ÜÇÜNCÜ BÖLÜM
RƏQABƏTDƏ YENİ PERSPEKTİVLƏRİN TƏHLİLİ
Yeni rəqabət şərtlərinin daha yaxşı başa düşülməsi, rəqabətin yenidən incələnməsini də zəruri edir. Bu baxımdan rəqabətin istiqamətləndirici strategiyalarının araşdırılması da vacib məsələ kimi qarşımıza çıxır. Rəqabətin yenidən incələnməsi, şirkətlər tərəfindən reallaşdırılaması lazım olan addımları əhatə edir. Bu addımlar şirkətlərin davam etdirilə bilər rəqabətçi üstünlük qazanmalarında əhəmiyyətli amillərdir.
Gələcəyi Görməyə Çalışmaq
Qloballaşan rəqabət arenasında davamlı dəyişmə prosesi yaşanır. Bu proseslə birlikdə rəqabətçi üstünlük təmin edən amillər və üsullar qalıcı deyil və şirkətlər rəqabət edə bilmə güclərini itirirlər. Dəyişə bilmək və bu dəyişmələri idarə edə bilmək bugün bütün təşkilat və şirkətlər üçün vacib məsələlərdən biridir və bundan sonra da olacaq. Başqa şirkətlər tərəfindən dəyişməyə məcbur edilməkdənsə, dəyişmənin önündə olmaq, dəyişməyi reallaşdırmaq daha əhəmiyyətlidir. Buna görə də şirkətlər üçün əhəmiyyətli olan, mövcud rəqabət qaydaları üzərində deyil, gələcəyin rəqabəti üzərində düşünmələridir. Şirkətlər üçün, ayaqda qala bilmənin və varlığını davam etdirə bilmənin ilk addımı, içində olduğu sektorun quruluşunun gələcəyini əvvəlcədən görməyə çalışmaqdır.
Gələcəyin rəqabəti isə, fərqli olmağı ön plana çıxarır. Fərqliləşmə, yalnız məhsulla əlaqədar deyil, bütün mövzuları əhatə edir. Şirkətlərin rəqabətçi üçtünlük əldə etmələri ya da rəqiblərindən bir addım qabaqda gələcəyə çatmaq üçün fərqliləşmələri zərurət kimi görünür. Fərqli məhsullar və xidmətlər, fərqli üsullar ilə fərqliləşmə yollarını axtarma zəruriliyi bu gündən gələcəkdə yaşaya bilmək ya da davam etdirilə bilər rəqabətçi üstünlük ilə gələcəkdə var ola bilmək üçün əhəmiyyətlidir. Çünkü, fərqliləşməyən şirkətlərin gələcəyin rəqabətində geri qalacaqları, hətta, yox olacaqları ifadə olunur.
Ayrıca, gələcəyi görmə, dəyişməyi xəyal edə bilmə bacarığına bağlıdır. Dəyişmənin və gələcəyin fürsətlərinə istiqamətləndirilmiş xəyal gücü, şirkət qabiliyyətlərinin bir bütün olaraq qiymətləndirilməsi ilə əlaqədardır. Fürsətlərə istiqamət verən və formalaşdıran şirkətlərin bu gündən gələcəkdəki makro səviyyəli əsas meylləri sezmələri, dəyişmələr haqqında düşünmələri, strateji vəzifələri reallaşdırmaları, mikro səviyyədə sözgəlişi müştərini idarə etmənin də önündə olması ilə mümkün ola biləcək. Şirkətlərin gələcəyin rəqabətçi üstünlüyünə sahib ola bilmələri üçün görə bilmədiklərini xəyal etmələri və reallaşdırmaları lazımdır. Gələcək baxımından reallaşdırılması lazım olan bəzi stratejik vəzifələr aşağıdaki cədvəldə göstərilib.
Dostları ilə paylaş: |