Süni intellekt və intellektual informasiya sistemləri



Yüklə 52,05 Kb.
səhifə8/9
tarix01.01.2022
ölçüsü52,05 Kb.
#110680
1   2   3   4   5   6   7   8   9
muh 1 giriş (1)

Qeyri-səlis məntiq (QSM). Qeyri-səlis məntiq qeyri-müəyyənlik şəraitində insanın düşünüb tapdığı kimi nəticələr tapmağa, qərarlar qəbul etməyə imkan verir. İnsanın mühakiməsi həmişə “ağ/qara” olmur. ”Hə/yox” əvəzinə insan çox zaman “ola bilər” deyir. QSM-in qərar qəbuletməyə tətbiqi sistemin məhsuldarlığını 3000 %-dək artıra bilər. Hazırda sırf QSM-ə əsaslanmış sistemlər azdır. İİS-lər, əsasən, müxtəlif texnologiyaları özündə inteqrasiya edir (birləşdirir).
Neyron şəbəkələr (NŞ). Bilikləri heç də həmişə formal model şəklində vermək olmur. İİS yaradılmasına digər yanaşma 150 milyarda qədər hüceyrədən – neyrondan təşkil olunmuş insan beyninin qurulması – imitasiyasıdır.

Neyrokibernetikanın əsas ideyasını belə təsvir etmək olar: “Yeganə düşünə bilən obyekt insan beynidir”. Buna görə də “düşünən” qurğu hər hansı yolla olursa olsun insan beyninin quruluşun bənzər olmalıdır.

Beləliklə, neyrokibernetika beyinin quruluşuna oxşar aparatın yaradılmasına yönəldildi. Fizioloqlar tərəfindən çoxdan təsbit olunmuşdur ki, insan beyninin əsasını çoxlu miqdarda öz aralarında və əsəb hüceyrələri ilə qarşılıqlı bağlı olan neyronlar təşkil edir. Buna görə də neyrokibernetikanın səyləri neyronlara analoji olan sistemin yaradılmasına yönəldi. Belə sistemlərə neyron şəbəkə və ya neyroşəbəkə adı verildi. Birinci neyron şəbəkələr 50-ci illərin sonu amerikan alimlər Rozenblatt və Makkiqyuk tərəfindən hazırlanmışdır. Bu, insan gözünü modelləşdirən və onu beyinlə əlaqələndirən sistemin yaradılmasına bir cəhd idi. Onlar tərəfindən yaradılan qurğuya perseptron adı verildi. Bu qurğu əlifbanın hərflərini fərqləndirə bilir, lakin hərflərin yazılmasına çox həssas idi. Məsələn, bu qurğu üçün А, А və А hərfləri ayrı-ayrı məna kəsb edirdi. 70-80-ci illərdə süni intellektin bu istiqamətdə işləri getdikcə azalmağa başladı. Çünki ilkin nəticələr təsəlliverici deyildi. Müəlliflər bu uğursuzluğu kiçik yaddaş və o vaxtkı kompüterlərin sürətinin aşağı olması ilə izah edirdilər.

Lakin 80-ci illərin ortalarında Yaponiyada V nəsil kompüterlərin yaradılması üzərində aparılan işlər zamanı yeni bir nəsil, VI nəsil kompüterlər – neyrokompüterlər meydana gəldi. Bu zamana kimi yaddaş məhdudluğu və kompüterlərin sürət problemləri praktiki olaraq aradan qalxmışdı. Transpüterlər – çoxlu miqdarda prosessoru olan paralel kompüterlər yarandı. Transpüterdən insan beyninin quruluşunda olan neyrokompüterə bir addım qalmışdı.


Neyrkompüterlərdə biliklərin təşkil olunması və informasiyanın işlənməsi, proseslərin kütləvi şəkildə paralelləşdirilməsinə əsaslanır. Neyrokompüter süni neyronlardan (processing element) ibarətdir. Onların hər birinin girişinə başqa neyronlardan və ya ətraf mühitdən informasiya daxil olur. Giriş verilənlər hər hansı məsələnin (problemin) atributlarını təsvir edir (məs., kredit istəyən müştəri haqda informasiya). Hər bir giriş siqnalı uyğun çəkiyə vurulur. Bu çəki girişin “güc”ünü göstərir. Çəkilərin qiyməti keçmiş təcrübə əsasında formalaşaraq saxlanır və sistem çəkilərin qiymətində düzəliş etməklə öyrədilir – biliklərini təkmilləşdirir. Dəyişdirilmiş giriş siqnalları neyronun cəmləmə blokuna daxil olur və xüsusi alqoritm (funksiya) vasitəsilə çıxış qiyməti təyin olunur. Hər bir çıxış siqnalı növbəti səviyyədə (layda) yerləşən neyronun girişi ola bilər. (Şək. 3.) Hər bir neyroşəbəkə 3 və daha artıq laydan ibarət ola bilər: giriş lay, gizli lay və çıxış lay.

Hər bir giriş yalnız bir atributun (parametrin) qiymətinə uyğundur (məs., insanın yaşı, temperatur və s.). Hər bir çıxış binar qiymət alır (0 və ya 1). Çıxış siqnalı məsələnin həlli deməkdir (məs., kredit verməli ya yox; işə götürməli ya yox).

Paralel hesablamalara əsaslanan neyrokompüterlərin qiyməti baha olmasına baxmayaraq, böyük həcmli verilənlər bazası ilə işləmək üçün onlar olduqca effektivdir. Məs., kredit verilməsi haqda qərar qəbul edərkən keçmiş təcrübəni nəzərə almaq (hə/yox hallarını) yaxşı nəticə verir

Şək. 3. Gizli laylı neyron şəbəkə

.


Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin