1 “Nəhc əl-bəlağə” Sübhi Saleh, xütbə: 16, səh. 228. Əmir əl-Mömininin (ə) bu xütbəsinin tam mətni üçün “əlavə” 12-yə müraciət edə bilərsiniz.
2 “İmam Əli əleyhis-salamın Bəsrədə səhabələrindən olmuş Əla ibn Ziyad Harisi xəstə ikən Əlanın yanına gedəndə, onun evinin genişliyini görüb buyurduğu kəlamlarındandır.
Dünyada bu evin genişliyi ilə nə etmisən? Halbuki sən onun genişliyinə axirətdə daha möhtacsan. (Çünkibuevdəbirneçəgündənartıqqalmayacaqsan. Obirindəisəhəmişəlikqalacaqsan.) Bəli, əgər bu evin genişliyi ilə axirət evinin genişliyini də əldə etmək istəyirsənsə, onda qonaq qəbul edərək qohum-əqrabanla əlaqədə ol, ondan şəriətin (xums, zəkat, sədəqəvədigərvacibivəmüstəhəbbi) haqlarını ver ki, belə olan halda, bu evin genişliyi vasitəsi ilə axirət evinin genişliyini də qazanmı(şolar)san” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 209, səh. 325).
1 “Əla o Həzrətə dedi: Ey Əmirəl-möminin, qardaşım Asim ibn Ziyaddan sənə şikayət edirəm. O Həzrət buyurdu: Nə üçün? Dedi: O, (tərkidünyarahiblərkimi) cod paltar geyinərək dünyadan uzaqlaşıb. Həzrət buyurdu: Onu mənim yanıma gətirin. O gələndə (Həzrətonabelə) buyurdu: Ey özünün düşmənciyəzi! Murdar və xəbis (şeytan) səni avara edib (vəsənibuyolasövqedərəkonusəningözündəgözəlləşdirib). (Təklikvədərvişliyiözpeşənetməklə) arvad-uşağına rəhm etmirsən? Belə güman edirsən ki, Allah pak şeyləri sənə halal edib, amma sənin onlardan bəhrələnməyini xoşlamır? Sən, Allahın bir neməti sənə halal edərək sənin ondan bəhrələnməyini istəməməsindən aşağısan!” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 209, səh. 325).
2 “Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə, 209, 325.
1 “Kəşf əl-ğümmə”, c. 1, səh. 175; “Kəşf əl-yəqin”, səh. 88; “Bihar əl-ənvar”, c. 40, səh. 335.
2 “Əl-Kafi fi əl-üsul”, c. 1, səh. 457; “Əmali”, Şeyx Səduq, səh. 319; “Xəsais əl-əimmə”, səh. 80;“əl-Ümdə” səh. 139; “Kəşf əl-ğümmə”, c. 1, səh. 547; “Bihar əl-ənvar”, c. 42, səh. 201.
3 “Təğabun”, 16.
1 “Ləylə əl-məbit” gecəsinə və İmam Əlinin (ə) Peyğəmbərin (s) yerində yatmasına işarədir. Bax: “Əlavə”: 5.
2 Təbuk döyüşü haqqında və Əmir əl-Mömininin (ə) orada iştirak etməməsinin səbəbləri haqqında “Əlavə” 13-də ətraflı məlumat vermişdir.
3 “Nisa”, 65.
4 Əmir əl-Möminin (ə) buyurmuşdur: “Məhəmmədin (səlləllahuəleyhivəalih) qoruyucu olan (Qur’anvəonunsünnəsiniqoruyanvəonunsirlərindənxəbərdar) səhabələrinin böyükləri bilirlər ki, mən heç vaxt bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları (heçkəsdədüşməninqarşısınıalmaqcürətiolmayan) yerlərdə (çətinlikvəmüharibələrdə) Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm.” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh xütbə: 127, səh. 311).
5 “Əl-Kafi fi əl-üsul”, c. 1, səh. 457; “Əmali”, Şeyx Səduq, səh. 319; “Bəşarə əl-Mustafa”, səh. 237; “Xəsais əl-əimmə”, səh. 80; “əl-Ümdə”, 139; “Kəşf əl-ğümmə”, c. 1, səh. 547; “Bihar əl-Ənvar”, c. 42, səh. 201.
1 “Biz Allahın peyğəmbəri (s) ilə olduğumuz vaxt (İslamdininəköməküçün) öz atalarımızı, övladlarımızı, qardaş və əmilərimizi (döyüşlərdə) öldürürdük. Belə rəftar iman və etiqadımızı çoxaldırdı, itaət yolunu tuturduq və doğru yolda dönməzliyimiz çoxalırdı. Ağrıların yanğısına dözümümüz və düşmənlə cihad yolunda səylərimiz daha da artırdı. (Peyğəmbərdövrününmüharibələrindədöyüşüslububeləidiki,) bizlərdən biri düşmənlərdən biri ilə bir-birinə hücum edirdi və onlardan biri başqasına ölüm camı ilə doydurana qədər iki erkək heyvan bir-birinin canına düşən kimi bir-birinin üstünə düşürdülər (bir-biriniöldürməkqəsdindəolurdular). Bəzən biz düşmənə zəfər çalır, bəzən də düşmən bizə qalib gəlirdi. Allah bizim doğruluğumuzu gördüyündən (İslamyolundahərşeydənkeçməyigöstərdik) dəvənin istirahət vaxtı sinə və boynunu yerə qoyduğu tək, İslam möhkəmlənənə (dinnizamlanana), öz yerlərində yayılana qədər düşmənlərimizi xar, qələbəni isə bizə nəsib etdi” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 56, səh. 91).
2 İmam Baqir (ə) Əmir əl-Möminindən (ə) nəql edir: “Allah Məhəmmədi (s) peyğəmbərliyə seçdiyi gündən dinclik, rahatlıq görmədim. Həmin vaxtdan uşaq olmağıma baxmayaraq, məni qorxudurdular. Böyüdükdə mənimlə düşmənçilik etdilər. Belə ki, Allah öz elçisinin ruhunu bədənindən çıxardı. Bu, çox ağır və böyük hadisə idi” (“Şərhi-Nəhc əl-bəlağə”, İbn Əbu əl-Hədid, c. 4, səh. 108; “Bihar əl-ənvar”, c. 29, səh. 625).
1 “Allaha and olsun, mən İslam qoşununun önündə idim və küfr qoşununu hamılıqla arxa çevirib (özdinlərindənəlçəkib) toplaşıb ram olana (itaətedənə) qədər qovdum. (Heçvaxt) zəif və gücsüz olub qorxmadım, xəyanət və süstlük etmədim. And olsun Allaha, (indibudöyüşdədə) haqqı böyründən çıxarmaq üçün batili yarıram” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 104, səh. 50).
2 Şeyx Müfid “İrşad” əsərində nəql edir: “Ühud döyüşündə camaat Allahın rəsulunu (s) tək qoyub qaçdıqda o həzrət (s) bütün vücudu ilə döyüşən Əmir əl-Mömininə (ə) buyurdu: “Nə üçün sən də camaata qoşulmadın? Onlar kimi döyüş meydanını tərk etmədin? Əmir əl-Möminin (ə) dedi: “Ey Allahın elçisi, mən meydandan necə çıxa bilərəm? Sizi necə tək qoya bilərəm? Allah and olsun ki, mübarizədən əl çəkməyəcəyəm. Ya öləcəm, ya da sənə vəd edilən ilahi qələbəni müşahidə edəcəm”.
Allahın rəsulu (s) buyurdu: “Ey Əli! Sənə müjdə verirəm ki, Allah öz vədində qərarlıdır. Bu döyüşdən sonra heç zaman düşmən bizə qalib gəlməyəcək” (“əl-İrşad”, Şeyx Müfid, c. 1, səh. 89; “Kəşf əl-ğümmə”, c. 1, səh. 185; “Bihar əl-ənvar”, c. 20, səh. 87).
3 Şə`bi-Əbu Talib və Əmir əl-Mömininin (ə) o zamankı rolu haqqında “Əlavə” 14-də ətraflı məlumat verilmişdir.
4 “Vaqiə”, 10-11.
5 Əmir əl-Möminin (ə) öz kəlamlarında dəfələrlə Peyğəmbərə (s) iman gətirməkdə qabaqcıl olmasını, Peyğəmbərin (s) dəvətinə müsbət cavab verməsini vurğulamışdır. Belə kəlamlarından birində buyurur: “Allahın rəsulu (s) Əbd əl-Müttəlib ailəsini tövhidə, öz risalətini qəbul etməyə dəvət etdi. Bu dəvəti onların kiçiyilə də, böyüyü ilə də bölüşdü. Amma onların hamısı bu dəvətdən üz döndərdilər və onu inkar etdilər. İnkar etməklə kifayətlənməyib Peyğəmbərin (s) qarşısında dayandılar. Onunla ciddi mübarizəyə çıxdılar. Get-gəllərini kəsdilər. Ondan uzaq gəzdilər. Onunla bütün əlaqələrini kəsdilər. Əbd əl-Müttəlib xanədani Peyğəmbərlə (s) belə rəftar etdi. Onun qarşısında başqa dəstələr də mübarizəyə çıxdılar. Müxlif olduqlarını bildirdilər. Çünki onun dəvətini dözəcək vəziyyətdə deyildilər. Öz düşüncələrini işə salmırdılar ki, o həzrətin (s) ismarışının həqiqətini dərk etsinlər. Bu dəvəti qəbul etmək onlara ağır gəlirdi və ondan boyun qaçırırdılar. Belə bir şəraitdə mən başıma tələsərək, şövqlə onun (s) dəvətini qəbul etdim. Onun itaətini qəbul etdim. Onun haqq olduğuna o qədər əmin idim ki, könlümdə heç bir şəkk-şübhəyə yol vermədim. Üç il Peyğəmbər (s) və onun dəvətini cani-dildən qəbul edən Xədicə ilə birgə idim. Birgə namaz qılırdım. Bir halda ki, ye üzündə biz üç nəfərdən başqa bir kəs namaz qılmırdı”. (“Xisal”, Şeyx Səduq, c. 2, səh. 366; “İxtisas”, Şeyx Müfid, səh. 165).
1 Əmir əl-Möminin (ə) “Qasiə” xütbəsində buyurur: “Mən uşaqlıqda ərəbin kürəyini yerə vurmuşam (İslamınilkinçağlarındaonlarınböyükləriniöldürmüşəm) və Rəbiə və Muzərin (buqəbilələrin) yeni yetişmiş budaqlarını (igidlərini) sındırmışam” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 192, səh. 299).
2 Xəndək döyüşünə və Əmir əl-Mömininin (ə) Əmr ibn Əbdəvudlə qarşılaşmasına işarədir.
3 Əmir əl-Mömininin (ə) Osman ibn Hənifə ən şətinlərin seçilməsi haqqındakı məktubundan bir hissə. Bax: “Əlavə”, 15.
4 Əmir əl-Mömininin (ə) kəlamlarındandır: “Peyğəmbərin (s) səhabələri yəqin bilirlər ki, onların arasında kimsə mənim xüsusi yerimə malik olmayıb. Heç biri iddia edə bilməz ki, mənim kimi böyük pəhləvanlarla, qəhrəmanlarla mübarizəyə atılmış, düşmən qalalarını açmışdır. Peyğəmbər (s) üçün nə vaxt böyük problem, çətin səhnə, ağır an qarşıya çıxırdısa, dərhal buyururdu: “Qardaşım Əli (ə) haradadır? Mənim qılıncım, nizəm olan haradadır? Mənim üzümdən qəm-qüssə tozunu silən haradadır?” Bəli, Peyğəmbər (s) məni belə hallarda qarşıya göndərirdi. Mən də tam şövqlə qəbul edirdim. Fədakarlıq üçün qabağa atılırdım. Onun yolunda canımdan keçmək üçün bütün gücümlə çalışırdım. Allah da mənim əlimlə bəlanı Peyğəmbərin (s) mübarək vücudundan uzaq edirdi. Əlbəttə, bu məsələlər hamısı Allahın və rəsulunun (ə) mənə lütfü idi” (“Bəhc əs-sivağə”, c. 2, səh. 387).
5 “İrşad” Şeyx Müfid, c. 2, səh. 141; “Kəşf əl-ğümmə”, c. 2, səh. 85; “Bihar əl-ənvar”, c. 41, səh. 110; “Vəsail əş-şiə” c. 1, səh. 91.
1 “Ali-İmran”, 144 və 145.
2 “Bihar əl-ənvar”, c. 1, səh. 3; “Mənaqib”, İbn Şəhr Aşub, c. 2, səh. 119.
1 “Ənsab əl-əşraf” c. 1, səh. 234; “əl-Bidayə vən-Nihayə”, c. 3, səh. 86.
2 Peyğəmbərin (s) peyğəmbərlikdən qabaq dillər əzbəri olan xüsusiyyətlərindən biri o həzrətin (ə) əmanətdarlığı idi. Belə ki, əmin ləqəbi almışdı. Məkkəlilərin, xüsusi ilə Allah evinin ziyarətə gələnlərin yanında bəzi malları olurdu ki, onu qorumaq üçün nigaran olurdular. Buna görə də mallarını Peyğəmbərin (s) yanında əmanət olaraq qoyurdular. Bu adət o həzrətin (s) peyğəmbərliyindən sonra da davam edirdi. Hətta o həzrətin (s) dinini qəbul etməyən, İslam dininə iman gətirməyən insanlar Peyğəmbərə (s) olan etimadları səbəbilə öz qiymətli mallarını onun yanında əmanət olaraq qoyurdular. Buna görə də Peyğəmbər (s) Məkkəni tərk edib Mədinəyə hicrət etdikdə Əliyə (ə) tapşırdığı işlərdən biri əmanətləri sahiblərinə qaytarmaq idi. Əli (ə) üç gün gecə və gündüz Məkkədə əmanət sahiblərindən gəlib öz əmanətlərini təhvil almalarını istədi. Əmir əl-Mömininin (ə) digər bir vəzifəsi ilə Peyğəmbərin (s) ailəsinin, Bəni-Haşimin və Mədinəyə hicrət etmək istəyən müsəlmanların oraya köçürülməsi idi. Həzrət (ə) bir tərəfdən onları Mədinəyə çatdırmalı, digər tərəfdən isə ilk fürsətdə Peyğəmbərə (s) çatdırmalı idi. Əmir əl-Möminin (ə) hər iki tapşırığı ən layiqli, ən yaxşı şəkildə həyata keçirdi. Üç gündən sonra öz ailəsi ilə Peyğəmbərin (s) ailəsi, həmçinin başqa mühacir müsəlmanlarla birgə Mədinəyə yollandı. Mədinə yaxınlığındakı Quba adlanan yerdə onları gözləyən Peyğəmbərə (s) qovuşdu və o həzrətlə birgə Mədinəyə daxil oldu.
3 Tarixin ən aydın səhifələrindən biri Peyğəmbərin (s) on illik Mədinə hakimiyyəti dövründə Əmir əl-Mömininin (ə) özünəməxsus cihadidır. O həzrət (ə) (Təbuk döyüşündən başqa digər) bütün döyüşlərdə fəal iştirak etmişdir. Peyğəmbərin (s) iştirak etmədiyi hallarda qoşuna başçılıq Əli ibn Əbu Talibin (ə) öhdəsində idi. Peyğəmbər (s) iştirak etdikdə də ordunun bayrağını çiyninə alırdı. Eyni halda da müsəlmanlar üçün ürək-dirək idi. Çətin və ağır maneələr onun qüdrətli əli ilə aradan qalxırdı. Böyük iftixarla onun yüksək ciddi-cəhdi ilə həyata keçirdi. Əli (ə) qılıncı müsəlmanların izzət və başıucalığına səbəb idi. Onun şücaət və dayanıqlılığı digər müsəlmanları da mübarizənin ön xəttində saxlayırdı.
1 Əmir əl-Mömininin (ə) kəlamlarındandır. Həzrət (ə) buyurdu: “Allah rəsulu (s) dünyasını dəyişdikdə camaat Əbu Bəkrə doğru rəğbətləndi və ona beyət etdi. Bir halda ki, mən Peyğəmbərin (s) mübarək bədəninin dəfn olunması ilə məşğul idim. Mənim ikinci vəzifəm isə Quranı toplamaq idi. And içmişdim ki, hər bir işdən qabaq onu sona yetirim. Bu işdən sonra Həsən (ə) və Hüseynin (ə) əlindən tutdum və Fatimə (ə) ilə birgə bir-bir bütün Bədr iştirakçılarının, mühacir və ənsarın, İslamda keçmişi olanların qapısına getdim. Onları Allaha and verdim ki, mənim haqqımın tapdanmasına razı olmasınlar. Onları öz köməyimə səslədim. Amma dörd nəfərdən başqa heç kim mənə kömək etməyə hazır olmadı” (“Kitabi-Süleym ibn Qeys”, səh. 664; “Bihar əl-ənvar”, c. 29, səh. 467).
2 Məscidə getməməkdə məqsəd Əmir əl-Möminini (ə) birinci xəlifəyə beyət üçün məscidə dəvət etdikləri zamandır. Amma o həzrət (ə) bu dəvəti qəbul etmədi (“Şəvahid ət-tənzil”, c. 1, səh. 37; “Bihar əl-ənvar”, c. 30, səh. 293).
3 “Nəqşi-Nigar” kitabında (səh. 37) Əmir əl-Mömininin (ə) xəlifələrə verdiyi məsləhətlərlə bağlı maraqlı məsələlər nəql edilmişdir.
4 Əmir əl-Mömininin (ə) xəlifələrin 25 illik hakimiyyəti dönəmində vaxtının çoxu insanları yetişdirmək, tərbiyələndirməklə keçdi. Bu dönəmin məhsulu Malik Əştər, Hücr ibn Ədi, Əmr ibn Hümq, Əsbəq ibn Nəbatə, Rəşid Hicri, Həbib ibn Məzahir, Kümeyl ibn Ziyad, Məhəmməd ibn Əbu Bəkr, Meysəm Təmmar, Səsəə ibn Suhan idi. Onların hər biri İslam tarixində əbədi iz buraxmışlar.
5 Bu ibarə İmam Həsənin (ə) Əmir əl-Mömininin (ə) şəhid olduğu gün səhər çağı söylədiyi xütbənin bir hissəsidir.
6 “Yaxşı əməl, yaxşı əməl! (Allahaçoxibadətvəbəndəlikedinvəonunazıiləkifayətlənməyin.) Sonra onu sona çatdırın, sona çatdırın! Möhkəm və mətin olun, möhkəm və mətin olun! (Dinişindəmöhkəmvəmətanətliolunvəayağınızıdoğruyoldankənaraqoyubhara