SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə5/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   2   3   4   5   6   7   8   9   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

Açar sözlərDaun sindromu, sosial iş, klient, ailə, yardım, keys, idaretmə 
Son dövrdə aparılan araşdırmalar göstərir ki, ailədə daun sindromlu uşağın olması iqtisadi, 
tibbi və sosial cəhətdən ailə üzvlərinə genişmiqyaslı təsir göstərməklə yanaşı edilən hər hansı sosial 
müdaxilənin ailənin yaxın ətrafı, sosial mühiti nöqteyi-nəzərindən qiymətləndirilməsini tələb edir. 
Bütün digər sosial keyslərdə olduğu kimi daun sindromlu şəxslərə edilən müdaxilə zamanı da ilk 
addım qiymətləndirmə hesab olunur. Bu, adətən sosial işçi, klient və ailə arasındakı məlumat 
mübadiləsi və uğur əldə etmək üçün birgə vaxt keçirmək, müsbət, mənfi, zəif və güclü tərəfləri 
qiymətləndirmək vasitəsilə həyata keçirilən keys menecment (case management) adlanan prosesin 
ilkin mərhələsi hesab edilə bilər. Bir çox hallarda qiymətləndirmə ilə ilk müdaxilə sosial işin obyekt 
və subyektləri üçün eynilik təşkil edir və onları bir-birindən ayırmaq demək olar ki mümkün olmur, 
çünki bəzən qiymətləndirmə zamanı ilkin müdaxilə artıq başlamış olur. Daun sindromlu şəxslə 
aparılan sosial iş zamanı şərait nəzərə alınmaqla onun özü və ya ailə üzvləri ilə keçirilən 
qiymətləndirmə xarakterli görüşlər bir və ya iki dəfə keçirilə bilər, lakin bu, eyni zamanda ailənin 
bütün fərdlərinin eyni anda və ya tək-tək qatıldığı və naməlum zaman dilimi ərzində davam edən bir 
prosesə də çevrilə bilər. Əvvəlki bölmədə qeyd etdiyimiz kimi daun sindromunun səbəbləri, şəxs 
üzərindəki əksər təsirləri və müalicə səciyyəli metodlar eynilik təşkil etsə də trisomiya 21-dən
*
 magistr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Bakı, Azərbaycan 
E-mail: ayshanmammedova98@gmail.com 
 
 
SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
8-15 
 


~ 9 ~ 
əziyyət çəkən şəxslərin hamısını eyniləşdirib konkret bir qəlibə aid etmək düzgün deyildir. Onların 
fərqliliyi onlarla aparılan sosial işə də birbaşa təsir göstərməklə çox müxtəlif keyslərin meydana 
çıxmasına səbəb olur [1, s.36].
Əvvəlki hissədə qeyd etdiyimiz kimi daun sdinromundan əziyyət çəkən fərdlər digər 
insanlarla müqayisədə zəif və ya orta səviyyədə zəka geriliyi nümayiş etdirməklə yanaşı eyni 
zamanda fiziki prolemlər və inkişaf ləngimələrinə də məruz qalırlar. Bəzən bütün bunlara 
baxmayaraq gündəlik həyat fəaliyyətinin, təhsil və iş həyatının idarə olunmasının, sosial əlaqələrin 
qurulmasının öhdəsindən gəlmək iqtidarında olan daun sindromlu fərdlər ətrafdakı bəzi insanlar
hətta ailə üzvləri tərəfindən belə yetərincə dəstək, diqqət və qayğı görə bilmirlər. Ailələrin 
orqanizmdə artıq bir xromosom ilə dünyaya gələn körpəyə qarşı münasibəti əksər hallarda heç də 
ürəkaçan olmur, çünki təbii olaraq hər bir valideyn uşağının mükəmməl bir bədəndə, fiziki və zehni 
cəhətdən sağlam doğulmasını arzulayır və əksinin olmasını böyük bir bədbəxtlik olaraq beynində 
kodlayır. Anggreni və Valentina adlı alimlərin apardığı araşdırmalar bir daha sübut etmişdir ki
övladı daun sindromu ilə doğulan valideynlərin əksər hissəsi bu təcrübə ilə qarşılaşarkən özlərini 
üzgün, xəyal qırıqlığına uğramış və şok içərisində hiss edirlər. Eyni zamanda qeyd olunur ki, 
potensial olaraq sözügedən təcrübəni yaşayacaq olan gənc ailələr bundan narahat olmamalı və stres 
keçirməməlidirlər. Gec ya da tez ana və ataların əksəriyyəti mövcud vəziyyəti qəbul edib 
övladlarının digər uşaqlardan kəskin şəkildə fərqlənmədiyini, düzgün qurulmuş tərbiyə və təhsil 
sistemi, eyni zamanda lazımi mütəxəssislərin köməyi ilə fiziki çatışmazlıqların aradan qaldırıla 
bildiyini dərk edir və onlar üçün əllərindən gələni əsirgəmirlər. Fikrimizcə bu çətin prosesdə 
ailələrin ən yaxın köməkçisi sosial işçilər hesab oluna bilər. Xromosom anomaliyasının bərabərində 
gətirdiyi fərqliliklər daun sindromlu uşaqları digərləri ilə müqayisədə qayğıya və xüsusi rəftara daha 
möhtac hala gətirir. Valideynlər təkcə özlərinin deyil ailənin digər üzvlərinin də daun sindromlu 
şəxsə davranışı, onu qəbul etmək və dəstək göstərmələri eyni zamanda ailənin digər uşaqlarının 
maddi-mənəvi ehtiyaclarının ödənilməsi, ailə büdcəsinin idarə edilməsi, valideyn sevgisinin 
övladlar arasında bərabər bölünməsi üçün məsuliyyət daşıyırlar. Həmçinin fikrimizcə uşağın 
vəziyyətini qəbul edib dəstəkləmək heç də asan qərar hesab olunmamalıdır, çünki daun sindromu ilə 
doğulan uşağın geniş ailə daxilində normal qarşılanması, cəmiyyətdəki digər insanlar arasında 
özünə yer tapmaq üçün addım ata bilməsi, qohumluq bağı olan və ya olmayan şəxslərin uşağa qarşı 
münasibətlərinin tənzimlənməsi də ilk növbədə valideynlərin yanaşmasından asılı olaraq onların 
səyi ilə müsbət istiqamətdə formalaşa bilər. Maraqlısı odur ki, orqanizmdəki xromosom cütlərində 
əlavə xromosomun mövcud olmasını valideynlər hətta keçmişdə etdikləri səhvlərin qarşılığı və ya 
ailənin lənəti kimi də qəbul edə bilirlər. Bəziləri isə sadəcə olaraq övladlarının əlilliyi olduğunu 
zənn edir və inkişafdan geri qalacaqlarını fikirləşərək bir növ ümidsizliyə qapılmağı seçirlər. 
Əlbəttə ailə böyüklərinin bu mövqeyi ailənin digər fərdlərinə olduqca neqativ təsir göstərməklə 
daun sindromlu fərdin onsuzda çətin olan sosiallaşma və cəmiyyətə tam inteqrasiya prosesini daha 
da ağırlaşdırır.
Qeyd etməliyik ki yalnız ata və ana deyil eyni zamanda bacı və qardaşlar da ailədə daun 
sindromlu fərdin olmasından birbaşa olaraq təsirlənirlər. Xüsusilə ailənin böyük uşağının üzərinə 
müəyyən məhdudiyyətlərə sahib olan bacı və ya qardaşına qayğı göstərmək, maksimum tolerant 
yanaşmaq və onun qayğısına qalmaq vəzifəsi qoyulur. Bu tələb həmçinin onların hər hansı səhvə 
yol verdikləri zaman damğalanmalarına və daim yetkin biri davranmalarının gözlənilməsini də 
gətirib çıxara bilir. Buna görə də daun sindromlu fərdlər və onların ailələri ilə aparılan sosial iş 
kompleks və məsuliyyətli, həmçinin ən az tibi müdaxilələr qədər zəruri bir proses hesab olunur [3, 
s.76-77]. Sosial xidmət prosesinin ən əhəmiyyətli 2 mərhələsi ailələrlə sosial iş və uşaqlarla sosial 
işdir. Qeyd etmək lazımdır ki, sosial iş mütəxəssisləri ilk növbədə sosial xidmətin hədəfinin ailə 
yaxud uşaq olduğunu müəyyən etməlidirlər. Əsasən bu zaman uşaqların rifahından söhbət getdiyi 
üçün sosial işçi eyni zamanda həm ailə həm də şəxsin özü ilə paralel olaraq iş aparır ki bunu biz 
daun sindromlu fərdlərin daxil olduğu keyslərə də aid edə bilərik. 
Daun sindromlu uşaqlarla sosial iş müddətində xidmət göstərən şəxs xidmətin obyekti olan 
daun sindromlu fərdlərə sosial dəstək əldə etmək, sosial ehtiyacları qarşılamaq, digər maddi və

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin