Şiəliyin gizli tərəfləri Ön söz



Yüklə 1,42 Mb.
səhifə14/14
tarix24.04.2018
ölçüsü1,42 Mb.
#49006
1   ...   6   7   8   9   10   11   12   13   14

11) Xurafat baradə.
Şirazinin “Zifaf gecəsi və cinsi əlaqədə olmaq haqqında” babı

http://www.shirazi.org.uk/sex.htm


1) İmam Sadiq buyurur: “Ay əqrəb bürcü altında olanda nigah bağlamayın.Çünki,bu xoşbəxt nigah olmayacaq.”

2) “Günortadan sonra cinsi əlaqədə olmayın.Bu izdivacdan əmələ gələn uşaq çəpgöz olar.Şeytan insan çəpgöz olanda həzz alır.”

3) “Öz zövcəniz ilə başqa qadını arzuladığınız halda əlaqədə olmayın.Ehtiyyat edilir ki,bu əlaqədən olan uşaq müxənnəs (qadına bənzər) və key olsun.”

4) “Ayaq üstə olanda cinsi əlaqədə olmayın.Çünki,bu cür eşşəklər edirlər.Bu əlaqədən olan uşaq hər yeri bulayan eşşək kimi olacaq.”

5) “Əgər siz zövcəniz hamilə olan halda dəstəmaz almadan onunla əlaqədə olsanız,uşaq xəsis və qəlbidaş olaraq doğulacaq.”

6) ”Qadınla üç gün-üç gecə səfərdə olduğunuz halda əlaqədə olmayın.Bu əlaqədən olan uşaq zalım hökmdarın yardımçısı olacaq.”

7) “Ayın axır iki günü qadınla əlaqədə olmayın.Bu nigahdan doğulan uşaq vergi toplayan və zalımın yardımçısı olacaq.”

8) “Əgər qadınla cümə axşamı ərəfəsində əlaqədə olsanız,bu əlaqədən olan uşaq rəhbər ya da alim olacaqdır.”


Şiə alimlərinin “dürüstlüyü”
Şiələrin bizim kitablardan gətirdikləri dəlilləri şərti olaraq,4 hissəyə ayırmaq olar.
1) Bariz yalan. Şeyx Muhəmməd adı ilə tanınan Hoca Nəsrullah əl Hindi deyir: “Onlar (şiələr) mövcud olmayan kitablardan səhabələri məzəmmət edən və şiələri tərifləyən rəvayyətlərə istinad edirlər.Bəzən onlar uydurma və yalan sözləri məşhur sünni kitablarına isnad edirlər.” (Nəsir əl Qifari “Usuluddin ində əimmətul ərba vahidətun” səh 77)
Sadə nümunə kimi onların sevimli hədisi.”Hər kim dövrünün imamını tanımadan ölərsə,o cahiliyyə ölümü kimi ölmüş olar.” Ayətullah Səid Fəqih Kamal İmani bu hədisi “Peyğəmbər və əhli beyt bağından güllər” kitabında (səh 218) hədis №400 olaraq nəql etmişdir.Bunu nəql edərkən o utanmadan rəvayyəti Buxarinin “Səhih” və Əhmədin “Müsnəd” kitablarına isnad etmişdir. Halbuki,bu mətnlə rəvayyət nə Buxarinin,nədə Əhmədin kitablarında mövcud deyil.Şeyx Albaninin dediyi kimi bu hədisin əsli yoxdur.
Saqaleyn hədisi. “Mən sizə iki qiymətli şeyi; Allahın kitabını və əhli beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız.” Bu hədisi bir çox şiə alimləri yalandan imam Muslimin “Səhih” kitabına isnad edirlər.Misal olaraq, Seyyid Muctəba Musəvi Lari Bakıda 1996-cı ildə nəşr olunan “İmamət” kitabında (səh 42) nəql etmiş və isnad olaraq, ”Səhih” kitabına işarə etmişdir.Halbuki,bu mətnlə hədis “Səhih” kitabında yoxdur.
Bu müəllif möminlərin əmiri Ömər ibn Xəttaba iftira ataraq yazır: “O,sübh namazında “namaz yuxudan daha xeyirlidir” deməyi əmr etmişdir.” (səh 52)

İmam Əbu Davud “Sünən” (№500, №501) kitabında Muhəmməd ibn Əbdulmalik ibn Əbu Məxzurədən o atasından,o da babasından Peyğəmbər (s.a.s)-in ona azanı öyrədərkən,sübh namazı azanında “namaz yuxudan daha xeyirlidir” deməyi əmr etdiyini nəql edir.

Həmçinin,imam Nəsai Əbu Məxzurədən rəvayyət edir: “Mən Peyğəmbər (s.a.s)-in müəzzini idim.Sübh namazı zamanı “xilas olmağa tələsin” sözlərindən sonra “namaz yuxudan daha xeyirlidir” oxuyardım.Allah Əkbər,Allahu Əkbər.Lə ilahə illəllah.” (“Sünən” №643)
Bu sözlərin azanda olmasını təsdiqləyən Bilaldan varid olan hədis də vardır.Bunu ibn Macə “Sünən” №715-də nəql etmişdir.

Musəvi Larinin kitabında biz daha bir yalan nümunəsi görə bilərik.O,yazır: “Tirmizinin “Səhih” kitabında deyilir: “Suriyadan olan bir adam Abdullah ibn Ömərdən müvəqqəti nigah haqqında soruşdu. Ibn Ömər dedi: “Bu haqqdır” Suriyalı dedi: “Məgər atan Ömər bundan bizi çəkindirməmişdi?” İbn Ömər dedi: “Əgər bunu Ömər qoymurdusa,Peyğəmbər (s.a.s) buna icazə vermişdi.Sən Ömərin sözlərinə görə sünnədən dönəcəksənmi?” (“İmamət” səh 52-53)


Bu rafizilərin növbəti yalan və hiylələrindən bir nümunədir.Oxucunun diqqətinə Tirmizinin “Sünən” kitabında olan hədisi təqdim edirəm.

Əbd ibn Humeyd - Yəqub ibn İbrahim ibn Sadd – atasından - Saleh ibn Keysandan - ibn Şihabdan - Səlim ibn Abdullah Suriyalı bir adamın ibn Ömərdən həcc və ümrənin eyni zamanda edilməsi (təməttu həcci) haqqında soruşduğunu nəql edir.



İbn Ömər dedi: ““Bu haqqdır” Suriyalı dedi: “Məgər atan Ömər bundan bizi çəkindirməmişdimi?” İbn Ömər dedi: “Əgər bunu Ömər qoymurdusa,Peyğəmbər (s.a.s) buna icazə vermişdi.Bu halda atamın göstərişinə tabe olacaqsan,yoxsa Peyğəmbər (s.a.s)-in?” Suriyalı dedi: “Əlbəttə Rəsullahın!” İbn Ömər dedi: “Peyğəmbər (s.a.s) belə edərdi.” (“Sünən” №824,Həcc bölümü)
Onların digər yalan növü budur ki,bəzən şiə vəya şiə meyilli müəlliflərin kitablarından sitatlar gətirərək,fəxrlə bu müəlliflərin “möhtərəm sünni alimləri” olduqlarını deyirlər.Onlar şiə tarixçisi Məsudi,mötəzili-şiə ibn Əbil Hədiddən sitatlar gətirirlər.

“Nəhcul bəlağa” kitabının Əhli Sünnə arasında mötəbər bir kitab olmasını iddia edən şiələrə də rast gəlmişik.Bu kitab guya möminləri əmiri Əli ibn Əbu Talibin xütbələri,məktubları və kəlamlarının toplandığı bir məcmuadır.Şiə müəllifi ər Razi bunu Əli ibn Əbu Talibin vəfatından təqribən 300 il sonra qələmə almışdır və bu kitabda siz müəllifi Əli (r.a) ilə bağlayan heç bir ravi silsiləsinə rast gəlməzsiz.

Onların adlarla bağlı oynadığı çirkin oyunu qeyd etmək yerinə düşərdi. İmam əd Dəhləvi və onun yoldaşları rafizilərin insanları dində azdırmaq üçün ad və künyələrlə bağlı hiylələrini anlayan ilk şəxslər olmuşlar.Onlar deyirlər: “Rafizilərin hiylələrindən biri də budur ki, onlar Əhli Sünnət nəzdində etibarlı alimlərin adlarına baxırlar və əgər eyni ada və ya ləqəbə sahib olan şiə alimləri varsa həmin şiənin rəvayyət etdiyi hədisi o alimə nisbət edərlər. Əhli Sünnətdən bu barədə xəbərsiz olanlar elə düşünürlər ki, bu adam öz imamlarından bir imamdır.Buna görə də sözünü diqqətə alır və rəvayyətinə əsaslanırlar.əs-Suddi buna misaldır.Çünki, bu adda iki nəfər var. Onlardan biri əs-Suddi əl-Kəbir,ikincisi isə əs-Suddi əs-Sağirdir. əl-Kəbir (İsmail ibn Əbdurrahmən Suddi) Əhli Sünnətin etibarlı alimlərindən biridir, əs-Sağir (Muhəmməd ibn Mərvan Suddi) isə rəvayyət uyduran və yalan danışanlardan biridir və o, ifrata varmış bir rafizidir. Həmçinin, Abdullah bin Quteybə ifrata varmış bir rafizidir, Abdullah bin Muslim bin Quteybə (Əbu Muhəmməd Abdullah ibn Muslim ibn Quteybə öl.276) isə Əhli-sünnətin etibarlı alimlərindən biridir və “əl-Məarif” adlandırdığı bir kitab yazmışdır, həmin rafizi də bir kitab yazaraq (sünniləri) azdırmaq qəsdi ilə kitabını “əl-Məarif” adlandırmışdır.(Nasir əl Qifari “Usuluddin ində əimmətul ərba vahidətun” səh 69-70)
Şiələr ibn Quteybənin “İmamət və siyasət” kitabına tez-tez istinad edirlər. “Bu kitab müsəlmanların imamına deyil, şiə olan ibn Quteybəyə aiddir” (“Usuluddin ində əimmətul ərba vahidətun” səh 72-73)
Bundan bəlkə də daha çox imam Təbəri əziyyət çəkmişdir.Eyni dövr və eyni məkanda bu adda iki adam mövcud idi.Muhamməd bin Cərir bin Rustum ət-Tabəri rafizi və müsəlmanların imamı Muhəmməd ibn Cərir ibn Yezid ət Təbəri.

Onlar həmçinin,bənzər ad və künyələri olan sünnə alimlərindən hiylə məqsədi ilə də istifadə edirlər. Nümunə üçün ibn Hacər.Bu ad çəkildikdə ağla ilk öncə ibn Hacər əl Əsqalani gəlir.Şiə kitablarında belə bir ifadəyə rast gəlmək olur.”İbn Hacər nəql edib və rəvayyəti səhih görüb.” Halbuki,söhbət heç də əl Əsqalanidən deyil,”Səvaiq əl muhriqa”nın müəllifi olan ibn Hacər əl Heytəmidən gedir.Bu alim onun adaşı kimi şübhəsiz ki,hədis sahəsində mütəxəssis deyildi.

Belə hiyləni onlar imam Təbərinin misalında da tətbiq edirlər.Onlar ət Təbəri adını yazmaqla oxucuda elə təəsürat yaratmaq istəyirlər ki,söhbər məşhur təfsir alimi Əbu Cəfər Muhəmməd ibn Cərir ət Təbəridən gedir.Halbuki,qəsd olunan “Zəhair əl uqbə” kitabının müəllifi Muhibbə ət Təbəridir.

2) İxtisarlı sitat gətirmə.
Nümunə olaraq, “Mən hikmət evi,Əli isə onun qapısıdır” hədisi. Bu hədis Tirmizinin kitabındadır.Siz adətən şiələrin bu kitaba,amma müəllifin öz rəyinə müraciət etmədiyini görərsiz. Halbuki,o yazır: “Bu rəvayət qərib və münkərdir.” (“Sünən” №3723)

Vəya onların imam Heysəminin “Məcməu zəvaid” kitabına istinadı.Əgər şiə bu kitaba istinad edib,müəllifin rəyini gətirmirsə,bu o deməkdir ki,müəllif rəvayyəti 99% zəif hesab etmişdir.

Həmçinin,istinadların çoxsaylı olması üçün onlar kitablarında ilk öncə Təbəraniyə,sonra isə Heysəminin kitabına yer verirlər.Halbuki,Heysəminin kitabı Təbərani və digər hədis alimlərinin kitablarından götürülmüş hədislərin toplandığı məcmuadır.

Biz həmçinin,şiələrin ibn Macənin “Sünən” kitabında keçən bu hədisi gətirdiklərinin şahidi oluruq: “Ümmətimin ən yaxşı hakimi Əlidir.”

Siz bu hədisi tam olaraq,gətirən şiəyə rast gəlmərsiz.Peyğəmbər (s.a.s) buyurub: “Mənim ümmətimdə ümmətimə qarşı ən mərhəmətli olan Əbu Bəkr,dində ən ciddi və sərt olanı isə Ömərdir.Ən dürüstü Osman,ən yaxşı hakimi isə Əli ibn Əbu Talibdir.Allahın kitabının ən yaxşı oxuyucusu Ubeyy ibn Kəbb,halal və haramı ən yaxşı biləni isə Muaz ibn Cəbəldir.İrs və miras məsələlərini isə hamıdan daha yaxşı Zeyd ibn Sabit bilir.Diqqət! Hər ümmətin bir “əmini” olmuşdur.Bu ümmətin əmini isə Əbu Ubeydə ibn əl Cərrahdır.” (İbn Macə “Sünən” №154)
Səhabələrə qarşı olan kin onların gözünü və ağlını örtür.

3) İkinci dərəcəli və olduqca zəif mənbələrin istifadə oluması.
Öz fikirlərini təsdiq və isbat etmək üçün şiələr “Lüğət” kitablarından tutmuş, ”Firhistlər”ə kimi istənilən hər şeyə istinad edə bilərlər.Onlar adətən “Kənzul Ummal” kitabına istinad edirlər.Bu kitab sadəcə hədis fihristidir ki,burada rəvayyətlər sənədsiz olaraq nəql olunur və kitab zəif və uydurma hədislərlə doludur. Onlar Həsqaninin “Şəvahid ət tənzil” kitabına istinad edirlər.Bu kitabın ravi silsilələrinə nəzər saldıqda demək olar ki,kitab yalnız zəif,məchul və yalançı raviləri tanımaq üçün bələdçi rolunu oynaya bilər.

Həmçinin,şiələrin istinad etdiyi mənbələr arasında imam Zəhəbinin “Mizanul itidal” kitabına və ibn Hacər əl Əsqalaninin “Lisanul mizan” kitabına rast gəlmək olar.Bu iki kitab zəif,yalançı və məchul ravilərin əlifba sırasına görə toplandığı “lüğət”dir. Bu kitab ravinin adı,onun haqqında rical alimlərinin fikri qeyd edilməklə (zəif,məchul,yalançı olması və s.) tərtib olunmuşdur.Daha sonra müəllif nümunə olaraq,bu ravidən nəql olunan hədisi qeyd edir.

Öz-özlüyündə belə hədislər şiələrdən başqa heç kim üçün dəlil ola bilməzlər.Onların Suyutinin “Ləal məsnua” kitabından dəlil gətirdiyinə şahid olmaq olar.Halbuki,bu kitabda müəllif zəif və uydurma rəvayyətləri toplamış və mətnlərdə, ravi silsilələrində olan qüsurları açıqlamışdır.

4) Zəif və uydurma rəvayyətlərə istinad.


Əmir əş Şabi deyir: “Bu ümmətdə Əli haqqında uydurulan yalanlar qədər heç kəs baradə yalan uydurulmamışdır.”(”Fəvaid əl məcmua” səh 148, №187)

Zəif rəvayyətlərə misal çox gətirmək olar.Lakin,bəzilərini qeyd etmək mümkündür. “Mən elmin şəhəri,Əli isə onun qapısıdır”, “Mənim Əhli beytim Nuhun gəmisi kimidir”, “Kim mənim kimi yaşayıb,mənim kimi ölmək istəyirsə....”, “Əliyə baxmaq ibadətdir.”,”Əli ən xeyirli məxluqdur” və s.



Şiə mənbələrinin səhihliyi baradə.
Hər din,hər firqənin özünün mənbələri vardır.Quran baradə olan fəsildə şiə alimlərinin Allahın kitabı baradə olan fikirləri ilə tanış olmuşduq.İndi isə şiə kitablarının mötəbərliyi haqqında bəhs edək.

1) Nəcaşinin “Rical” kitabı

Bu kitab şeyx Əbul Abbas Əhməd ibn Əli ibn Əhməd ibn əl Abbas ən Nəcaşiyə aiddir.Daha doğrusu ona isnad edilir.Bu alim hicri 372-450 illər arasında yaşamışdır və bu kitab şiə raviləri haqqında mövcud olan əsas mənbədir.

Bu kitabın 404-cü səhifəsində 1070 nömrəli haşiyədə ravi Əbu Yalə Muhəmməd ibn Həsən ibn Həmzə əl Cəfərinin bioqrafiyasına yer verilir.Bütün bunlarla yanaşı bu ravinin 463-cü ildə vəfat etdiyi bildirilir.

Bizim iki yolumuz var.Müəllifin 450-cı ildə vəfat etdiyini nəzərə alaraq,ya deməliyik ki,kitab onun tərəfindən yazılmayıb,ya da onun 13 il sonra qəbirdən qalxıb,bu ravinin bioqrafiyasını yazdığını deməliyik.



  1. Şeyx Mufidin “Xəsais” kitabı.

20-ci əsrin ən böyük şiə alimlərindən olan Əbulqasim əl Xoyi “Mucəm ər rical” (№4761) kitabında bu kitabın şeyx Mufidə aid olmadığını qeyd edir.





  1. Tövhid əl Mufəddəl”

“Ənsarian” tərəfindən nəşr olunan kitabın müqəddiməsində deyilir: “İmam Cəfər əs Sadiqin nəql etdiyi “əl Mufəddəl” kitabı.”

Şiə rical alimlərindən olan ibn Qadiri “Duafa” kitabında yazır: “2-10. əl Mufəddəl ibn Ömər əl Cufi Əbu Abdullah.Zəifdir....onun rəvayyətlərini yazmaq caiz deyil.O,imam Cəfərdən və imam Əbul Həsəndən nəqllər etmişdir.”

Digər rical alimləri ibn Davud əl Hilli də bu ravinin zəif və rəvayyətlərinin dolaşıq olmasını qeyd etmişdir. (“Rical” №512,səh 280)

4) Suleym ibn Qeys əl Hilalinin kitabı.
Bu kitab guya Əli ibn Əbu Talibin səhabələrindən birinə məxsusdur və tez-tez onlar tərəfindən oradan sitatlar gətirilir.

İbn Qadiri “Duafa”kitabında Suleymin bioqrafiyasında yazır: “Bizim əshabımız deyirdilər ki,Suleym məchuldur və heç bir rəvayyətdə adı keçmir..... Ona isnad edilən kitab uydurmadır və bunda heç bir şübhə yoxdur.”

İbn Muttəhər əl Hilli “Xulasət” (№3,səh 325) kitabında Əbban ibn Əbu Əyaşın bioqrafiyyasında ilk öncə bu ravinin olduqca zəif olmasını qeyd edir,daha sonra yazır: “Bizim əshabımız Suleym ibn Qeysin kitabının onun tərəfindən uydurulduğunu söyləmişlər.”

5) “Nəhcul bəlağa”


Bu kitab Səid ər Razinin qələminin məhsuludur.Orada müəllif möminlərin əmiri Əli ibn Əbu Talibin xütbə,məktub və kəlamlarını toplamışdır.Razi bu kitabını hicri 400-cü ildə tamamlamışdır.Əli (r.a) hicri 40-cı ildə şəhid olmuşdur.Müəllif ilə imam Əli arasında 360 il vaxt məsafəsi olmasına baxmayaraq,bu kitabda siz heç bir ravi silsiləsinə rast gəlmərsiz ki,müəllifi imam Əli ilə əlaqələndirsin. Lakin, bununla belə bu kitab imamilərin ən mötəbər mənbələrindəndir ki,onlar ən birinci bu kitaba istinad edirlər.Müasir şiələrə görə bu kitab Qurandan sonra ən səhih və mötəbər kitabdır.Onlar ehtiram əlaməti olaraq,bu kitabı “Quranın doğma qardaşı” adlandırırlar.

Əgər şiələr nəzdində mötəbərliyinə görə ilk üç kitabı qeyd etməli olsaq, alimlərinin bu məsələ baradə dediklərini yazmaq yerinə düşərdi:



Kafi” kitabı Quran və “Nəhcul bəlağa”dan sonra şiələrin ən mötəbər kitabıdır.” (Məkarim Şirazi və Cəfər Sübhani “Şəri suallara cavablar”səh 261,2005-ci il,azəri dilində)
Yəni, birinci yerdə Quran,sonra Razinin kitabı,daha sonra isə Kuleyninin “Kafi” kitabı gəlir.Müasir şiə alimləri arasında “Nəhcul bəlağa” kitabına ən doğru və real qiyməti Ayətullah Fədlullah verir.Şiə dini çevrələri üçün baş ağrısı olan bu alim “Nəhcul bəlağa” haqqında ona verilən suala saytında belə cavab vermişdi: “Bu kitab bütünlüklə imam Əliyə nisbət edilə bilməz.”
Aşağıda Elmir Quliyevin bu kitab haqqında verilən suala yazdığı cavab təqdim olunur:
Nəhcul bəlağa” kitabı – imam Əliyə (Allah ondan razı olsun) nisbət edilən xütbə,məktub və kəlamların toplandığı məcmuadır.O,üç hissədən ibarətdir.Birinci hissədə müxtəlif dini məsələlər və tarixi hadisələr haqqında xütbələr toplanmışdır.İkinci hissə məktub,əmr və müraciətlərdən ibarətdir.Üçüncü hissə isə müxtəlif mövzuda olan müdrik kəlamlardan ibarətdir.

Şiə alimlərinin qeyd etdiklərinə görə “Nəhcul Bəlağa” kitabını Əli ibn Əbu Talibin nəslindən olan Muhəmməd ibn Hüseyn ər Razi qələmə almışdır.

Lakin,heç də bütün alimər bununla razılaşmırlar.”Şəzarat əz zəhəb” əsərində deyilir: “İnsanlar bu kitabın kim tərəfindən qələmə alınmasında fərqli fikirlər söyləyirlər.Əli ibn Hüseyn əl Murtəza,yoxsa onun qardaşı ər Razinin müəllif olması qeyd olunur.Bu kitabda olan ifadələrin imam Əliyə aid olmayıb,sonrdan kitabı tərtib edənlər tərəfindən ona nisbət edilməsini deyənlər də vardır.Daha doğrusunu isə Allah bilir.”

Bənzər fikirlər şeyx əl Yəfainin “Mirat əl cinan” kitabında da qeyd olunur.Sünni alimlərin əksəriyyəti kitabın müəllifinin Əli ibn Hüseyn olması rəyini dəstəkləmişlər.Hər iki qardaş Peyğəmbər (s.a.s)-in və Əli ibn Əbu Talibin soyundan gəlirlər.Onların fəziləti,şeyxləri,şeirləri və fikirləri haqqında Xətibin “Tarix Bağdad”, Zəhəbinin “Tarix əl İslam”, Səfədinin “əl Vafi bil vəfayat”və onlarla tarix kitablarında qeydlər vardır.
ər Razi adı ilə tanınan Əbul Həsən Muhəmməd ibn Hüseyn əl Musəvi (359-406) öz dövründə Qüreyş arasında ən istedadlı şairlərdən hesab olnurdu. Ərəb qramatikası,ərəb dili və Quran elmləri haqqında risalələr yazmışdır.O,on yaşından şeirlər yazmağa başladı və onun şeir divanı dörd cilddən ibarətdir.Tahir künyəli atası Əbu Əhməd əl Hüseyn sağlığında ona Əbu Talib soyunun “ağsaqqalı” ünvanını vermişdi.Bu vəzifə sahibi nəsil arasında olan münaqişələri həll etməli və Həcc qafiləsinə rəhbərlik etməli idi.

əl Murtəza adı ilə tanınan Əbulqasim Əli ibn Hüseyn əl Musəvi (355-436) müxtəlif sahələrdə biliklərə malik idi.Öz şeirləri və münaqişələrdə bacarığı ilə seçilirdi.Mötəzili fikirlərini müdafiə etmiş və bir sıra şiə əqidəsinə dair kitablar yazmışdır.Kiçik qardaşının vəfatından sonra Əbu Talib soyunun “ağsaqqalı” olmuşdur.Çoxları qeyd etmişlər ki,Əli ibn Hüseyn Quranın təhrifi baradə olan fikirləri dəstəkləməmişdir.Lakin,onun əsərlərində səhabələri təhqir edən məqamlar çoxdur.

əl Murtəzanın əsərlərini xarakterizə edən hafiz ibn Kəsir “əl Bidayə vən nihayə” (12/53) kitabında yazır: “İbn əl Cəuzi onun şiə fikirlərinə sahib olduğunu qeyd etmişdir.O,iddia edirdi ki,səcdə yalnız torpaq və ondan olan əşyalara olmalıdır.Xristian,yəhudi qadınla evlənmək,kitab əhlinin kəsdiyi ətləri yemək və kafirlər tərəfindən hazırlanan qidaları yeməyi haram hesab edirdi.O,hesab edirdi ki,boşanma iki şahidin iştirakı ilə qüvvəyə minə bilər və şərtli evlənmədə olan boşanmanı qeyri qanuni hesab edirdi.O,xxşam namazını gecə yarısına kimi qılmayanın qəza namazı qılmalı olduğunu və növbəti gün kəffarə orucu tutmalı olduğunu hesab edirdi.O,hesab edirdi ki,saçlarını kəsmiş qadın günahını “təsadüfi öldürmə” halında olduğu kimi yumalıdır.Hüzrdə yaxasını cıran isə “böhtan atmada” olduğu kimi kəffarə ödəməlidir.

O,həmçinin hesab edirdi ki,əgər kişi bilmədən evli qadınla evlənərsə,sədəqə olaraq beş dirhəm ödəməlidir və oğrunun barmaqlarının ucu kəsilir. İbn Cəuzi deyir ki,o bunu Əbulvəfa ibn Əqilin nüsxələrindən oxumuşdur.”
Nəhcul bəlağa” məcmuası Abbasi xəlifələrinin Buveyhilərin (334-467) hakimiyyəti altında olduğu zamanlar yazılmışdır.Onlar mötədil,mülayim şiə fikirlərinə sahib olmuşlar.”ət Tai lillah” adı ilə tanınan Əbdulkərim ibn Fəzlin (363- 381) zamanında isə xəlifənin nüfuzu olduqca aşağı idi. O zamanlar ələvilər yüksək mövqelərə sahib idilər və açıq şəkildə səhabələri və ilk üç xəlifəni təhqir edirdilər ki,bu da öz növbəsində sünnilərlə şiələr arasında toqquşmalara səbəb olurdu.Belə fikirlərdən bəziləri “Nəhcul bəlağa” kitabında yer almışdır.

Bu əsərin qısa xarakteristikasına Əhli Sünnə alimlərinin kitablarında yer verilmişdir.Şəmsəddin əz Zəhəbi “Siyər aləm ən nubalə” (17/589)-də qeyd edir ki,”Nəhcul bəlağa” imam Əliyə nisbət edilir.Lakin,orada isnadlar mövcud deyil.Bu rəvayyətlərin arasında yalan və doğru xəbərlər də vardır.Həmçinin,orada imamın demədiyi uydurma rəvayyətlər də vardır.
İbn Teymiyyə “Minhəc əs sünnə ən nəbəviyyə” (7/86-87)-də yazır: “Alimlər bilir ki,bu kitabda olan xütbə və kəlamların çoxu imam Əliyə yalandan nisbət edilir.Ona görə ki, onların çoxu öncəki əsərlərdə mövcud deyil və bunların isnadı məlum deyil.Müəllif bunları haradan götürüb?Bu ifadələr özünü Ələvi və Abbasi adlandıranın sözlərinə bənzəyir.Bunların yalan olması aşkardır.

İnsanın soyunun bəlli olması üçün onun əcdadlarının hansı soydan gəlməsi məlum olmalıdır.Bu qayda həmçinin, ifadələrə də aiddir.Onların kimdən eşidilib,kim tərəfindən nəql olunması məlum olmalıdır.Əgər kimsə Peyğəmbər (s.a.s),Əbu Bəkr,Ömər,Osman,Əli və s. səhabələrin sözlərinin toplandığı bir kitab yazarsa və orada olan ifadələr,rəvayyətlər öncələri nəql olunmayan və məlum olmayan isnadsız xəbərlər olarsa,biz qəti olaraq əmin olacağıq ki,bu kitabın əsası yoxdur.Bu kitabda elə ifadələr var ki, onlar Əlidən varid olmuş digər sözlərə ziddir.Belə halda bunun yalan olmasını isbat etməyə ehtiyyac yoxdur.Sadəcə xəbərin isnadını tələb etmək yetərlidir.Allah dəlil və isbatı olmayan məsələlərə insanların inanmasını əmr etməmişdir....”
Digər yerdə (8/55-56) ibn Teymiyyə yazır: “Nəhcul bəlağa” sahibinin kitabında daxil etdiyi xütbələrin əksəriyyəti Əliyə qarşı yalanlardır.Əli (Allah ondan razı olsun) bu cür sözləri dilinə gətirməkdən çox uca və çox dəyərlidir.Lakin, bu insanlar yalanlar uydurdular və zənn etdilər ki, bu sözlər tərif, mədhdir.Lakin, onlar nə doğru, nə də mədhdir....Həmçinin, Əlinin sözlərində rast gəlinən doğru mənalara digərlərinin də sözlərində rast gəlmək mümkündür. Lakin, “Nəhcul bəlağa” sahibi və onun bənzərləri insanların söylədiyi bir çox şeyləri götürüb Əlinin sözləri etdilər. Orada Əlidən rəvayyət olunan bəzi kəlimələr var.Bəzi doğru sözlər də var ki,Əli onları söyləmiş olsaydı bunları söyləmək onun üçün münasib olardı. Lakin, faktiki olaraq bunlar başqalarının sözləridir. Belə ki, əl-Hafizin müəllifi olduğu “Kəlam əl-Bəyan vəl Təbyin” və digər kitablarda Əlinin deyil,başqa insanların söylədiyi sözlər var və Nəhcul bəlağənin sahibi bunları Əliyə nisbət etmişdir. “Nəhcul bəlağa”də nəql olunan bu xütbələr həqiqətən də Əli tərəfindən söylənilmiş olsa idi, bunlara bu kitab təsnif olunmamışdan əvvəl olan digər kitablarda da rast gəlmək olardı və bunlar Əlidən isnadlarla və digər şəkildə rəvayyət olunardı. Rəvayətlərin təhqiqində dərin elmə malik olan kəslərə məlumdur ki, bu xütbələrin çoxu əslində əksəriyyəti bundan əvvəl məlum olmamışdır.Ona görə də belə nəticəyə gəlmək olar ki, onlar uydurmadır. Ona görə də, rəvayyətçi onların hansı kitablarda qeyd olunduğunu bildirməlidir. Bunları Əlidən kim rəvayyət etmişdir və isnadları nədir? Əks halda istənilən bir kəs bir söz söyləyə və bunun Əli tərəfindən deyildiyini iddia edə bilər (Bu cür etməkdən, yəni boş iddia etməkdən heç kəs aciz deyil).”

“Nəhcul bəlağa” kitabı ilə yaxından tanış olanda orada bir çox xəbərlərin Quran və səhih sünnə ilə ziddiyyət təşkil etdiyinin şahidi olursan.Əli ibn Əbu Talibə nisbət edilən bir çox xütbələr onun təvəzökar əxlaqı ilə uzlaşmayan digər səhabələrə tən,özünü tərifləmə kimi hallarla doludur. Maraqlıdır ki,bir çox xütbə və kəlamlar şiələrin Əli ibn Əbu Talibin imaməti, “məsumluq”həmçinin səhabələrin,xüsusi ilə də üç xəlifənin yaxşılıqla anınması məqamları, şiələrin əqidəsinə tamamilə ziddir.



Biz sadəcə bir neçə nümunə qeyd edəcəyik. İmam Əli Ənsarın mədhində buyurmuşdur: “Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış (və ya bir yaşı olan) at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.” (457-ci kəlam)
Əli (r.a) deyir: “Mən Muhəmməd (s.a.s)-in səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm.Onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular. (Gah alınlarını, gah da üzlərini torpağa qoyardılar.) Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar (iztirablı və narahat idilər). Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi (qabar bağlamış) idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər. “ (xütbə 96)
Ömər ibn Xəttab Əli ibn Əbu Talibdən farslara qarşı müharibəyə getmək baradə məsləhət soruşduqda, ona demişdi: “Bu işə yardım və ya onu xar etmək azlıq və çoxluğu ilə olmamışdır.O, Allahın dinidir ki, onu qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz. Ərəblər bu gün az olsalar da, İslam dininə görə çoxdurlar. Birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi ol. Dəyirmanını ərəblərin vasitəsilə fırlat. Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki, sən bu torpaqdan bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq. İranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. Onu aradan götürsəniz, rahatlıq taparsınız. Bu düşüncə onların sənə olan hərisliyini və səni tamahını daha da artırar. İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, biz bundan əvvəl qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük.” (xütbə 146)
İmam Əli (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında buyurmuşdur: (Əbu Bəkrdən sonra) bir vali xalqa hakim oldu (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini) bərpa etdimüqavimət göstərdi (hamıya hakim oldu), nəhayət, (dəvə istirahət edəndə boynunun qabağını yerə qoyub sakitləşdiyi kimi) din qərar tutdu.” (459-cu kəlam)
Əli ibn Əbu Talib Osmana deyir: “Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi də eşitmisən, sən də Allahın elçisinin (s.a.s.) səhabələrindən olmusan. Nə ibn Əbu Quhafə (Əbu Bəkr) nə də İbn Xəttab haqq işində səndən irəli deyillər.Sən Allahın elçisinin (s.a.s) atasına, qan qohumluğuna görə onların hər ikisindən də yaxınsan. Sən onun o biri iki kürəkəninin nail olmadığına nail olmusan.” (xütbə 163)
Gətirilən sitatlar Quran və Peyğəmbər (s.a.s)-in sünnəsi ilə təsdiqlənir.Belə ki,Uca Allah Quranda buyurur:
Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.” (Fəth 29)
Həşr surəsinin 8-9 ayələrində Uca Allah mühacir və ənsarların ünvanına təriflər buyurur.Sonra isə növbəti ayədə müsəlmanlara iman gətirmiş sələfləri haqqında yalnız xeyir söyləyib,onlar üçün bağışlanma diləmələrini tövsiyyə edir.

Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətəndə, Sən Şəfqətlisən, Rəhmlisən!" (Həşr 10)


Bütün bunlar “Nəhcul Bəlağa”da guya səhabələrin Allah və Elçisinin əmrinə müxalif olaraq,Əli ibn Əbu Talibin əvəzinə öncə Əbu Bəkrə,sonra isə Ömərə beyət etmələri haqqında olan rəvayyətlərə ziddir.

Səhabələrin ünvanına yönələn yersiz ittihamların əsassız olduğunu bu kitabda olan 6-cı məktub da isbatlayır.

İmam Əli Müaviyəyə olan məktubunda yazır: Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər həmin yolla mənimlə beyət edərək əhd-peyman bağladılar. Odur ki, orada olanların ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da onu qəbul etməmək haqqı yoxdur. Məşvərət aparmaq Mühacirlərin və Ənsarın haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə eyb və nöqsan tapması səbəbindən və ya bidət nəticəsində onların əmrlərindən boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər onların göstərişlərini qəbul etməsə, onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah da onu üz tutduğu şeyin öhdəsinə buraxar.”

Daha bir misal Osmanın şəhid edilməsindən sonra insanların Əli ibn Əbu Talibin yanına gələrək,ondan xilafət vəzifəsini almağı istədikləri zaman onun dediyi sözlərdir:

Bilin ki, istədiyinizi qəbul etsəm, daha yaxşı bildiyimə uyub gedərəm, nə söyləyənin sözünə fikir verərəm, nə eyib tutanın sözünə qulaq asaram. Amma məndən əl çəksəniz, sizlərdən biriniz kimi olaram. Kimi iş başına gətirsəniz, kimi özünüzə qulluq sahibi etsəniz, o buyruğu sizdən daha artıq dinlərəm, əmrinə sizdən artıq uyaram. Mənim sizə vəzir olmağım, əmir olmağımdan daha xeyirlidir.” (“Nəhcul bəlağa”, xütbə 91)
Əgər Əli ibn Əbu Talib Allah və Onun elçisi tərəfindən xəlifə təyin olunmuş olsaydı və onun soyunun imaməti baradə əhdnamə olsaydı,o Allahın əmrindən çıxmaz və əmirlikdən boyun qaçırmazdı. Daha da önəmlisi,o insanların xilafəti təxrib edib,Allahın əhdini pozmalarına səssiz qala bilməzdi.
234-cü xütbədə Əli ibn Əbu Talib deyir: “Əgər siz İslamdan qeyrisinə sığınsanız (öz şücaətinizə, cəmiyyət və qohum-əqrabalarınızın çoxluğuna arxalanaraq onun hökmlərinə tabe olmayıb göstərişlərinə hörmətlə yanaşmasanız), kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar da olmayacaq ki, sizə kömək etsin.” (xütbə 234)
“Nəhcul Bəlağa”da olan çoxlu ziddiyyətlərə baxmayaraq,kitabda öncə də deyildiyi kimi əsas qüsur onda olan rəvayyətlərin etibarlı isnadlarının olmamasıdır.Daha sonrakı Seyyid Əbd əz Zəhra əl Hüseyni kimi tədqiqatçılar kitabın rəvayyətlərini Əli ibn Əbu Talibə qədər qaldırmağa çalışmışlar. Lakin,onlar əsasən bu rəvayyətlərin digər kitablarda tam vəya qısa şəkildə nəql olunmasını deməklə və isnadı qeyd etməməklə kifayətlənmişlər.Yalnız bəzi hallarda onlar daha qədim kitablarda olan bəzi rəvayyətlərin isnadını qeyd etmişlər.Lakin,bu isnadların çoxu etibarlı olmamaqla bərabər raviləri məchul insanlardır.

Qeyd etmək lazımdır ki,”Nəhcul bəlağa”da möminlərin əxlaqi keyfiyyətlərini təsvir edən və əqidəvi sualları əhatə edən onlarla müdrik kəlamlar vardır.Onların çoxunun mənası doğru və izahı gözəldir.Onlar ayə və hədislərlə öz təsdiqini tapır.Lakin, Əli ibn Əbu Talibin vəfatından 300 il sonra inandırıcı dəlillər olmadan ona nisbət edilmiş bu kəlamlar toplusunu müsəlmanların rəhbər tutduqları və inandıqları hədislər səviyyəsinə qaldırmaq olmaz.

Guya Allah və elçisinin əhdini pozan,səhabələri tən edən və imamət baradə olan kəlamlara gəldikdə isə bunlar həqiqətə uyğun deyil və bundan yüz illər ərzində müsəlmanları parçalamaq istəyən bəzi qruplar istifadə etmişlər.

Əli ibn Əbu Talibin dini mirasına gəldikdə isə ondan 586 hədis nəql olunmuşdur.Ondan oğulları Həsən,Hüseyn,Muhəmməd,həmçinin ibn Məsud,ibn Ömər,ibn Abbas,ibn Zübeyr,Əbu Musa əl Əşari,Zeyd ibn Ərkam,Əbu Səid əl Xudri,Cabir ibn Abdullah,Əbu Umamə,Əbu Hureyra və s.səhabələr hədislər almışlar.İmam Nəsai onun hədis və fəzilətlərini “Müsnəd Əli ibn Əbu Talib” kitabında toplamışdır.Bundan başqa bu şərəfli səhabənin çoxlu kəlamları,onun həyatının tarixi baradə olan rəvayyətlər mötəbər hədis,təfsir,rical və tarix kitablarında mövcuddur.Allah ondan razı olsun və qoy əməli saleh möminlərin qəlblərində ona qarşı olan məhəbbət daimi olsun.


6) Kuleyninin “Kafi” kitabı.
Əgər sünnilərdə Buxari və Muslim varsa,şiələrdə Kuleyninin “Kafi” kitabı vardır.

Əbdulhüseyn Musəvi yazır: Sünnə və rəvayyətləri özündə əhatə edən ən mötəbər mənbə “Kütubi-ərbəə”dir ki, indiyə kimi 12 imami şiələrin üsulid-din və firuid-dində dəlil və mənbələri sayılır. “Kütubi-ərbəə” mərhum Kuleyninin “Kafi”, Şeyx Tusinin “Təhzib” və “İstibsar”, mərhum Səduqun “Mən la yəhzuruhul-fəqih” kitablarından ibarətdir. Bu kitabların mötəbərliyində heç bir şəkk-şübhə yoxdur. Onların içərisində “Kafi” o birilərindən daha qədim və əzəmətlidir.Orada altı sünni hədis kitablarından daha çox olan 16199 hədis vardır.” (Məktub 110)


Birincisi,şərqşünas Hovardın “Kafi” kitabı haqqında yazdığı məqalədə Ağa Buzraq Tehranidən gətirdiyi sitatı qeyd etmək yerinə düşərdi.O,yazır: “Kafi” kitabında olan hədislərin sayı 15181 ədəddir.Əli Əkbər əl Qifarinin hesablamalarına görə isə 15176 ədədir.”

Bu deyilən rəqəmlər Əbdulhüseynin dedikləri ilə uyğun deyil.


Əbu Talib Təcli ət Təbrizi “Mucəm əl məhasin və əl məsami”(səh 17)-də yazır: “O, (Küleyni) kitabının müqəddiməsində hədislərin səhih olmasına işarə edərək,yazır: "Deyirəm ki,sən, (öz) nəzdində bütün dini elmlərinin fənnlərini özündə cəm edən,onunla öyrənənin və bilənin ona müraciət edərək, onunla kifayətlənməsini təşkil edən, ordan (istifadə edərək), sadiqlərdən rəvayyət edilən səhih rəvayyətlər ilə, dini elmləri və əməlləri götürməsi üçün, kifayət edici bir kitabın olmasını istəmisən.Mən ümid edirəm ki,bu kitab sənin istəklərinə cavab verəcəkdir."
Muhəmməd Mehdi əl Asifi “Tarix fiqh əhləl beyt” adlı məktubunda Küleyni haqqında belə yazır: “O,(Allah ona rəhmət etsin) kitabına imamlardan səhih hesab etdiyi hədisləri yazmışdır.” (Əli ət Təbətəbai (öl.1231) “Riyad əl məsail”c.1,səh 31)
“Kafi” kitabı özlüyündə üç hissəyə bölünür.

1) 8 kitabdan ibarət olan, şiəliyin dini təməl prinsiplərini özündə əks etdirən “Usul”

2) 26 kitabdan ibarət olan fiqhi məsələləri izah edən “Furu”

3) Sonuncu hissə “Ravda”


“Usuli Kafi” 3783 hədisdən ibarətdir.

Müasir dövrdə şiələrin sevimlisi olan Muhəmməd Dəccal Ticani Səmavi “Fəsalu əhləl zikr” (səh 34) kitabında yazır: “Misal olaraq,sənə bunu bilmək kifayət edər ki,onlara görə ən mötəbər kitab “Usulu Kafi”dir və onlar deyirlər ki,orada 1000 yalan hədis vardır.”


Yəni,ancaq şiələrin hesablamalarına görə kitabın təqribən 37 %-i yalan rəvayyətlərdən ibarətdir.Ticani öz sözləri ilə bunun şiələrin ümumi rəyi olduğunu etiraf etmişdir.

Musəvinin qeyd etdiyi kimi “Kafi” kitabı 4 hədis kitabı arasında ən mötəbər kitabdır.Əgər “Usulu Kafi”də 37 % yalan rəvayyət varsa,yerdə qalan üç kitab haqqında danışmağa dəyməz.




Vəhdət və yaxınlaşma baradə.
Şiəlik ilə yaxınlaşma fikrinə qarşı çıxanlar əbəs yerə danışmırlar.Doc.Mustafa əs Sibainin “əs Sunnətun nəbəviyyə” kitabında (səh 9) yazılanlara nəzər salaq: “
“1953-cü ildə Əbdulhüseyn Şərəfuddini Surda Amil dağındakı evində ziyarət etdim.Yanında bəzi şiə alimləri də var idi.Əhli Sünnət və Şiə məzhəbinin söz birliyi və vəhdət olmasının zərurətindən bəhs etdik.Bunun üçün də ilk növbədə hər iki qrupun alimlərinin bir-birini ziyarət etmələri və birliyə dəvət edən kitablar nəşr etmələri olduqlarını bəyan etdik. Əbdulhüseyn bu fikrə dəstək verir və buna inanırdı.Bu məqsədlə sünni və şiə alimləri arasında bir konfrans təşkil edilməsi qərara alındı.Əldə etdiyim nəticədən məmnun halda yanlarından ayrıldım.Daha sonra Beyrutda öndə gələn siyasətçi, tacir və ədəbiyyatçı olan şiələrlə bu məqsədlə görüşlər keçirdim.Lakin,o vaxt ki,şərtlər buna mane oldu.Az bir müddətdən sonra isə heyrətə qapıldım.Əbdulhüseyn Əbu Hureyrəni təhqir edən və ona ittihamlarla dolu olan bir kitabı çapa çıxarmışdı….”

Daha sonra Dr.Sibai yazır: “Əbdulhüseynin keçmişi unudub,yaxınlaşma məsələsində səmimi istəyinə kölgə salan bu davranışından,kitabındakı istifadə etdiyi sözlərdən dolayı təəcüblənmişdim.İndi də şiə alimlərindən bir qrupun yaxınlaşma dəvəti edib,belə davrandığını müşahidə edirəm.Bu yaxınlaşma dəvətinin İran,İraq kimi bölgələrdə şiə alimlərinin çoxluq təşkil etdiyi yerlərdə görmürük.Əvəzində onlar bu propaqandanı aktiv şəkildə sünnilərin yaşadığı ölkələrdə aparırlar.Yaxınlaşma propaqandasından məqsəd sanki,hər iki məzhəbin bir-birinə deyil,Əhli Sünnətin Şiə məzhəbinə yaxınlaşdırılmasıdır.”


Xülasə olaraq deyirik: Sünnilələ şiələr arasında yaxınlaşma mümkün deyil.Çünki,haqq ilə batil,küfr ilə iman,aydınlıq ilə qaranlıq bir araya gələ bilməz.Yuxarıda keçən mövzulardan da görüldüyü kimi Şiə alimləri vəhdətə nail olmaqla yalnız öz məzhəblərini cahil müsəlmanlar arasında yaymaq niyyəti güdürlər.Həmin bu şiə alimləri küfr,batil və xürafat dolu kitablarından vaz keçməmiş,hələ də onlara əsaslanırlar.Bunu üzə vurmamaq üçün də təqiyyədən eninə-boluna istifadə edirlər.

Allaha həmd sənalar olsun.Muhəmməd (s.a.s)-ə,onun əhlinə və səhabələrinə Allahın salamı və xeyir duası olsun.
Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin