqmentinin yaradılması üçün layihə təklifi hazırlanmışdır
A zərbaycan Dövlət Teleqraf Agenliyi - AzərTac üçün “Kadrlar Korporativ İnformasiya Sistemi” hazırlanmış və istifadəyə verilmişdir
W ikimedia Foundation Inc. (http://wikimediafoundation.org) təşkilatının təyinatı ilə Azərbaycan bölməsinə administratorluq həyata keçirilmişdir və bu statusda məqalələrin zənginləşdirilməsi, redaktəsi və nəzarəti işləri aparılmışdır
V ikipediya və digər Viki-layihələrdə (VikiLüğət, VikiSitat, VikiMənbə, VikiKitab, Commons) yeni kateqoriyalar, məqalələr yaradılmış, şəkil, audio və video-fayllar daxil edilmişdir
“IEEE Transactions on Knowledge and Data Engineering” jurnalından göndərilmiş “Evolutionary Discovery of Rhetorical-Level Knowledge from Natural-Language Texts” məqaləsinə rəy verilmişdir
“İntellektual kütləvi informasiya xidməti sistemi”nin yaradılması üzrə işlər davam etdirilmişdir
İnstitut əməkdaşlarının elmi əsərlərinin www.kitab.az və www.wikipedia.org saytlarında yerləşdirilməsi üçün işlər aparılmışdır
PCİ-2008 “Kibernetika və informatika problemləri” Beynəlxalq konfransının www.pci2008.science.az
saytı yaradılmış və administrasiyası həyata keçirilmişdir
A zərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az ünvanlı İnternet səhifəsinin yaradılması işləri həyata keçirilmişdir
Uşaqlar üçün İnformatika ensiklopediyasının Azərbaycan nəşri hazırlanmışdır
Azərbaycan Milli Ensiklopediyasının “A” hərfi ilə başlayan ümumi sözlüyünün layihəsi araşdırılmış, rəy və təkliflər təqdim olunmuşdur
“Azərbaycanda informatikanın tarixi” kitabının hazırlanması-na dəstək verilmişdir.
Dostları ilə paylaş: |