Şirvani Ədilli


Xalq musiqimizdə geniş yayılmış ritmik vahidlər və qəliblər haqqında



Yüklə 0,79 Mb.
səhifə51/55
tarix10.01.2022
ölçüsü0,79 Mb.
#102445
1   ...   47   48   49   50   51   52   53   54   55
    Bu səhifədəki naviqasiya:
  • 1. Dah
Xalq musiqimizdə geniş yayılmış ritmik vahidlər və qəliblər haqqında
Müəyyən ritmik parçalar vardır ki, onlara xalq musi-qimizin nümunələrində çox tez-tez rast gəlirik. Lakin nədənsə bu ritmik parçaların geniş siyahısının toplan-ması və tədqiqi sahəsində indiyə qədər demək olar ki, iş aparılmayıb. Halbuki, ritm xalq musiqimizin, həm də dili-mizin çox mühüm ünsürlərindən, özəlliklərindən biridir. Daha dərinə getsək milli ritmlər həm də hər bir xalqın ruhunu, mentalitetini, həyat tərzini, mənəviyyatını özün-də daşıyır. Eyni zamanda bəstəkar mahnılarında milli ritmlərdən istifadə bu mahnıların özümüzə məxsusluğunu daha çox təmin etmiş olar.

Əvvəlki kitabımızda (13) xalq musiqimizdəki müəy-yən ritmik vahidlərin əruzdakı ritmik vahidlərlə eyniliyini göstərmişdik. Həmçinin yeni əruz qəliblərinin yaradılması imkanlarına baxarkən xalq musiqimizdəki ritmik parça-lara əsaslanaraq bir neçə ritmik qəlib nümunəsi müəyyən etmişdik. İndi isə əvvəlkilər də daxil olmaqla xalq musiqi-mizdə çox rast gəlinən ritmik vahidlərin ayrıca siyahısını tərtib etməyə çalışmışıq. Bu vahidlər həm yeni əruz qəliblərinin yaradılmasında, həm bəstəkarlıqda, həm də xalq musiqimizin ritmik əsaslarının tədqiqində istifadə oluna bilər.

Ritmik vahidləri əvvəlki kimi iki ünsür (“dah” – uzun heca, “da” – qısa heca) vasitəsi ilə ifadə etmişik. Bu ritmik ünsürləri notlarla da asanlıqla ifadə etmək olar. Belə ki, uzun hecanı şərti olaraq çərək not işarəsi () ilə, qısa hecanı isə səkkizlik not işarəsi (♪) ilə ifadə etmək olar.

Azərbaycan xalq musiqisində ilkin olaraq müəyyən etdiyimiz daha çox rast gəlinən ritmik vahidlər aşağıdakı-lardır:



1. Dahdada-dadah. Bu ritmik vahid xalq dilində “üç badam, bir qoz” adlanır. Görünür çox qədim olduğundan və geniş yayıldığından xalq dilində ad da verilmişdir. Bu ritmik vahid əsasən nağara ritmi kimi istifadə olunur və müşayiət etdiyi musiqinin müxtəlif ritmik dördlükləri (əsasən dahda-dadah, dadah-dadah və s.) ilə uyğunlaşır. Həmçinin bu ritmik vahidə digər instrumental musiqi parçalarında da rast gəlinir.

2. Dahda-dadah. X.İ.Əhməd sistemindəki müfilün təfiləsi ilə eynidir. Nəinki Azərbaycan xalq musiqisində, həmçinin Şərq və Qafqaz xalqlarının musiqisində həddən artıq geniş yayılmışdır. Əksər oyun havalarında rast gəlinir.



3. Dadah-dadah. X.İ.Əhməd sistemindəki fA’ilün təfiləsi ilə eynidir. Xalq musiqimizdə, o cümldən aşıq havalarında (“Cəlili”, “Şahsevəni” və s.) çox rast gəlinir.

4. Dada-dahdah. X.İ.Əhməd sistemindəki fə’ilAtün təfiləsi ilə eynidir. Xalq musiqimizdə, xüsusən aşıq havalarında (“Dübeyti”, “Gəraylı”, “Cəngi” və s.) rast gəli-nir.

5. Dadah-dahdah. X.İ.Əhməd sistemindəkifA’İlün təfiləsi ilə eynidir. Xalq musiqimizdə, o cümlədən aşıq havalarında (“Azaflı dübeytisi”, “Çox keçmişəm bu dağ-lardan” və s.) rast gəlinir.

5. Dahdada-dahdah. X.İ.Əhməd sistemindəki ftə’-ilAtün təfiləsi ilə eynidir. Həm nağara ritmlərində, həm də digər xalq musiqisi nümunələrində (“Yallı”, “Cəngi” və s.) rast gəlinir.

6. Dadahda-dahdah. X.İ.Əhməd sistemindəki fA’-ilAtün təfiləsi ilə eynidir. Bu ritmik vahid də həm nağara ritmlərində, həm də digər xalq musiqisi nümunələrində (“Dilqəmi” aşıq havası və s.) rast gəlinir.

7. Dada-dadah. Xalq musiqimizin, xüsusən aşıq hava-larının (“Müxəmməs”, “Şahsevəni” və s.) instrumental variantında rast gəlinir.

Bunlardan başqa, dadadah, dadahdah, dahdadah kimi sadə üçhecalı ritmik vahidlər də var ki, bunları xüsusi qeyd etməyə ehtiyac görmürük. Çünki, bu kimi ritmik vahidlər həddən artıq sadə və qısa olduğundan onlara demək olar ki, bütün xalqların müsiqisində rast gəlmək olar.

Qeyd etdiyimiz ritmik vahidlərin təkrarı və ya müx-təlif kombinasiyaları, improvizələri nəticəsində xalq musiqisi nümunələrinin müəyyən parçaları formalaşır. Məsələn, Dada-dadah dahda-dadah ritmik qəlibinə “Mü-xəmməs”, “Sarıtel” və b. aşıq havalarının instrumental parçalarında rast gəlinir. Dada-dahdah dahdada-dahdah ritmik qəlibi “Cəngi” havasının əsas parçalarından biridir. “Qıtqılıda” xalq oyun havasının əsas parçasının ritmik quruluşu məhz dadah-dadah dahda-dadah (əruzun rəcəz-5 qəlibi ilə eynidir) qəlibi üzərindədir. Dahdada dahdada dahdada dah (və ya dahda-dadah dadadah dadada) qəlibi “Ruhani”, “Qarabağ şikəstəsi” və bir çox digər xalq musi-qisi nümunələrində rast gəlinir.

Xalq musiqimizdəki ritmik vahidlərin və qəliblərinin müəyyən olunması və bu siyahının artırılması üçün musiqişünaslıqda xüsusi tədqiqatın aparılmasına ehtiyac var.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin