ŞİRKƏTLƏr arasi rəqabəT


Rəqabətçi Üstünlük Anlayışı



Yüklə 223,9 Kb.
səhifə16/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   ...   12   13   14   15   16   17   18   19   ...   91
Rəqabət Kitabı (1)

Rəqabətçi Üstünlük Anlayışı

Rəqabətçi üstünlük, yeniliklər inkişaf etdirmə və də­yi­şimə əsaslanır. Şirkətlər rəqabət üçün yeni bir forma tap­dıq­ları zaman rəqiblərinə qarşı üstünlük təmin edirlər. Sony, ra­dionu tranzistorlu edən ilk şirkət idi. Boing, bənzər dizayn­lara söykənən bir təyyarələr ailəsi anlayışına öncüllük etdi və öz sektorunda qlobal və qabaqcıl bir şirkət oldu.

Rəqabətçi üstünlük, bir şirkətin eyni sektordakı rəqib­lərinə görə daha müvəffəqiyyətli olmasına gətirib çıxaran xü­susiyyətləridir. Buna görə, ümumi sektora görə daha mü­vəf­fə­qiyyətli olan şirkətlərin rəqabətçi üstünlüyə sahib olduğu deyilə bilər. Bir şirkətin rəqiblərindən daha üstün olması, onun rəqiblərinə qarşı alacağı mövqe ilə əlaqədardır. Bu mə­nada, rəqabətçi üstünlük, bir şirkətin rəqiblərinə qarşı alacağı üstün bir mövqe olaraq təyin oluna bilər. Üstün mövqe isə, şirkətin sektordakı rəqabətçi güclərə qarşı özünü ən yaxşı müdafiə edə biləcəyi, bu güclərin ən zəif olduğu və ya bu güclərə öz lehinə təsir edə biləcəyi bir mövqeyə işarə edir.

Tətbiq olunan strategiyaların nəticəsi kimi, rəqabətçi üs­tünlük, əsas olaraq, bir şirkətin dəyər yarada bilmə qa­bi­liy­yətindən qaynaqlanır. Rəqiblərindən daha çox dəyər yaradan bir şirkət rəqabətçi üstünlük əldə edə bilər. Şirkətin daha yaxşı müştəri dəyəri yaradaraq rəqibləri qarşısında bazarda üstünlük qazanması mənasını verir. Rəqabətçi bir strategiya bir şirkətin lazımlı fəaliyyətləri rəqiblərindən fərqli bir dəyər yaratması ya da rəqiblərin yaratdığı dəyəri fərqli etməsindən asılıdır. Bir şirkətin özünü ancaq rəqiblərindən fərqlilən­di­rə­rək qoruya bilər. Digər bir ifadə ilə, bir şirkətin ancaq ola bi­lə­cək ya da mövcud olan rəqibləri tərəfindən eyni vaxtlı tət­biq olunmayan və dəyər yaradan strategiyalar meydana gətir­di­yində və bu strategiyaların faydaları rəqib şirkətlər tərə­findən təqlid edilə bilmədiyində rəqabətçi üstünlüyə sahib ola biləcəyi deyilə bilər.

Rəqabətçi üstünlük anlayışıyla çox yaxından əlaqədar və onu bütünləyən bir anlayış da "davam etdirilə bilər rə­qa­bətçi üstünlük" anlayışıdır. Rəqabət strategiyasında rəqabətçi üstünlük əldə etmək qədər bu üstünlüyün uzun dövrdə davam etdirilə bilər olması da əhəmiyyətlidir. Uzun dövrdə ümumi sektora görə daha müvəffəqiyyətli olan şirkətin davam et­di­rilə bilər rəqabətçi üstünlüyə sahib olduğu deyilə bilər.

Davam etdirilə bilər rəqabətçi üstünlük, şirkətin rə­qa­bətçi üstünlüyünün rəqib şirkətlərin davranışlarının və ya sek­tordakı dəyişmələrin ortaya qoyduğu eroziyaya müqavimət göstərməsi mənasındadır. Diyər mənada, üstünlüyün davam etdirilə bilər olması bu üstünlüyün rəqiblər tərəfindən təqlid edilə bilmə ehtimalına bağlıdır. Əgər üstünlük rəqiblərin bu üstünlüyü yox etmə səylərinə baxmayaraq hələ var olmağa davam edirsə davam etdirilə biləndir.

Rəqabətçi üstünlüyün davam etdirilə bilər olması şir­kə­tin bu üstünlükdən faydalandığı təqvim müddətinin uzun­lu­ğu­na bağlı deyil. Üstünlüyün davam etdirilə bilər olması onun sonsuza qədər davam edəcəyi mənasına da gəlməz. Sektor quruluşundakı gözlənilməz dəyişikliklər, bir zamanlar davam etdirilə bilər rəqabətçi üstünlük qaynağı olan bir şeyi, yeni sektor quruluşunda şirkət üçün çox dəyərsiz və ya ma­raq­sız bir şey halına gətirə bilər. Xülasəylə, davam etdirilə bilmənin özü təqlidçilikdən qorunmaqdır. Bu səbəblə, davam etdirilə bilmə, üstünlüyün təqlid edilməsini çətinləşdirən bəzi təqlid maneələrinin varlığını tələb etdir. Ancaq, təqlid ma­neələri əsla peyvənd olunmaz olmamaqla birlikdə, üstün­lü­yün nə qədər davam etdirilə bilər olduğunu, bu maneələrin yüksəkliyi təyin etir.

Rəqabətin istiqamətini təyin edən komponentlər, rə­qa­bətçi üstünlüyün qorunması və davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu komponentlər ikiyə ayrılır. Bun­lar­dan ilki dəyər istehsalı, ciddi yaradıcılıq, anlayış araşdırma və inkişaf etdirməyi ehtiva edən əsas komponentlərdir. İkin­cisi isə, ümumi mənada şirkətlər üçün uyulması lazım olan qa­nunları ortaya qoyan, şirkətlərin hara çatmaq istəyi möv­zu­sunda zəruriliyi xarakterizə edən tamamlayıcı kompo­nent­lər­dir. Rəqabətçi üstünlüyün tamamlayıcı komponentləri, uyğun gəlinməsi və çatılması lazım olan əsas istiqamətləndiricilərdir və şirkətlərin ya da sektorların bu qanunlara bağlı səyləri qaçınılmazdır.




Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin