Sultan hüseyn bayqara divan سلطان حسین بایقرا


Şad edək deb natəvan könlümü məhzun qıldı-la!»



Yüklə 2,03 Mb.
səhifə22/27
tarix10.01.2022
ölçüsü2,03 Mb.
#109317
1   ...   19   20   21   22   23   24   25   26   27

Şad edək deb natəvan könlümü məhzun qıldı-la!»

Ol ki var ərdi həyatım çeşməsinin kövsəri,

Yox, yox, ərdi baği-ömrüm nəxlinin türfə bəri.

Mən xud ərdim şövqünən Məcnunü, ol həm bir səri,

«Vədə edib cilvəsin bağ içrə andağ kim pəri,

Dəşt üzə avara qılmaqlığa Məcnun qıldı-la!»


Ol ki der ərdi visalımı sana həmdəm qılam,

Çaklər bağrında kim olmuş ona mərhəm qılam,

Əksildib dərdü qəmin bundan varı xürrəm qılam,

«Dedi: vəslim birlə çoxdan çox qəmini kəm qılam,

Onu gündən-günə əksiltməkdən əfzun qıldı-la!»
Vədeyi-mehri-vəfa edib, bu xun ağuştəni,

Sad qıldı, zülfi-damına çəkib sər riştəni,

Qan yaşımdan laləgün çün qıldı bağü püştəni,

«Qurtaraq deb çərx cəbrindən mən sərgəştəni,

Əncümü peykan bilə cismimi gərdun qıldı-la!»
Üzünə heyran gözüm çöhrə nəmudar edəli,

Alnında lal ərdi dil, lə’lin şəkərbar edəli,

Qəddinə mail, xirəd ahəng rəftar edəli,

«Zülfünə vəhşi könül saydın giriftar edəli,

Yox ağızdan var əkəncə həddi-əfsun qılda-la!»

Doğrayıb bağrımı ol ay hicrində tiği-sitəm,

Göz yolundan yaş ilə axızdı onu dəmbədəm,

Əşki-lə’lü dərdindən bihədd olub mən möhtəşəm,

«Müflis ərdim mey qılıb, sınan sifalım cami-Cəm,

Xatirim viranəsin xud gənci-Qarun qıldı-la!»


Bu ki şeyxi-şəhrimizi xalq der: ağıl bəsi,

Zöhdü təqvayü fəzail birlə həm kamil bəsi,

Ey Hüseyni, leyk ərər bu iş mana müşkül bəsi,

«Kim Nəvaidən səlah istər ərər qafil bəsi,

Xirqeyü səccadəsin ol meyə mərhun qıldı-la».

MÜXƏMMƏS
Çərx tək mehrin əlindən eylərəm mən dadı hey,

Çünki qıldı bizi qəmgin, özgələri şadı hey,

Neçə illik aşnamız oldu bizdən yadı hey,

Sərnəgün olmuş, yatır ol qaməti-şümşadı hey,

Cənnətin bürcündəki tubumu yıxdın, badı hey.
Firqət əyyamında Məcnun bunca çox laf urmasın,

Hicri-dərdi-dağını heç kimsə məndən sormasın,

Mərd əgər töxmün əkib bir bimahal sövq urmasın,

Tez götürün cismini, çıxsın ki, çeşmim görməsin,

Tabutun tizrək yonub, göndiri ver xarratı hey.
Yarın kim, qıldı səfər, hicrana dözsən, vəqtidir,

Firqətindən yaş döküb, bağrını əzsən, vəqtidir,

Yaxşıların hüsnü vardır, bir gül üzsən, vəqtidir,

Leyliyü Məcnun sifət divanə gəzsən, vəqtidir,

Canı Şirinin çıxıb, çıxsın gözü Fərhadı hey.
Hafizi tək köksünə daş urmadın, Sultansöyün,

Axdırıb əşki-rəvanın yürmədin, Sultansöyün,

Ol ki, təslim qıldı can, sən qılmadın, Sultansöyün,

Yar bilən bir gora neyçün girmədin, Sultansöyün,

Taki dünya var ikən qalardı səndən adı hey.
RÜBAİLƏR
Görkəzmə çəməndə sərvi yoldaş mana –

Kim görəndən gözdən axar yaş mana,

Endirsə nə olar bir nəfəs baş mana,

Ol sərvi-rəvan ki, oldu boydaş mana.



* * *

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin