Hərkəsİlahinişanəyətə’zimetsəvəhörmətgöstərsə, buişqəlblərintəqvalıolmasınınəlamətidir. Ayədə “nişanə”dən məqsəd təfsirçilərin nəzərinə görə “Allahın dininin nişanələri”dir. Bəs, Allah yanında ən uca məqamlara malik olan Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmamlar yer üzündə Allah dininin qurucuları və yayıcılarıdırlar. Məgər bundan böyük “din nişanəsi” ola bilərmi? Bəs, belə bir nəticəyə çatırıq ki, bu iş nəinki qəbihdir, əksinə, Allahın razılığına səbəb olan bir işdir.
2. Qur’ani-Məcid “Bəqərə” surəsinin 158-ci ayəsində buyurur:
Həqiqətən, Səfa və Mərva [dağları] İlahi nişanələrdəndir. Bütün bunları dinin nişanələri kimi yozub yuxarıdakı birinci ayədəki məzmunla tutuşdursaq, belə nəticə almaq olar ki, Səfa və Mərva dağları, Minada ilk dəfə qurban kəsmək dinin nişanələridir. Bəs bunlara ehtiram göstərmək və belə işləri əziz tutmaq Allah yanında qəbul olmuş və bəyənilmiş işdir.
3.Nəticədə necə ola bilər ki, məxluqatın əşrəfi sayılan Peyğəmbəri (səlləllahu əleyhi və alih) və mə’sum İmamları (əleyhimussəlam) dinin nişanələrindən saymayaq, onların qəbirlərinin ziyarətinə getməyək və qəbirlərini tə’mir etməyək?! Məgər bu məntiqlə uyğun gəlirmi?! Hansı şəxs deyə bilər ki, Allah taala onları dinin nişanələrindən hesab etmir?!
Bütün bunlardan belə nəticə alırıq:
1. Allaha yaxın adamlar xüsusən, dini yaymaq yolunda can verən şəxslər Allah dininin nişanələrindəndir.
2. Belə şəxslərə hörmət və ehtiram saxlamağın ən yaxşı yollarından biri də onların qəbirlərini tə’mir edib nişanələrini qoruyub saxlamaqdır.
Onu da qeyd edək ki, bu qanun bütün dini məktəblərdə icra olunur. Millətlər öz böyük şəxsiyyətlərinin adlarını qorumaqdan ötrü onların qəbirlərinə ehtiram göstərir və onları tə’mir edirlər.
4. Qur’ani-Kərim İslamdan qabaqkı zamanda yaşamış “Əshabi Kəhf”də olan şəxslər barəsində buyurur: