SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə7/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   2   3   4   5   6   7   8   9   10   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
8-15 
 


~ 11 ~ 
Mikro səviyyədə ailələrlə birbaşa iş zamanı sosial xidmət mütəxəssisinin keçdiyi əsas 
mərhələlər ailə ilə ünsiyyət və yardımçı tərəfdaşlıq yaratmaq, qiymətləndirmə, mümkün həll 
yollarının, potensial risklərin müəyyənləşdirilməsi, müsbət dəyişikliklərin və ya ümumi situasiyada 
yaranan fərqliliklərin planlaşdırılması daxildir. Ailə ilə ünsiyyət və yardımçı tərəfdaşlıq yaratmaq 
mərhələsi böyük əhəmiyyətə malik olmaqla digər səviyyələr üçün zəmin yaradır və keysin nə 
dərəcədə uğurlu olması qiymətləndirmə prosesi zamanı ailə ilə ünsiyyət və tanışlığın nə dərəcədə 
keyfiyyətli olması ilə birbaşa əlaqədardır. Hər bir ailə kiçik bir dövlət, sosial institutdur. Hər bir 
cəmiyyətin təməlində dayanan əsas quruluş məhz ailə birliyidir. Ailə ilə işləmək sosial işçi üçün 
çətin və məsuliyyətli bir prosesdir, çünki hər bir ailənin öz daxili mühiti, sosial və psixoloji aurası 
var. Daun sindromlu övlada sahib olan ailə ilə işləməyə başlamazdan əvvəl sosial işçi ailə 
üzvlərinin həyat tərzi, dünyagörüşü, bir-birlərinə yanaşmaları və ailənin xüsusi üzvünə qarşı 
münasibətləri barədə ətraflı məlumata yiyələnmək üçün onlarla bacardıqca vaxt keçirməlidir. Bu 
zaman sosial xidmət mütəxəssisinin üzərinə düşən əsas vəzifə ailələrə öz hekayələrini danışmaq 
üçün fürsət vermək və beləliklə onların özlərinin yaşadıqları təcrübənin müsbət tərəflərini görməyə 
və gələcək əməkdaşlıq üçün aydın vizyon yaratmağa imkan verməkdən ibarətdir. Əksər sosial 
işçilərin xidmət göstərdiyi yüksək risk qrupuna daxil olan daun sindromu və ya başqa genetik 
xəstəliklərdən əziyyət çəkən övlada malik ailələr stresə, başqalarının fikirlərinə və yarana biləcək 
potensial münaqişə və inamsızlıqlara, günahkalıq hissinə qarşı daha həssasdırlar. Məhz bu, onları 
sosial xidmət sektorunun əsas obyektlərindən birinə çevirmişdir. Lakin unutmaq olmaz ki bəzən 
sadalanan problemlərlə yanaşı gəlir və ya sığınacaq kimi təməl ehtiyacların ödənməsinə də ehtiyac 
duyulur. Tam kompleks sosial müdaxilə prosesi bu tip ehtiyacların qarşılanmasını da şərtləndirir. 
Qeyd etdiyimiz kimi daun sindromlu uşağa sahib ailələrin stresə qarşı davamlılığı digər ailələrə 
nisbətdə daha zəifdir. Kədər, təqsir, stiqma, qəzəb, davamlı tibbi prosedur və xərclər aiələrə öz 
funksiyalarını həyata keçirməkdə çətinlik törətməklə tez-tez ağır böhranların yaranmasına gətirib 
çıxara bilir. Lakin təklif olunan xidmət və müalicə prosedurlarında müşahidə olunan kəskin inkişaf 
danılmazdır [2, s.298].
Sosial işçi effektiv ünsiyyətə nail olmaq və lazımi ehtiyacların ödənməsini təmin etmək 
üçün dəstək xidmətləri tapmaqda, mövcud tibbi, sosial, psixoloji innovasiyalardan istifadədə 
ailələrə yaxından yardım etməli eyni zamanda daun sindromlu şəxsin da bütün bu proseslərdə 
yaxından iştirakına zəmanət verməlidir. Onlarla aparılan sosial işin növbəti səviyyəsi ―orta‖, yəni 
mezo səviyyə hesab olunur. Mezo səviyyədə aparılan sosial iş çox vaxt icma mühitini 
yaxşılaşdırmaq və xüsusi ailələrin ehtiyaclarını daha effektiv formada qarşılamaq iqtidarında olan 
və bu məqsədlə onlarla vəhdətdə hərəkət edən icma təşkilatları vasitəsilə həyata keçirilir. Ailələrlə 
birbaşa qiymətləndirmə zamanı mövcud olan bir sıra amillər mezo səviyyədə də özünü büruzə verir. 
Nəzəriyyə və praktika arasında sıx əlaqənin olması, bir-birlərini ifadə etmə şəkli, illər ərzində 
formalaşan sosial bilik deposunun ön planda olması və problemlərin həll edilməsində bu biliklərə 
müraciət, keysin idarə edilməsində əvvəlki təcrübələrdən də istifadə olunması mezo səviyyə üçün 
xarakterik olan əsas hasidələrdən yalnız bir neçəsidir. Digər səviyyə isə makro səviyyədir və mezo 
səviyyə ilə yaxından əlaqəlidir. Bununla belə makro səviyyədə sosial iş federal, əyalət, regional və 
icma təşkilatlarında bir sıra əsas sahələrdə atılan addımlar və qiymətləndirmə ilə yanaşı, dövlət 
siyasətinin təhlili və inkişafı üzrə aparıcı istiqamətləri özündə ehtiva edir. Bir çox sosial xidmət 
mütəxəssisi üçün bu, fəaliyyətinin nəzər nöqtəsi ola bilər və hətta makro səviyyədə çalışa bilmək 
məqsədilə birbaşa olaraq praktikadan uzaqlaşa bilərlər. Bu zaman birbaşa ailələrlə cəmiyyətin 
müxtəlif təbəqələrinda işləyərək əldə etdikləri təcrübə və biliklər dövlətin həyata keçirməli olduğu 
ən düzgün və effektiv siyasəti müəyyənləşdirməyə və praktiki işlərə tənqidi yanaşa bilməyə zəmin 
yaradır. Digər sosial işçilər isə mikro və mezo səviyyədə öz fəaliyyətlərini davam etdirsələr də
makro səviyyədə qəbul edilən hər hansı qərarın, müəyyən edilən istiqamət və ya siyasətin aparıcı 
olduğunun fərqində olurlar. Əlbəttə onların makro səviyyəyə və bu səviyyədə çalışan sosial işçilərə 
təsirinin olmadığını söyləmək olduqca absurtdur. Təqdimat yazıları, məqalə, tezis, nümayiş və digər 
yazılarla siyasət və ya yeni praktiki istiqamətin lehinə və ya əleyhinə çıxış etməklə öz fikirlərini 
bildirə bilərlər. Sosial işçi adətən öz işinə ailə üzvlərini danışdırmaqla başlayır. Bəzən ailələr

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin