Şirvani Ədilli


Şeir formalarının yaranma tarixi



Yüklə 0,65 Mb.
səhifə38/55
tarix03.01.2022
ölçüsü0,65 Mb.
#51989
1   ...   34   35   36   37   38   39   40   41   ...   55
Şeir formalarının yaranma tarixi

haqqında
Ədəbiyyat nəzəriyyəsində ümumilikdə şeirin mah-nıdan yarandığı qəbul olunur (20, 40 və s.). Bu baxışa görə öncə musiqi və mahnılar yaranmış, sonra isə mah-nıların mətni tədricən şeirə çevrilmişdir. Bu prinsipdən çıxış edərək bəzi tədqiqatçılar heca vəzninin bölgülənmə qaydalarının formalaşmasının da məhz musiqinin təsirin-dən yarandığını iddia edirlər. Lakin bu fikri tam mənada qəbul etmək olmaz. Belə ki, musiqidə bölgülənmə de-mək olar ki, istənilən kimi ola bilər. Lakin onların hamısı heca vəzni üçün keçərli deyil. Başqa sözlə, mahnıların mətni heca vəzninin qaydalarına tabe olmaya da bilər (bunu aşağıda verilmiş misallardan daha aydın görəcəyik). Deməli heca vəzninin bölgüləri musi-qili yaradıcılıqda yox, musiqisiz, ayrıca şeir deyilişin-də və məhz şeir deyilişi üçün formalaşıb. (Məmməd Əliyev (İracoğlu), Tərlan Quliyev və b. müəlliflər məhz bu yanaşmaya üstünlük verirlər). Yəni heca vəzninin bölgü qaydalarını birbaşa musiqi ilə əlaqələndirmək olmaz. Əksinə, heca vəznində yazılmış şeirlər üstündə sonradan mahnı oxunduqda, mahnının musiqisinin bölgüləri şeirin bölgülərinə uyğun ola bilər. Necə ki, ritmik aşıq havaları şeirlər üstündə oxunduğundan onların musiqisinin bölgü-ləri heca vəzninin bölgülərinə (əsasən 4-4, 6-5 və 4-4-3) uyğun olur.

Beləliklə, ehtimal etmək olar ki, mahnı mətnindən ilk olaraq bölgüsüz (sərbəst) şeir yaranmış, sonradan musi-qisiz şeir demə ənənəsi inkişaf etdikcə ayrıca deyiliş üçün ahəngdarlıq, axıcılıq, gözəllik yaradan qaydalar – heca vəzni bölgüləri formalaşmışdır.

Lakin şeirin mənşəyini yalnız mahnı mətnləri ilə əlaqələndirmək doğru deyil. Belə ki, xalq yaradıcılığının ən sadə, ən elementar və çox qədim tarixə malik olduğu ehtimal edilən nümunələrində (atalar sözləri və məsəllər, tapmacalar, ovsunlar və s.) belə, mükəmməl qafiyələrə və hətta heca vəzninin müəyyən elementlərinə (ənənəvi heca sayları və bölgülər) rast gəlirik. Görkəmli folklor-şünasımız Sədnik Paşa Pirsultanlı (1928-2013) mindən artıq mənzum (qafiyəli) atalar sözü və məsəl nümunəsini toplayaraq tədqiqata cəlb etmişdir. Onun topladığı mən-zum atalar sözlərindən 316-sı qeyri-bərabər hecalı, 235-i 7-hecalı, 128-i 5-hecalı, 86-sı 4-hecalı, 83-ü 8-hecalı, 45-i 6-hecalı, 38-i 9-hecalı, 32-si 3-hecalı, 25-i 11-hecalı, 20-si 10-hecalı, 9-u 2-hecalı, 7-si 12-hecalı, 6-sı 14-hecalı, 5-i 13-hecalı, 3-ü 16-hecalı, 2-si 15-hecalıya aid olmuşdur (44, s.46). Əlbəttə, misralarda heca saylarının bərabər olması hələ heca vəzni demək deyil. Heca vəznində diləyatımlı bölgülənmə də olmalıdır. Toplanmış nümunə-lərdən bu tələblərə uyğun olan və olmayanları var. Lakin şifahi xalq deyimlərində bu uyğunluq da təsadüfi xarakter daşıya bilər. Çünki, xalq deyimi üçün heca sayının bəra-bərliyi, bölgü və eləcə də qafiyə o qədər də vacib olma-mışdır. Təsadüfi deyil ki, prof. Sədnik Pirsultanlının topla-dığı qafiyəli xalq deyimlərində fərqli hecalı nümunələr sayca birinci yerdədir. Amma hər halda təsadüfi də olsa heca vəzninin əlamətlərini özündə daşıyan nümunələr xalqın yaddaşında sonrakı inkişaf üçün həmin vəznin mənşəyi rolunu oynamış ola bilər.

Aşağıda həmin deyimlərdən mümkün qədər qafiyə-ləri türk sözlərindən düzəlmiş və heca vəzninin tələblərinə uyğun bölgüləri olan nümunələri seçib vermişik (burada 1-hecalı və sonuncu fərqli hecalı nümunəni biz əlavə et-mişik, S.P.Pirsultanlının siyahısındakından fərqli variant-da verdiyimiz nümunələr kursivlə yazılmışdır):


1-hecalı: Toy –

Doy.
2-hecalı: Kor, kor,

Gör, gör.
Yüz ölç,

Bir biç.
3-hecalı: Az danış,

Düz danış.
El gücü

Sel gücü.
Gec olsun,

Güc olsun.
4-hecalı: Gecə qara,

Cücə qara.

Üstü bəzək,

Altı təzək.


5-hecalı: Uşağı buyur,

Dalınca yüyür.


Gözəllik ondur,

Doqquzu dondur.


Gülmə qonşuna,

Gələr başına.


6-hecalı: Açaram sandığı,

Tökərəm pambığı.


Bir ayağı burda,

Bir ayağı gorda.



7-hecalı: Al da geysə yaraşır,

Şal da geysə yaraşır.


Arvadı əri saxlar,

Pendiri dəri saxlar.


Dama-dama göl olar,

Göl də daşar sel olar.


Kor nə istər? İki göz,

Biri əyri, biri düz.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin