Şirvani Ədilli



Yüklə 0,79 Mb.
səhifə15/55
tarix10.01.2022
ölçüsü0,79 Mb.
#102445
1   ...   11   12   13   14   15   16   17   18   ...   55
10-hecalı şeir. Əsasən 5-5 bölgüsündə olur. Bəzən 6-4, 4-6 bölgülü variantına baxılır. 5-5 bölgülü şeirdə söz-lər beşliklər arasında parçalanmır, beşlıklər özləri ayrılıq-da 5-hecalı şeirin xüsusiyyətlərini daşıyır. Bu ölçülü şeir-dən o qədər də çox istifadə edilmir:
-Ay gözəl, gedək/5 gəzməyə bağa/5,

Qoy bir az baxım/5 o gül yanağa/5.

-Yanaqlarımı/5 neylərsən, oğlan/5,

Dağlarda çiçək/5 görməmisənmi/5?


-Ay qız, sevmişəm/5 gül camalını/5,

Bir insaf elə/5, göstər xalını/5!

-Oğlan, gəl burax/5 xam xəyalını/5,

Məgər hil, mixək/5 görməmisənmi/5?...



M.Rahim
Prof. Məmməd Əliyev (İracoğlu) yanlış olaraq aşağı-dakı şeir nümunəsini 5-5 bölgülü heca vəzni nümunəsinə aid etmişdir (19, s. 176):
Mərmər hovuzun dörd qırağında,

Bülbüllər oxur şax budağında.

Hər nə istəsən Xudadan allam,

Dəllək dükanın yadıma sallam.


Əslində isə Novruz bayramı mərasimlərində oxunan bu şeir nümunəsi açıq-aşkar əruz vəzninin həzəc-13 (Dah dahda-dadah dahda-dadahdah) qəlibindədir. Yalnız 3-cü misrada bu qəlib cüzi pozulur. Lakin həmin misrada “istəsən” sözünü onun sinonimi olan “diləsən” sözü ilə əvəz etsək, misra həzəc-13 qəlibinə çox yaxın olan həzəc-11 (Dah dahda-dadah dadah-dadahdah) qəlibinə tam uyğun gələr. Hətta burada da əlavə olaraq “Xuda” sözünü onun sinonimi olan “Tanrı” sözü ilə əvəz etsək bu misra da həzəc-13 qəlibinə tam uyğun gələr.

Sual oluna bilər ki, folklorda bu əruz nümunəsi necə yaranmışdır? Əvvəlki araşdırmamızda (13) da qeyd etdiyimiz kimi, folklor nümunələrində sadə əruz qəlib-lərinə təsadüfi uyğunluq ola bilər. Lakin Həzəc-11 və həzəc-13 qəlibləri folklor nümunələrinin təsadüfi uyğun gələ biləcəyi dərəcədə sadə qəliblər deyil. Belə ki, bu qəlibin bölgüsü (1-4-5 və ya 5-5) folklor nümunələrinin bölgüsünə uyğun deyil. Bu əruz nüməsinin folklorda möv-cud olmasını onunla izah etmək olar ki, bu nümunə əruzu bilən müəllif tərəfindən yaradılmış, sonradan dildən dilə keçərək folklor nümunəsinə çevrilmişdir.

Prof. Məmməd Əliyev (İracoğlu) M.Müşfiqə məxsus aşağıdakı şeir nümunələrinin ayrı-ayrı misralarını da yanlış olaraq 6-4, 4-6, və 5-5, bölgülü heca vəzni nümu-nəsinə aid etmişdir (19, s.176-177):

Mən bu gün Göygölü durğun gördüm,

Göygölün şəklinə vurğun gördüm,

Çırpınan bir quşu quş çağlardı,

Yeri çiskin dolu dik dağlardır...
Mədəndə bu gün fırtınalar var,

Çalxanmada ətrafda axınlar,

Avralçıların coşqunudur bu,

Div səsli maşınlar kimi gurlar.


Halbuki, açıq-aşkar görünür ki, həmin nümunələrdən birincisi əruzun rəməl-8 (Dadadah dahda-dadah dahda-dadah), ikincisi isə həzəc-13 qəlibində yazılmışdır. Hətta görkəmli əruzşünas Əkrəm Cəfər həzəc-13 qəlibinə nü-munə kimi M.Müşfiqin eyni şeirindən bir misranı (“Neft olmasa işlərmi zavodlar”) göstərmişdir (7, s. 353).

Məmməd Əliyevin (İracoğlu) 5-5 bölgülü 10-hecalı şeirə aşağıdakı şeir parçasını misal gətirməsi də doğru deyil (19, s. 177):


Yaz ola, dovğa ola yarpızla,

Yay ola, sərin sular sal buzla

Payız ola, pendir çörək qarpızla

Qış ola isti otaq bir qızla.



S.Vurğun
Belə ki, bu bəndin 1-ci və 4-cü misraları əruzun rəməl-6 (dadadah dahda-dadah dahda-dadah) qəlibinə tam uyğundur. 2-ci misra həmin qəlibin təqlididir. Belə ki, həmin misradakı “sərin” sözündə uzun və qısa hecanın yerləri dəyişikdir. Hətta kifayət qədər ahəngdar oldu-ğundan yeni əruz qəlibi (dadadah dadah-dadah dahda-dadah) kimi də qəbul etmək olar. 3-cü misra isə 11-hecalı, 4-4-3 bölgülü heca vəzni nümunəsidir.

Müəllifin 5-5 bölgülü 10-hecalı şeirə Y.Əmrədən (yenə orada, səh.-176) və M.Şəhriyardan (yenə orada, səh.-178) gətirdiyi nümunələr isə doğrudur:


Ey Yunus Əmrə/5, sən bu ögüdü

Kəndi nəfsinə/5 versən yeg idi

Bilirəm demə/5, sən də gəl imdi,

Var bir kamilə/5 sor niyə gəldin



Y.Əmrə
Bizi yandırır/5 aman ayrılıq/5

Bu darıxdıran/5 duman ayrılıq/5

Gözə sovrulan/5 saman ayrılıq/5

Yaman ayrılıq/5, yaman ayrılıq/5.



M.Şəhriyar
Maraqlıdır ki, prof. Məmməd Əliyev (İracoğlu) 5-5 bölgülü 10-hecalı şeirə yanlış misallar gətirdiyi halda elə həmin kitabının 273-cü səhifəsində qafiyə mövzusunda yazılmış hissədə müəllifi göstərilmədən verilmiş bir şeir nümunəsi 5-5 bölgülü 10-hecalı şeirə gözəl misal ola bilərdi (biz bu beytin müəllifini müəyyən edə bilmədik):
Köhnə qəfəsi/5 atdım bir yana/5,

Əlimlə saray/5 düzəltdim ona/5.


Bəzən 10-hecalı şeirin 4-6 bölgülü variantının oldu-ğu da qəbul edilir, lakin bu variant diləyatımlı, ahəngdar olmadığından özünü o qədər də doğrultmur.

Prof. Məmməd Əliyev 4-6 bölgülü 10-hecalı şeirə nümunə kimi R.Rzanın şeirindən aşağıdakı parçanı misal gətirmişdir. (yenə orada, səh.-177):


Külək qarı/4 səpələr, Bəxtiyar/6,

Ağ geyinib/4 təpələr, Bəxtiyar/6.

10-hecalı şeirin 6-4 bölgülənməli variantına isə şərti misal kimi M.Müşfiqin sərbəst şeirindən aşağıdakı uyğun parçaları göstərmək olar:
Bu gecə nə qədər/6 xoş gecədir/4,

Bir qara qız kimi/6 tellicədir/4.

...Sevgilim, dayanma/6, sahilə gəl/4,

...Ulduzlar ətrafa/6 nur səpələr/4

Bir bölük uşaqdır/6 şən ləpələr/4.

Onların əlində/6 top kimi ay/4.

Sevgilim, başında/6 ağ kəlağay/4...

M.Müşfiq
Lakin göründüyü kimi burada bütün 4-lük bölgülər dahda-dadah ritmik vahidinə dəqiqliklə uyğundur və məhz bunun hesabına ahəngdarlıq yaxşı təmin olunur. Əks halda belə bölgülənmədə o qədər də normal ahəngdarlıq alınmaz. Halbuki, heca vəznində bölgünün hansısa ritmik vahidə uyğunluq şərti olmamalıdır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin