SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə99/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   95   96   97   98   99   100   101   102   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
82-88 
 


~ 84 ~ 
sakitləşdi. Bundan sonra Azərbaycan İnqilab Komitəsinin 1 dekabr 1920-ci il bəyanatı öz hüquqi 
qüvvəsini itirdi.
Naxçıvan əhalisi arasında böyük nüfuza malik olan Behbud ağa Şahtaxtinski AK(b)P MK-
nin Siyasi və Təşkilat Bürosunun 12 yanvar 1921-ci il tarixli qərarına əsasən Hərbi İnqilab 
Şurasının mandatı ilə Naxçıvana Komissar təyin olundu (6, s. 301). Naxçıvanda belə bir məsul işə 
başlayan Behbud ağa Şahtaxtinski 1921-ci ilin yanvar ayında Azərbaycan, Ermənistan və Rusiya 
nümayəndələrinin iştirakı ilə Naxçıvanda ərazinin Azərbaycan SSR-in tərkibinə daxil olması barədə 
əhali arasında ümümxalq səsverməsi (referendum) keçirilməsinə nail oldu. Referendumun nəticələri 
çox uğurlu oldu: əhalinin 90 faizi bölgənin Azərbaycan SSR tərkibində qalmasının lehinə səs verdi. 
Behbud ağa Şahtaxtinskinin təşəbbüsü və ciddi səyləri nəticəsində baş tutan bu referendumun 
nəticələri çox mühüm siyasi-tarixi sənəd olmaqla gələcəkdə Naxçıvan diyarının ərazi 
mənsubiyyətinin müəyyən edilməsində kimi həlledici rol oynadı. Naxçıvan əhalisi kimi 
Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri də Naxçıvanın Ermənistana verilməsi məsələsində çox 
kəskin mövqe tutmuş, bu məsələnin yol verilməz olduğunu ən yüksək səviyyələrdə bəyan 
etmişdilər.
Belə bir çətin şəraitdə A.Mikoyan və digər erməni liderlərinin ―Zəngəzurun, Naxçıvanın və 
Qarabağın Ermənistana verilməsi ermənilərin Sovet hökumətinə inamını və rəğbətini artıra bilər‖ 
ideyasından çıxış edərək 1920-ci ilin dekabrında, yəni Ermənistan sovetləşdikdən az sonra 
Azərbaycan Sovet Rusiyası tərəfindən Zəngəzurun böyük bir hissəsini Ermənistana ―bağışlamağa‖ 
məcbur edildi (7, s. 178). Beləliklə, Ermənistan sovetləşdikdən sonra sovet Rusiyası rəhbərliyinin 
anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə 
verildi. Bu tarixi Azərbaycan torpağının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 
iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-in tərkibində Zəngəzur qəzası yaradıldı (7, s. 369-
370). Beləliklə, Zəngəzurun verilməsi ilə Ermənistan ərazisi cənubda Araz çayına qədər uzadıldı və 
Naxçıvan bölgəsi süni surətdə, məqsədli şəkildə Azərbaycanın əsas hissəsindən ayrı salındı. 
Bununla da, əslində Naxçıvanın blokadası elə həmin vaxtdan başlandı. Məhz buna görə də, yəni 
Naxçıvanın Azərbaycanla birbaşa əlaqəsi kəsildiyinə görə, bölgəyə Azərbaycanın tərkibində 
muxtariyyət statusu verilməsi məsələsi gündəmə gəldi. Ona görə də Naxçıvanın həmin dövrdəki 
vəziyyətini nəzərə alaraq bu məsələlərdən bəhs edən ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, 
―əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də 
lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi‖ (2). Beləliklə, Naxçıvan suni 
şəkildə, düşünülmüş surətdə Azərbaycanın əsas hissəsindən ayrı salındı. 70 illik sovet hakimiyyəti 
illərində vəziyyət belə davam etdi, indi də davam etməkdədir. 
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində 1921-ci ilin mart 
ayında imzalanan Moskva müqaviləsinin böyük rolu oldu. Azərbaycan Xalq Komissarları Sovetinin 
sədri N.Nərimanovun bu məsələdə prinsipial və qətiyyətli mövqeyi, 1921-ci ilin əvvəllərində 
aparılacaq danışıqlarla əlaqədar Moskvaya gedən görkəmli dövlət xadimi və diplomat 
B.Şaxtaxtinskinin Sovet Rusiyası dövlət xadimləri ilə apardığı danışıqlar Naxçıvan məsələsində 
Moskvanın – Sovet Rusiyası rəhbərlərinin mövqeyinin dəyişməsinə öz təsirini göstərdi. 16 mart 
1921-ci ildə Moskvada Rusiya ilə Türkiyə arasında imzalanan ―Dostluq və qardaşlıq haqqında‖ 
müqavilədə Naxçıvanın Azərbaycanın tərkibində muxtar statusla qalması ilə əlaqədar maddənin 
salınmasında Behbud ağa Şahtaxtinskinin xüsusi rolu olmuşdur. Naxçıvanın ərazi taleyinin həll 
olunmasında böyük rolu olan, Moskva müqaviləsinin imzalanmasında iştirak etməsə də, Behbud 
ağa Şahtaxtinski müqavilə ilə əlaqədar danışıqlar ərəfəsində və danışıqların getdiyi dövrdə 
Moskvada bir sıra məsul şəxslərlə görüşmüş, danışıqlar aparmış, məsələnin əsil mahiyyəti haqqında 
onlarda aydın təsəvvür yarada bilmişdi. Ümumiyyətlə B.Şaxtaxtinskinin Naxçıvanın ərazi taleyinin 
həll olunmasında, ona Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində çox böyük 
xidmətləri olmuşdur. O, hətta bununla əlaqədar Moskvaya, V.İ.Leninə məktub yazmış, məktubda 
Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ haqqında həqiqətləri ona çatdırmışdı. Belə ki, məktubda 
tarixi Azərbaycan torpaqları olan bu ərazilər, həmin yerlərin tarixi coğrafiyası, əhalisinin milli 
tərkibi haqqında müfəssəl məlumatlar verilmiş, Behbud ağa Şahtaxtinski fikirlərini sübut etmək

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin