Sumqayıt Dövlət Universiteti Sərbəst iş Fakültə: Fizika və Elektroenergetika İxtisas: Eletrik və Eloktronika mühəndisliyi



Yüklə 52,29 Kb.
səhifə3/12
tarix01.01.2022
ölçüsü52,29 Kb.
#107444
növüMücərrəd
1   2   3   4   5   6   7   8   9   ...   12
az dili fizik zümrüd

3)Dil və Nitq

Nitqin iki növü vardır:monoloji nitq və dioloji nitq.

Monoloji nitq bir insanın öz-özünə,təkbaşına danışığına deyilir.Biz özümüz bunu dəfələrlə təcrübədən keçirmişik. Buna həm də  daha çox dram əsərlərində təsadüf edirik.

Bununla bağlı bir nümunəyə müraciət edək;

“Rüstəm bəy (tək)-İndiyə kimi ömrümdə düşmən qabağından qaçmamışam,həmişə və hər yerdə düşmənə faiq gəlmişəm,bir Allahdan savayı heç kimdən qorxmamışam…(sükut) Mən haman Rüstəməm ki,topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum…Mənə bir təşəxxüs satmaqdan ötrüKərim xanın yurdunu virana qoydum…”

Dioloji nitq iki və daha çox şəxsin söhbətinə-nitqinə deyilir.Dioloji nitq gündəlik tələbatla sıx bağlıdır.İnsan cəmiyyətini dioloji nitqsiz təsəvvür etmək mümkün deyildir.Gündəlik danışığımızda ən çox dioloji nitqdən istifadə edirik.Bədii əsərlərdə dialoqlar hadisələrin inkişafında,ideyanın açılmasında xüsusi əhəmiyyət daşıyır.Dram əsərlərində dialoqlardan geniş istifadə olunur.

Yenə bir nümunəyə baxaq:

“Mahmud bəy (daxil olur) –Nə buyurursunuz?

 Rüstəm bəy – Gəl otur.

 Mahmud bəy (kənarda səndəli üstə oturur) –Gədələr dedilər ki…

 Rüstəm bəy (onun sözünü kəsir)-Səndən bir sual edəcəyəm,ona cavab ver”.

Adətən,insanlar bir şey haqqında fikirləşərkən daxili  nitq tipindən istifadə edir.Daxili nitq vasitəsilə fikir yürüdür,analiz edir,nəticə çıxarır.Eyni proses xarici nitq tipində də özünü göstərə bilir.                                                                       

Bildiyimiz kimi,dilin bütün sahələrində -fonetik sistemində,leksikasında,qrammatik quruluşunda daxili qanunlar əsasında müəyyənləşmiş normalar vardır.İnsanların həmin normalara yiyələnməsi və gündəlik ünsiyyətdə ona əməl etməsi nitq mədəniyyəidir.

Mədəniyyət sözü ərəbcə şəhər mənasını verən” mədinə” sözündən götürülmüşdür.  Şəhər insanların daha sıx yaşadığı kompakt yaşayış massividir. Əlbəttə,qədim zamanlardan sənətkarlıq,ticarət,elm və ədəbiyyat burada intişar tapmış ,inkişaf etmişdir.Nitq mədəniyyətinin də formalaşması şəhər mədəniyyətinin bir parçasıdır.

Nitqin gözəlliyi təkcə fonetik –tələffüz,leksik,qrammatik normalara bələd olmaqla bitmir.Bunun üçün nitqin məzmunu gözəl olmalı,danışıq aydın və dinləyənin səviyyəsinə uyğun olaraq intonasiyanı yerli-yerində dəyişməklə dinləyicilərin diqqətini cəlb etməli,onları yormamalıdır.Budur nitqin gözəlliyi.Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsidir.

Hər kəs öz geyiminə,gigienasina diqqət yetirdiyi kimi,nitqinin də gözəlliyinə,təsirliliyinə fikir verməlidir.Hansı millət olmasından asılı olmayaraq,onun mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqidir(burada həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur).

Gözəl nitq üçün birinci növbədə aşağıdakılar tələb olunur:

1.Dilin özünün ifadə imkanlarının genişliyi,səlisliyi

2.Həmin  dildən istifadə edənlərin hazırlığı,yəni dilin ifadə imkanlarından düzgün fydalanmaq vərdişinin olması

Bunu da unutmaq olmaz ki, milli mədəniyyətin, o cümlədən nitq mədəniyyətinin daşıyıcısı və qoruyucusu xalqdır.

           


Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin