İntellektual sistemlər (İS) Ən çox ixtisas sahiblərinin zəif biliklərinin və informasiyanın məntiqi emalının hesablamadan üstün olduğu çətin məsələlərin həlli üçün tətbiq olunur. Məsələn, təbii dilin başa düşülməsi, çətin vəziyyətlərin həllinə dəstək, müalicə metodu ilə diaqnozun qoyulması və məsləhət, vizual informasiyanın analizi, dispetçer pultlarının idarəsində və s.
IS adətən
1. öyrənən və ya özünüöyrədən blok,
2. proqnoz bloku,
3. xarici aləmlə əlaqə bloku,
4. məqsədi formalaşdıran blokdan təşkil olunur.
Blokların bir-biri ilə əlaqəsini yaratmaq və intellektual sistemin ağıllı fəaliyyətini təmin etmək üçün strukturda “intellektual təşkilatçı” blokunun olması vacibdir.
İntellektual sistemlərdən bir sıra müəssisələrdə istifadə olunur, amma təəssüf ki, qiyməti həddən artıq bahadır.
İntellektual sistemlərin ən çox yayılan növü ekspert sistemlərdir. Ekspert sistemlər spesifik “ekspert” sahələrində mütəxəssislərin empirik təcrübəsinə əsaslanır və olduqca effektivdir.
Müasir ekspert sistemlər daha aşağı təcrübəyə malik mütəxəssislərin konkret tədqiqat sahəsinə aid məsələlərin həllində köməklik edən mürəkkəb proqram kompleksləridir. İntellektual sistemlərin inkişaf edən sahəsi olan ekspert sistemlər ənənəvi riyazi model metodları ilə həll olunmayan elm və texnikanın müxtəlif sahələrində informasiyanın emalı üçün nəzərdə tutulub. Bu sahələrdə informasiyanın məntiqi emalı və ekspertlərin təcrübəsi vacibdir.
Hal-hazırda ekspert sistemlərin olmadığı, ən azından buna cəhd olunmayan sahə yoxdur.
Ekspert və intellektual sistemlərin digər proqram vasitələrindən fərqi biliklərin tədqiqat sahəsinin mütəxəssisi tərəfindən başa düşülən, ona əlavə və dəyişikliklər edilə bilən formada saxlanılan BB-nin olmasıdır. Bu elə biliklərin təqdimolunma dilidir (BTD).
Dostları ilə paylaş: |