ŞİRKƏTLƏr arasi rəqabəT


Rəqabət Strategiyalarının Qiymətləndirilməsi



Yüklə 0,81 Mb.
səhifə21/97
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108785
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

Rəqabət Strategiyalarının Qiymətləndirilməsi

Ümumi rəqabət strategiyaları rəqabət üstünlüyü əldə et­mənin alternativ yollarıdır. Bu strategiyalar, müəyyən şərtlər altında, davam etdirilə bilən rəqabət üstünlüyünə, buna görə də sektor ortalamasının üzərində performansa yol aça bilərlər. Bu nöqtədə qarşımıza əhəmiyyətli bir sual çıxır. Əgər bu stra­tegiyalar şirkətin rəqabətçi mövqeyinə və performansına də­yi­­şik şəkillərdə müsbət təsir göstərirsə, şirkət eyni zamanda bir­dən çox rəqabət strategiyası izləyərək, performansını daha da yaxşılaşdıra bilməz? Nəzəri olaraq suala verilən cavab ümu­miyyətlə 'xeyr" dır. Çünki, bu strategiyalar fərqli ekoloji və təşkilatı şərtlər tələb etdiyi üçün bir-biriylə ziddiyyətlidir. Mə­sələn, bazarın geniş bir hissəsini hədəfləyən bir şirkətin müəyyən bazar hissələrində mütəxəssisləşmənin təmin edəcə­yi üstünlüklərdən faydalanması çətindir. Ayrıca, məhsul fərq­liləşdirmə ümumiyyətlə xərcləri artırıdığından, maya dəyəri liderliyi məhsul və ya xidmətin istehsalında standartlaşmağı tələb etdiyi üçün, ümumiyyətlə fərqliləşdirmədən güzəşt ve­rə­rək rəqabət strategiyaları arasında seçim etməsini zəruri ha­la gətirir. Birdən çox strategiyanı eyni zamanda tətbiq edən, lakin bunların tətbiqində müvəffəqiyyətli olamayan şirkətlər ortada qalacaqlar.

Ortada qalma, şirkəti necə rəqabət edəcəyi haqqında qeyri-müəyyənliyə və strategiya seçimində qərarsızlığa yol aça bilər. Belə bir şirkət müxtəlif alternativlər arasında tərəd­düd edib dayanar, ancaq heç birisini bacara bilməz. Çünki, fərq­li strategiyalar fərqli şirkət fəaliyyətlərini tələb edir Ay­rıca, böyümə məqsədiylə ümumi bir strategiyadan imtina is­təyi də, ortada qalmağa yol aça bilər Bu təhlükə xüsusilə mər­kəz­ləşmə strategiyasını izləyən şirkətlər üçün daha böyükdür. Mərkəzləşmə strategiyası potensial satış həcmini məhdud­laş­dırmağı tələb edir. Ancaq, hədəf bazarda müvəffəqiyyətli ol­muş fokuslama strategiyasını tədbiq edən şirkətlər ümumi stra­tegiyalardan imtina etmək yerinə, qaynaqlarını digər əla­qədar sektorlarda istifadə etmə imkanlarını araşdıra bilərlər.

Fərqliləşdirmənin ümumiyyətlə xərcləri yüksəltdiyi, maya dəyərinin aşağı salınması da ümumiyyətlə fərqliləş­dir­mədən güzəşt verməyi tələb etdiyi qəbul edilə bilər. Ancaq, bir şirkətin rəqabət üstünlüyü qazanması üçün, sektorda ən yüksək faydanı yaradan və ya maya dəyəri lideri olması şərt deyil. Buradakı əhəmiyyətli olan, şirkətin rəqiblərinə görə yaratdığı dəyərin böyüklüyüdür. Daha əvvəl də ifadə edildiyi kimi, məhsul fərqliləşdirmə strategiyasını izləyən şirkətlərin sektordakı xərc standartlarını, maya dəyəri liderliyi strate­gi­ya­sını izləyən şirkətlərin də sektordakı fərqliləşdirmə stan­dart­larını bir dərəcəyə qədər tutması lazımdır. Buna görə də, bir şirkət eyni zamanda həm faydaya həm də xərcə söykənən üstünlükləri əldə etməyə çalışa bilər. Bunu bacarması ilə per­formansının daha da yaxşı olmasını təmin edə bilər. Çünki, aşağı xərclər və yüksək qiymətlər qazancı artıracaq. Digər tərəfdən, şirkətin hər iki strategiyanı da eyni anda bacarması aşağıdakı şərtlərdən ən az birinin varlığını tələb edir:



  • Rəqiblər ortada qalıb,

  • Maya dəyəri əsasən bazar payı tərəfindən müəyyənləşir,

  • Şirkət çox əhəmiyyətli bir yeniliyə liderlik edir.

Bir şirkətin hər iki strategiyanı da eyni zamanda tətbiq edə bilməsi üçün fərqliləşdirmədən güzəşt etməyi tələb et­məyən bütün xərc azaltma fürsətlərini və xərci artırmayan fərqliləşdirmə fürsətlərini diqqətlə izləməsi lazımdır. Şirkət, bu iki strategiyadan birini qərarlı bir şəkildə tətbiq edən güclü bir rəqiblə qarşılaşdığı zaman seçim etmək məcburiyyətində qala bilər.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin