" إن تسليم تواترها -يعني القراءات السبع- عن الوحي الإلهي، وكون الكل قد نزل به الروح الأمين يفضي إلى طرح الأخبار المستفيضة بل المتواترة الدالة بصريحها على وقوع التحريف في القرآن كلاماً ومادة وإعراباً، مع أن أصحابنا رضوان الله عليهم قد أطبقوا على صحتها والتصديق بها ". الأنوار النعمانية 2 / 357.
"Şübhəsiz ki,İlahi vəhydən onun yəni,yeddi qiraətin mütəvatir olmasına təslim olmaq, onların hamısının Ruhul Əmin (Cəbrayıl) vasitəsi ilə nazil olmasını, yayğın olan xəbərlərə görə, həm də sərahətən (açıq-aydın) mütəvatir olaraq dəlalət etməsinə görə,Quranın təhrif olması həm söz,həm maddə və həm də irab (qrammatik) olaraq baş vermişdir.Bununla belə,bizim əshabımız (alimlərimiz) bu xəbərlərin səhihliyinə və təsdiqinə müvafiq olmuşlar." ("Ənvərun-numaniyyə" 2/357; Təbriz)
Kuleyni “Kafi” kitabında imamdan nəql edir ki,Cəbrayıl tərəfindən Muhəmməd (s.a.s)-ə nazil olmuş Quranda 17 000 ayə var idi.Bu hədisi şərh edərkən Məclisi yazır:
" لا يخفى أن كثيراً من الأخبار الصحيحة صريحة في نقص القرآن وتغييره، وعندي أن الأخبار في هذا الباب متواترة معنى، وطرح جميعها يوجب رفع الاعتماد عليها رأساً. بل ظني أن الأخبار في هذا الباب لا يقصر عن أخبار الإمامة فكيف يثبتونها بالخبر " . مرآة العقول 12/ 525.
"Sarih, səhih olaraq gələn xəbərlərin çoxundan gizli deyildir ki, Quranda naqislik və dəyişiklik vardır. Mənim nəzdimdə bu babda (fəsildə) olan xəbərlər mənaca mütəvatir səviyyəsindədir və onların hamısı, başdan sona qədər ona (Qurana) etimadın qaldırılmasını vacib edir. Belə ki, mənim zənnimə görə bu babda (fəsildə) olan xəbərlər, heç də imamət barədə gələn xəbərlərdən az deyildir. Bəs, elə isə, xəbərin sabit olması necə təsbit edilir?" ("Miratul-uqul" 12/ 525; Tehran)
http://www.dhr12.com/?a=116&w=115
Şeyx Təbərsi "əl-Ihticac" kitabında yazır: “Təqiyyənin genişliyinə baxmayaraq ayələri təhrif edənlərin və artırma edənlərin adlarının açıqlanması caiz deyildir.Bu baradə sənin üçün eşitdiklərin yetərlidir.Çünki,təqiyyə şəriəti bundan daha artıq açıqlamağı qadağan etmişdir.Əks təqdirdə tədil,küfr əhli olanların dinimizə qarşı olan dəlilləri güclənmiş olacaqdır.Digər tərəfdən imamlar tərəfindən itaəti əmr edilmiş bu zahir elmin itməsi ehtimalı da vardır.Batil əhli həmişə haqq əhlindən daha çox olmuşdur.” ("Ihticac" c.1,səh 249 “əl Aləmi”nəşr. Beyrut)
Başqa yerdə o yazır: “Bu mənada Qurandan çıxarılan,təhrif edilən və dəyişdirilən hər şeyi açıqlayacaq olarsam mövzu çox uzanar.Həmçinin, təqiyyənin qadağan etdiyi övliyya fəzilətləri və düşmənlərin tədbirləri də ortaya çıxmış olar.” (Təbərsi "əl-Ihticac",c.1 səh 254,“əl Aləmi” nəş.Beyrut)
Sultan Əli Şah ləqəbli Şeyx Hacı Sultan Muhəmməd əl Cənabəzi “Bəyanus səadə fi məqamətil ibadə” kitabında yazır:
“Bunu bil ki,pak imamlardan Quranda artırma,azaltma,təhrif və dəyişdirmə olduğu baradə çoxlu sayda xəbərlər varid olmuşdur.Belə ki,bu xəbərlərdən bəzilərinin onlardan varid olmasında heç bir şübhə yoxdur.Artırma,azaltma və dəyişdirmənin Quranın ləfzində deyil,onun idrakında olması mövzusu hər kəs tərəfindən edilən məcburi bir təvildir.Bu kamil kimsələr tərəfindən avama edilən xitabda uyğun olmayan bir təvildir.Peyğəmbər (s.a.s)-in zamanında əshabın yanında Quranın cəm edilmiş olması,əzbərlənməsi,qiraət edilməsi və beləliklə təhrifdən uzaq olması iddialarına cavab olaraq deyirik: “Quranın cəm edilməsi fikri qəbul edilə bilməz.Çünki,Quran Peyğəmbər (s.a.s)-in vəfatına qədər hissə-hissə nazil olurdu.Peyğəmbər (s.a.s)-in vəfatından sonra səhabənin və Əlinin cəm işini görmələri xəbərləri inkar olunmazdır. Səhabənin Quranı hifz və tədris etmələri ancaq əllərində olanlar ilə məhdudlaşır. Quranın qiraəti və hifz olunması isə cəm işi bitdikdən sonra vüsət almışdır.Quranın qorunmasına dair səbəblər olduğu kimi,münafiqlər üçün də təhrif olunmaq üçün səbəblər olmuşdur.” (“Bəyanus səadə fi məqamətil ibadə” c.1,səh 19-20 Aləmi” nəş. Beyrut,hic.1408 il)
Hindli alim Əhməd Sultan yazır: “Quranda təhrifin olduğunu rədd edənlərin bu mövqeləri təqiyyədən başqa bir şeyə dayanmır.”(“Təshiful katibin”səh 18)
Əllamə məşhur mühəddis Yusif əl Bəhrani “əd Durarun Nəcəfiyyə” kitabında təhrifə dəlalət edən rəvayyətləri qeyd etdikdən sonra yazır:
“Seçimimiz olan rəy və bu rəyin səhihliyinə dəlalət edən sübutlar açıq aşkardır.Çox sayda və geniş yayılmış bu xəbərlərə şübhə edilərsə,şəriətin bütün xəbərlərinə şübhə etmək və dil uzatmaq mümkün hala gələ bilər.Çünki,ağıllar eynidir.Həmçinin, sənədlər,ravilər,şeyxlər və nəql edənlər də eynidir.Həyatıma and olsun ki,müshəfdə təhrif və dəyişdirmənin olmadığını söyləmək zülm rəhbərlərinə hüsnü zənn etmək və digər əmanətlərə xəyanətlərinə bəraət qazandırmaq deməkdir.” (“əd Durarun Nəcəfiyyə”,səh 298; “Muəssisətu əhləl beyt” nəşr.)
Əllamə Hacı Mirzə Həbibullah əl Haşimi əl Xoyi kitabında yazır: “İmam Əli təqiyyə səbəbi ilə Qiyamət günü təhrifçilər və dəyişdirənlər əleyhinə bir hüccət olsun deyə öz xəlifəliyi zamanı Quranı izhar etməmişdi.” (“Minhəcul bərəa fi şərhi Nəhcil Bəlağa” c.2,səh 214-220 “Muəssisətu Vəfa”nəş.Beyrut)
Həmçinin, eyni yerdə yazır: “İmamlar insanların ixtilafa və küfrə dönmələrindən ehtiyyat edərək səhih olan Quranı ortaya çıxarmamışlardı.”
Quranın təhrif edildiyi haqqında şiə alimlərinin bəzi açıqlamaları bunlardır.Təhrif iddiası deyildiyi kimi şiə məzhəbinin zərurətlərindəndir.Qədim və sonrakı alimlər bu iddianın təsdiqi üçün kitablar qələmə almışdılar.Bu mövzu baradə kitab yazan sonuncu alimləri və elm dəryaları alim, zahid, abid, fəqih,mühəddis olan şeyx Mirzə Hüseyn ibn Muhəmməd Təqi ən Nuri ət Təbərsidir.Bu alim Quranın təhrif olunmasını sübut etmək üçün müstəqil bir kitab yazmış və bu kitabda nəql etdiyi iki minə yaxın rəvayyətə əsasən iddiasını isbat etməyə çalışmışdır.
Kitabın müqəddiməsində o yazır: “Günahkar qul Hüseyn ibn Muhəmməd Təqi ən Nuri ət Təbərsini Allah qapısında dayanan,onun kitabına tabe olanlardan etsin.Şübhəsiz ki, bu kitab əzəmətli və möhtərəm kitabdır ki,bunu mən Quranın təhrif olunmasını və zəlalət və zülm əhlini ifşa və sübut etmək üçün yazdım.Mən bu kitaba “Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab” “Aləmlərin Rəbbinin kitabının təhrif olunması haqqda yekun söz” adını verdim.”
Müəllif (səh 211) təhrif olunmamağa dair dəlillərə toxunarkən yazır: “Bəzi yerlərdə ki,bəlağat və fəsahat möcüzəlik həddinə çıxarkən,bəzi yerlərdə isə çox səviyyəsizdir.”
Şiələr tərəfindən “son mühəddis” ünvanı verilmiş,kitabı şiə məzhəbinin 8 əsas kitablarından biri olan “Mustədrəkul Vəsail” müəllifi olan Nuri Təbərsi belə şəxsiyyətdir.
Xomeyni onun haqqında yazır: “Mövla,alim,zahid,abid,fəqih,mühəddis Mirzə Hüseyn ən Nuri Nurullah “əş Şərif”-də dəfn olunub.” (“Ərbainə hadisən”səh 24,”Darul təaruf” nəş.)
Ağa Bəzrək Tehrani deyir: “Şeyx Mirzə Hüseyn ibn Muhəmməd Təqi ən Nuri ət Təbərsi son əsrlərin hədis və rical imamlarının imamıdır.Dövrünün böyük İslam və şiənin öndə gələn elm adamlarındandır....Şeyx Nuri Təbərsi bu əsrdə nadir rastlanan Sələfi saleh nümunələrindən biridir.Bənzərsiz bir dühaya sahibdir və Allah Təalanın ayələrindən biridir.Ona böyük kəramətlər verilmişdir.Bunun sayəsində o ömrünü dinə və məzhəbə xidmətlə keçirmiş şiənin öndər alimləri sırasına girmişdir.Əsərləndən bəzisi “Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab” “Aləmlərin Rəbbinin kitabının təhrif olunması haqqda yekun söz” kitabıdır.” (“Nuqabəul bəşər”c.2,səh 543,545,549,550)
Həmçinin,Ayətullah Muhsin əl Əmin,Abbas əl Qummi və s.alimlər də onun ünvanına kitablarında təriflər demişlər.
Bu siyahını çox uzatmaq olar.Daha ətraflı maraqlanmaq istəyənlər şəhid İhsan İlahi Zahirin yazdığı “Şiə və Quran” kitabına müraciət edə bilərlər. Yekun olaraq,şiəlik Quranın təhrif olunduğuna etiqad edir.Qurana dil uzadan ravi və alimlərinə təriflər deyir,onlara rəhmət oxuyurlar.Əhli Sünnət qarşısında təhrifi inkar edirmiş kimi görsənmələri hiylə edərək söz oyunu oynamaq,yalan deməyi mübah qılan aldatma və təqiyyədən başqa bir şey deyildir.Əks halda,təhrifi iddia edən alimlərinə rəhmət oxuyub,onları tərifləməzdilər.
Buna ən böyük misal Əbul Qasim əl Xoyinin “Bəyan fi təfsirul Quran” (səh 278)-da dediyi bu sözlərdir.O yazır: “Quranın təhrif olunduğunu bildirən hədis xürafat və xəyaldır.Ağlı dayaz olan adamdan başqası belə bir şey deyə bilməz....İnsaflı və düşüncəli ağıl isə bunun batil və xürafat olduğuna şübhə etməz.”
Kuleyni,Qummi,Təbərsi,Məclisi,Nuri,Fəttuni,Mufid və s.adamlar ağılları dayaz olan kimsələrdir?!
əl Xoyinin dediyini təsdiq edəcəyik,yoxsa bu sözün müxaliflərə qarşı yalan deməyi mübah hesab edən təqiyyə işlətdiyinə hökm edəcəyik?
Xoyinin Quranla bağlı mövqeyi baradə aşağıdakıları qeyd etmək yerinə düşərdi.
-
əl Xoyi Qurana dil uzadan Əli ibn İbrahim Qummiyə “Mucəm ricalil hədis” kitabında təşviq edir.
-
Həmin bu əl Xoyi “Qüreyşin iki bütü” duasına fətva verənlərdən biridir.Bu duada Əbu Bəkr və Öməri Quranı təhrif etməkdə ittiham edən iki sətir vardır.Bunlardan biri “Qureyşdən sənin əmrinə qarşı gələn, vəhyini inkar edən,nemətlərini rədd edən,elçinə üsyan edən,dinini,kitabını təhrif edən,düşmənlərinlə dostluq edən,dostlarına düşmənçilik edən,ölkələri xaraba edib,qullarını pərişan edən iki bütünə,iki cibtinə,iki tağutuna və iki qızına lənət et.” İkinci yerdə isə Allahım! Təhrif etdikləri hər ayə...səbəbi ilə onlara lənət elə!” yazılır.
-
“əl Bəyan” təfsirində (səh 243) o yazır: “Əmirəlmömininin fərqli bir surə sıralaması ilə mövcud olan müshəfə sahib olması heç bir şübhə doğurmayan həqiqətdir. Əllamə və elm adamlarının belə bir müshəfin mövcud olduğunu qəbul etmələri bunu isbat etmək üçün bizə əlavə zəhmət çəkməyə ehtiyyac yeri qoymur.”
-
Xoyiyə görə tilavət nəsxini qəbul etmək, Quranın təhrif olunduğuna etiqad etməkdir.Quran və sünnətdə tilavət nəsxi sabit olduğuna görə bunun mənası o olur ki,Xoyi təhrifə etiqad edir. O,belə yazır:
Səh 219: “Tilavət nəsxi fikri eyni ilə təhrifə etiqad etmək deməkdir.Tilavət nəsxini Əhli Sünnə alimləri qəbul etdiyinə görə də onlar gərək təhrif etiqadına sahib olsunlar.”
Səh 224-də yazır: “Tilavət nəsxi fikrinin eyni ilə təhrif fikri olması məsələsi aşıq-aşkardır.”
-
Xoyi (səh 219) yazır: “Bir qrup alim aralarında alimlər ustadı olan Mufidin də olduğu alimlərin təhrif olmadığı dediyini qeyd etmişlər.”
Halbuki,Mufidin Quran haqqında fikirləri yuxarıda qeyd olunmuşdu.Xoyi isə burada Mufidin fikirlərini gizlədərək,onu açıqlamamışdır.
-
Öz nəzərlərinə görə Xoyi təhrif baradə olan rəvayyətləri qeyd edərək (səh 245-246-da) yazır: “Rəvayyətlərin bir çoxu sənəd baxımından zəif olsa da,böyük bir hissəsi rical alimlərinə görə məzhəbi fasid,tənasüh fikrinə sahib olan Əhməd ibn Muhəmməd əs Seyyarinin kitabından və yenə rical alimlərinə görə yalançı,batil məzhəbə sahib olan Əli ibn Əhməd əl Kufidən nəql edilmişdir.Lakin,rəvayyətlərin çoxluğu onlardan bəzisinin həqiqətən,məsumlardan varid olması haqqında qəti fikir yaratmaqdadır.Bu rəvayyətlərin içərsində mötəbər sənədlə varid olnlar da vardır.Onların hər birinin sənədi üzərində ətraflı dayanmağa ehtiyyac yoxdur.”
-
Əbul Qasim əl Xoyi “Mucəmu ricalil hədis” kitabında (c.14,səh 245;Beyrut) Əbu Abdullahdan varid olan belə bir hədis nəql edir: “Allah Quranda yeddi adamı adları ilə birgə zikr etmişdir.Qüreyş bunlardan altısını silmiş,Əbu Ləhəbi isə saxlamışdır. (Ravi) “Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar.” Ayəsi haqqında soruşdum.Dedi: “Onlar yeddi nəfərdir: Muğira ibn Səid,Bənan,Səid ən Nəhai,əl Haris ən Nəhdi,Abdullah ibn əl Haris,Həmzə ibn Əmmar əz Zubeyri,Əbul Xəttab.”
əl Xoyi bu rəvayyətlərlə bərabər bir çox belə rəvayyəti həmin yerdə qeyd edir.Həmin kitabda (səh 259) belə rəvayyətlər üzərinə haşiyə olaraq,yazır: “Bu rəvayyətlərdən çıxan nəticəyə görə Muhəmməd ibn Əbu Zeynəb azmış,batil bir məzhəbə sahib olan adam idi.Beləcə,bu rəvayyətlərin bəzisi hər nə qədər sənəd baxımından zəif olsa da səhih olanları ilə birgə bunların mütəvatirlik dərəcəsinə çatdığı iddiası ehtimal olunan rəydir.”
Göründüyü kimi əl Xoyi bu rəvayyətlərin zəifliyi vəya səhihliyi üzərində dayanmamışdır. Lakin,o həmin kitabda (9/47) bir rəvayyətin şərhində yazır: “Muhəmməd ibn Əbu Zeynəbin bioqrafiyyasında “Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?” ayəsinin təfsirində imamın Səid ən Nəhdinin onlardan biri olduğu dediyi məsələsi gələcəkdir.”
Halbuki,əl Xoyi bu rəvayyəti qeyd edərkən,onun zəif vəya səhih olmasını qeyd etmədən və ona şərh yazmışdır.Bu isə o deməkdir ki,əl Xoyi bunu qəbul edir.
-
Bu insan açıq-aşkar yalan söyləməkdən də çəkinməyərək kitabında (səh 219) yazır:
“Şiə alimlərinin və mühəqqiqlərinin nəzərində məşhur,hətta qəti fikir budur ki,təhrif baş verməmişdir.”
Daha sonra özünü təkzib edərək,yazır: “Sonra şiə mühəddislərindən və sünni alimlərinin bir qismi təhrif baş verdiyinə qail olmuşlar.”
“ sünni alimlərinin bir qismi” deməklə onun göstərdiyi bu cürətə baxın!
Budur əl Xoyi və onun fikirləri! Onun təqiyyə baradə sözlərini unutmamaq lazımdır. O imam Cəfərdən belə bir hədis nəql edir: “Təqiyyə üçün və ya təqiyyə ilə nə kimi andlar içərsinizsə,bu baradə bir genişliyə sahibsiniz.” (“Tənqih şərhul urvatul vuska” c.4,səh 278,307)
Müsəlmanları aldatmaq və onlara yalan demək üçün and içməyi caiz görən bu hiyləgər şeytanlara qarşı diqqətli olmaq lazımdır! Önəmli və təhlükəli bir məsələyə toxunmaq istərdik.əl Xoyi Quranın təhrif edildiyini deyənləri təkfir etməmişdir. Niyə? Çünki, şiə məzhəbi “üsul” və “furu” da bu insanların nəql etdiyi rəvayyətlərə əsaslanır.Bu kimsələrin fikir və rəvayyətləri rədd edilib,özləri təkfir olunarsa, məzhəb çökər və əsən yellər qarşısında sovrulub gedər.
Müsəlman qardaş! Şiəliyin zahirən onlara görə “təhrif olunmuş” Quranı oxumalarına təəcüb eləmə. Çünki, onlara bu şəkildə davranmaq əmr olunmuşdur.
Mühəddis Cəzairi kitabında Quranı oxumağın və ona əməl etməyən səbəblərini izah edərək yazır: "Dəyişdirilmiş bu Quranı oxumaq necə caiz ola bilər sualına cavab olaraq deyirik: Xəbərlərdə deyilir ki, onlar (yəni imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər. Bir zaman bu Quran adamların əllərindən çıxıb səmaya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq. Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər" ("əl-Ənvar ən Numaniyyə" 2/363; Beyrut)
Şeyx Mufid yazır: “Bizim imamlar bizə iki müshəf arasında olanı ona bir şey artırıb,azaltmadan oxumağı əmr etmişlər.Bu qaim Mehdi gələnə qədər belə davam edəcək və o gəlində insanlara Allahın nazil etdiyi və Əlinin topladığı Quranı oxuyacaqdır. Xəbərlərdə varid olanlara əsasən bizə müshəfdə olan Qurana hərf və sözlər artıraraq oxumaq qadağan edilmişdir.Bu artırılma ilə bağlı rəvayyətlər bizə mütavatir yolla varid olmamışdır.Onlar yalnız xəbərlərdə varid olmuşdur.Adamlar müshəfə müxalif olanları oxuduğu zaman müxaliflər tərəfindən sıxıntıya məruz qala bilərlər.Bu səbəblə özünü təhlükəyə salmış olarlar.Ona görə də iki lövhə arasında olan müshəfin xilafını oxumaq qadağan olunmuşdur.” (“Məsailus səraviyyə” səh 78-81-də (bəzi nəşrlərdə 81-88-də)
Bəzi şiələrin Quranda təhrifdən məqsədin əslində təfsirdə təhrif olduğunu demələri əsassız bir iddiadır. Bu iddianın batil olduğuna dair dəlillər bunlardır:
Həqiqi Quranın Mehdinin yanında olması iddiaları.Bu isə o deməkdir ki,əlimizdə olan Quran həqiqi Quran deyildir.Çünki,əgər Mehdinin Quranı indi əlimizdə mövcud olan Quranla eynidirsə,bu iddiaların nə mənası var?
Məlumdur ki,”Kafi” (2/597)-də “Quranda 17 000 ayə mövcud idi” hədisi vardır.Halbuki, Quranda təxminən 6200 ayə mövcuddur. Bu hədisi təfsir edən şiə alimləri Quranda ləfzi təhrif olduğunu qeyd etmişlər. “Kafi” kitabına şərh yazan Məclisi və Saleh Mazandarani bu hədisin şərhində açıq-aşkar demişlər ki,çatışmayan ayələr Qurandan çıxarılıb və təhrif olunub.Bunu Məclisi "Miratul-uqul" (12/ 525)-da,Mazandarani isə “Şərhu Usulil Kafi”(11/76)-də qeyd edir.O,yazır: “Quran bu gün 6500-ə yaxın ayədən ibarətdir. Bundan artıq olan ayələr isə təhrif olunub,kitabdan çıxarılmışdır.”
Saleh Mazandarani Kuleyninin “Əli barasində ayə gətirin” hədisinin şərhində Quranın açq-aşkar təhrif olunmasını təsdiq etmişdir.
Sitat: “Cabirdən nəql olunan hədisdə deyilir: “Cəbrayıl Quranda bu ayəni gətirmişdi: ”Əgər Əli baradə nazil etdiyimizə şübhəniz varsa ona bərabər bir surə gətirin.”
Şərhində Mazandarani deyir: “Əlinin adı Quranda var idi.Münafiqlər onun adını Qurandan sildilər və pozdular.” (26-cı hədis,səh66-67)
Bəzi böyük şiə alimləri təhrifin təfsirdə deyil,ləfzdə olduğunu etiraf etmişlər.
Şiə alimləri “Vilayət” və “Nureyn” surəsi kimi bütöv surələrin Qurandan çıxarıldığını iddia etmişlər.Beləki,Məclisi “Təzkiratul əimmə” səh (18-21)-də,Əllamə Həbibullah əl Haşimi “Minhəcul bərəa fi şərhi Nəhcil Bəlağa” (2/217)-də və Nuri ət Təbərsi “Fəslul xitab” (səh 180)-da “Nureyn” surəsinin mətnini qeyd etmişlər.
“Nureyn” (İki işıq) surəsi
“Ey iki nura iman gətirənlər! Biz onları sizə sizi bir böyük günün əzabından çəkindirmək üçün Mənim əlamətlərim kimi göndərdik. Bu elə iki nurdur ki, biri o birindəndir. Mən isə hər şeyi eşidən və bilənəm. Kim ki, Allahın və Onun peyğəmbərinin ayələrdəki əhdinə vəfa edir, onlar üçün Cənnət bağları vardır. O kəslər ki, iman gətirəndən sonra öz əhdlərini və peyğəmbərlə aralarında olan bağlaşmanı pozmaqla kafir oldular, onlar cəhənnəmə atılacaqlar. Onlar özlərinə zülm etdilər və elçinin vəliəhdinə asi oldular.Elələri cəhənnəmin qaynar suyundan içəcəklər....
Sizin çoxunuz fasiqsiniz.Allah onlara qiyamət günü bir araya toplayacaqdır.Hesaba çəkiləndə cavab verməyə taqətləri olmayacaqdır.Od onların məskənidir.Allah hər şeyi bilən və hikmət sahibidir.Ayələrimdən və hökmümdən üz çevirənlər ziyana uğrayanlardır.Sənin əhdinə vəfa göstərənləri Nəim cənnəti ilə müjdələ.Allah məğfirət və böyük mükafat sahibidir.Əli də müttəqilərdəndir.Biz onun haqqını din günündə verəcəyik.Biz ona edilən zülmlərdən qafil deyilik.O və zürriyyəti səbrli insanlardır.Onların düşməni mücrimlərin imamıdır.İman gətirdikdən sonra küfrə qayıdanlara de ki, siz dünya nemətlərini arzu etdiniz,onu tələsik əldə etmək istədiniz.Allah və Elçisinin sizlərə vəd etdiyini unutdunuz.Əhdi bağladıqdan sonra onu pozdunuz....
Əli Allahdan qorxan və Rəbbinin əcrini qazanmaq üçün gecələri səcdədə keçirən biridir.Zülm edənlər heç bir ola bilərmi?Onları əzabımı biləcəklər.Biz səni onun saleh zürriyyəti ilə müjdələdik.Onlar bizim əmrimizdən geri qalmazlar.Mənim salamım rəhmətim diri olaraq,ölü olaraq və qiyamət gününə qədər onların üzərinədir. Səndən sonra onlara qarşı zülm edənlərə də əzabım vardır.Onlar pis və ziyana uğramış bir camaatdır...
Həmçinin,Həbibullah əl Haşimi “Minhəcul bərəa fi şərhi Nəhcil Bəlağa” (2/217)-da və Məclisi “Təzkiratul əimmə” səh (19-20)-də təhrif olunmuş digər surənin mətnini nəql edirlər.
Surə belədir:
“Ey iman gətirənlər! Sizi doğru yola yönəltmələri üçün göndərdiyimiz elçiyə və vəlisinə iman edin! Onlar hər ikisi bir-birindəndir.Mən bilən və xəbərdaram.Allahın əhdini yerinə yetirənlərə Nəim cənnətləri vardır.Ayələrimizi oxuduğumuz kimsələr onları yalan hesab etdilər.Onlara cəhhənnəmdə od hazırlanmışdır.Qiyamət günündə onlara “Peyğəmbəri yalançı hesab edən azğınlar haradadır” deyə nida edilər.Peyğəmbərə haqq ilə xəlifə verilmişdir...Əli də şahidlərdən ikən Rəbbinə həmd edib,təriflər söylə.”
18 - Fatimə müshəfi
Kuleyni imam Cəfərdən rəvayyət edir ki,Əbu Bəsir ondan soruşmuşdur: “...Yaxşı, Fatimə Müshəfi nə olan şeydir? O dedi: Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur" ( “Kafi”c.1, səh.239)
Bu rəvayyətin tam versiyası belədir: "Əbu Bəsir demişdir: "Əbu Abdullahın yanına girdim və dedim: Sənə fəda olum! Mən səndən bir şey soruşmaq istəyirəm. Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki?” Əbu Abdullah özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora baxdı, sonra dedi: “Soruşmaq istədiyini soruş.” Mən dedim: “Sənin şiələrin danışırlar ki, Rəsulullah (s.a.s) Əli (r.a)-yə bir qapı tanıdıb ondan min qapı açılır. O dedi: “Rəsulullah (s.a.s) Əli (r.a)-yə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O bir qədər susdu, sonra dedi: “Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: “Ey Əbu Muhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim: “Sənə fəda olum, Camiə nə olan şeydir?” O dedi: “Camiə uzunluğu Rəsulullah (s.a.s)-ın dirsəyi ilə yetmiş dirsək olan bir lövhədir. Orada yazılanlar Peyğəmbər (s.a.s)-in dilindən çıxan sözlərdir.İmam Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi: Ey Əbu Muhəmməd, izn verirsən? Dedim: “Sənə fəda olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari toxunub dedi: “Elə götürək bu ərəşi. O, bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O, dedi: “Bu, doğrudan da, elmdir, amma o elmdən deyil.” Sonra bir qədər sakit oturduqdan sonra dedi: “Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir?” Mən soruşdum: “Yaxşı, Cifr nədir? O, dedi: “Bu elə bir dəri lövhədir ki, onda Peyğəmbərlərin və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var.” Mən dedim: “Elm buna deyərlər.” O dedi: “Düzdür, bu elmdir, lakin o elmdən deyil.” Sonra yenə bir az susduqdan sonra dedi: “Bizdə Fatimənin müshəfi var, onlar isə bilmirlər ki, Fatimə müshəfi nə olan şeydir? Mən soruşdum: “Yaxşı, Fatimə müshəfi nə olan şeydir?” O, dedi: “Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur"
Kuleyni yazır: ”Həmmad ibn Osman dedi ki,Əbu Abdullah buyurdu: ”Şübhəsiz ki,mən Fatimənin Quranına baxtım və gördüm ki,yüz iyirmi səkkiz illərində zındıqlar peyda olacaqlar.Mən soruşdum: ”Fatimənin Quranı nə olan kitabdır?”O,dedi: ”Şübhəsiz Allah Peyğəmbər (s.a.s)-in ruhunu aldıqdan sonra Fatiməni Allahdan başqasının bilmədiyi bir hüzn bürüdü.Allah Fatiməni təsəlli etmək və onunla danışması üçün bir mələk göndərdi.Sonra Fatimə bu hadisəni Möminlərin əmiri Əliyə danışdı.İmam Əli dedi: ”Əgər bunu hiss etsən və bir şeylər eşitsən bunu mənə xəbər et.”Sonra Fatimə bunu Əliyə xəbər verdi və bütün eşitdiklərini Əliyə çatdırdı.Bu qayda ilə bir Quran əmələ gəldi.O, Quranda halallardan və haramlardan bir şeylər yoxdur.Lakin,içərisində gələcəkdə olacaq hadisələrdən bəhs olunan bir elm vardır. ”(“Kafi” c.1 səh 240)
Əbul Əla İmam Əbu Abdullahının belə dediyini rəvayyət etmişdir: “Məndə ağ müshəf vardır.Soruşdum: “Orada nə yazılıb?” İmam: “Orada Davud (ə)-un Zəburu,Musa (ə) nın Tövratı,İsa (ə)-ın İncili,İbrahim (ə)-ın səhifələri və halal və haramlar yazılıbdır.
Məndə qırmızı müshəf vardır.Mən soruşdum: “Orada nə yazılıbdır?” İmam: “Silah” O qan töküləndə açılar.Onu öldürmək üçün əlində qılınc tutan açacaqdır.”
Abdullah ibn Əbul Yəfur imama dedi: “Allah səni izzətləndirsin.Bunu Bəni Həsən bilirmi?”
İmam dedi: “Allaha and olsun ki,onlar bunu gecənin gecə,gündüzün də gündüz olmasını bildikləri kimi bilirlər.Fəqət,qısqanclıq və bu dünyaya hərislik onları bunu inkar etməyə sövq etdi.” (“Usuli Kafi” c.1,səh 241)
“Kafi”də yazılan başqa bir hədisdə Əbu Ubeydədən rəvayyət olunur: ”Bəzi dostlarımız Əbu Abdullaha Fatimə Quranı haqqında sual etdilər.O,uzun bir müddət susdu,sonra dedi: ”Sizlər istədiklərinizi və istəmədiklərinizi axtarırsınız.Fatimə (r.a) Peyğəmbər (s.a.s)-dən sonra yetmiş beş gün yaşadı.Atasının vəfatı ilə əlaqədar olaraq o çox hüznlü idi.O vaxtlar Cəbrayıl ona gəlirdi və kədərini azaldırdı,ona təskinlik verirdi.Ona atasından və onun məkanından xəbər verirdi.Özündən sonra zürriyyətinə nələr olacağını xəbər verirdi.Bütün bunları da Əli (r.a) bir yerə yazırdı.Fatimə (r.a)-ın Quranı məhz budur.”(“Kafi” c.1,səh 241)
Məclisi bu hədisi səhih hesab etmişdir. Digər rəvayyətdə isə imam demişdir: “Bu dünyada hökm sürəcək elə bir hakim yoxdur ki,onun və atalarının adı bu müshəfdə yazılmasın.” (“Kafi” c.1,səh 242)
Dostları ilə paylaş: |