ŞİRKƏTLƏr arasi rəqabəT



Yüklə 223,9 Kb.
səhifə12/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   ...   8   9   10   11   12   13   14   15   ...   91
Rəqabət Kitabı (1)

Müştərilərin Bazar Gücü

Müştərilərin bazar gücü, bunların qiymətləri salma və ya daha keyfiyyətli məhsullar tələb edə bilmə qabiliyyətlərinə işarə edir. Müştərilər, şirkətləri qiymətləri salmağa və ya keyfiyyəti yüksəltməyə məcbur edərək, şirkətlərin gəlirini və ya sektorun gəlirinin azalmasına səbəb ola bilərlər. Aşağıdakı şərtlərdən hər hansı birinin reallaşması zamanı, müştərilərin bazar gücünün olduğu deyilə bilər:



  • Şirkətlərin satışlarına görə, böyük miqdarlarda alan müştərilər ola bilər. Bu vəziyyətdə, müştərini itir­mə­nin təhlükəsi böyük olacaq. Xüsusilə, sabit xərclərin yüksək olduğu sektorlarda, böyük miqdarlarda alışlar edən müştərilər əhəmiyyətli bazar gücünə sahibdirlər. Sektorda satın alınan məhsullar standart deyil və fərq­liləşdirilməmişdir. Bu vəziyyətdə, istehlakçıların də­yiş­dirmə xərcləri aşağı olacağından, asanca başqa şir­kətlər tapa bilərlər və şirkətləri qarşı qarşıya qoya bi­lər­lər.

  • Sektordan satın alınan məhsullar müştərinin xərcinin əhəmiyyətli bir hissəsini meydana gətirməkdədir. Bu vəziyyətdə, müştərilər daha yaxşı qiymətlər əldə et­mək üçün araşdırma etmə meylində olacaqlar. Sektor məhsullarının müştərilərin xərcinin kiçik bir qisimini meydana gətirməsi vəziyyətində, müştərilər ümumiy­yətlə qiymətə qarşı daha az həssasdırlar.

  • Sektordan satın alınan məhsullar müştərilərin məh­sul­la­rının keyfiyyəti üçün çox əhəmiyyətli deyil. Müş­tə­ri­lərin məhsullarının keyfiyyətinin böyük ölçüdə sek­tor məhsulundan qaynaqlanması vəziyyətində, müş­tə­rilər ümumiyyətlə qiymətə qarşı daha az həs­sasdırlar.

  • Müştərilərin geriyə doğru şaquli inteqrasiya olunma imkanları var. Bu vəziyyətdə, müştərilər öz ehtiyac­la­rını özləri qarşılaya biləcək vəziyyətdə ola biləcəkləri üçün, bazarda imtiyazlar tələb edə bilərlər.

  • Müştərilər, sektor məhsulunun keyfiyyəti, maya də­yə­ri, bazar qiyməti vs. haqqında kifayət qədər məlumata malikdir. Bu vəziyyətdə, müştərilər şirkətləri bazar­da­kı ən yaxşı qiyməti verməyə məcbur edəcəklər. Əgər müştərilərin yuxarıdakı mövzularda kifayət qədər məlumatları yoxsa, bazarda zəif vəziyyətə düşəcəklər.




Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin