Süni intellekt və intellektual informasiya sistemləri


Süni intellekt (Sİ) (ing. artificial intelligence (Aİ)



Yüklə 52,05 Kb.
səhifə3/9
tarix01.01.2022
ölçüsü52,05 Kb.
#110680
1   2   3   4   5   6   7   8   9
muh 1 giriş (1)

Süni intellekt (Sİ) (ing. artificial intelligence (Aİ); intellekt latın sözü olub ağıl, dərrakə, şüur – bir sözlə, insanın düşünmək qabiliyyətini bildirir) - informatikanın hesablama sistemələri və digər süni qurğuların köməyi ilə insanın düşünmə qabiliyyətini texniki vasitələrlə realizasiya edən bölməsidir. Sİ – avtomatlaşdırılmış sistemlərin insan intellektinin ayrı-ayrı funksiyalarını həyata keçirən xüsusiyyətidir.

XVIII əsrdə Leybnis və Dekart bir-birilərindən asılı olmayaraq bütün elmlərin universal təsnifat dilinin yaradılması fikrini irəli sürmüşlər. Bu fikirlər süni intellektin yaradılmasının nəzəri əsaslarını təşkil etmişdir.

Süni intellektin bir elm kimi inkişafı EHM-in yaradılmasından sonra mümkün olmuşdur. Elə həmin vaxtlarda Norbert Viner (1894-1964) yeni bir elmin, kibernetika elminin əsasını qoydu.

Süni intellekt dedikdə insanın proqramlaşdırılmış şəkildə, süni yollarla yaratdığı və digər köməkçi vasitələrlə üzə çıxan qeyri-ənənəvi intellekt, alışmadığımız bir idrak kateqoriyası başa düşülür. Məsələn, insan robot yaradır və onun bəşər övladına adekvatlığından bəhs edir. Robot insana çay gətirirsə və yaxud bir neçə sualın cavabını verirsə bu hələ süni intellekt deyil, bu sadəcə həmin robotun proqramlaşdırılmadan irəli gələn funksiyalarıdır. Süni intellektə malik robotsa insanın əsəbi olduğunu görüb artıq hərəkətlərə, yersiz “söhbətə” yol verməyən robotdur (hələlik belə bir süni varlıq yaradılmayıb). Və yaxud başqa bir misal. Adi kalkulyatorlar insanın imkanları xaricində olan riyazi hesablamaları bir neçə saniyədə həll edir. Lakin bu o demək deyil ki, hər hansı bir kalkulyator insandan “ağıllıdır”. Sadəcə, həmin hesablamalar insan tərəfindən yaradılan proqram təminatı əsasında verilən əmrləri yerinə yetirir (hesablama intellekti).

A.Türinqin təbirincə, tutaq ki, ayrı-ayrı otaqlarda insan və maşın yerləşdirilib və onlar elektron poçt vasitəsilə informasiya mübadiləsi aparırlar. Əgər dialoq prosesində insan tərəf-müqabilinin maşın olduğunu anlamırsa, onda həmin maşının intellekti olduğunu iddia etmək olar.

İnsanın mühakiməsini imitasiya etməyə Türinqin yanaşması da maraqlıdır. “Yetkin adamın mühakiməsini imitasiya edərkən, onun şüurunun inkişaf yollarını araşdırmaq lazım gəlir. Bəlkə yetkin insanın deyil, uşağın intellektini imitasiya etmək daha düzgün olar? Sonra isə həmin uşaq intellektinə tərbiyə verməklə onu yetkin insan intellektinə çevirmək olar. ...Sadə uşaq intellektinə uyğun qurğu daha asan proqramlaşdırıla bilər... Beləliklə, məsələni iki hissəyə bölmüş oluruq: “uşaq-proqramı” yaratmaq məsələsi və bu proqrama tərbiyə vermək məsələsi”. Demək olar ki, bütün Sİ sistemləri bu yolla yaradılır. İntellektual fəaliyyətin xüsusiyyətləri olan təcrübə toplamaq, adaptasiya və s. də bu yolla həyata keçirilə bilir.




Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin