Tədqiqatlar üzrə hesabat, 2014
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
BMTİP
Dekabr 2013
Sənəd haqqında məlumat
|
Tarix
Layihə nömrəsi
Məsul şəxs
Sifarişçi
Sifarişçinin nümayəndəsi
|
17.12.2013
P 130827
Dr. Georg Petersen
UNDP
Dr. Margaretta Ayoung /C-b Fərid Abbasov
|
Bu hesabat bütün əvvəlki versiyaları qüvvədən salır və onlar üzərində üstünlük təşkil edir
Əlaqə
Dr. Georg Petersen
HYDROC Consult
Siegum 4, 24960 Siegum, Almaniya
+49-172-4509149
gpetersen@hydroc.de
www.hydroc.de
Bu hesabat pilot hövzələrdə artıq həyata keçirilmiş su ehtiyatları tədqiqatlarına dair cari vəziyyəti təsvir edir və ümumi məqsədlərə - sudan dayanıqlı istifadə ilə bağlı tövsiyələrin hazırlanmasına nail olmaq üçün zəruri olan sonrakı tədqiqat və təhlilləri təfsilatlı şəkildə təsvir edir.
1. Texniki tapşırıq
Vəzifə və öhdəliklər
Mövcud məlumatlara əsaslanaraq üç pilot hövzədə hidroloji (su ehtiyatları, azsulu axınların qiymətləndirilməsi, sərfin qiymətləndirilməsi) və hidrogeoloji (yeraltı su ehtiyatlarının sərf qiymətləndirməsi) tədqiqatlara rəhbərlik etmək
Nəticə/məhsullar
Üç pilot hövzə üzrə mövcud məlumatlar əsasında hidroloji və hidrogeoloji tədqiqatlar üzrə hesabat.
2. Ümumi layihə məqsədi
2.1 Layihə
Ümumi layihə sənədinə əsasən, layihənin məqsədi, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Bu, qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, qeyri-struktur/inşaat yönümlü metodları tətbiq etməklə təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsi və onların səlahiyyətlərinin genişləndirilməsi yolu ilə həyata keçiriləcəkdir.
Azərbaycan artıq mühəndislik-inşaat yönümlü tədbirlərin görülməsində kifayət qədər təcrübəlidir və buna görə layihə qeyri-inşaat xarakterli tədbirlərə köklənir. Bu tədbirlər əsasən, institusional və idarəetmə məsələlərinə, eləcə də problemlərin və potensial həll yollarının ictimaiyyət tərəfindən anlaşılmasına, təsisatların və icmanın prosesdə və pilot tədbirlərdə iştirakına yönəlir. Bu, təsirə məruz qalan icmaların birbaşa iştirakı ilə mikro-suayrıcı səviyyəsində idarəetmə tərcübələrini təkmilləşdirməyə xidmət edəcəkdir. Layihə su idarəetmə siyasətlərini və təcrübələrini iqlim dəyişikliiyinə və onun uzun müddətli risklərinə uyğunlaşdırmağı təklif edir. Daşqınların təsirinin azaldılması və su qıtlığının azaldılmasının digər aspektləri, məsələn, torpaqdan istifadə üzrə idarəetmənin yaxşılaşdırılması və daşqın zonalarının ayırd edilməsi də həm hökumətin, həm də vətəndaş cəmiyyətinin həssaslaşdırılmasını tələb edir. Bu məsələlər adətən su idarəetməsində ikinci planda dayanır.
Layihə aşağıdakı komponentlərdən ibarətdir:
-
Su və daşqınların idarə olunması siyasəti və iqlim dəyişikliyi ilə bağlı risklərə cavab üçün tənzimləyici çərçivələr
-
Böyük Qafqazda iqlim risklərinin idarə edilməsini təkmilləşdirmək üçün texniki potensial
-
Su və daşqınlar üzrə idarəetmə təcrübələrini tətbiq etməklə, icmaların davamlılığının gücləndirilməsi
Gözlənilən nəticələr:
-
Su və daşqınlar üzrə idarəetmə çərçivəsi uyğunlaşma tələblərini qarşılamaq və Böyük Qafqaz regionunun yüksək zəifliyə malik 22 067 km2-dən artıq ərazilərində iqlim riski üzrə idarəetməni təkmilləşdirmək üçün uyğunlaşdırılır
-
Əsas qurumlar su çatışmazlığı və daşqınların təsirinin azaldılması işində iqlim risklərinin idarə edilməsi üzrə qabaqcıl təcrübələrin tətbiqi üçün lazımi potensiala, texniki bacarıqlara, alətlərə və üsullara malikdir
-
İqlim riskinin yerli şəraitə uyğunlaşdırılmış risk idarəetmə təcrübələrini tətbiq etməklə, icmaların daşqınlara və su çatışmazlığına qarşı davamlılığının gücləndirilməsi. Bu, Böyük Qafqazın cənub yamaclarında 22 067 km2 sahədə 1 milyondan artıq insana fayda verəcəkdir.
Bu hesabatdakı təsvirlər layihə nəticələrinə nail olmaq, yəni məlumatlı qərarvermə məqsədilə müxtəlif ssenarilər əsasında suyun mövcudluğu və özül proseslər barədə sağlam bilik bazası təmin etmək üçün tələb olunan su ehtiyatları qiymətləndirməsini əhatə edir.
2.2. 2013-cü ildə əhatə edilən ekspert fəaliyyəti
Layihə 2013-cü ildə bir sıra milli və beynəlxalq ekspertlərə ilkin qiymətləndirmə və tapşırıqların verilməsi ilə başladı. Məqsəd 2014-cü ildə layihənin əsas mərhələsini icra etmək üçün istinad məlumatlarını təmin etmək idi. Aşağıdakı ekspertlər layihəyə cəlb edilmiş və öz müvafiq fakt axtarma və tövsiyə hesabatlarını hazırlamışlar:
№
|
Ad, soyad
|
Vəzifə, tapşırıq
|
1
|
Abbasov Rövşən
|
Baş institusional/Gender/Maraqlı tərəflərin iştirakı üzrə mütəxəssis
|
2
|
Musayeva Mətanət
|
Hidroloq
|
3
|
Ələsgərov Elman
|
CİS və məlumatların idarə edilməsi üzrə ekspert
|
4
|
Sultanov Emil
|
Hidrometriya eksperti
|
5
|
Abbasov Samir
|
Hidravlik qurğular üzrə mühəndis
|
6
|
Şahəliyev Yefim
|
Hidrogeoloq/Geotexniki mühəndis
|
7
|
Hüseynov Şamil
|
Hüquq/Siyasət üzrə mütəxəssis
|
8
|
Juan Fernandez Sainz
|
Daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq üzrə baş beynəlxalq ekspert
|
9
|
Georg Petersen
|
Su ehtiyatları üzrə beynəlxalq mühəndis
|
10
|
Ewoldsen Hans Martin
|
Baş hidrogeoloq
|
11
|
Wei Ye
|
Hidroloq
|
12
|
David Milton
|
Hidrometriya eksperti
|
13
|
Margaretta Ayoung
|
Baş texniki məsləhətçi
|
Bu günədək görülmüş işlər mövcud məlumatlar və layihənin uğurlu icrası üçün zəruri metodologiya barədə ümumi anlayış əldə etməyə kömək etmişdir.
3. Tədqiqatın zəruri elementləri
Su ehtiyatları üzrə dərin qiymətləndirmə aparmaq üçün proseslər barədə və müxtəlif ssenarilər əsasında suyun paylanması haqqında müffəssəl məlumatlar olmalıdır. Bu məlumat su ehtiyatları üzrə modelləşdirmə vasitəsilə əldə edilə bilər. Modelləşdirmənin WEAP modelləşdirmə alətindən istifadə etməklə həyata keçirilməsi tövsiyə olunur. Modeli real şəkildə tətbiq edə bilmək üçün xeyli miqdarda məlumatlar lazımdır. Məlumatların əlçatımlılığı cari mərhələdə öyrənilib. Bununla belə, məlumatlar hələ də fiziki olaraq toplanmalıdır. Bu isə 2014-cü ilin birinci hissəsində layihədə kifayət qədər vaxt ayrılmasını tələb edir.
3.1 Məlumatların toplanması
Məlumatların toplanmasına fiziki məlumat toplularının (ərazi üzrə məlumatlar, çoxillik məlumatlar, planlaşdırma məlumatları) toplanması, yoxlanması və düzəldilməsi və mümkün olan hallarda məlumat toplularındakı boşluqların doldurulması daxildir. Bununla yanaşı, sistemi yaxşı anlamaq üçün məlumatların ilkin təhlili aparılmalı və bununla da bütün zəruri prosesləri nəzərə almaqla (xüsusilə Birgə Su İdarəetməsini nəzərə almaqla) modelin düzgün qurulmasını təmin etmək lazımdır. Toplanılacaq müfəssəl məlumatlar WEAP Təlim Planlaması Hesabatında sadalanır.
3.2 WEAP modelinin hazırlanması və təlim
WEAP modelinin hazırlanması o zaman başlaya bilər ki, bütün zəruri məlumatlar toplanmışdır və faktiki olaraq, gözdən keçirilmək, formatlanmaq və keyfiyyət baxımından yoxlanmaq üçün əlçatımlıdır.
WEAP modelinin WEAP təliminə parallel olaraq hazırlanması (2-3 həftəlik təlim kusunda addım-addım) nəzərdə tutulur. Təfsilatlar “WEAP təliminin planlaşdırılması” hesabatında təqdim edilir.
Yekunda əldə edilmiş məlumatlardan asılı olaraq, WEAP modeli hövzənin hidroloji xüsusiyyətləri ilə birlikdə və onlar olmadan qurula bilər. İkinci halda, çay axınları axın ölçmələrinə əsaslanan fərziyyələrə əsaslanacaq, ssenarilər isə zamanla baş verdiyi fərz edilən artım və ya azalmalar əsasında modelləşdiriləcək. Bu yanaşma dolayı olsa da, məlumatlar yetərli olmadıqda zəruridir. Birinci halda isə, modelə ölçülmüş meteoroloji məlumatlar əsasında hövzədə gedən müvafiq proseslərin tam hidroloji xüsusiyyətləri daxil ediləcək və bu məlumatlar hesablamalara da tam inteqrə ediləcək. Bu, birbaşa və fiziki əsaslı yanaşma olacaq. Bunun üçün məlumatların əlçatımlılığı yaxşı səviyyədə olmalıdır. Hansı yanaşmanın seçiləcəyi ilə bağlı qərar isə məlumat toplularının tam gözdən keçirilməsi və təhlilindən asılıdır.
Meteoroloji məlumatlar və müvafiq axım prosesləri modelə daxil ediləcək. Bu zaman, modelin qurulması üçün kifayət qədər və yetərli keyfiyyətə malik məlumatların olduğu fərz edilir. Parametrlərə yağış, buxarlanma və transpirasiya ilə bağlı məlumatlar – temperatur, küləyin sürəti, rütubətlilik və günəş radiasiyası daxildir. Qarla əlaqəli axım qarın yığılması və əriməsi proseslərinin müvafiq olaraq əks etdirilməsi vasitəsilə modelləşdirilə bilər.
Axımın əmələ gəlməsini modelləşdirmək üçün, yuxarıda qeyd edilən meteoroloji aspektlərlə yanaşı, torpaq forması, torpaq örtüyü və torpaqdan istifadə ilə bağlı məlumatlar ilişmə, infiltrasiya, eləcə də yeraltı sulara qarışma və axımın əmələ gəlməsini təhlil etmək üçün zəruridir.
Axradaxili proseslər WEAP-da “düyündən-düyünə” təsvir edilir (xətti hesablamalar). Şaxələnən çayların təbiəti də su ehtiyatlarının modelləşdirilməsi üçün tam münasib olan sadə formada təsvir edilir. Yeraltı sular da sadə formada– yəni su ehtiyatlarının mövcudluğunu əks etdirmək üçün münasib şəkildə daxil edilir. Hidravlik qurğular isə müvafiq iş qaydaları ilə birlikdə düyünlər vasitəsilə təsvir edilir. Suya tələbat (o cümlədən ekoloji tələbat) növləri müvafiq prioritetlərə malik tələbatlar kimi göstərilə bilər, yaxud əlçatımlılıq və prioritetdən asılı olaraq hesablana bilər.
Model hövzədə tarixən müşahidə edilmiş və kifayət qədər müvafiq məlumatların olduğu müxtəlif vəziyyətləri əks etdirmək üçün kalibrasiya edilə bilər. Modeli idarə etmək və kalibrasiya etmək üçün müvafiq məlumatları modelləşdirmə başlamadan öncə əldə etmək lazımdır.
3.3 Ssenari təhlili
WEAP modeli qurulduqdan və kalibrasiya edildikdən, həmçinin istifadəçilər hazırlıq/təlim keçdikdən sonra müxtəlif ssenarilər modelləşdirilə və nəticələr su ehtiyatlarının effektiv idarə edilməsi üçün münasib və dayanıqlı tövsiyələr hazırlamaq məsədilə müqayisə edilə bilər. Model suya tələbat baxımından müxtəlif rejimlərdə işlədilə bilər. Tələbat və müvafiq prioritetlər təyin edilə və model nəticələri əsasında hansı yerlərdə tələbatın qarşılandığını və ya çatışmazlıq olduğunu müəyyən etmək olar. Nəticələri tənzimləmək və ya suyun paylaşdırılmasını dəyişmək üçün, modeldə istifadə edilən ehtimallar, iş qaydaları və prioritetlər arzuedilən nəticə əldə edilənədək dəyişdirilə bilər. Alternativ şəkildə, model spesifik dəyişiklikləri (məs. iqlim/axım dəyişiklikləri, iş rejimlərində dəyişiklik, prioritet dəyişikliyi və ya tələbatda dəyişikliklər) və onların ümumi sistemə təsirlərini sınaqdan keçirmək üçün istifadə edilə bilər. Bununla yanaşı, zamanla baş verən proseslər modelləşdirilə bilər. Spesifik nəticələr komanda şəklində müzakirə edilməli və ümumi layihə məqsədlərinə uyğunlaşdırılmalıdır. Nəticələr aşağıdakılardan ibarət ola bilər:
-
İqlim dəyişikliyinin axımın yaranmasına və su ehtiyatlarının mövcud əlçatımlı miqdarına potensial təsiri
-
Suya olan antropogen tələbatda artımın ekoloji axıma təsiri
-
Prioritetləşdirilmiş istifadəçilərin tələbatında artımın aşağı prioritetli istifadəçilərə təsiri
-
Yuxarı axarlarda tələbatın artmasının aşağı axardakı istifadəçilərə təsiri
-
Yerüstü su ehtiyatlarının əlçatımlı miqdarının azalmasının (iqlim dəyişikliyi və ya istifadənin artması səbəbilə) yeraltı suların qidalanmasına təsiri
-
Daşqın/quraqlıq rejimlərində iqlim dəyişikliyi ilə bağlı dəyişikliklər və ya antropogen (tələbat/struktur yönümlü) dəyişikliklər
3.4 Tövsiyələrin işlənib hazırlanması
Məlumatı qərarvermə üçün özül məlumatlar və su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi üçün tövsiyələr su ehtiyatlarının qiymətləndirilməsinin əsas nəticəsi kimi hazırlanacaq. Su ehtiyatlarının modelləşdirilməsi və ssenari təhlilləri bu məhsulların əsasını təşkil edəcək və Azərbaycanı su ehtiyatlarının vəziyyətini yaxşılaşdırmaq və su ehtiyatlarının idarə edilməsi üzrə strategiya və tədbirləri davamlı olaraq yenidən qiymətləndirmək, uyğunlaşdırmaq və təkmilləşdirmək üçün sağlam mexanizmlə təmin edəcəkdir.
Nəzərdə tutulur ki, su ehtiyatlarının paylanmasının texniki aspektləri ilə yanaşı, səbəb-nəticə tipli tövsiyələr həm də SEİİ planlaşdırmasını (maraqlı tərəflərin qarşılıqlı əlaqəsi və s. kimi aspektlər daxil olmaqla) təkmilləşdirmək üçün tədbir və metodologiyalar üçün çərçivələri özündə birləşdirə bilər.
Dostları ilə paylaş: |