Tədarikçilərin Bazar Gücü
Müştərilərin tərsinə tədarükçilərin bazar gücü, tədarükçilərin öz məhsullarının qiymətlərini yüksəldə bilmə və ya keyfiyyətini sala bilmə qabiliyyətlərinə işarə edir. Tədarükçilər, şirkətləri yüksək qiymətləri və ya aşağı keyfiyyəti qəbul etməyə məcbur edərək, şirkətlərin gəlirinin, buna görə də sektorun gəlirinin düşməsinə səbəb ola bilərlər. Aşağıdakı şərtlərdən hər hansı birinin reallaşması ehtimalı, tədarikçilərin bazar gücünün olduğunu göstərir:
Tədarükçilərin fəaliyət göstərdiyi sektordakı satışlar bir neçə böyük şirkət tərəfindən nəzarət edilməkdə və bu sektordakı sıxlaşma dərəcəsi şirkətin olduğu sektordakı sıxlaşma dərəcəsindən daha yüksəkdir.
Tədarükçilərin məhsulları fərqliləşdirilmişdir və ya əhəmiyyətli dəyişdirmə xərclərinə malikdir.
Tədarükçilərin məhsulları digər əvəzedici məhsulları ilə mübarizə aparmaq məcburiyyətində deyil.
Şirkətin sektorda tədarükçilər üçün əhəmiyyətli bir müştəri deyil.
Tədarükçilərin məhsulları şirkət üçün əhəmiyyətli bir mədaxildir.
Tədarükçilər qrupu irəliyə şaquli inteqrasiya olunma imkanlarına malikdir.
Dostları ilə paylaş: |