~ 12 ~
konsultasiyalar zamanı aylarla bir-biri ilə ünsiyyət qurmur və ya ünsiyyət defisitlərinin əvvəldən
etibarən olduğu üzə çıxır. Sosial işçi xidmət göstərən zaman qərəzsiz üçüncü tərəf kimi fəaliyyətini
davam etdirir və ailə üzvləri hislərini, istəklərini, qorxu və narahatlıqlarını hətta bir-birləri haqqında
fikirlərini, məyusluq və sevinclərini heçbir tərəddüd etmədən asanlıqla onunla bölüşürlər. Onun
ünvanladığı hər bir sual ailənin təməlini sarsıda biləcək riskləri ortaya çıxarmağa və onları aradan
qaldırmağa köməklik edir. Məsələn əgər hər hansı ailədə böyüyən uşağın davranışlarında
xoşagəlməz məqamlar müşahidə olunursa bu, uşağın təbiətindən, tərbiyədə olan boşluqlardan və ya
valideynlərinə hörmət etməməsindən asılı olamaya bilər. Ola bilər sadəcə olaraq ailə daxilindəki
psixoloji mühit, ana və ata arasındakı münasibətin gərginliyi uşağa mənfi təsir göstərməklə davranış
pozulmalarına yol açır. Sosial işçi bütün bunları kənardan görməklə onlara fikirlərini, şüuraltında
özlərinin belə xəbərsiz olduğu gizli məqamları ifadə edərək müzakirə edib bir-birini daha yaxşı başa
düşməyə sövq edir [6, s.104].
Ata və ananın daun sindromlu fərdin həyatında nə dərəcədə böyük təsirə malik olduğunu
vurğulayan türk professor həkim Işın Baral Kulaksızoğlunun fikirlərinə əsasən sosial işçi bir sıra
təməl addımların atılmasında ailəyə dəstək verməli və onların bu barədə məlumatlılıq səviyyəsini
yüksəltməlidir. Sosial işçilər daun sindromu diaqnozu qoyulmuş uşaqların ailələrinə müxtəlif
yollarla kömək edə bilərlər. Onlar əsasən diaqnoz qoyulduqdan sonra bu barədə xəbərin öhdəsindən
gəlməkdə, onu qəbul etməkdə valideynlərə emosional dəstək təklif edirlər. Sosial xidmət
mütəxəssisləri ailə üzvlərinə stres və emosiyaları idarə etməyi və ya onlarla mübarizə
strategiyalarını təklif etməklə insanların beyinlərini məşğul edən sualları cavablandırır yaxud
anomaliya haqqında ətraflı məlumat verirlər. Onlar valideynlərə, qəyyum və himayəçilərə daun
sindromlu uşaq üçün təklif olunan xidmət və mövcud resurslar haqqında məlumat verə və bu
mənbələrin əlçatanlığını təmin etmək üçün əllərindən gələni edə bilərlər. Daun sindromlu ailələrlə
işləyən sosial iş peşəkarları ailə üzvlərinə müalicə ehtiyaclarını, uşaqların tibbi durumunu, öyrənmə
və ya əqli geriliyi, yaşıdlarından gec, ləng bir formada baş verən bioloji formalaşma prosesini
dərindən anlamağa və bunun qarşısını almaq üçün hansı mütəxəssislərin köməyinə ehtiyac
duyduqlarını müəyyən etməyə yardımçı olmaqla çox əhəmiyyətli bir funksiyanı yerinə yetirirlər.
Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, bəhs etdiyimiz şəxslər daun sindromlu uşağın ailə
üzvlərinin tibbi yardım, müalicə və ya psixoloji xidmət ehtiyacından irəli gələn yarana biləcək
potensial maddi çətinliklərin aradan qaldırılmasında lazımi mənbələrdən yardım ala bilməsi üçün
məsuliyyət daşıyırlar. Sosial işçilər bunu ailələrə birbaşa və ya aidiyyatı agentlik və təşkilatlarla
əlaqələndirmək vasitəsilə həyata keçirirlər. Daun sindromlu şəxslərə işləyən sosial işçilər dedikdə
təsəvvürümüzdə yalnız trisomiya 21 patalogiyasından əziyyət çəkən fərdin sosial, psixoloji, ictimai
və ya tibbi rihaf səviyyəsinin yüksəldilməsi üçün çalışan xeyirxah insanlar canlana bilər, lakin
yadda saxlamaq lazımdır ki uğurlu sosial xidmətə nail olmaq üçün sosial işçi yalnız fərdin özü ilə
yox eyni zamanda onun yaxın ətrafı və ailə üzvləri də işləməklə ailə daxilindəki psixoloji mühitin
sağlam olmasını, həmrəyliyin qorunub saxlanmasını təmin edirlər. İlkin mərhələdə valideynlərlə
aparılan məshələtləşmənin əsas məqsədi onlarla birgə uşağın təbiətinə hərtərəfli yiyələnmək, uşaq
üçün real məqsədlər, hədəflər müəyyənləşdirmək və onları həyata keçirmək üçün həmrəy hərəkət
etmək və ailənin daxilində məqbul bir yer tuta bilməkdir [5, s.19].
Ətraf mühitdə mövcud olan dinamik mühit daun sindromlu uşağa olduqca güclü təsir
göstərir, beləliklə öz potensialını üzə çıxarmağa təkan verir və ya əksinə. Fərdlər və ailələrlə
aparılan iş zamanı ailə mərkəzli konsultasiya pasient və ailə arasındakı qarşılıqlı təsir prosesini
müəyyənləşdirməyə təkan verir, bu vasitə silə sosial işçi xəstənin ailə üzvlərində yaratdığı
təəssüratları və ailə üzvlərinin xəstə üzərindəki təsirini anlamağa müvəffəq olur. Sosial işçilər ailə
sisteminə mənfi təsir göstərən bu mürəkkəb vəziyyəti aradan qaldırmaq üçün gərəkli təlimləri
keçdikləri üçün lazımi bilik və bacarıqlara malikdirlər. Sosial işin ailə genetikasındakı bu
əhəmiyyətli mövqeyi genetik konsultasiyanın unikal bir peşə kimi təkamülündən irəli gəlir. Daun
sindromunun hamiləlik dövründə edilən analizlər vasitəsilə müəyyənləşdirilməsi zamanı həkimlər,
tibb bacıları və digər tibb işçiləri valideynlərə bu xəbərin ən doğru şəkildə verilməsi və rahatlıqla
qəbullana bilmələri üçün əllərindən gələni əsirgəmirlər. Bir çox analar təbii ki xromosom
Dostları ilə paylaş: