Sorğu Avropa Şurasının və Avropa Birliyinin 2015-2017-ci illər üzrə Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsinin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin
2016-cı il statistik hesabatlara dair
Yekun Hesabat
Sumqayıt 2017
Mündəricat
Cədvəl və diaqramların siyahısı 1Giriş 1.1Layihə haqqında məlumat və minnətdarlıq 1.2Metodologiya 1.3Məhkəmə haqqında məlumat 2Məhkəmənin kəmiyyət göstəriciləri 3Həllini gözləyən işlər 4Ümumi məhkəmə işləri 4.1İqtisadi mübahisələrə dair məhkəmə işləri 4.2İnzibati mübahisələrə dair məhkəmə işləri 5Məhkəmədə orta yük 6.1 İqtisadi mübahisələrə dair işlərdən verilmiş Apellyasiya şikayətləri 6.2İnzibati mübahisələrə dair işlərdən verilmiş Apellyasiya şikayətləri
Cədvəl və diaqramların siyahısı
Cədvəl 1. 2010-2016-cı illər üzrə məhkəmənin insan resurslarına dair ümumi məlumat
Cədvəl 2. 2016-cı il üzrə hər bir iş növü üzrə proseslərin gedişatı barədə məlumat
Cədvəl 3. Həllini gözləyən işlər
Diaqram 1. Həll olunmuş işlərin göstəriciləri
Diaqram 2. Ümümi məhkəmə işlərinin göstəriciləri
Diaqram 3. İqtisadi işlərinin göstəriciləri
Diaqram 4. İnzibati işlərinin göstəriciləri
Diaqram 5. Məhkəmənin orta yük göstəricisi
Diaqram 6. Ümümi işlərdən verilən Apellyasiya şikayətlərinin göstəriciləri
Diaqram 7. İqtisadi işlərdən verilən Apellyasiya şikayətlərinin göstəriciləri
Diaqram 6. İnzibati işlərdən verilən Apellyasiya şikayətlərinin göstəriciləri
Giriş 6.3Layihə haqqında məlumat və minnətdarlıq
İnsan hüquqularının qorunmasını özünün ali məqsədi kimi elan etmiş Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin müasirləşdirilməsinə yönəlmiş köklü məhkəmə-hüquq islahatlarını uğurla davam etdirir. Bu baxımdan Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi mühüm əhəmiyyət kəsb edir.
Layihənin əsas istiqamətləri məhkəmə prosesində vaxtın idarə olunması və məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən hakimlərin təlimi proqramının və metodologiyasının təkmilləşdirilməsidir.
Bununla əlaqədar təcrübələrin və məhkəmə xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün tətbiq olunan metodların qiymətləndirilməsi, hədəflərin və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) rəhbər sənədlərinin və alətlərinin icrası üçün layihə çərçivəsində icra edilməli olan konkret fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədi ilə Azərbayan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası tərəfindən 5 pilot məhkəmə (Sumqayıt və Şəki apellyasiya, Sumqayıt İnzibati-İqtisadi, Yasamal və Oğuz rayon məhkəmələri) müəyyən edilmiş və müxtəlif vaxtlarda pilot məhkəmələrlə tanışlıq səfərləri təşkil olunmuş, Avropa ölkələrində və Bakıda faydalı tədbirlər keçirilmişdir.
Layihə çərçivəsində 2016-cı il ərzində pilot məhkəmələrdə məmnuniyyət sorğularının təşkilinə hazırlıq işləri görülmüş, hakim və məhkəmə aparatı işçiləri üçün məhkəmələrin idarə edilməsi mövzusunda təlimlər keçirilmiş, məhkəmə statistikası və məhkəmələrdə vaxtın idarə olunması üzrə CEPEJ təlimatlarının tətbiqi üzrə qabaqcıl xarici təcrübə öyrənilmişdir.
Məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı Strasbuqda və Bakıda seminar və praktiki məşğələlər təşkil oıunmuş, Avropa Şurasının ekspertləri tərəfindən məmnuniyyət sorğularının keçirilməsinə dair məlumat kitabçası təqdim olunmuş, sorğuların keçirilməsi metodologiyası, sorğu anketlərinin məzmunu, sualların xarakteri, onların qruplaşdırılması, sorğular keçirilməmişdən əvvəl bu barədə respondentlərin məlumatlandırılması, sorğuların keçirilməsi usulları və formaları, məlumatın toplanması və emalı, yekun hesabatın formalaşdırılması, məmnuniyyət sorğuları barədə ictimaiyyətin məlumatlandırılması barədə məlumat verilmiş, ayrı-ayrı ölkələrdə belə sorğuların keçirilməsi təcrübəsi öyrənilmişdir.
Hərtərəfli nəzəri və praktiki hazırlıq əsasında 2016-cı ilin avqust-oktyabr aylarında 5 pilot məhkəmədə məmnuniyyət sorğuları keçirilmiş və Avropa Şurası ekspertlərinin ilkin rəyinə görə bu iş bütün məhkəmələrdə yüksək səviyyədə yerinə yetirilmişdir.
Birgə əməkdaşlığımızın real nəticəsi olan məmnuniyyət sorğularının uğurla keçirilməsinə öz töhfəsini vermiş bütün qurumlara və şəxslərə, o cümlədən Avropa Şurasının məsul əməkdaşlarına, ekspertlərə və mütəxəssislərə dərin minnətdarlığımızı bildirir, qarşılıqlı əməkdaşlıq çərçivəsində bundan sonra da görüləcək bütün işlərdə hamımıza müvəffəqiyyətlər arzulayırıq.
6.4Metodologiya
Azərbaycanın pilot məhkəmələrindən tələb olunan statistik məlumatların hesablanması məhkəmə proseslərində vaxtın idarə edilməsinə dair SATURN təlimatlarının metodologiyasına əsaslanır. Hər bir pilot məhkəməsi öz sədrinin idarəçiliyi altında aşağdakı statistik məlumatları fərdi şəkildə doldurmağa və “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təkminləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsinin nümayəndələrinə müəyyən olunmuş tarixədək təqdim etməyə dəvət olunur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidə tələb olunan 2010-2016-cı illər üzrə statistik məlumatları hesablayıb təhlil etmişdir. Məhkəmə statistikasının təhlili üçün CEPEJ ekspertləri əsasən məhkəmə işlərinin həll olunma faizi (CR) və dispozisiya müddətindən (DT) istifadə edirdilər.
1.Məhkəmə işlərinin həll olunma faizi (CR göstəricisi): CR faizlə ifadə olunmaqla baxılmış işlərin sayının cəminin daxil olan işlərin sayının cəminə bölünməsilə qalığın 100-ə vurulması nəticəsində əldə olunur.
Klirens dərəcəsi 100 faizə yaxınlaşdıqca müvafiq məhkəmənin daxil olan işlərə nisbətdə baxdığı işlərin sayının tənasüb olduğu qənaətinəgəlməyə imkan verir. Beləliklə, Klirens dərəcəsi istənilən məhkəmənin daxil olan iş yükünün öhdəsindən necə gəldiyini göstərir.
Nümunə: Məhkəməyə təqvim ilində 500 yeni iş təqdim edilibsə və məhkəmə eyni zamanda 550 iş tamamlayıbsa, CR göstəricisi 110 % təşkil edir. Məhkəmə 400 iş tamamlasaydı, CR göstəricisi 80 % olardı. CR göstəricisinin 100 %-dən yüksək olması həllini gözləyən işlərin sayının azaldığını göstərir.
2.Məhkəmə işlərinin dövriyyə əmsalı: Verilən dövrün sonunda həll olunmuş və həll olunmamış məhkəmə işlərinin sayı arasındakıəlaqədir. Bu il ərzində həll olunmuş və ya həll olunmamış standartlaşdırılmış məhkəmə işi növlərinin sayının hesablanmasını tələb edir.
3.Dispozisiya müddəti (DT göstəricisi): müşahidə dövrü ərzində həll olunan məhkəmə işlərinin sayı ilə müşahidə dövrünün sonunda həll olunmamış qalan məhkəmə işlərinin sayını müqayisə edir. İlk öncə, həll olunan məhkəmə işlərinin sayı müşahidə dövrünün sonunda həll olunmamış qalan məhkəmə işlərinin sayına bölünür, daha sonra 365 əldə olunan rəqəmə bölünür ki, bu da göstəricinin günlərlə ifadəedilməsinə imkan yaradır. Bu əmsal qəbul edilən işlərin məhkəmə sistemi tərəfindən nə dərəcədə tez təhvil verildiyini, yəni, işin növündən asılı olaraq, hansı müddətə həll olunduğunu müəyyən edir. Bu göstərici məhkəmə sisteminin məhkəmə işləri axınını nece idarə etdiyini qiymətləndirməyə imkan verir.
6.5Məhkəmə haqqında məlumat
Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə Sumqayıt şəhərində Sumqayıt Yerli İqtisad Məhkəməsi təşkil edilmişdir.
Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayı artırılmış və Sumqayıt Yerli İqtisad Məhkəməsi üzrə 2 hakim vəzifəsi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin məhkəmə sistemini təkmilləşdirmək və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə 15 iyul 2010-cu il tarixli Fərmanı ilə Sumqayıt Yerli İqtisad Məhkəməsinin əsasında (bazasında) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təşkil edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi üzrə 5 hakim vəzifəsi və 22 ştat vahidi müəyyən edilmişdir.
Hakimlərin sayı
(faktiki; FTE)
|
2010
|
2011
|
2012
|
2013
|
2014
|
2015
|
2016
|
0
|
5
|
5
|
5
|
5
|
5
|
5
|
Heyətin ümumi sayı (hakimlər istisna olmaqla; faktiki; FTE)
|
2010
|
2011
|
2012
|
2013
|
2014
|
2015
|
2016
|
0,00
|
22,00
|
22,00
|
22,00
|
21,00
|
21,00
|
22,00
|
Hakim köməkçiləri və məhkəmə iclas katiblərinin sayı (faktiki; FTE)
|
2010
|
2011
|
2012
|
2013
|
2014
|
2015
|
2016
|
0,00
|
10,00
|
10,00
|
10,00
|
9,00
|
9,00
|
10,00
|
Digər işçilərin sayı (faktiki; FTE)
|
2010
|
2011
|
2012
|
2013
|
2014
|
2015
|
2016
|
0,00
|
12,00
|
12,00
|
12,00
|
12,00
|
12,00
|
12,00
|
Cədvəl 1. 2010-2016-cı illər üzrə məhkəmələrin insan resurslarına dair ümumi məlumat
Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli 310 nömrəli Fərmanı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri:
Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu və Zəngilan rayonu.
Məhkəmələr və hakimlər haqqında qanunun 42-ci maddəsində İnzibati-iqtisadi məhkəmə və onun səlahiyyətlərindən bəhs edilir.
Bu maddə də qeyd olunur ki, İnzibati-iqtisadi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır.
İnzibati-iqtisadi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Məhkəmənin kəmiyyət göstəriciləri
Bu cədvəldə 2016-cı il üzrə həm inzibati həmdə iqtisadi işlər üzrə qalıq işlər, il ərzində daxil olan işlər, il ərzində həll olmuş işlər, 2017-ci ilə qalıq keçən işlər, apellyasiya şikayəti verilmiş işlər və apellyasiyada ləğv edilmiş işlərin sayı barədə məlumatlar qeyd olunub.
2016-cı ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına iqtisadi mübahisələrə dair 1611 iş daxil olmuş, 2015-ci ildən qalan qalıq işlərlə (127) birlikdə cəmi 1738 iş olmuş, 44 iş isə 2017-ci ilə qalıq keçmişdir. Bu işlərdən 124 apellyasiya şikayəti verilmiş, onlardan 21 iş ləğv olunmuşdur.
2016-cı ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına inzibati mübahisələrə dair 2219 iş daxil olmuş, 2015-ci il tarixdən qalan qalıq işlərlə (370) birlikdə məhkəmənin icraatında 2589 iş olmuş, 707 iş isə 2017-ci ilə qalıq keçmişdir. Bu işlərdən 484 apellyasiya şikayəti verilmiş, onlardan 104 iş ləğv olunmuşdur.
Ümümilikdə 2016-cı ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına 3830 iş daxil olmuş, 2015-ci il tarixdən qalan qalıq işlərlə (497) birlikdə məhkəmənin icraatında 4327 iş olmuş, 751 iş isə 2017-ci ilə qalıq keçmişdir. Bu işlərdən 608 apellyasiya şikayəti verilmiş, onlardan 125 iş ləğv olunmuşdur.
2016
|
1 yanvar tarixinə həlli gözlənilən işlər
|
İl ərzində start verilmiş yeni işlər
|
İl ərzində həll edilmiş işlər
|
31 dekabr tarixinə həlli gözlənilən işlər
|
Barəsində apellyasiya şikayəti verilmiş qərarlar
|
Apellyasiyada ləğv edilmiş və ya dəyişdirilmiş qərarlar
|
1. İqtisadi mübahisələrə dair işlərin ümumi sayı
|
127
|
1 611
|
1 694
|
44
|
124
|
21
|
2. İnzibati işlərin ümumi sayı
|
370
|
2 219
|
1 882
|
707
|
484
|
104
|
Məhkəmə işlərinin hesablanmış ümumi sayı
|
497
|
3830
|
3576
|
751
|
608
|
125
|
Məhkəmə işlərinin göstərilən ümumi sayı
|
497
|
3830
|
3576
|
751
|
608
|
125
|
Cədvəl 2. 2016-cı il üzrə hər bir iş növü üzrə proseslərin gedişatı barədə məlumat
Həllini gözləyən işlər
Bu cədvəldə 2016-cı il üzrə Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qalıq işləri və onların müddətləri göstərilmişdir.
Aşağıda verilən müddətdən əvvəl qeydiyyatdan keçmiş işlərin sayı:
|
Yekun cəm
|
İşlərin növü
|
1 ildən az
|
Ümumi işlərin %-i
|
1-2 il ərzində
|
Ümumi işlərin %-i
|
2-5 il ərzində
|
Ümumi işlərin %-i
|
5 ildən artıq
|
Ümumi işlərin %-i
|
|
1. İqtisadi mübahisələrə dair işlər
|
38
|
5,06%
|
4
|
0,53%
|
2
|
0,27%
|
|
0,00%
|
|
2. İnzibati işlər
|
685
|
91,21%
|
16
|
2,13%
|
6
|
0,80%
|
|
0,00%
|
|
Hər dövr üzrə cəmi
|
723
|
96,27%
|
20
|
2,66%
|
8
|
1,07%
|
0
|
0,00%
|
751
|
Cədvəl 3. Həllini gözləyən işlər
İqtisadi işlər üzrə cəmi 44 iş qalıq qalmışdır. Bunlardan 38 iş 1 ildən az, 4 iş 1-2 il ərzində, 2 iş isə 2-5 il ərzində qalan işlərdir. Bu işlər araşdırılmış və müəyyən edilmişdir ki, bunlar icraatı dayandırılmış və ekspertizada olan işlərdir.
İnzibati işlər üzrə cəmi 707 iş qalıq qalmışdır. Bunlardan 685 iş 1 ildən az, 16 iş 1-2 il ərzində, 6 iş isə 2-5 il ərzində qalan işlərdir. Bu işlərdə araşdırılmış və müəyyən edilmişdir ki, 1 ildən az olan işlərin sayının belə çox olması səbəbi məhkəməyə noyabr və dekabr aylarında daxil olmasıdır ki, bunlarda həmin müddətdə baxıb qurtarmaq mümkün deyildir. 1-2 və 2-5 illərdə olan işlər isə icraatı dayandırılmış və ekspertizada olan işlərdir.
Cəmi məhkəmədə 751 iş qalıq qalmışdır. Bunlardan 723 iş 1 ildən az, 20 iş 1-2 il ərzində, 8 iş isə 2-5 il ərzində qalan işlərdir.
Diaqram 1. Həll olunmuş işlərin göstəriciləri
Ümumi məhkəmə işləri
2016-cı ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına 3830 iş daxil olub, il ərzində 3576 iş həll olub və 751 iş qalıq qalıb. Nəticədə məhkəmə işlərinin həll olunma faizi 93%, işə baxılma müddəti isə 77 gün olub. 2010-2016- cı illər üzrə ümumi məhkəmə işləri qrafik şəklində aşağıda göstərilmişdir.
Diaqrama2. Ümümi məhkəmə işlərinin göstəricilər
6.6İqtisadi mübahisələrə dair məhkəmə işləri
2016-cı ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına iqtisadi mübahisələrə dair 1611 iş daxil olub, il ərzində 1694 iş həll olub və 44 iş qalıq qalıb. Nəticədə məhkəmə işlərinin həll olunma faizi 105%, işə baxılma müddəti isə 9 gün olub. 2010-2016- cı illər üzrə iqtisadi işlər qrafik şəklində aşağıda göstərilmişdir.
Diaqrama3. İqtisadi işlərinin göstəriciləri
6.7İnzibati mübahisələrə dair məhkəmə işləri
2016-cı ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına inzibatii mübahisələrə dair 2219 iş daxil olub, il ərzində 1882 iş həll olub və 707 iş qalıq qalıb. Nəticədə məhkəmə işlərinin həll olunma faizi 85%, işə baxılma müddəti isə 137 gün olub. 2010-2016- cı illər üzrə iqtisadi işlər qrafik şəklində aşağıda göstərilmişdir.
Diaqram 4. İnzibati işlərinin göstəriciləri
Məhkəmədə orta yük
Bu cədvəldə 2011-2016-cı illər üzrə məhkəməyə daxil olan yeni işlər, həll olmuş işlər, həllini gözləyən işlər, məhkəmə işlərinin həll olunma faizi və işə baxılma müddəti müəyyən olunur. Həmçinin büdcə, hakimlərin sayı, hakim köməkçiləri və məhkəmə iclas katibləri, digər işçilər, heyətin ümumi sayı və bunların qarşılıqlı nisbətləri göstərilmişdir.
Diaqram 5. Məhkəmənin orta yük göstəricisi
Ümümi məhkəmə işlərindən verilmiş Apellyasiya şikayətləri
Bu cədvəllərdə 2011-2016-cı illər üzrə həll olunmuş işlər, onlardan verilmiş apellyasiya şikayətləri, apellyasiyada ləğv edilmiş və ya dəyişdirilmiş işlərin sayları və faizləri qeyd olunub. 2016-cı ildə cəmi 3576 iş həll olmuş, onlardan 608 iş üzrə yəni 17% apellyasiya şikayəti verilmiş, bu şikayətlərdən 125 iş yəni 3.5% ləğv edilmiş və ya dəyişdirilmişdir.
Diaqram 6. Ümümi işlərdən verilən Apellyasiya şikayətlərinin göstəriciləri
6.8İqtisadi mübahisələrə dair işlərdən verilmiş Apellyasiya şikayətləri
2016-cı ildə iqtisadi mübahisələrə dair 1694 iş həll olmuş, onlardan 124 iş üzrə yəni 7.3% apellyasiya şikayəti verilmiş, bu şikayətlərdən 21 iş yəni 1.2% ləğv edilmiş və ya dəyişdirilmişdir.
Diaqram 7. İqtisadi işlərdən verilən Apellyasiya şikayətlərinin göstəriciləri
6.9İnzibati mübahisələrə dair işlərdən verilmiş Apellyasiya şikayətləri
2016-cı ildə inzibati mübahisələrə dair 1694 iş həll olmuş, onlardan 484 iş üzrə yəni 25.7% apellyasiya şikayəti verilmiş, bu şikayətlərdən 104 iş yəni 5.5% ləğv edilmiş və ya dəyişdirilmişdir.
Diaqram 8. İnzibatii işlərdən verilən Apellyasiya şikayətlərinin göstəriciləri
Dostları ilə paylaş: |